Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

Yeqzar Cəfərli  
 
 
44 
məhək, sözün qədrini söz sərrafı bilər” demişlər.  Gözəl 
oxumaqla yanaşı  şirin qəzəllər də yazan H.Hüseynov Əli 
Fəhmiyə qəzəl də həsr etmişdi. Biz bu qəzəli əldə etsək də, 
çox təəssüf ki, onun Əli Fəhmi ilə bağlı xatirələrini  əldə 
edə bilmədik. Bu xatirələri öz monopolyasına almış adam-
lar bizi müxtəlif bəhanələrlə özlərindən uzaqlaşdırdılar.  
İlham Ələkbərov danışır ki, “Atam çox baməzə zara-
fatcıl kişi idi. Ən çox xoşladığı və tez tez təkrar etdiyi bu 
sözlər idi. “Atam anam sənə süva olsun”. Çox adamın mə-
nasını başa düşmədiyi bu söz əslində süvar olsun sözün-
dəndir. Yəni atam anam səni minsin. Atam BDU-da işlə-
məklə eyni vaxtda Sosial Təminat  İdarəsində  də çalışırdı. 
Burada  işlərkən  maraqlı və məzəli bir hadisə ilə qarşıla-
şır.  İdarədən çıxıb evə  gələrkən uzaq rayonların birindən 
gəlmiş bir qoca kişi təqaüd almaq üçün müayinə kağızı is-
təyir. Əli Fəhmi deyir ki, “İndi şənbədir, bazar ertəsi gələr-
sən müayinədən  keçərsən, kağızını apararsan”. Kişi başı-
na gözünə döyüb dad qılır ki, bəs mən rayona necə gedim 
qayıdım. Bakıda qalmağa yerim yoxdur. Əli Fəhmi naəlac 
qalıb razılaşır:” Yaxşı, gəl içəri, atam -anam sənə süva ol-
sun”. Bu sözü fəda olum kimi başa düşən kişi: “Sən nə da-
nışırsan həkim, mənim atam, anam, qohumlarım, balala-
rım sənə  fəda olsun”. Atam axşam bu hadisəni evdə bi-
zimçün də danışdı: ”Günümə baxın e, məni işdən saxla-
mağı azmış kimi bütün qohum qardaşını da kürəyimə 
mindirdi”. 
Əli Fəhminin  əziz yadigarı olan İlhama da onun 
tükənməz bilik xəzinəsindən böyük  pay düşmüşdür. Səsi 
Əli Fəhminin səsinə, ləhcəsi ləhcəsinə oxşayır.  İlham 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
45
müəllim xatırlayır ki, “Bir dəfə atamın müəllim yoldaşı 
Mircəlal Paşayev evimizə zəng edib atamı soruşdu. Cavab 
verdim ki, atam evdə yoxdur”. Necə  yəni evdə yoxdur? 
Əli Fəhmi, dəstəyi özün qaldırıb, özün də deyirsən ki, ev-
də yoxdur”. Axşam atam işdən evə qayıdanda mənə acıq-
landı. “Bir də  mən evdə olmayanda telefona cavab ver-
mə.” Səbəbini soruşdum dedi ki, Mircəlal müəllim mənə 
deyir ki, niyə telefonu götürüb deyisən ki, evdə yoxam. 
Kişini güclə inandıra bildim”  
 İlham  Ələkbərov xatırlayır ki, “Bir dəfə Elbrus Şah-
mar məndən bir qəzəl oxumağı xahiş etdi. Mən qəzəli 
oxuduqca o gözlərini yumub-açırdı. Özünü saxlaya bil-
məyib ağladı. Səbəbini soruşdum, demədi. ”Kitabım çap 
olunsun oxuyub səbəbini bilərsən”- dedi. Sonralar yazıçı-
nın kitabını oxudum. Yazırdı ki, gözlərimi yumanda qəzəl 
oxuyan  Əli Fəhmi müəllimimi, açanda isə  oğlu  İlhamı 
görürdüm. Elə  həmin kitabda Elbrus Şahmar yazırdı: 
“Məndən soruşdular ki, Bakının ən böyük alimi kimdir”? 
Cavab verdim ki, ”Soruşun Azərbaycanda  Əli Fəhmi 
müəlllimimdən sonra ikinci alim kimdir?”. Yazıçı publisist 
Elbrus Şahmar sonrakı kitablarında da Əli Fəhmini böyük 
məhəbbətlə xatırlamış yad etmişdir. ”Məhəbbət Allahın 
əmanətidir” kitabında yazıçı  Əli Fəhmiyə ayrıca bir fəsil 
ayırmış, onunla bağlı xatirələrini qələmə almışdır. ”ADU-
da Əli Fəhmi bizə Orta əsrlər Azərbaycan ədəbiyyatı tari-
xindən dərs deyərdi. Adicə  dərs deyərdi ifadəsi ilə özüm 
də razılaşa bilmirəm. Onun dərs demək üslubu, mənim-
sətmək bacarığı Allah vergisi idi. Əli müəllim qayğıkeş 


Yeqzar Cəfərli  
 
 
46 
pedaqoq, gözəl müəllim,  Şərq  ədəbiyyatının  ən gözəl bi-
licisi idi. Mövzunu son dərəcə maraqlı danışardı”. 
Əli Fəhminin bu gün ölkəmizin müxtəlif elm müəssi-
sələrində çalışan yüzlərlə tələbəsi vardır. Onlarla əlaqə ya-
ratmağa çalışdım. Eşitdim alimin tələbələri içərisində onu 
ən çox xatırlayandan biri də xalq şairi Zəlimxan Yaqub-
dur. Əli Fəhmi ilə bağlı xatirələrini almaq üçün şairin ziy-
arətinə getdim. Məni hörmətlə qarşıladı. Onsuz da çox az 
olan vaxtından bir neçə saat mənə  sərf etdi. Şair sevimli 
müəllimi haqqqında Füzuli demişkən: “suzi dil ilə” danış-
dıqca mən onu dinləyirdim. Bir insan öz müəlliminə necə 
sarsılmaz bir məhəbbətlə bağlı olarmış. 
“Universitetdə  Əli Fəhmi haqqında xatirə  gəzirdi“-
dedi Z. Yaqub. “Bir gün böyük alimin bizə  də  dərs dey-
əcəyini eşidəndə çox sevindim. Səbirsizliklə gözlədiyim 
həmin gün axır ki, gəlib yetişdi. Qrup yoldaşlarımla tanış 
oldu, növbə mənə çatanda ayağa durub dedim: 
 
Sizi adımdan edirəm halı, 
Adım Zəlimxandır, yurdum Borçalı. 
Təəccüblə mənə baxdı. “Tənəffüsdə müəllimlər otağı-
na gələrsən”-dedi. Getdim məni mehriban qarşıladı, söh-
bət etdi. Xoşuna gəldim. “Bu gündən oğlumsan”-dedi. Se-
vimli müəllimimə o qədər bağlanmışdım ki, onun danı-
şığını, yerişini təqlid edirdim. Hətta kostyumu da o geyən 
kostyumla eyni rəngdə tikdirirdim. Universitetdə böyük 
nüfuza malik olan Əli Fəhmiyə çox adam “əfəndi”- deyə 
müraciət edərdi. Hər danışanda dilindən  ətir saçılırdı, 
əruz tökülürdü. Hər ərəb hərfinə aid bir şer söylərdi. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
47
 Bir gün Əli müəllimdən xahiş edib, onu Borçalı tor-
pağına qonaq apardım. Onun gəlişi Borçalı torpağında əsil 
bayrama çevrildi. Bütün kənd onun başına toplaşdı  şirin 
söhbətlərini dinlədi.  Əli Fəhmi müəllimimin sayəsində 
mən ilahiyyat elminin dərinliklərinə vardım. Heyif ki, mə-
nə cəmi bircə il dərs dedi. Daha bir il onunla sıx təmasda 
oldum. Bir gün sevimli müəllimimin ölüm xəbərini eşidib 
sarsıldım. Onun ölüm xəbərini eşitdiyim dəqiqələr həyatı-
mın ən faciəli dəqiqələri, onunla bir yerdə olan vaxtlar isə 
ən xoşbəxtlər günlərim  idi”. 
Hər məclisdə, televiziya və radio kanallarındakı  çı-
xışlarında möhtərəm şairimiz öz müəllimini hörmətlə yad 
edir. “Mən Borçalı torpağındanam”-deyir. “Axı, biz heca 
üzərində, saz üzərində köklənmişik.  Əli Fəhminin sayə-
sində  mən ilahiyyatı,  əruzu və klassik poeziyanı öyrən-
dim”. 
 Orta  məktəbdə  ədəbiyyat müəllimimin “çağlayan 
bulaq” adlandırdığı xalq şairi Zəlimxan Yaqubun görü-
şündə olarkən, istəkli  şairimiz islam dünyasının böyük 
peyğəmbəri Məhəmməd peyğəmbərə 
həsr etdiyi 
“Peyğəmbər” poemasının son sətirlərini oxuyur, düzəliş-
lər edirdi. Taleyim üzümə gülmüşdü. Bu böyük tarixi ha-
disədə iştirak etmək mənə nəsib oldu. Bu tarixi anı gələcək 
taleyim üçün uğurlu  əlamət saydım.  Şair “Peyğəmbər” 
poemasının  əvvəlində müəllimi  Əli Fəhmini iftixarla yad 
edir: “Əli Müəlimmi elə bil Allah onu mənim arzularımı 
həyata keçirmək üçün bu fakültəyə göndrmişdi. Nizamini, 
Fizulini, Nəsimini, Seyid Əzimi, Racini, Qumrini, Firdov-
sini, Hafizi, Xəyyamı, Sədini, Dəhləvini, Camini, Nəvaini, 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə