Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə14/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   10   11   12   13   14   15   16   17   ...   87

 
32 
dövlətlərin öz konstitusional prinsipləri və öz hüquqi sistemlərinin əsas 
konsepsiyaları nəzərə alınaraq;
63
 
III əmlak qəbul olunduğu zaman onun cinayət fəaliyyəti və ya bu cür 
fəaliyyətdə  iştirak  nəticəsində  əldə  edildiyini  bilə-bilə  əmlakın  əldə 
olunması, ona sahiblik və ya ondan istifadə edilməsi; 
IV  yuxarıdakı  müddəalarda  müəyyən  edilmiş  hər  hansı  bir  əməlin 
törədilməsində  iştirakçılıq  və  ya  birgə  iştirakçılıq,  ona  cəhd,  kömək, 
təhrik və ya onunla əlaqədar təşkilatçılıq edilməsi. 
Göründüyü  kimi,  daha  əvvəl  çəkdiyimiz  PY  misalları  beynəlxalq 
sənədlərdə  tərifi  verilən  PY  tərkibi  ilə  tam  da  eyni  əməllərin  həcmini  əhatə 
etmir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ədəbiyyatda  PY  bir  neçə  mərhələ  ilə 
həyata keçirilən proses kimi ifadə olunur –  qeyri-leqal pul, ən azı, müəyyən 
bir sektora yerləşdirilir, sonra bölüşdürülür, daha sonra isə leqal iqtisadiyyata 
inteqrasiya  edilir.  Bununla  belə,  beynəlxalq  sənədlərdə  tərifi  verilən  PY 
prosesi  yalnız  bir  mərhələdən  və  ya  əməldən  (hərəkət  və  hətta 
hərəkətsizlikdən)
64 
ibarət ola bilər. Nəzəri cəhətdən də PY-nin sayca nə qədər 
hərəkətdən  (əməliyyatdan)  ibarət  olduğu  barədə  ədəbiyyatda  həmfikirlik 
olmasa  da, PY-nin dərəcəsinin  əməllərin sayı ilə ölçülə  bildiyini,  fikrimizcə, 
etiraf  etmək  lazımdır.  Bu  kontekstdə  qeyd  edilməlidir  ki,  beynəlxalq 
standartlarla  kriminallaşdırılan  əməllərin  zəruri  ünsürü  kimi  tələb  olunan 
məlumatın,  motivin  və  ya  məqsədin  mövcudluğu  barədə  nəticə  obyektiv 
faktiki  hallardan  çıxarıla  bilər.
65
 Beləliklə,  əməllərin  çoxluğu  həmin 
ə
məllərdə  məlumatın,  motivin  və  ya  məqsədin  də  çox  olmasından  xəbər 
verəcəkdir. 
PY tərifinin həcminin beynəlxalq sənədlərlə, yoxsa beynəlxalq təcrübə 
ilə müəyyən  edilməli olduğuna dair  suala isə,  hesab edirik, hər  bir dövlət öz 
iqtisadiyyat  və  digər  sahələrinin  inkişaf  səviyyəsinə,  habelə  yürütdüyü 
siyasətə 
uyğun 
olaraq 
cavab 
verməlidir. 
Bu 
baxımdan, 
qanunvericiliyimizdəki  PY  anlayışının  müəyyən  qədər  məhdud  olması, 
                                          
63
 Dövlətlərin  konstitusional  prinsipləri  və  hüquqi  sisteminin  əsas  konsepsiyaları 
barədə daha ətraflı bax: Strasburq Konvensiyasının Şərhi, par.60. 
64
 Misal üçün, qeyri-leqal pulların passiv olaraq gizlədilməsindən ibarət ola bilər. 
65
 Vyana  Konvensiyası,  m.3.3;  Strasburq  Konvensiyası,  m.  6-2-c;  Varşava 
Konvensiyası
,  m.9.2.c;  Palermo  Konvensiyası,  m.  6.2.f;  2003  Korrupsiya  əleyhinə 
BMT Konvensiyası
, m.28; FATF Tövsiyələri, t.2.a; Cinayətin obyektiv cəhəti barədə 
daha ətraflı bax: F.Y.SəməndərovCinayət hüququ, Ümumi hissə, Dərslik, “Hüquq 
Ə
dəbiyyatı” nəşr., 2002, s.162. 


 
33 
beynəlxalq  sənədlərin  ideallarına  tam  uyğun  olmasa  da,  milli  maraqlarına 
xidmət etdiyinə şübhəmiz yoxdur. 
Milli  qanunvericiliyimiz  kontekstində  PY  CM-in  bir  neçə  maddəsi 
çərçivəsində  nəzərə  alınmalıdır.  Belə  ki,  aşağıdakı  əməllər  cinayət 
məsuliyyəti yaradır: 
1. Kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti 
ə
ldə  etmək,  yaxud  qadağan  edilmiş  fəaliyyəti  gizlətmək  məqsədilə 
sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və 
ya digər hüquqi şəxsin  yaradılması xeyli miqdarda
66
 ziyan vurduqda, 
habelə  xeyli  miqdarda  gəlir  əldə  etməklə  törədildikdə  (Yalançı 
sahibkarlıq
)
67
 (IV) 
2. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər 
ə
mlaka  qanuni  status  vermək,  onların  əldə  edilməsinin  həqiqi 
mənbəyini  gizlətmək  məqsədilə  belə  pul  vəsaitləri  və  ya  əmlakdan 
istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata 
keçirilməsi (Cinayət yolu ilə  əldə edilmiş pul vəsaitlərini və ya digə
ə
mlakı leqallaşdırma
)
68
 (I) 
3.  Qabaqcadan  vəd  etmədən  bilə-bilə  cinayət  yolu  ilə  əldə  edilmiş 
ə
mlakı  xeyli  miqdarda  alma  və  ya  satma  (Bilə-bilə  cinayət  yolu  ilə 
ə
ldə edilmiş əmlakı alma və ya satma
)
69
 (III) 
4.  Yuxarıdakı  əməllərin  törədilməsinə  hazırlıq  və  ya  cəhd,
70
 habelə 
ə
məllərin törədilməsində iştirakçılıq
71
 (IV). 
B. Tərkibi 
Azərbaycan  qanunvericiliyinin  beynəlxalq  standartlara  nə  qədər 
uyğun  olduğuna  daha  detallı  baxdığımız  zaman  müəyyən  edə  bilərik  ki, 
beynəlxalq 
sənədlərdə 
nəzərdə 
tutulmuş 
ə
məllərin 
hamısı 
                                          
66
 Bu bölmədə “xeyli miqdar”  dedikdə, “min  manatdan  yeddi min manatadək olan məbləğ” 
başa düşülür (CM, m.190, Qeyd) 
67
 CM, m.193. 
68
 CM, m.193-1. 
69
 CM, m.194. 
70
 CM, Ümumi hissə, Altıncı fəsil. 
71
 CM, Ümumi hissə, Yeddinci fəsil. 


 
34 
qanunvericiliyimizlə  tam  əhatə  olunmur.  Aşağıda  da  məhz  bu  cür 
uyğunsuzluqlar barədə söz açmaq istərdik.
72
 
Belə  ki,  beynəlxalq  standartlara  görə,  varidatın  cinayət  yolu  ilə  əldə 
olunduğunu bilə-bilə onun ötürülməsi və ya statusunun dəyişdirilməsi yalnız 
ya  onun  əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək,  ya  da  predikativ 
cinayəti  törədən  şəxsin  cinayət  məsuliyyətindən  qaçması  üçün  ona  yardım 
etmək məqsədilə törədildiyi təqdirdə  cinayət  sayılmalıdır.  Bu iki məqsəd isə 
cinayət  tərkiblərini  formalaşdırmaq  üçün  qanunvericiliyimizlə  alternativ 
olaraq  deyil,  birgə  nəzərə  alınır.
73
   Bununla  belə,  beynəlxalq  sənədlərdə 
nəzərdə  tutulmuş  cinayət  tərkibinin  elementi  kimi  “predikativ  cinayəti 
törədən  şəxsin  cinayət  məsuliyyətindən  qaçmaq  üçün  yardım  etmə
məqsədi
”nin  qanunvericiliyimizdə nəzərdə tutulmuş  cinayət  nəticəsində əldə 
olunmuş gəlirə “qanuni status vermək məqsədi” ilə əhatə olunduğunu güman 
etmək olar. 
“Əmlakın  ötürülməsi  və  ya  statusunun  dəyişdirilməsi”  məfhumu 
maliyyə  əməliyyatlarının  və  ya  digər  əqdlərin  həyata  keçirilməsi” 
məfhumundan  daha  geniş  olduğundan,  beynəlxalq  standartlara  görə, 
kriminallaşdırılmalı  olan  bir  sıra  əməllər  ölkəmizdə  cinayət  məsuliyyətinin 
yaranmasına  səbəb  olmaya  da  bilər.
74
 M.Səlimovun  mülahizələrinə  görə, 
                                          
72 CM-in  193-1-ci  maddəsinin  şərhi,  həmin  maddə  ilə  nəzərdə  tutulmuş  cinayətin 
ə
sas obyekti, predmeti, obyektiv  və subyektiv cəhətləri, subyekti və digər ünsürləri 
barədə daha ətraflı bax: A.F.SalmanovCinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini 
və  ya  digər  əmlakı  leqallaşdırma  əməlinin  cinayət-hüquqi
  təhlili,  “Qanunçuluq” 
jurnalı,  fevral, 2007. 
73
  ddia  edilə  bilər  ki,  əmlaka  “qanuni  status  vermək”  və  onun  “əldə  edilməsinin 
həqiqi  mənbəyini  gizlətmək
”  məqsədləri  mənaca  tam  eynidir  və  biri  digərinin 
açıqlanmasına  kömək  edir.  Lakin  biz  həmin  məqsədlərin  eyni  olduğunu  hesab 
etmirik.  Pulları  “balışın  altında  saxlamaq”  onların  həqiqi  mənbəyini  gizlətmək 
məqsədilə  ola  bilər,  amma  onlara  qanuni  status  vermək  məqsədilə  bunu  etmək 
obyektiv  cəhətdən  mümkün  deyil.  Bununla  belə,  daxili  inancımıza  əsasən, 
beynəlxalq  tələblərə  uyğun  olmasa  da,  sözügedən  məqsədlərin  məhz 
qanunvericiliyimizdə nəzərdə tutulduğu kimi, yəni, birgə ələ alınması daha münasib 
olardı  (Bu  barədə  daha  ətraflı  mülahizələrimizi  aşağıdakı  “Subyekti”  bölməsində 
davam etdirəcəyik (s. 43)).  
74
 Misal  üçün,  oğurlanmış  maşının  bağışlanması  və  ya  onun  kiməsə  istifadəyə 
verilməsi  və  ya  oğurlanmış  daş  və  digər  tikinti  materiallarından  evin  tikilməsi 
ölkəmizdə  cinayət  məsuliyyəti  yaratmır.  Bununla  belə,  qeyd  edilməlidir  ki, 
M.Səlimovun  fikrinə  əsasən,  CM-in  194-cü  maddəsində  nəzərdə  tutulmuş  “satma, 
cinayət  yolu  ilə  əldə  edilmiş  əmlakın  həm  əvəzli,  həm  də  əvəzsiz  (o  cümlədən, 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə