Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə12/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   8   9   10   11   12   13   14   15   ...   87

 
27 
Bu  variantların  əksəriyyətində  vergidən  yayınma  və  ya  dövlət 
büdcəsindən  müəyyən  əvəzləşdirmələr  alınması  halları  yer  alır.  Misal 
üçün, ucuz bir  malı daha bahalı kimi göstərib daha da yüksək əlavə dəyər 
vergisini (bundan sonra  – ƏDV) ödəməklə ölkəyə idxal etmək olar. Daha 
sonra şişirdilmiş qiyməti olan bu malı ölkə daxilində daha yüksək qiymətlə 
öz  kontrolu  altında  olan  bir  neçə  şirkət  arasında  bir-birinə  satdırmaqla 
malın  qiymətini daha da  şişirtmək  olar. Bütün  bu proses  nəticəsində  xeyli 
miqdarda  ƏDV  dövlət  büdcəsinə ödənilir. Pulları  yuyan  şəxs  üçün  bunun 
nə  xeyri  olacağını  soruşsanız,  həmin  malın  yenidən  ixrac  edilə  bildiyini 
nəzərə alandan sonra cavabını özünüz tapa biləcəksiniz. Belə ki, sözügedən 
mal  yenidən ixrac edilərsə, malın üzərində yığılmış bütün ƏDV malı alan 
xarici  şəxsə  qaytarılır.  Xarici  şəxs  də  “öz  adamı”  olduğu  üçün  vergidən 
yayınmış pullar nəticədə pulları yuyanın sərəncamına keçəcəkdir. 
Bu  cür  qanunsuz  yollarla  əldə  edilmiş  vəsaitin  yuyulması  yenidən 
gömrük  orqanlarında  və  yenidən  hüquqpozmalar,  habelə  müəyyən  qeyri-
leqal  gəlirin  əldə  edilməsi  ilə  müşayiət  olunur.  Ədəbiyyatda  bu  üsullara 
hətta  “karusel”  deyilir.
53
 Bir  qayda  olaraq,  bu  cür  sxemlərdə  gömrük 
orqanları nümayəndələrinin birbaşa iştirakı vardır. Ən maraqlısı da odur ki, 
ortada  nə  malın  (xidmətin),  nə  də  pulların  tədavülü  ola  bilər;  milyonlar 
həcmindəki əməliyyatlar  bir otaqda  bir neçə  şəxs  tərəfindən bir  sıra  fiktiv 
sənədləri düzüb qoşmaqla “həyata keçirilə bilər”. 

  Vəzifəli  və  ya  hər  hansı  başqa  şəxslər  qeyri-hökumət  təşkilatları 
yaratmaqla  (və  ya  kontrola  almaqla)  onlara  qrant  verə  bilər.  Qrantlar 
verildiyi  zaman  onların  qanuniliyinə  çətin  ki,  kimsə  şübhə  edər  (fikirləşə 
bilərlər  ki,  qanunu  pozmaqla  pulu  “qazanan”  şəxslər  çətin  ki,  onları 
asanlıqla  kiməsə  bağışlayar),  şübhə  etsələr  də,  bunu  çox  araşdırmaz 
(fikirləşə bilərlər ki, hər nədirsə, pullardan xeyirli  məqsədlər üçün istifadə 
olunur). Qrantı almış bu cür QHT aldığı qrantla istənilən əməliyyatı həyata 
keçirə  bilər  –  ya  PY  prosesini  davam  etdirəcək,  ya  da  qrantı  onu  vermiş 
şə
xsin xeyrinə xərcləyəcək. 
                                                                                                            
крупной
 
контрабанде
 
и
 
отмывании
 
денег
 
направлено
 
в
 
суд

http://www.businesspress.ru/newspaper/article_mId_34_aId_447519.html, номер 17 
(464) от 25.04.2008. 
53
Bax:  FATF,  Laundering  the  Proceeds  of  VAT  Carousel  Fraud,  23.02.2007; 
Aleksey Komaxa, məqalə, http://www.business.ua/i641/a21920. 


 
28 

  Təbii  ki,  ən  asan,  ən  tanınmış  və  ən  qədim  PY  üsulu  kazino  və  qumar 
oyunları  keçirən  digər  müəssisələrdən  keçir.  Bu  barədə  danışmağa  da 
dəyməz;  o  yerdən  ki  heç  bir  iqtisadi  və  ya  maliyyə  məntiqinə 
ə
saslanmadan,  sadəcə  bəxtə  görə  (və  ya  guya  bəxtə  görə)  pul  qazanmaq 
mümkündür,  həmin  yerdə  istənilən  məbləğdə  və  istənilən  qədər  çirkli 
pulların yuyulması asan olur.
54
 Bəzən bunun üçün heç də kazino rəhbərləri 
ilə  əlbir  olmağa  ehtiyac  da  olmur.  Misal  üçün,  iki  dost  kazinoda  ruletka 
oynayır. Onlardan biri qırmızıya, digəri isə qaraya pul qoyur. “Zero” və ya 
“Double  Zero”  düşməsə  (bunun  ehtimalı  da  çox  azdır),  onlardan  birinin 
pulu ikiqat artır, beləliklə, pullar yuyulmuş olur. 

  Çirkli  xırda  pul  banknotlarının daha böyük banknotlara dəyişdirilməsi  və 
çirkli  pul  banknotlarının  başqa  banknotlara  və  ya  digər  valyutaya 
dəyişdirilməsi  də  valyuta  əməliyyatları  vasitəsilə  həyata  keçirilən  PY-ni 
ifadə edir.  
o
  Biri  milli,  digəri  isə  xarici  valyutada  iki  bank  hesabını  açıb  milli 
valyutada  bank  hesabına  milli  valyutanın  qoyulması,  daha  sonra  həmin 
valyutanı  nağdsız  qaydada  xarici  valyutaya  çevirib  xarici  valyutada 
hesabına  köçürülməsi  və  nəhayət,  xarici  valyutanın  nağd  olaraq 
hesabından çıxarılması bu qəbildən PY-nin üsuludur. 
o
  Valyuta  əməliyyatları  ilə  bağlı  PY-nin  bu  üsulundan  yuxarıda  söz 
etdiyimiz həvalə üsulu ilə birgə də istifadə edilə bilər.
55
 Misal üçün, bir 
şə
xs əlindəki qeyri-qanuni pulların “A” valyutasını başqa bir ölkənin (B) 
valyutasına  çevirtdirmək  istəyir.  Bu  məqsədlə  o,  “B”  ölkəsinin  “qara 
bazar”ının  brokerinə  müraciət  edərək  pullarını  həmin  ölkənin 
valyutasına dəyişdirir. Broker isə “A” valyutasını buna ehtiyacı olan “B” 
ölkəsinin idxalçılarına verir.  dxalçılar “A” valyutasını aldıqları malların 
müqabilində  “A”  ölkəsinə  köçürürlər.  dxal  olunmuş  mallar  “B” 
ölkəsində  satılandan  sonra  əldə  olunmuş  “B”  valyutasındakı  vəsaitlər 
brokerə  qaytarılır  vəssalam.  Bütün  bu  əməliyyatlardan  hamı  razı  qalır: 
                                          
54
 Xoşbəxtlikdən, qanunvericiliyimizlə bütün qumar oyunları  qadağan  edilmişdir 
(Bax:  Azərbaycan  Respublikasında  iqtisadi  cinayətkarlığa  qarşı  mübarizə 
sahəsində  bəzi  tədbirlər  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamı
, 21.01.1998). 
55
 Misal üçün, 90-cı illərdə Kolumbiya  və ABŞ-ın dövlət rəsmilərinin rastlaşdıqları 
PY  məsələsi barədə daha  ətraflı  bax:  Money Laundering Mehtods –  Black  Market 
Colombian 
Peso 
Exchange

http://money.howstuffworks.com/money-
laundering1.htm, 03.10.2008. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə