Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə22/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   18   19   20   21   22   23   24   25   ...   87

 
51 
Doğrudur ki,  beynəlxalq  miqyaslı  bir çox  digər  qurumlar kimi  FATF 
da  dövlətlər  üçün  məcburedici  heç  bir  qərar  qəbul  edə  bilməz,  qəbul  etdiyi 
hər  hansı  qərar  və  ya  sənəd  yalnız  və  yalnız  tövsiyə  xarakteri daşıyır.  Buna 
baxmayaraq,  PY/TM-ə  qarşı  mübarizədə  FATF-ın  əhəmiyyəti  həddindən 
artıq böyükdür. Bu günlərdə FATF tərəfindən hazırlanmış “40 Tövsiyə” və “
Xüsusi  Tövsiyə
”  (bundan  sonra  –  FATF  Tövsiyələri)
132
 hər  bir  dövlətdə  və 
müvafiq  məqsədlərlə  fəaliyyət  göstərən  beynəlxalq  qurumlarda  PY/TM-ə 
qarşı mübarizə sahəsində rəhbər rolunu oynayır. Dünya Bankı, Avropa Şurası 
və  hətta BMT  öz  üzvlərinin  PY/TM-ə  qarşı  mübarizəsinin  lazımi  səviyyədə 
olub-olmamasını qiymətləndirərkən məhz FATF Tövsiyələrinə istinad edir. 
FATF-ın ən əsas nailiyyətlərindən biri o oldu ki, PY artıq yalnız nağd 
pul  vəsaitləri  ilə  əməliyyatlar  kimi  deyil,  daha  geniş  spektrli  əməllərlə 
ə
laqədar mənfi ictimai təzahür kimi qəbul edilməyə başlanmışdır. 
Vyana  Konvensiyasının  verdiyi  mandata  əsasən,  1997-ci  ildə 
Cinayətkarlığa  və  narkotiklərin  yayılmasına  qarşı  mübarizə  üzrə  BMT-nin 
Departamenti  nəzdində  PY-yə  qarşı  mübarizə  üzrə  xüsusi  Qurum 
yaradılmışdır.
133
 O  vaxtdan  bəri  qurum  tərəfindən  “PY-yə  qarşı  mübarizə 
üzrə  Tədbirlər  Planı

134
 icra  edilməkdədir.  Tədbirlər  planının  əsas  məqsədi 
də  üzv  dövlətlərə  PY-yə  və  TM-ə  qarşı  mübarizə,  o  cümlədən  cinayət 
nəticəsində  əldə  edilmiş  varidatın  müəyyən  edilməsi,  həbsi  və  müsadirəsi 
istiqamətində  müvafiq  texniki  yardım  göstərməkdən  ibarətdir.  Bununla 
ə
laqədar həm anglo-sakson, həm də kontinental hüquq sistemləri üçün PY-yə 
qarşı mübarizə üzrə nümunəvi qanunlar hazırlanmışdır.
135
  
1995-ci  ildə  bir  sıra  ölkənin  PY-yə  qarşı  mübarizə  aparan  maliyyə 
kəşfiyyat  orqanları  (bundan  sonra  –  MKO)  aralarındakı  əməkdaşlıq 
münasibətlərini  tənzimləmək  məqsədilə  Brüsseldəki  “Egmont  Arenberg 
Palace” sarayında  bir  qrup  yaratmaq  qərarına gəldi.  ldə  bir  dəfə  rəsmi  iclas 
keçirən  qrup  bu  gün  “Egmont  Group”  kimi  tanınaraq  sıralarında  artıq  117 
ölkəni birləşdirir.
136
 Eqmont Qrupu “PY-yə qarşı mübarizə üzrə müvafiq milli 
proqramların  həyata  keçirilməsinin  dəstəklənməsi  məqsədilə
  [müxtəlif 
ölkələrin]  MKO-lar  üçün  forum
137
 təşkil  edən
”  qeyri-rəsmi  bir  təşkilatdır”. 
                                          
132
 Qeyd edək ki, “40 Tövsiyə” PY, “9 Xüsusi Tövsiyə” isə TM məsələlərinə aiddir. 
133
 Daha ətraflı bax: http://www.unodc.org/unodc/en/money-laundering/index.html 
134
  ngiliscə “Global Programme against Money-Laundering”. 
135
 Qanunların son variantları müvafiq olaraq 2003 və 2005-ci illərdə hazırlanmışdır. 
136
 Daha ətraflı bax: www.egmontgroup.org 
137
 “Forum” – hər hansı məsələnin müzakirəsi məqsədilə təşkil olunmuş yığıncaq (iclas). 


 
52 
Eqmont Qrupu tərəfindən verilən belə dəstəyə “maliyyə kəşfiyyat məlumatları 
mübadiləsinin  genişləndirilməsi  və  bir  sistemə  salınması,  MKO 
ə
məkdaşlarının  daha  artıq  ixtisaslaşdırılması,  habelə  texniki  nailiyyətlərdə
istifadə  edərək  MKO-lar  arasındakı  əlaqələrin  daha  da  effektivləşdirilməsi
” 
məsələləri aiddir.
138
 
Bank  sektorunda  PY  riskini  minimuma  endirmək  məqsədilə  2000-ci 
ildə  dünyanın  ən  böyük  banklarının  nümayəndələri  sveçrənin  “Chateau 
Wolfsberg
”  əyalətində  bir  araya  gələrək  bank  sahəsində  rəhbərlik 
funksiyasını 
yerinə 
yetirə 
biləcək 
standartlaşdırılmış 
prinsipləri 
müəyyənləşdirmək  qərarına  gəlmişlər.  Volfsberq  Qrupu  kimi  tanınan  bu 
qurum  hal-hazırda 12 iri  bankın üzv olduğu beynəlxalq  bir təşkilatdır.  Etiraf 
edilməlidir  ki,  qurum  qarşısına  qoyduğu  məqsədə  nail  olunmasında  kifayət 
qədər uğur qazanıb.
139
 Belə ki, müştərinin eyniləşdirilməsi, müxbir hesabları, 
risk-əsaslı  yanaşma  və  bunun  kimi  bir  sıra  digər  məsələlərə  dair  təfərrüatlı 
prinsiplər Volfsberq Standartlarında öz əksini artıq tapmışdır. 
qtisadi  Əməkdaşlıq  və  nkişaf Təşkilatı,
140
 Avropa Şurası,
141
 Avropa 
ttifaqı,
142
 Beynəlxalq Hesablaşmalar üzrə Bank,
143
 Bank Nəzarəti üzrə Bazel 
Komitəsi,
144
 Beynəlxalq  Valyuta  Fondu,
145
 Dünya  Bankı,
146
 G8,  G20, 
Maliyyə  Sabitlik  Forumu
147
 və  bu  kimi  digər  artıq  mövcud  olan  beynəlxalq 
qurumlar  tərəfindən  də  PY-yə  qarşı  mübarizə  sahəsində  bir  sıra  tədbir  və 
standartlar hazırlanmışdır.
148
 
                                          
138
 Egmont  Group,  Information  Paper  on  Financial  Intelligence  Units  and  the 
Egmont Group
, s.3. 
139
 Daha ətraflı bax: www.wolfsberg-principles.com/index.html 
140
 www.oecd.org. Qeyd edilməlidir ki, FATF-ın katibliyi məhz  qtisadi Əməkdaşlıq 
və  nkişaf  Təşkilatında  yerləşir.  Bununla  belə,  təşkilatlardan  ikisi  də  bir-birindən 
müstəqil fəaliyyət göstərir. 
141
 www.coe.int 
142
 
http://ec.europa.eu/justice_home/doc_centre/crime/laundering/doc_crime_launderin
g_en.htm, 17.11.2008 
143
 www.bis.org 
144
 www.bis.org/bcbs/index.htm 
145
 www.imf.org/external/np/exr/facts/aml.htm, 17.11.2008 
146
 www.worldbank.org 
147
 http://www.financialstabilityboard.org 
148
 Bir  tərəfdən  PY-yə  qarşı  mübarizə  üzrə  bu  qədər  beynəlxalq  sənədlərin  olması 
mübarizənin  əhəmiyyətliyinə  işarə  edən  haldır.  Hər  nədirsə,  müxtəlif  düşüncələr 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə