Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

Yeqzar Cəfərli  
 
 
52 
lər. Alimin oğlu İlham Ələkbərov danışır ki, anamın atası 
Hacı Abbasəli kişi sərt xasiyyətli bir insan idi. O, Əli Fəh-
minin Aliyə xanımdan iki yaş kiçik olduğunu əsas gətirib
iki gəncin münasibətlərini qadağan edir. “Hacı  Gəncəli, 
qızım oğlundan 20 yaş kiçik olsaydı, etiraz etməzdim, am-
ma qızım oğlundan 2 yaş böyükdür. Eşidən bilən bizə nə 
deyər” – deyə etiraz edir. Lakin son nəfəslərinə qədər bir-
birlərini sevəcəklərinə və gələcəkdə ailə quracaqları barə-
də əhd peyman edən bu iki gəncin iradəsini heç yolla qır-
maq olmur. Belə olduqda Hacı Abbasəli kişi iki bağın mər-
zində Keşlədən gətirdiyi biri oğlanın, o biri də qızın adına 
olmaqla iki püstə  ağacı  əkir. “Bu ağaclar cücərərsə ailə 
qurmağınıza icazə verərəm”-deyir.  O, əlbəttə çox yaxşı bi-
lirdi ki, Türkanda püstə  ağacı bitmir. Abbasəli kişi qəti 
olaraq tapşırır ki, ağaclar heç kim tərəfindən suvarılmasın. 
Lakin oğlanla qız xəlvəti hər kəs öz ağacını sulayır və 
böyük  əziyyətlə  də  olsa  bu  ağacları cücərdirlər. Hacı Ab-
basəli kişinin əlacı kəsildiyindən, iki gəncin ailə qurması-
na xeyir dua verir. 
Abşeron təbiətinə az çox bələd olan hər kəs bilir ki, 
nə Zirə, nə də Türkanda püstə ağacı bitmir. Bugünün özü-
ndə üz-üzə duran bu iki püstə  ağacı Türkanda yeganə 
püstə  ağaclarıdır. Qonşu kəndlərdə belə  məşhur olan bu 
iki püstə ağacı iki gəncin məhəbbət dastanıdır. Qəribə bu-
rasıdır ki, oğlanın adına əkilən ağac yam-yaşıl olsa da, bar 
vermir, amma qızın adına əkilən ağacın bol barı olur. Ar-
zu edərdim ki, müxtəlif səbəblərdən bir-birinə qovuşa bil-
məyən gənclər bu iki ağacı ziyarət edəydilər.  Mən o gənc-
lərin xoşbəxt olacaqlarına heç də şübhə etmirəm. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
53
Əli Fəhminin ictimai fəaliyyəti 
 
Əli Fəhmi 1959-cu ildən Respublikanın ictimai həya-
tında fəal iştirak edir. O, Zaqafqaziya müsəlmanları kon-
qresinin üzvü kimi bu təşkilatın xətti ilə tez- tez keçmiş 
SSRİ  respublikalarında, dünya ölkələrinin sülh konqreslə-
rində fəal iştirak edirdi. O, özünün də üzvü olduğu bu təş-
kilatın “Sülh uğrunda, imperialist müharibəsinə qarşı 
mübarizədə müsəlmanların birliyi uğrunda mübarizə”yə 
həsr olunmuş 1970-ci il Daşkənd,  “Ərəb xalqlarının  əda-
lətli mübarizəsini müdafiə” edən, müsəlmanların 1973-cü 
il Daşkənd,” İmam əl-Buxarinin anadan olmasının 1200 il-
liyi”nə  həsr olunmuş 1974-cü il Səmərqənd konfransları-
nın  tribunasından dünya xalqlarını birliyə çağırmaq baxı-
mından istifadə edirdi. Bu çıxışların mətnləri bizim qarşı-
mızdadır. Dünya müsəlmanlarını vahid cəbhədə birləş-
məyə çağıran bu çıxışların hər birində insanları birliyə 
çağıran Quran ayələrindən misallar gətirirdi. Bu çıxışların-
da O, həmçinin, Sovet Konstitusiyasını Qurani Kərimləü-
qayisə edər,  ümumiyyətlə bütün dünya Konstitusiyaları-
nın Qurandan götürüldüyünü sübut edirdi. Buna isə hamı 
təəccüb qalırdı. Qurana, hədislərə  və ictimai inkişaf qa-
nunlarına  əsasən zülmkarlara, irqçilərə, ictimai tərəqqi 
uğrunda mübarizədə müsəlmanların birliyi ilə bağlı  Əli 
Fəhmi konkret iş planına malik idi. 
1. Quran və  hədislərin zülmkarlar haqqındakı 
müddəalarından istifadə etmək. 
2. Quran və  hədislərin sülh haqqında müddəaların-
dan istifadə etmək. 


Yeqzar Cəfərli  
 
 
54 
3.  İşğalçılara qarşı mübarizə bütün müsəlmanların 
müqəddəs borcudur. Ərəb müsəlman qardaşların  İsrailə, 
Vyetnam xalqının Amerika təcavüzünə qarşı mübarizə. 
4.  İrqi ayrı-seçkilik müsəlman dininə  və onun 
müqəddəs kitabı olan Qurani-Kərim tərəfindən rədd edi-
lir. 
5. Bəşəriyyətin tərəqqisi haqqında Quran və hədis kə-
lamları. 
Tarixdən məlumdur ki, 1947-ci ildə Fələstin ərazisini 
tərk etməyə  məcbur olan ingilislər onun ərazisində  Fələ-
stin və  İsrail dövlətlərini yaratmaq haqqında qərar qəbul 
etdilər. Bununla da bugünkü günümüzə  qədər davam 
edən  İsrail Fələstin münaqişəsinə start verdilər. Az sonra 
müstəqil  İsrail dövlətinin yaradılmasına kəsgin etiraz 
edən Misir, İraq, Suriya, İordaniya, Livan, Səudiyə Ərəbi-
stanı, Yəmən İsrailə müharibə elan etdilər. ( 1948 ). Lakin 
aparıcı Ərəb dövlətlərinin az sonra bu savaşda məğlub ol-
ması, bir yandan ABŞ-ın, Qərb dövlətlərinin İsraili müda-
fiə etməsi ilə bağlı idisə, digər tərəfdən də Müsəlman döv-
lətləri arasında birliyin olmaması idi. Qərbin bu dəstəyin-
dən istifadə edən  İsrail az sonra BMT-nin Fələstin üçün 
ayırdığı torpaqları da özünə qataraq, 1 milyondan çox ərə-
bi öz doğma yurd yuvalarından qaçqın saldı. Fələstin 
müsəlmanlarının dözülməz  şəraiti bütün dünya müsəl-
manları kimi, Əli Fəhmini də nəhayətsiz dərəcədə narahat 
edirdi. Çıxışlarının birində qeyd edirdi. “Allah həzrətləri 
mürsəl peyğəmbərlərə göndərdiyi bütün müqəddəs kitab-
larda Tövrat, İncil, Quran insanları  hər yerdə sülhə, mə-
həbbətə, mehribanlığa, yer üzərində fitnə  fəsad törətmə-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
55
məyə çağırmışdır”. Qurani kərimin “Ali İmran” surəsinin 
103-cü ayəsində deyilir: “Allahın möhkəm olan ipinə bərk 
bərk yapışın, parça-parça olmayın”. Yarandığı gündən 
ABŞ-ın göstərişlərini yerinə yetirən BMT İsrailin Fələstin 
xalqının əleyhinə törətdiyi vəhşiliklərə biganə qalır, onun 
qəbul etdiyi qətnamələrə İsrail heç də məhəl qoymur. Bu-
radan belə bir sual meydana çıxır. Əgər BMT qətnamələri-
nə  hər hansı bir müsəlman dövləti məhəl qoymasaydı  nə 
olardı? Heç şübhəsiz ki, onu yer üzündən silməyə  cəhd 
göstərəcəkdilər. Biz artıq  İraqın timsalında bunun şahidi 
olduq. 
 Əli Fəhmi sülh konqreslərindəki çıxışlarında təkcə 
İsrailin Fələstinə qarşı  təcavüzünə qarşı deyil, həmçinin 
ABŞ-ın Vyetnam xalqına qarşı  tıcavüzünə qarşı da barış-
maz mübarizə aparırdı. Əli Fəhminin keçən əsrin 60- 70-ci 
illərdə  mübarizə apardığı məsələlər dünya müsəlmanları-
nı birliyə çağıran məruzələri bu gün üçün də çox aktual-
dır. Çünki İsrailin Fələstinə  təcavüzü bu gün də davam 
edir. Bu yaxınlarda İsrailin dinc Fələstinlilər üzərinə hücu-
mu ilə minlərlə qoca, uşaq və qadınların öldürülməsinə 
yalnız Türkiyə öz kəskin etirazını bildirdi. Davosdakı çıxı-
şında buna etirazını bildirən “Mənimçün artıq Davos bit-
mişdir”- deyib, oranı tərk edən “Böyük Atatürkün davam-
çısı” Rəcəp Tayyip Ərdoğanın bu mərdanə  hərəkəti bir 
daha göstərdi ki, Türkiyə bir müsəlmanın və yaxud bir 
türkün mənafeyini özünün dövlət maraqlarından üstün 
tutur. 
BMT, ABŞ  və  Qərb ölkələri onda da İsraili müdafiə 
edirdilər, indi də müdafiə edirlər.  Tarix təkrar olunur. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə