Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə13/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   9   10   11   12   13   14   15   16   ...   87

 
29 
pulu  yuyan  –  pulu  yuya  bildiyinə  görə,  broker  –  xidməti  müqabilində 
komisyon  haqqını  aldığına  görə, idxalçılar –  daha  sərfəli  valyuta kursu 
ilə valyutanı konvertasiya edə bildiklərinə görə. 

  Ədəbiyyatda heç rastlanmayan və  beynəlxalq sənədlərlə əhatə olunmayan 
PY-nin  həyata  keçirilməsinin  bir  sıra  digər  vasitələri  də  mövcuddur  və 
cəmiyyətin daimi inkişaf prosesində olduğu nəzərə alınsa, bundan sonra da 
mövcud  olacağına  dair  nəticə  çıxarıla  bilər.  Bütün  bu  vasitələri  müəyyən 
etmək  və  gündəliyə  gətirmək,  bir  qayda  olaraq,  yalnız  onlardan  PY 
məqsədləri  üçün  istifadənin  müəyyən  edildiyi  zaman  mümkün  olur. 
Bununla  belə,  hesab  edirik,  bu  cür  vasitələrdən  istifadə  edilməsini 
gözləmədən  onun  nəzəri  cəhətdən  müəyyən  olunması  və  müvafiq 
tədbirlərin  görülməsinə  zərurət  var.  Bu  cür  vasitələrdən  biri,  misal  üçün, 
məhkəmələr  ola  bilər.  Təsəvvür  edin  ki,  iki  şəxs  aralarındakı 
sövdələşməyə əsasən, bir-birinə qarşı iddia qaldıra bilər. Bir qayda olaraq, 
iddia cavabdehin yaşadığı yer üzrə qaldırılır. Amma bu iki şəxs öz arasında 
elə fiktiv bir  müqavilə bağlaya  bilər ki, aradakı anlaşılmazlıqlar lap  xarici 
ölkənin  məhkəməsində  həll  edilsin.  Məhkəmənin  çıxardığı  qətnamə  isə 
kimin  lehinə  olur  olsun,  mübahisə  edilən  predmetlərin  (pul,  əmlak) 
mənbələrinin  müəyyən  edilməsini  qəlizləşdirəcəkdir  (yəni,  qeyri-qanuni 
varidat yuyulmuş olacaqdır). Maraqlısı da odur ki, mübahisə predmeti olan 
varidat faktiki deyil, yalnız fiktiv sənədlər üzərində mövcud ola bilər. Daha 
sonra  bu  mövcud  olmayan  varidat  fiktiv  bir  müqavilə  əsasında  və  real 
pullar müqabilində kiməsə satıla bilər. “Əldə olunmuş” bu cür pullar ikiqat 
yuyulmuş olacaqdır. 
Nəzərə  alınmalıdır  ki,  yuxarıda  çəkdiyimiz  və  çəkmədiyimiz  bütün 
misalların calaqları da mümkündür. Misal üçün, həm ofşor zonalarda şirkətlər 
yaratmaqla,  həm  qiymətli kağızlar,  daşınmaz  və  digər  əmlakı  alıb-satmaqla, 
həm  banklar  vasitəsilə  müxtəlif  əməliyyatlar  həyata  keçirməklə,  həm 
kazinolara  getməklə,  həm  də  indi  ağlımıza  gəlməyən  digər  əməliyyatları 
həyata  keçirməklə  qeyri-qanuni  pulların  mənbələri  də  daha  çox  gizlədilə 
bilər. 
Bütün bu sxemləri nəzərə alsaq, görəcəyik ki, PY-ni bir proses olaraq 
müəyyən  mərhələlərə  də  bölmək  mümkündür.  Ədəbiyyatda
56
 bu  prosesi  üç 
                                          
56
  ngiliscə –  müvafiq olaraq  “placement”,  “layering”  və  “integration”  mərhələləri. 
Daha 
ə
traflı 
bax: 
http://en.wikipedia.org/wiki/Money_laundering, 
http://money.howstuffworks.com/money-laundering.htm, 03.10.2008. 


 
30 
mərhələyə  ayırırlar  –  çirkli  pulların  maliyyə  və  ya  qeyri-maliyyə  sektoruna 
yerləşdirilməsi  (yerləşdirmə  mərhələsi),  qeyri-qanuni  mənbəyini  gizlətmək 
məqsədilə  onlarla həmin  sektorda müxtəlif əməliyyatların həyata keçirilməsi 
(əməliyyatlar  mərhələsi)  və  nəhayət,  artıq  təmiz  olan  pulun  (gəlirin)  qanuni 
iqtisadiyyata  daxil  edilməklə  cinayətkara  birbaşa  və  ya  dolayı  yolla 
qaytarılması (inteqrasiya mərhələsi). 
PY-nin tipik sxemi
57
 
 
 
Yerləşdirmə  mərhələsi  PY-nin  aşkar  edilməsindəki  həssaslıqla 
səciyyələnir. PY-nin  davam  etdirilməsinin  qarşısının  alınması  ən asan  və  ən 
çox  ehtimalla  məhz  bu  mərhələdə  mümkündür.  Əməliyyatlar  mərhələsi  isə 
bir sıra əməliyyatların həyata keçirilməsi ilə səciyyələnir. Bu cür əməliyyatlar 
mütləq maliyyə əməliyyatı olmaya və tək əməliyyatları deyil, həm də əqdləri 
(alqı-satqı, lizinq  və s.)  və digər  əməlləri  (kazino,  məhkəmə və  s.) əhatə edə 
                                          
57
  deyanın  mənbəyi  –  BMT-nin  Narkotiklər  və  Cinayət  üzrə  Ofisi 
(http://www.unodc.org/unodc/en/money-laundering/laundrycycle.html). 


 
31 
bilər.
58
 Əməllərin  sayı  da  PY-nin  dərinliyini  ifadə  edəcəkdir  –  əməllər  nə 
qədər  çoxdursa,  cinayət  nəticəsində  əldə  olunmuş  varidatın  mənbəyinin 
müəyyən  edilməsi  də  o  qədər  çətin  olacaqdır.  Və  nəhayət,  sonuncu, 
inteqrasiya  mərhələsində  pulları  yuyan  şəxs  yuyulmuş  varidatı  şəxsi 
məqsədlər  üçün  istifadə  edə  bilər.  Bunu  həm  birbaşa  özü,  həm  də  başqa 
hüquqi və ya fiziki şəxslər vasitəsilə edə bilər. 
3. Anlayışı 
A. Tərifi 
Hər bir ölkənin qanunvericiliyində PY-nin tərifi müxtəlif cür ola bilər. 
Onun beynəlxalq səviyyədə ilk tərifi isə Vyana Konvensiyasında verilmişdir, 
hərçənd bu konvensiya ilə kriminallaşdırılmış əməllərə “pulların yuyulması” 
və ya hər hansı başqa bir ad verilməmişdir.
59
 Sonrakı konvensiyalarda həmin 
ə
məllərə  məhz  “yuyulma  cinayətləri”
60
,“cinayət  nəticəsində  əldə  olunmuş 
gəlirlərin  yuyulması”
61
 və  ya  “pulların  yuyulması”
62
 adı  verilməyə 
başlanmışdır.  Bütün  bu  beynəlxalq  sənədlərə  əsasən,  tərəf  dövlətlər  elə 
tədbirlər  görməlidirlər  ki,  aşağıdakı  əməllər  qəsdən  törədildikdə  cinayət 
hesab olunsun: 
I əmlakın cinayət fəaliyyəti və ya bu cür fəaliyyətdə iştirak nəticəsində 
ə
ldə  edildiyini  bilə-bilə,  həmin  əmlakın  qeyri-qanuni  mənbəyini 
gizlətmək  və  ya  əsas  hüquq  pozuntusunun  törədilməsində iştirak  edən 
hər hansı şəxsə öz əməllərinə görə hüquqi məsuliyyətdən qaçmaq üçün 
yardım  etmək  məqsədilə  həmin  əmlakın  ötürülməsi  və  ya  onun 
statusunun dəyişdirilməsi; 
II  əmlakın  cinayət  fəaliyyəti  və  ya  bu  cür  fəaliyyətdə  iştirak 
nəticəsində  əldə  edildiyini  bilə-bilə  həmin  əmlakın  həqiqi  təbiətinin, 
mənşəyinin,  olduğu  və  yerləşdiyi  yerin,  hərəkətinin  və  ya  onunla 
ə
laqədar hüquqların gizlədilməsi və ya ört-basdır edilməsi; 
                                          
58
 Bu  baxımdan,  həmin  mərhələyə,  bəlkə  də,“əməliyyatlar  mərhələsi”  yerinə 
“əməllər mərhələsi” demək daha düzgün olardı. 
59
 Vyana Konvensiyası, m.3(b). 
60
 Strasburq Konvensiyası, m.6; Varşava Konvensiyası, m.9. 
61
 Palermo Konvensiyası, m.6; 2003 Korrupsiyaya qarşı BMT Konvensiyası, m.23. 
62
 26.10.2005-ci  il  tarixli  2005/60/EC  nömrəli  pulların  yuyulması  və  terrorizmin 
maliyyələşdirilməsi məqsədilə maliyyə sistemindən istifadə edilməsinə qarşı Avropa 
ttifaqının Direktivi (bundan sonra “Üçüncü direktiv”), m.1.  


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə