Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə3/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   ...   87

 

I. G R Ş 
 
Ə
slində, cinayət yolu ilə
2
 əldə olunmuş varidatın
3
 leqallaşdırılmasının 
və  ya  qısa  desək,  (çirkli)  pulların  yuyulmasının
4
 (bundan  sonra  –  PY)  nə 
olduğunu  başa  düşmək  çətin  deyildir.  Bunun  nə  olduğunu  hamımız  intuitiv 
başa düşürük, lakin konkret misallara gəldikdə, aramızda mübahisələr yarana 
bilər.  Bu  da  onunla  əlaqədardır  ki,  PY  bir  cinayət  kimi  müxtəlif  ölkələrdə 
müxtəlif cür tərif edilə bilər. Buna etiraz olaraq deyə bilərsiniz ki, onun tərifi 
beynəlxalq  sənədlərdə  də  verilmişdir  və  mübahisə  zamanı  PY  cinayətinin 
anlayışı  məhz  həmin  sənədlərdə  olduğu  kimi  başa  düşülməlidir.  Lakin  bu 
yanaşma  mübahisənin  həllinə  az  kömək  edə  bilər.  Birincisi  ona  görə  ki, 
beynəlxalq  sənədlərin  arasında  PY  anlayışına  münasibətdə  vahid  yanaşma 
mövcud  deyildir.  Bundan  savayı,  beynəlxalq  sənədlərdəki  tərif  qəti  deyil  və 
ölkələrə  həmin  tərifin  əhatə  dairəsini  bir  qədər  daraltmağa  və  yaxud 
genişləndirməyə icazə verilir.  kincisi, beynəlxalq sənədlər belə müxtəlif cür 
şə
rh  edilə  bilər.  Üçüncüsü,  PY-nin  kriminallaşdırılmasının  cəmiyyət  üçün 
ə
həmiyyəti heç də bütün elm adamları tərəfindən eyni cür qavranmır və məhz 
bu  qavrayış  fərqləri  PY-nin  fəlsəfi  cəhətdən  müxtəlif  cür  şərh  edilməsinə 
səbəb olur.  
                                          
2
 “Cinayət  yolu  ilə”  və  “qeyri-qanuni  yolla”  anlayışlarını  qarışdırmamaq  lazımdır; 
ə
gər  birinci  anlayış  yalnız  müvafiq  ölkənin  cinayət  qanunvericiliyində  nəzərdə 
tutulmuş  əməllərə  aiddirsə,  ikincisi  daha  geniş  olub,  bütün  qeyri-qanuni  (cinayət, 
inzibati və maliyyə xarakterli) əməllərə aiddir. 
3
 Qanunvericiliyimizdə  cinayət  nəticəsində  əldə  olunmuş  hər  hansı  əmlak 
(daşınar/daşınmaz,  maddi/qeyri-maddi),  pul  vəsaitləri  və  ya  hər  hansı  hüquqları 
təsdiq edən sənədləri nəzərdə tutmaq istədikdə qısa olaraq “pul vəsaitləri və ya digə
ə
mlak
”  ifadəsindən  istifadə  olunur.  Əgər  pul  vəsaitləri  əmlak  sayılırsa,  həmin 
ifadədən bunu ancaq bu cür başa düşmək olar, bu halda ifadədən “pul vəsaitləri”ni 
çıxarıb tək “əmlak” sözünü saxlamaq lazım olacaqdır. Yalnız bu halda da “əmlak” 
məfhumu  təkbaşına  istifadə  edilərkən  onun  içində  həm  də  “pul  vəsaitləri”nin 
nəzərdə tutulduğunu anlamaq çətin olur. Eynilə həmin ifadənin yerinə yalnız “gəlir” 
ifadəsi işlənsə, bu təqdirdə burada həm də “əmlak” nəzərdə tutulması şübhə altında 
olacaqdır.  Bu  baxımdan,  Azərbaycan  dilinin  zənginliyini  məhdudlaşdırmamaq 
məqsədilə “varidat” ifadəsinin istifadəsinin daha məqsədəuyğun olduğunu görürük. 
4
 Bu  kitabdakı  yazının  qavrayışını  uzun  ifadələrlə  mürəkkəbləşdirməmək  üçün 
qanunvericiliyimizdə qəbul edilmiş “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 
ya digəəmlakın leqallaşdırılması
” ifadəsi yerinə “pulların yuyulması” (və ya – PY
ifadəsinin işlədilməsini daha məqsədəuyğun hesab edirik.  


 

Bunları  nəzərə  alaraq,  güman  etmək  olar  ki,  bu  kitabda 
söyləyəcəklərimiz  istər-istəməz  subyektiv  xarakter  daşıyacaqdır.  Nəzərə 
alsaq  ki,  beynəlxalq  hüququn  və  bütövlükdə  məsələyə  ümumi  baxışın 
mənbələrindən  birini  də  məhz  bu  cür  subyektiv  fikirlər  təşkil  edir, 
mülahizələrimizin davam etdirilməsinin faydalı olacağına inamımız bir daha 
artar. 
Hesab  edirik,  öncə  PY-nin  nə  olduğunu  və  hansı  sxemlərlə  həyata 
keçirildiyini  misallarla  qavramaq,  daha  sonra  isə  bu  təzahürün  ortaya 
çıxmasının  tarixi  səbəblərini  və  bunlara  qarşı  mübarizənin  yollarını 
araşdırmaq məqsədəuyğun olardı.
5
  
Qeyd  etməliyik  ki,  terrorizmin
6
 maliyyələşdirilməsi  (bundan  sonra  – 
TM)  məsələsinə  yalnız  bu  kitabın  məqsədləri  üçün  zəruri  olan  hallarda  və 
ümumi konteksti dolğunlaşdırmaq üçün toxunacağıq. 
Eynilə  ölkəmizdə  PY-yə  qarşı  görülən  təbdirlər  çoxşaxəli  və  geniş 
olsa  da, kitabımızda bu  cür tədbirlər  barədə yalnız ümumi  və qanunvericilik 
məsələlərinə  dair  bəzi  texniki  mülahizələrimiz  veriləcəkdir.  Bu  barədə  daha 
ə
traflı məlumat verilməsi kitabımızın məqsədləri xaricindədir. 
Zərərli  ictimai  fenomen  olan  PY-yə  qarşı  mübarizədə  hansı  effektiv 
üsulların olacağını başa düşmək üçün, hesab edirik, sadəcə PY-nin cəmiyyət 
üçün nə qədər zərərli olduğunu, konkret misallar üzrə nədən ibarət olduğunu 
və  hansı  yollarla  həyata  keçirilə  bildiyini  anlamaq  kifayət  edəcəkdir.  Bu 
məqsədlə  dövlətlər  tərəfindən  hər  hansı  beynəlxalq  sənədlərin  imzalanması 
və  tək  onlara  əsasən  beynəlxalq  əməkdaşlığın  aparılması  labüd  deyildir. 
Halbuki  hər  bir  beynəlxalq  sənədin  olduğu  kimi,  hər  bir  dövlətin  də  öz 
siyasəti və tarix boyunca dəyişən  prinsipləri vardır. Qarşıya qoyulan məqsəd 
siyasət deyil, həqiqətən də effektiv mübarizə aparılmasıdırsa, öncə PY-nin nə 
olduğu açıq və aydın şəkildə başa düşülməlidir. 
                                          
5
 Burada  “məqsəd”  dedikdə,  ölkə  xalqının  və  ayrı-ayrı  vətəndaşların  xeyri  və 
rifahının artırılması naminə qanunvericiliyimizin effektiv tətbiqini təmin etmək üçün 
müvafiq 
nəzəri 
bazanın 
yaradılması 
və 
beləliklə, 
qanunvericiliyin 
təkmilləşdirilməsinə təkan verə biləcək elmi işin yazılması başa düşülür. 
6
Bütün  kitab  boyunca  “terrorçuluq”  yerinə  “terrorizm”  terminini  işlətməyi  üstün 
tutmuşuq.  “Terrorçuluq”  bir  məfhum  olaraq  əməli  təzahüründən  çox,  bir  növ, 
ideologiya mənasını daşıyır. Ümumbəşəri cinayətlərə qarşı mübarizədən söz etdikdə 
isə, ideologiyaya qarşı deyil, cinayət əməllərinin təzahürlərinə qarşı  mübarizə kimi 
başa düşülməlidir. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə