Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
  1   2   3   4   5   6   7   8   9   ...   69


Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi 
 
 
 
   
 
MƏMMƏDHÜSEYN HÜSEYNOV 
 
 
 
 
 
ÜMUMİ 
 
SİTOLOGİYA 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2015 
 FƏXRİNTAC ƏMİROVA 


 

Dərsliyin elmi redaktoru: boil.e.d., prof.Qasımov N.A, 
 
 
Rəyçilər: 
boil.e.d., prof. Quliyev R.A. 
 
 
boil e.d., prof.Qənbərov X. 
 
 
 
Təqdim edilən dərslik Azərbaycan Respublikası təhsil 
nazirinin  46-62-44  07/17 saylı əmri ilə təsdiq etdiyi 
bakalvr təhsil pilləsi üçün nəzərdə tutulan proqram 
əsasında tərtib edilmişdir. Dərslik V fəsildən ibarət 
olub, I fəsil hüceyrələrin öyrənilmə üsulları, II fəsil 
hüceyrə nəzəriyyəsi və hüceyrələrin quruluşu kimyəvi 
fiziki kimyəvi təşkili, III fəsil sitoplazma və onun 
təşkili, IV fəsil nüvə və onun komponentləri, V fəsil isə 
hüceyrələrin differensiasiyası və patalogiyasına həsr 
edilmişdir. 
Ümumi sitologiya dərsliyi təhsil nazirinin 11.07.2005-ci 
il tarixli, 542 saylı əmri ilə qrif almış və ali məktəb 
tələbələri üçün tövsiyə edilmişdir.  
 
 
 
 
 
 
 
 


 

SİTOLOGİYA  VƏ  ONUN  PREDMETİ 
 
Sitologiya  (yunanca  sitos-hüceyrə,  loqos-elm) 
hüceyrə  haqqında  elm  olub,  hüceyrələrin  quruluşunu, 
onların  funksiyalarını,  özünütörətmə,  regenerasiyasını, 
mühitə  uyğunlaşmasını  və  s.  xassələrini  öyrənir. 
Sitologiya 
həmçinin 
 
ixtisaslaşmış 
hüceyrələrin 
xüsusiyyətlərini, 
onların 
xüsusi 
vəzifələrinin 
formalaşmasını  və  spesifik  quruluş  vahidlərinin 
inkişafını  öyrənir.  Son  50  il  ərzində  sitologiya  təsviri 
morfoloji  elmdən  eksperimental  elmə  çevrilmişdir. 
Onun  qarşısında  hüceyrənin  fiziologiyasını  öyrənmək 
vəzifələri  durur.  Digər  sözlə  müasir  sitologiyanı  
hüceyrənin fiziologiyası adlandırmaq olar. 
Sitologiyanın  bu  istiqamət  alması  onun  biokimya, 
biofizika,  molekulyar  biologiya,  genetika  və  s. 
elmlərinin  nailiyyətlərindən  istifadə  etməsindən  irəli 
gəlmişdir. Hüceyrə haqqında təsəvvürlərin 1665-ci ildən 
məlum olmasına baxmayaraq sitologiya digər biologiya 
elmlərindən təxminən 100 il əvvəl ayrılmışdır. Belə ki, 
ilk  dəfə  böyüdücü  linzaların  köməyilə    Robert  Huk  
mantar  kəsiyini  müşahidə  etmiş  və  onun  arı  pətəyinə 
bənzər  «qapalı  boşluqlar»-dan  ibarət  olmasını  aşkar 
etmişdir. Həmin qapalı boşluqlara R.Huk “celluale”  adı 
vermişdir  (“Celluale”  latınca  kiçik  otaq,  apartment, 
hüceyrə  mənasını  daşıyır).Bundan  sonra  elmdə  bir-
birinin  ardınca  bitki  anatomiyasına  aid  tədqiqat  işləri 
aparılmışdır.  A.  Malpiqi  (1667)  və  H.  Qryu  (1671) 
R.Hukun  müşahidələrini  təsdiq  edərək  göstərmişlər  ki, 
bitkilərin 
müxtəlif 
hissələri 
sıx 
birləşmiş 


 

«qovuqcuqlar»-torbacıqlardan 
təşkil 
olunmuşdur. 
Sonradan  holland  Anton  van  Levenhuk  (1680) 
təkmilləşdirdiyi  mikroskopla  suda  yaşayan  birhüceyrəli 
canlı  orqanizmləri,  heyvan  hüceyrələrində  eritrositləri 
və spermatozoidləri müşahidə etdi.  Daha sonra heyvan 
hüceyrələrini  F. Fontana (1781) təsvir etdi. Lakin bu və 
digər  tədqiqatlar  hüceyrə  quruluşunun  universallığı, 
onun  quruluş    xüsusiyyətləri  haqqında  tam  məlumat 
vermirdi. 
Mikroskopun 
kəşfi 
və 
təkmilləşməsinin 
hüceyrənin 
qurluşunun    öyrənilməsində    böyük 
əhəmiyyəti  olmuşdur.  Bu  dövrdə  hüceyrə  haqqındakı 
ilkin  təsəvvürlər  dəyişilməyə  başladı.  Hüceyrə 
qurluşunun  təşkilində  onun qılafına deyil, daxili  canlı 
möhtəviyyatına  fikir  verməyə  başladılar.  İlk  dəfə  Dryü 
Carden, 
Fon 
Mol, 
Şults 
hüceyrənin 
daxili 
möhtəviyyatını  öyrəndi.  Yan  Purkinye  (1930) 
hüceyrənin  daxili,  canlı  maddəsini  protoplazma 
adlandırdı  və  hüceyrənin  həyat  fəaliyyətinin  onun 
qılafından  yox,    protoplazmasından  aslı  olduğunu  qeyd 
etdi. 
1833-cü  ildə  R.Broun  tərəfindən  protoplazma 
içərisində  onun  daimi  quruluş  vahidi  olan  nüvə  kəşf 
edildi.  Bütün  bu  və  digər  kəşflərdən  istifadə  edərək 
1938-ci  ildə  alman  alimləri  M.  Şleyden  bitki  və  T. 
Şvann  1939-cu  ildə  heyvan  hüeyrələri  üzərində 
apardıqları 
tədqiqatlardan 
aldıqları 
nəticələri 
ümumiləşdirərək  hüceyrə  nəzəriyyəsinin  ilk  iki 
müddəasını  formalaşdırdılar. 
XIX  əsrin  ikinci  yarısında  bir  tərəfdən 
təbiətşünaslıq  elminin  müxtəlif  sahələrinin  (fizika, 


 

kimya  və  s.)  digər  tərəfdən  də  mikroskopun 
təkmilləşməsi    hüceyrələrin    hər  tərəfli    öyrənilməsinə 
imkan  yaratdı.  Belə  ki,  XIX  əsrin  ikinci  yarısında  çox 
hüceyrəli  orqanizmlərdə  hüceyrənin  müstəqil  deyil, 
toxumanın  bir  hissəsi  kimi  fəaliyyət  göstərməsi  və 
histologiyada  toxumaların  təsnifləşdirilməsinə  cəhd 
edildi.  F.  Leydiq  (1853)  və  A.  Keliker  (1855)  mövcud 
məlumatları,  toplanmış  materialları  ümumiləşdirərək 
həmin dövrdə 21 növ toxumanı 4 tipdə qruplaşdırdılar. 
XIX əsrin ikinci yarısında mikroskopun inkişafında 
Y.  Purkinyenin  xidmətləri  böyük  olmuşdur,  nəticədə 
hüceyrə,  toxuma    və  orqanlar  haqqında    yeni-yeni 
məlumatlar əldə olundu. 
Belə ki, 1859-cu ildə R. Reman amitozu kəşf etdi, 
Virxov  isə  hüceyrə  nəzəriyyəsinə  yeni  müddəa    əlavə 
etdi,  eyni  zamanda  hüceyrə  patologiyasının  əsasını 
qoydu. 
1871-1879-cu illərdə bitkilərdə (İ.O.Çistiyakov) və 
heyvanlarda 
(P.İ.Peremejko,  V.Fleminq)  mitozun 
təsvirini verdi. 1884-cü ildə O.Hertviq və E.Strasburqer 
xromatinin  irsiyyətin maddi daşıyıcısı olması hipotezini 
irəli sürdülər.  
1875-1876-ci illərdə  O.Hertviq və E.Van Beneden  
hüceyrə mərkəzini, 1898- ci ildə alman alimi R.Altman 
mitoxondrini,  1899-cu  ildə  isə  K.  Holci  hüceyrədaxili 
tor aparatı (Holci kompleksi) kəşf etdi. 
Elektron mikroskopunun (1933) kəşfindən sonrakı 
qısa  müddətdə    hüceyrənin  ultraquruluşu  sahəsində 
kəşflər  genişləndi.  Belə  ki,  1954-cü  ildə  A.Rodin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə