Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

Yeqzar Cəfərli  
 
 
40 
sarsılmaz bir məhəbbət bəslədiyinin  şahidi olduq. O, hər 
dəfə Füzulinin əsərlərini  əlinə alarkan dəstəmaz alırmış, 
Füzulini müqəddəslərdən ayırmazmış. Alimin Azər-
baycan klassik şair və yazıçılarına böyük məhəbbəti mə-
lumdur. Amma həmişə M.F.Axundovu tənqid edərdi. Ona 
görə ki, Axundov Füzulini çox da bəyənməyərək, Q. B. 
Zakiri ondan üstün tutmuşdu. 
 Əli Fəhmi tək müəllimliklə kifayətlənməzdi. O, əsil 
elm fədaisi idi. Klassik irsimizin ərəb  əlifbası ilə bağlı ol-
duğunu nəzərə alıb, tələbələrini ərəb əlifbasını öyrənməyə 
məcbur edərdi. “Klassik irsimizi dərindən bilmədən  ədə-
biyyatçı olmaq mümkün deyildir”-deyərdi. Tələbələrinin 
yaddaşı  Əli Fəhmidən  əxz etdikləri  ədəbiyyatımızın, tari-
ximizin müxtəlif dövrlərinə aid məlumatlarla zəngindir. 
Tarixdən məlumdur ki, Rusiya çarı I Nikolay azadlıq ruh-
lu şairlərin bir neçəsini Qafqaza sürgün etmişdi. Görkəmli 
Azərbaycan alimi və  şairi Abbasqulu ağa Bakıxanov hə-
min rus şairləri ilə yaxından  əlaqə saxlayırdı. O, xidməti 
vəzifəsi ilə bağlı tez tez Peterburqda olur, həmçinin, 
A.S.Puşkinin ailəsini ziyarət edərdi. Növbəti səfərlərin bi-
rində O, Qış sarayına Çarın arvadının ad gününə  dəvət 
alır. Çarın xanımına “Sənin ad günündə ömründə dilinə 
bir dəfə  də  olsa    içki  dəyməyən bir müsəlman iştirak 
edir”- deyəndə xanım təəccüblənir. Qızıl padnosda şərab-
la dolu iki badə ilə özü şəxsən A.Bakıxanova yaxınlaşır və 
ondan bu badəni onun şərəfinə içməsini rica edir. Çarın 
arvadının öz əli ilə kiməsə şərab verməyi böyük şərəf sayı-
lırmış. Abbasqulu ağa özünü qətiyyən itirmir, padnosu 
hörmətlə xanımın  əlindən alır çara yaxınlaşır, təzim edir 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
41
və deyir: ”Göydəki Allahım deyir içmə, amma onun yer-
dəki nümayəndəsi deyir iç, hansının sözünə  əməl edim”- 
soruşduqda, çar “göydəki Allahın sözünə  əməl et” deyir. 
Sonralar Bakıxanov hərbi xidmətini başa vurub təqaüdlə 
bağlı Çarın qəbulunda olarkən Çar onu xatırlayır və hansı 
bir arzusu varsa yerinə yetirməyə hazır olduğunu bildirir. 
O isə heç bir arzusunun olmadığını  və yalnız ona Həcc 
ziyarətinə getməyə icazə verilməsini xahiş edir. Abbasqu-
lu ağanın bu xahişi dərhal yerinə yetirilir. O, doğma yur-
du olan Qubaya qayıdır. Burada çarın göstərişi ilə ona ya-
şamaq üçün hər şərait yaradılır. 
Əli Fəhminin yaradıcılığını araşdırarkən A. Bakıxa-
novla bağlı çox maraqlı xatirələrlə rastlaşdım.. Abbasqulu 
ağa Bakıxanov Həcc ziyarətinə yola düşərkən Quba məsci-
dinin Axunduna da onunla getməyi təklif edir. Axund isə 
maddi imkanı olmamasını  əsas gətirib onun təklifindən 
boyun qaçırır. Abbasqulu ağa təkid edir. Axundu öz xərci 
ilə Həcc ziyarətinə aparır. Şəriəti dərindən bilməklə yanaşı 
həm də çox pak insan olan və məhz bu keyfiyyətlərinə gö-
rə də Bakıxanovun hörmətlə yanaşdığı Axund maraqlı xa-
tirələr qələmə almışdır. Bu xatirələrin oxucular üçün də 
maraqlı olacağını  nəzərə alıb onlarin biri ilə oxucuları ta-
nış edirəm:  
“Mən A.Bakıxanovla 1846-cı ilin yayında Qubadan 
Məkkə ziyarətinə yola düşdüm. Yolumuz İrandan və 
Türkiyədən keçirdi. İstanbulda bizi Osmanlı sultanının 
özü  şəxsən qarşıladı,  şərəfimizə ziyafət verdi. Ziyafətdən 
sonra Abbasqulu ağadan bir arzusu olub olmadığını so-
ruşdu. “Dilə məndən nə dilərsən”- dedi. Lakin bu məğrur 


Yeqzar Cəfərli  
 
 
42 
xan heç nəyə ehtiyacı olmadığını  və  əgər mümkünsə 
ərəbcə yazdığı  “Əsrarül məlaküt”  əsərinin türk dilində 
çap etdirməyi xahiş etdi. Sultan məmuniyyətlə razılaşdı 
və  əsəri ondan aldı. Biz Məkkə  şəhərinə getdik. Kəbəni 
ziyarət etməmiş paltarlarımızı dəyişməli, ziyarətçilər üçün 
nəzərdə tutulmuş libası geyməli idik. Abbasqulu paltarla-
rını soyunub üzünü yuxarı tutdu və dedi: “Xudavəndi 
aləm, səni and verirəm o birliyinə, qüdrətinə, bir də  əy-
nimdən çıxartdığım bu paltarlarə  mənə geyindirmə. Mən 
əbədi olaraq bu müqəddəs torpaqlara gömülmək istəyi-
rəm”. 
Üç gün ziyarətdə olub, evə qayıtdıq. Yolumuz “Va-
deyi-Fatimə”-dən düşdü. Bir gün orada gecələməli olduq. 
Yatağa girib yatmaq istəyirdim ki, mənimlə yanaşı yata-
qda uzanmış Abbasqulunun səsini eşitdim. O, Allaha üz 
tutub deyirdi:  
-“Ya rəbbim, sən müsəlmanlar üçün qoyduğun 
bütün qayda və qanunlara əməl etmişəm. Ömrümdə şərab 
içməmişəm,  şər işlər görməmişəm. Həmişə yetimlərə,  əl-
siz-ayaqsızlara pənah olmuşam, namaz qılıb, oruc tutmu-
şam. Bəs mənim günahım nədir ki, ömrüm boyu səndən 
bir dilək istədim onu da yerinə yetirmirsən”. 
Mən Abbasqulunu danladım. Dedim ki, bu nə fikir-
dir düşmüsən, yat, sübh tezdən durmalıyıq.  
Sübh tezdən yuxudan durub Abbasqulunu oyatmaq 
istədim. Lakin Abbasqulunun vəfat etdiyinin şahidi ol-
dum.  
Həmin gün o müqəddəs  şəxsi müqəddəs torpaqlara 
dəfn edib, geri qayıtdım”. Bəli, Əli Fəhminin belə maraqlı 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
43
söhbətləri çox idi. Tələbələri danışır ki, “O, elə  bəlağətlə 
danışardı ki, varımızdan yox olardıq. Söhbətlərinin çoxu 
indiki kimi yadımızdadır və  yəqin ki, ömrümüz boyu da 
yadımızdan çıxmayacaq”.  
Onunla dost, yoldaş və tələbə-müəllim kimi münasi-
bətdə olanlar yaxşı bilirlər ki, Əli Fəhmi şirindil idi. Hansı 
mövzuda danışır-danışsın, adam valeh olur, sehrlərinirdi. 
Ədəbiyyatşünas alim, professor Pənah Xəlilov da Əli Fəh-
miyə həmişə böyük ehtiram göstərir, onu “sinədəftər, fai-
latunlarla məndə xoş xatirələr qoyan Əli Fəhmi”-deyə  
yad edərdi.  
Əli Fəhmi təkcə əruza, klassik şərq poeziyasına deyil, 
şifahi xalq ədəbiyyatına da böyük maraq göstərirdi. O, ey-
ni zamanda şifahi xalq yaradıcılığının da gözəl bilicisi idi. 
Xalqın hafizəsindən  şifahi xalq nümunələrini toplamaq 
üçün tez-tez rayonlara gedir, getdiyi rayondan olan tələ-
bələrlə görüşür, onların həyat şəraiti ilə tanış olurdu. 
Böyük alim daim alimlər məclisində  iştirk edir, bəs-
təkar Xəyyam Mirzəzadənin atası professor Hadı müəl-
limlə, Muxtar əfəndi ilə və akademik Vasim Məmmədəliy-
evin atası  Məmmədəli Məmmədəliyevlə elmi söhbətlər 
edərdi. O, M.Məmmədəliyevlə siğə qardaşı idi. 
Əli Fəhmini mərhum xanəndə xalq artisti Hacıbaba 
Hüseynovla qırılmaz xatirələr bağlayırdı. Seyid Əzim Şir-
vaninin pərəstişkarı olan H.Hüseynov tez-tez Əli Fəhmi-
nin yanına gəlir, ondan Seyid Əzimin onun üçün əlçatmaz 
olan sirlərinə və əruzun sirlərinə bələd olurdu. Ecazkar sə-
sə malik olan görkəmli xanəndə  “Əli Fəhmi olmasaydı 
mən xanəndə ola bilməzdim”-deyərdi. “Qızılın  əyarını 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə