Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

Yeqzar Cəfərli  
 
 
64 
Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi 
yollar insanları paklığa düzlüyə doğruluğa sədaqətə  cə-
surluğa dəvət edən tələblərdir tövsiyələrdir. 
Heydər Əliyev 
 
Qurani-Kərimin tərcüməsi 
 
1969-cu ildə Azərbaycn KP-MK- ya birinci katib seçi-
lən H.Əliyev ilk gündən Resbuplikada idarəçiliyin möh-
kəmləndirilməsi, dövlətçiliyin qorunması, kadrlara tələb-
karlığın artırılması yolunda ciddi addımlar atdı. O, kor-
rupsiyaya müharibə elan etdi. Bütün bunlarla yanaşı 
H.Əliyev xalqımızın ümumbəşəri ideyalarının qorunması-
nın qayğısına qalır, islami dəyərlərin inkişafına ciddi fikir 
verirdi. Kommunist ideologiyasının ciddi müqaviməti şə-
raitində belə xalqın öz dininə azad ibadət etməsi üçün 
əlindən gələni  əsirgəmirdi. Bu məqsədlə O, Qurani-Kəri-
min Azərbaycan dilinə  tərcümə olunması haqqında sə-
rəncam verdi. Bu şərəfli,  şərəfli olduğu qədər də  məsu-
liyyətli olan iş respublikada Qurani-Kərimin və  ərəb dili-
nin ən gözəl bilicisi, ADU-nun Azərbaycan ədəbiyyatı ta-
rixi kafedrasının baş müəllimi  Əli Fəhmiyə tapşırıldı. Bu 
böyük işin Əli Fəhmiyə tapşırılması heç də təsadüfi deyil-
di. 
 Bildiyimiz kimi Qurani-Kərim sevimli peyğəmbəri-
mizə bir möcüzə olaraq nazil olmuşdur. Özündən  əvvəl 
bütün müqəddəs kitablardan ciddi surətdə fərqlənən Qu-
rani-Kərimə bir söz əlavə etdikdə və ya bir söz azaltdıqda 
dərhal mənasını  dəyişir. Quranı iki qisim insanlar az da 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
65
olsa öyrənə bilər. Ayələr nazil olarkan peyğəmbərin ya-
nında olan səhabələr və bir də səhabələrin yazdığı təfsirlə-
ri oxumaqla. Bu çətinliyə əlavə olaraq onu da qeyd etmək 
lazımdır ki, Qurani-Şərif həm nəzmlə həm də nəsrlə yazıl-
mışdır. Deməli, Quranın tərcüməsinə nail olmaq üçün 
həm klassik ərəb poeziyasını, həm də  nəsri ciddi surətdə 
bilmək tələb olunur.  
Yeraltı  və yerüstü dünyanın açarı olmaqla özündə 
bütün  əsas və köməkçi elmləri birləşdirən Quran ayələri 
olduqca təsirlidir. Bu ilahi kəlamların ecazkar səsindən tə-
sirlənib islamı  qəbul eyləyənlər çoxdur. Müşriklər bu kə-
lamlardakı ilahi qüdrəti dərk etməyərəkdən səhvən ayələ-
ri sehr və cadu adlandırırdılar. Qurani tərcümə etmək 
üçün ensiklopedik biliyə malik olmaq lazımdır. H.Əliyev 
də bu işi  Əli Fəhmiyə tapşırmaqla onun məhz bu key-
fiyyətlərini nəzərə almışdı. Əli Fəhmi xatırlayırdı ki, Qura-
ni Kərimin tərcüməsi ilə bağlı Heydər Əliyev məni öz qə-
buluna  çağıranda onun qəbulunda  əslən Cənubi Azər-
baycandan olan daha iki alim vardı. H.Əliyev üzünü Təb-
rizli alimlərə tutub dedi:  
“Bu işi yubandırmaq olmaz. Sizə Quranın tərcüməsi 
üçün neçə il vaxt lazımdır”? 
 Dörd il, -deyə cavab verdilər. 
 Əli Fəhmi bəs sən? 
 İki il-deyə cavab verdi 
Tez tez Əli Fəhmi ilə dini mövzuda söhbətlər edən 
H.Əliyev bu söhbətlərin  əsnasında böyük alimdən soru-
şur. 


Yeqzar Cəfərli  
 
 
66 
 Quranda övladın valideyn qarşısında borcu haqqın-
da nə yazılmışdır. Ümumiyyətlə övlad valideyn qarşısın-
da özünü necə aparmalıdır?  
Əli Fəhmi cavab verir ki, 
 “Övlad valideyn qarşısında özünü bir qul kimi apar-
malıdır. Valideynin verdiyi tapşırıqlar nə qədər çətin olsa 
da bunu valideyninə heç vəchlə bildirməməlidir. Çünki 
valideyn övladın əzab çəkdiyini bilsə qəlbi inciyər”. 
 Bu söhbətlərdən H.Əliyev heyrətlənir və Qurani Kə-
rimə işarə edərək bildirir:  
“ Bu ki böyük tərbiyə ocağıdır”.  
Bundan sonra Rəhbərin icazəsi və xeyir duası ilə Qu-
rani-Şərifin Azərbaycan dilinə, dövlət səviyyəsində, Azər-
nəşrlə müqavilə əsasında tərcüməsinə başlanılır. H.Əliyev 
Əli Fəhmiyə dönə-dönə tapşırır ki, bu müqəddəs kitabı 5-
ci sinif şagirdinin belə başa düşəcəyi bir dildə tərcümə et-
sin.  Əli Fəhmi də öz növbəsində böyük şövqlə  həyatının 
mənası bildiyi Qurani-Kərimi məhz H.Əliyevin arzusuna 
müvafiq olaraq ən sadə dildə  tərcüməsinə başladı.  Əli 
Fəhminin  əlyazmaları ilə tanış olarkən öyrəndim ki, bö-
yük alim Quranın tərcüməsi ilə  məşğul olduğu dövrdə 
H.Əliyev tez-tez Ə.Fəhmi ilə söhbətlər edir, tərcümənin  
gedişi ilə maraqlanırdı. 
1969-1970 ci illərdə  Ə.Fəhmi bu müqəddəs kitabın 
ayələrin daha çox olduğu Bəqərə, Ali İmran surələrini və 
Nisa surəsinin 9 ayəsini, yəni 7 cüzün tərcüməsinə nail ol-
muşdu. Tərcümənin redaktoru V.Məmmədəliyev idi. La-
kin bədxah qonşularımız ermənilər Moskva vasitəsi ilə 
Azərbaycan KP-MK-ya təzyiq göstərərək heç bir dinin təb-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
67
liğinə yol verilmədiyi halda, Quranın da tərcüməsinin yol-
verilməz olduğunu bildirərək tərcümənin dayandırılması-
na nail oldular. Azərnəşrin müdiriyyəti tərcüməni dayan-
dırmaq haqqında  Əli Fəhmiyə  məktubla məlumat verdi. 
Azərnəşrin müdiri Qılman Musayev Əli Fəhminin bu iş-
dən təsirləndiyini bildiyindən təsəlli olaraq bildirmişdi ki, 
tərcümənin dayandırılması müvəqqətidir. Alimin oğlu  İl-
ham Ələkbərov danışır ki, “atam bu işdən əməlli-başlı sar-
sılmışdı. Bu müqəddəs kitabı tərcümə edincə atamın gecə-
si gündüzü yox idi O, gündə  cəmi iki saat yatırdı”.  Əli 
Fəhmi  böyük həvəslə tərcümə etdiyi bu natamam, amma 
mükəmməl Quranın bir nüsxəsini H.Əliyevə  ərməğan et-
mişdi. Böyük alimin uzun müddət  ədliyyə orqanlarında 
çalışan oğlu  İlham  Ələkbərov həmçinin Quranın nəşrinin 
necə çətin başa gəldiyindən danışdı. ”DTK hələ çap olun-
mamış, çap makinasında olan nüsxəni müsadirə etdi, mən 
isə bunu qabaqcadan duyduğum üçün özümdə bir nüsxə-
ni gizli olaraq saxlayırdım. Sonralar bu gizli nüsxəni 
böyük çətinliklə çap etdirərək yaxın dostlarına, qohumla-
rına və bu işlə maraqlanan insanlara, o cümlədən, o za-
man Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Qurban Xəlilova, Ali Məhkəmənin sədrlərinə  və bir neçə 
nazirə payladım.  Həmin Quranın bir nüsxəsi 1996-cı ildə 
Təhsil Naziri Misir Mərdanova  əziz xatirə kimi ərməğan 
edilmişdir. Onu da qeyd edək ki, Qurani-Kərimin Əli Fəh-
mi tərəfindən tərcümə olunmuş 7 cüzü sonralar Akade-
mik Vasim Məmmədəliyev tərəfindən edilən tərcüməsinin 
tərkibinə daxil edilmişdir. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə