Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə17/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

 
39 
maşının 
satılmasının 
öz-özlüyündə  “obyektiv  faktiki  hal”  kimi 
qiymətləndirilib-qiymətləndirilməyəcəyi  isə  mübahisəli  məsələdir. Beləliklə, 
194-cü maddə ilə əlaqədar bu kimi mübahisəli məsələlərin praktikada ortaya 
çıxmasını qabaqcadan proqnozlaşdırmaq çətin deyildir.
89
 
Lakin  predikativ  cinayətlər  siyahısı  (Siyahı  I)  tək  194-cü  maddə  ilə 
deyil,  CM-də  nəzərdə  tutulmuş  bütün  cinayətlərin  keyfiyyəti  və  sayı  ilə  də 
məhdudlaşır.  Belə  ki, FATF  və  Varşava  Konvensiyası ilə
90
 minimum  olaraq 
müəyyən  edilən  və  predikativ  cinayətlər  siyahısına  daxil  edilən  “insayder 
treydinq
”  və  “bazarla  manipulyasiya”  əməllərinin  qanunvericiliyimizdə 
cinayət kimi qəbul edilib-edilməməsi mübahisəlidir. Həmin hüquqpozmaların 
tərkibi  PY  və  TM  ilə  əlaqədar  beynəlxalq  sənədlərlə  müəyyən 
edilmədiyindən,  deyə  bilərik  ki,  onlar  qanunvericiliyimizdə  kommersiya  və 
ya  bank  sirri  olan  məlumatları  qanunsuz  yolla  əldə  etmə,  vəzifə 
səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin 
səlahiyyətlərini mənimsəmə
91
 cinayətləri ilə əhatə olunur. Oxşar mülahizələri 
CM-də  nəzərdə  tutulmuş  bütün  digər  cinayətlərə  münasibətdə  irəli  sürə 
bilərik.
92
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  beynəlxalq  standartların  elə  bir  qəti 
tələbi  hələ  yoxdur  ki,  predikativ  cinayətlər  siyahısı  bütün  cinayətləri  əhatə 
etsin,  əksinə,  müəyyən  cinayət  kateqoriyalarının  predikativ  olaraq  sayılması 
kifayətdir.  Dünya  təcrübəsi  göstərir  ki,  predikativ  cinayətlərin  siyahısı 
ölkədən-ölkəyə fərqli olsa da, onun həcmi getdikcə genişlənir, lakin ölkələrin 
ə
ksəriyyətində  ən  azı  FATF  Tövsiyələri  ilə  nəzərdə  tutulmuş  minimum 
cinayət  kateqoriyaları  predikativ  olaraq  qəbul  edilir.  Misal  üçün,  Rusiyada 
vergi  və  gömrük  ödənişlərini  ödəməkdən  yayınma  və  xarici  valyuta 
vəsaitlərini  xaricdən  qaytarmama  cinayətləri  predikativ  sayılmır.  Bu  da 
onunla  əsaslandırılır  ki,
93
 bu  cür  cinayətlər  nəticəsində  faktiki  olaraq  gəlir 
                                          
89
 Söylənilənlər  nəzərə  alınaraq  CM-in  194-cü  maddəsinin  CM-dən  tam 
çıxarılmasının məqsədəuyğun olduğuna inanırıq. 
90
 Varşava Konvensiyası, m.9.4, Annex; Varşava Konvensiyasının Şərhi, par.99. 
91
 CM, m.202, 308-310. 
92
 Eyni  zamanda  nəzərdə  tutulmalıdır  ki,  nzibati  Xətalar  Məcəlləsinin  212-ci 
maddəsində  “insayder  treydinq”  ilə  əlaqədar  xətanın  tərkibi  ümumi  xətlərlə  artıq 
göstərilmişdir. 
93
 Hər  nə  qədər  ölkələr  tərəfindən  vergi  ödəməkdən  yayınma  kimi  cinayətlərin 
predikativ  cinayətlərə  aid  edilməməsinin  müxtəlif  bəhanələrlə  əsaslandırılmasına 
cəhd  göstərilsə  də,  belə  qənaətə  gələ  bilərik  ki,  bu  cür  yanaşmanı  şərtləndirən,  o 
cümlədən fərdi maraqlar və siyasi cəhətlər də ola bilər 


 
40 
ə
ldə edilmir, sadəcə, əvvəllər də mövcud olan təqsirkarın pul vəsaitləri və ya 
ə
mlakı  qorunub  saxlanılır.
94
 Lakin  nəzərə  alınmalıdır  ki,  beynəlxalq 
standartlara  görə,  “gəlir  cinayətin  törədilməsi  nəticəsində  əldə  edilən  hə
hansı iqtisadi mənfəət deməkdir. Bu mənfəət hər bir növ əmlakdan, maddi və 
ya  qeyri-maddi,  daşınar  və  ya  daşınmaz  əmlakdan,  habelə  bu  cür  əmlaka 
hüquq  verən  hüquqi  aktdan  və  ya  sənəddən  ibarət  ola  bilər
”.
95
 Beləliklə, 
gəlirin  əldə  edilməsi  dedikdə,  təkcə  fiziki  olaraq  bu  cür  gəlirin  öz  mövcud 
mülkiyyətinə  əlavə  edilməsi  deyil,  həm  də  əvvəllər  mövcud  olan  əmlakın 
azalmaması  nəticəsində  yaranmış  iqtisadi  mənfəətin  (üstünlüyün)  əldə 
edilməsi  kimi  də  başa  düşülməlidir.  Bundan  başqa,  beynəlxalq  standartlarla 
dövlətlər  təşviq  olunur  ki,  PY-yə  görə  cinayət  məsuliyyəti  say  baxımından 
mümkün  qədər  çox  predikativ  cinayətlərə  tətbiq  edilsin.
96
 Həqiqətən  də 
nəzərə  alınsa  ki,  vergi  ödəməkdən  yayınma  cinayəti  iqtisadi  cinayətkarlıqda 
ə
həmiyyətli  paya  malikdir,  ona  qarşı  mübarizənin  məhdudlaşdırılması  eyni 
zamanda ümumiyyətlə PY-yə qarşı mübarizəni də məhdudlaşdıra bilər.
97
 
Digər  əhəmiyyətli  və  maraqlı  məsələlərdən  biri  də  odur  ki,  PY  ilə 
ə
laqədar istintaqın  başlanması  üçün  predikativ cinayətlə əlaqədar  məhkəmə 
hökmünün  olması  tələb  edilmir.  Misal  üçün,  hansısa  dövlət  məmuru  öz 
gəlirinə  qeyri-mütənasib  əməliyyatlar  həyata  keçirdiyinə  görə  onun  gəlir 
mənbəyinin  böyük  qisminin  rüşvətxorluq  və  ya  vəzifədən  sui-istifadə 
nəticəsində  əldə  olunduğuna  dair  yaranmış  şübhə  belə  istintaqın 
başlanmasına və hətta müvafiq məhkəmə hökmünün çıxarılmasına səbəb ola 
bilər (bu cür şübhələr başqa  məhkəmə hökmü ilə təsdiqlənməsə də).
98
 Hətta 
predikativ  cinayətin  konkret  olaraq  hansı  əməldən  ibarət  olması  və  PY-nin 
nəyin  əsasında  həyata  keçirilməsi  müəyyən  olunmasa  belə,  müvafiq 
məhkəmə  hökmünün  çıxarılması  mümkündür.
99
 Əsas  odur  ki,  pulları 
                                          
94
 Bu  məntiqi  davam  etdirsək,  kredit  borclarını  ödəməkdən  qəsdən  yayınma, 
müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən  müflisləşmə  və bu qəbildən digər 
cinayətləri  də predikativ  cinayətlər  siyahısından  çıxarmaq lazım  olacaqdı.  Halbuki 
Rusiya qanunvericiliyində bu cinayətlər predikativ sayılır. 
95
 Strasburq Konvensiyası, m.1.a, b; Varşava Konvensiyası, m.1.a, b. 
96
 Palermo Konvensiyası, m.6; FATF-ın 13-cü Tövsiyəsinin Şərh Qeydi
97
 “Nəzərə alınmalıdır ki,  maliyyə təsisatları tərəfindən şübhəli əməliyyat haqqında 
məlumatın  açıqlanmasının  qarşısını  almaq  məqsədilə  pulların  yuyulmasını  həyata 
keçirən şəxslər əqdlərinin vergi məsələləri ilə bağlı olmasını da bildirə bilər” (FATF-
ın 13-cü Tövsiyəsinin Şərh Qeydi
). 
98
 Bax: Varşava Konvensiyası, m.9.5. 
99
 Varşava Konvensiyası, m.9.6. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə