Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
89
mış bu kitabı  Əli Fəhminin oğlu  İlham  Ələkbərov böyük 
çətinliklə olsa da hazırlamış və çapa təqdim etmişdir. Kita-
bın müəlliflərindən biri olan Akademik F.Qasımzadə kita-
ba ön sözündə yazır. ”Bu kitab 40 il bundan əvvəl çıxa bi-
lərdi, çıxmalıydı, lakin çıxmadı. Totalitar cəmiyyətdə 
hökm sürən bürokratiya, süründürməçilik, get-gələ sal-
maq, formalizm, ayrı-ayrı  şəxslərin laqeydliyi, biganəliyi 
və paxıllığı üzündən çıxmadı”. 
Əli Fəhminin vəfatından sonra “İşıq” nəşriyyatına tə-
qdim olunan, 8 çap vərəqi həcmində olan  bu kitab ”İşıq” 
nəşriyyatının direktoru F.Fərəcovun imzası ilə 14 may 
1975-ci il 226 nömrəli rəsmi məktubla  rəy yazılmaq üçün 
professor  Əkrəm Cəfərə göndərildi. Lakin, naməlum sə-
bəblərdən kitabın nəşri yubadıldı. Bu sətirlər qələmə alı-
narkan kitabın artıq çapdan çıxmasını  eşidib nəhayətsiz 
dərəcədə sevindik. Əsər musiqimizin inkişafı yolunda, 
böyük addımdır. Kitabda Azərbaycan  ədəbiyyatının de-
mək olar ki, bütün klassiklərinin musiqi haqqında qiymət-
li fikirləri verilir. Sadəcə verilmir, həm də geniş incələnir. 
Musiqi haqqnda bu fikirlər olduqca böyük təsir gücünə 
malikdir. Ümumiyyətlə  İstər  ədəbiyyat istərsə, də incəsə-
nətin cəmiyyət üzərində  təsiri böyükdür. Böyük qəhrə-
manların qılıncla deyə bilmədiklərini alimlərin sözlə, bəs-
təkarların musiqi ilə dedikləri haqqında çoxlu faktlar 
mövcuddur. Deyirlər müəllimi Aristotel İsgəndəri qələbə-
ləri münasibəti ilə təbrik edəndə  İsgəndər cavab verərmiş 
ki, yaxşı olardı ki, mən bu qələbələri qılınca deyil, elmin 
gücü ilə çalaydım. Digər bir misal. Afinanın teatr binaları-
nın birində məşhur parodiya ustası Hedemanın ”Qiqanto-


Yeqzar Cəfərli  
 
 
90 
maxiya” tamaşası göstərilirmiş. Bu zamanlar Afina ilə 
Sparta arasında Pelepones müharibəsi (e.ə 431-404) gedir-
miş. Məhz bu tamaşa zamanı müharibədə Afinanın 
məğlub olduğu xəbəri alınır. Tamaşa o qədər maraqlı imiş 
ki, hətta məğlubiyyət xəbəri belə Afinalıları öz yerindən 
tərpədə bilmir. Digər bir misal. Avropa şəhərlərinin birin-
də Şekspirin “Otello” əsəri oynanılırmış. Tamaşanın təsiri-
nə qapılan bir zabit Otellonun Dezdmonanı boğması səh-
nəsindən təsirlənir, bunu yalnız bir tamaşa olduğunu unu-
dur və Otello rolunu oynayan aktyoru tapançadan açdığı 
atəşlə oldürür. Belə misalların sayı yüzlərlədir. 
“Klassiklərimiz və musiqi” kimi əsərlərin nəşrinə hə-
qiqətən böyük ehtiyac vardır. Məsələn: biz tez-tez belə bir 
hadisənin  şahidi oluruq.  Deyirlər filan xanəndə hansısa 
bir  muğamı oxudu.  Əslində muğam oxunmur. musiqi 
alətləri vasitəsi ilə ifa olunur, çalınır. Quran da muğam 
üstündə, əsasən şur üzərində  ifa olunur. 
 Əziz oxucular, 2009-cu ildə Bakıda keçirilən muğam 
festifalı onu göstərdi ki, musiqimiz dünya musiqisinin şah 
zirvəsində dayanır. Bütün dünya xalqlarının qibtə etdiyi 
zəngin bir mədəniyyətimiz vardır. Bakı islam mədəniyyə-
tinin mərkəzi elan olunub. Bu isə o deməkdir ki, bütün 
dünyanın diqqəti bizdədir. Yaxın keçmişdə ölkəmiz islam 
dünyasının mərkəzinə çevriləcəkdir. Mədəniyyətimiz hə-
qiqətən də güclüdür. Tarixə fikir versək görərik ki, mon-
qollar XIII əsrdə Azərbaycanı işğal edib viran edə bilsələr 
də öz mədəniyyətlərini xalqımıza qəbul etdirə bilmədilər. 
Əksinə, özləri Azərbaycan mədəniyyətinin təsiri altına 
düşdülər Və yaxud ərəblər VII əsrdə İranı işğal edib islamı 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
91
yaysalar da İran mədəniyyətinin təsiri altına düşdülər. 
Göründüyü kimi mədəniyyəti nə keçmişdə oxların, nizələ-
rin, nə  də indi topların ucuna bağlayıb digər ölkələrə at-
maq mümkün deyildir. Ümumiyyətlə  mədəniyyət ixrac 
olunmur. O, hər bir ölkənin özünün daxili xüsusiyyətləri 
ilə bağlıdır. Minilliklərin təcrübəsi göstərir ki, məğlub mil-
lət buyunduruq zəncirini qəbul etsə  də, yabançı  mədə-
niyyətini qəbul etmək istəmir. İran şairi Ə.Firdovsi ölməz 
”Şahnamə”sində yabançı bir ərəbin-Zöhhakın Kəyan taxt 
tacına sahib olmasından qəzəblə danışır. Bu bir yandan tə-
qdirəlayiqdir. Hər bir millətin öz tarixini, öz mədəniyyəti-
ni sevməsi təbiidir. Bu mənada onlara qibtə etməyə dəyər. 
İranlılar dünya xalqlarından nə götürüblərsə onu özü-
nünki edə biliblər.  Ərəblərin səhralarda yaratdığı  səyyar 
musiqi çox qədimlərdən oturaq həyata alışmış  İranlıların 
zövqünü qətiyyən oxşaya bilmədi. Ona görə də onlar ərəb 
musiqisini ciddi dəyişikliyə  uğratdılar.  Onlar həmçinin 
ərəblərin  əruzundan iki əlli yapışdılar. Ondan yeni şer 
şəkli olan rübaini yaratdılar. 
Oxucuların yəqin yadındadır. Bir neçə il bundan qa-
baq xalq musiqimizin muğamlarımızın xalqın hafizəsin-
dən tamamilə silnmək təhlükəsi vardı. Lakin muğam ifaçı-
ları H.Əliyev adına sarayda böyük konsert təşkil etdilər. 
H.Əliyev fondu muğam ifaçılarının  səsinə  səs verməklə 
musiqi tariximizdə  həqiqətən inqilab etdi. Fondun prezi-
denti Mehriban xanım nə yaxşı ki, musiqi mədəniyyətimi-
zin beşiyi başında dayanıb ona şirin ana laylası çalır. Belə 
olmasaydı indi muğam sonuncu nəfəsini dərməkdə idi. 
Hazırda Respublikamızda muğamın təbliği yüksək sə-


Yeqzar Cəfərli  
 
 
92 
viyyədədir. Gözəl muğam evi tikilib muğam ifaçılarının 
ixtiyarına verilmişdir. Bu işi daha da genişləndirmək 
mümkündür. Zənnimcə orta məktəblərdə muğam və əruz 
ayrıca fənn kimi tədris də oluna bilər. Axı, bu bizim sərvə-
timizdir. Bayağı, zamanla səsləşməyən mahnıların təbliği-
nə qadağa qoymaq vaxtı deyilmi?  Bunun üçün isə müba-
rizə aparmaq lazımdır. Mübarizə aparmaq üçün isə yeni 
yeni  əsərlər çap olunmalıdır.  İnanırıq ki,  axtardığımız 
bütün sualların cavabını bu yaxınlarda nəşr olunmuş 
“Klassiklərimiz və musiqi” əsərində tapa biləcəyik.  
 
 
Nəsimi Əli Fəhmi  
yaradıcılığında 
 
Nəsimi yaradıcılığında din  
ehkamlarının tənqidi 
 
Nəsimi klassik Azərbaycan poeziyasının  ən nəhəng 
nümayəndələrindən biridir. O, bir şair olmaqla yanaşı, 
Qurani-Kərimi, İslam hüquq məktəblərini, özündən əvvəl-
ki Şərq poeziyasını mükəmməl mənimsəmiş və bunlardan 
öz şerlərində məharətlə istifadə etmişdir. Əli Fəhmi Azər-
baycan ədəbiyyatında yaradıcılığı ən mürəkkəb olan şair-
lərin yaradıcılığını  tədqiq etmişdir. Nəsimi yaradıcılığına 
az çox bələd olanlar bilirlər ki, bu görkəmli şairi öyrənmək 
üçün tək şair, tək alim olmaq kifayət deyil. Burada ərəb və 
fars dillərini, klassik şərq ədəbiyyatını və xüsusilədə əruz 
vəznini dərindən bilmək tələb olunur. Əli Fəhmi bu 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə