Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Yeqzar Cəfərli  
 
 
68 
Əli Fəhmininin arxivini araşdırarkan, onun  H. Əli-
yevlə bağlayan çoxlu xatirələrinə rast gəldim. Böyük alim 
H.Əliyevlə onun Respublikada hakimiyyətə gəldiyi birinci 
ildə, 1969-cu ildə tanış olmuşdu. Bu dəmir iradəli lider öl-
kəmizdə hakimiyyətə  gəlməzdən qabaq Respublikada 
mövcud olan qeyri-saf vəziyyətlə bugünkü yaşlı nəsil yax-
şı tanışdır. Bir tələbə olaraq mən də bu haqda kifayət qə-
dər oxumuşam. Bu neqativ hallarla apardığı barışmaz 
mübarizə hələ çox adamın yaxşı tanımadığı və şəklini gör-
mədiyi H.Əliyev haqqında əsil qəhrəmanlıq dastanı yarat-
mışdı. Onun dəmir iradəsi qarşısında xalqımızın  ən qəd-
dar düşmənləri belə susmağa məcbur olurdular. Xalq 
böyük alimin H.Əliyevlə tanış olduğunu bildiyindən və 
tez tez məclislərdə olan Əli Fəhmidən H.Əliyevin necə 
adam olduğunu soruşurdular. O isə bu sorğulara qısa və 
aydın cavab verərdi:  
“H. Əliyev peyğəmbər kimi bir oğlandır”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
69
 
Əli Fəhmi və Nəsimi 
 filminin çəkilişi 
 
Tanrı üzünü ağ etsin o adamların ki, bir şeyi öyrənir və 
öyrəndiklərini bilməyənlərə öyrədir. 
 
Məhəmməd Peyğəmbərin kəlamlarından. 
 
20-ci əsrin 60-70-ci illəri istər ədəbiyyatımızda, istərsə 
də incəsənətdə böyük canlanma vardı.  Ədəbiyyatda ol-
duğu kimi incəsənətin də  ən gözəl nümunələri  məhz bu 
dövrdə yaradılmışdır. 1974-cü ildə Böyük Azərbaycan şai-
ri, mütəfəkkiri, fəlsəfi fikir tarixinin ən böyük nümayəndə-
lərindən biri Nəsiminin 600 illiyini qeyd etmək üçün 
böyüqk hazırlıq gedirdi. Görkəmli rejissor Həsən Seyid-
bəyli şairin yubileyinə öz töhfəsini vermək üçün yazıçı İsa 
Hüseynovun (Muğanna) senarisi əsasında “Nəsimi” filmi-
nin çəkilişlərinə başladı. 
 Bildiyimiz kimi Nəsiminin yaşadığı dövr tariximizin 
ən mürəkkəb, ən keşməkeşli dövrüdür. Monqolların dağı-
dıcı yürüşlərindən sonra Azərbaycanda bir-birini əvəz 
edən dini-siyasi cərəyanlar onsuz da mürəkkəb olan icti-
mai-siyasi mühiti daha da mürəkkəbləşdirirdi. 
Əxiliyin, səfəviliyin, hürufiliyin geniş yayıldığı bu 
dövr həm də əhalinin müxtəlif təbəqələrinin bir siyasi cə-
rəyanı tez-tez  digər bir cərəyanla  əvəz etməsi kimi də 
yadda qalır. Çünki ağır vergilər altında əzab çəkən, tez-tez 
qətl və qarətlərə məruz qalan xalqın əslində hansı dini cə-


Yeqzar Cəfərli  
 
 
70 
rəyana mənsub olması heç də əhəmiyyətli deyildi. Bu dini 
cərəyanların hansısı xalqın vəziyyətini qismən də olsa 
yaxşılaşdırmağı  nəzərdə tuturdusa, xalqın böyük əksə-
riyyəti bu dini təlimə qoşulurdu. 
Nəsimi bu təriqətlərin və ya cərəyanların daha çox 
ərazi, daha çox əhali kütləsini əhatə edən və daha mürək-
kəb  olan hürufiliyin nəzəriyyəçilərindən idi. Bir də ki, Nə-
simi təkcə  şair deyildi. O, Quranı,  İslam, hüquq və  şəriət 
elmlərini mükəmməl mənimsəmiş və bunlardan öz əsərlə-
rində məharətlə istifadə etmişdi. Bundan başqa Nəsiminin 
fəlsəfəyə  dərindən bələd olması  qənaətindəyəm. Onun 
edam zamanı “Mən  əbədiyyət üfüqlərində batan eşq gü-
nəşiyəm” fikri və yaxud, ölümü həyatın gecəsi, gündüzü 
isə ömrün günəşi” kimi qələmə verməsi fikrinə yunan ali-
mi Empedoklda da  rast gəlinir. 
Belə mürəkkəb şəxsiyyətin kinoda obrazını yaratmaq 
istər rejissor Həsən Seyidbəylidən, istərsə  də  gənc, amma 
istedadlı aktyor R.Balayevdən böyük məsuliyyət tələb 
edirdi.  Əlbəttə burada aktyordan və rejissordan asılı ol-
mayan amillər də var idi. Nəsiminin  əruz vəznində  çətin 
oxunaqlı  qəzəllərinin düzgün tələffüzünü gənc aktyora 
öyrətmək lazım idi. Filmin gələcək taleyi bundan çox asılı 
idi.  Bu məqsədlə islam dininin, klassik şərq poeziyasının 
və  əruzun  çox yaxşı bilicisi, ADU-nun Azərbaycan  ədə-
biyyatı tarixi kafedrasının baş müəllimi  Əli Fəhmi filmin 
çəkilişinə  dəvət olundu. Əli Fəhmi ilk gündən filmin ər-
səyə gəlməsinə qədər bütün bacarığını sərf etdi. 
Bu yazını hazırlayarkən “Ədəbiyyat və incəsənət” 
qəzetinin 7 iyul 1973-cü il nömrəsində filmin rejissoru Hə-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
71
sən Seyidbəylinin “Nəsimi ilə görüş” yazısı ilə tanış ol-
dum. Məqalə müəlifi yazırdı ki, “Əli Fəhmi tez-tez çəkiliş 
meydançalarına gəlir, öz köməyini  əsirgəmirdi. Biz hər 
hansı bir epizodu çəkməzdən  əvvəl  Əli Fəhmi ilə  məslə-
hətləşərdik. Əli Fəhmi demək olar ki, filmin bütün çəkiliş 
meydanlarına-Şirvanşahlar sarayına, Qız qalasının yanın-
dakı köhnə karvansaraya və Suraxanıdakı Atəşgaha gəlir-
di”. Azərbaycan kinosunun sönməz günəşi Rasim Balay-
evlə görüşüb,  Əli Fəhmi ilə bağlı xatirələtini ağ varağa 
köçürtdüm. “İncəsənət  İnstutunda oxuyarkən  Əli Fəhmi 
haqqında çox eşitmişdim. Şəxsən onu görməyə böyük ma-
rağım vardı. Tale bizi “Nəsimi” filminin çəkilişi zamanı 
görüşdürdü. Bildiyimiz kimi filmdə  şairin qəzəlləri ifa 
olunmalı  idi.  Bu  qəzəllərin düzgün tələffüzü olduqca 
vacib idi. Qədim türk, ərəb və fars mənşəli sözlərin məna-
larının açılmasında, hürufiliyi dərk etməkdə  Əli müəllim 
mənə yaxından kömək oldu. O, əruz vəzninin növlərini, 
ahəngini, ritmini mənə öyrətdi.  Əli müəllim Nəsiminin 
hansı şeirini oxuyurdusa, bunun   Quranın hansı ayəsi ilə 
bağlı olduğunu göstərirdi. Filmdə  səslənən  şeirlərin, qə-
zəllərin ifasının tamaşaçılar tərəfindən sevilməsi məhz Əli 
müəllimin xidməti idi. Əli Fəhmi bir alim kimi olduqca sa-
vadlı idi. Çəkiliş meydançalarında klassiklərimizdən, 
Azərbaycan ədəbiyyatından, islam dinindən həvəslə danı-
şar və biz onu diqqətlə dinlər, bəzən çəkiliş vaxtınını belə 
unudardıq. Onda insanların çoxuna müəssər olmayan, sa-
dəlik vardı. Mən  əsil bilikli adamları belə gördüm. Gənc 
yaşlarımda mədəmdən şikayət edirdim. Mənə tibbi məslə-
hət verdi. “Əti qızdırılmış şəkildə deyil, parda bişir ye-de-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə