Yazıçı-publisist, fəlsəfə doktoru



Yüklə 41,09 Kb.
tarix04.11.2017
ölçüsü41,09 Kb.
#8378
növüYazı


“Vətən səsi” - 20
Vətən mücadiləsi

Akif ƏLİ,

Nazirlər Kabinetinin

Mətbuat xidmətinin rəhbəri,

yazıçı-publisist,

fəlsəfə doktoru

----------------------------------

1990-cı ilin sazaqlı- şaxtalı qış aylarında nəşrinə icazə almaq üçün neçə bürokratik əngəllər aşıb hərbi senzorlarla fikir dartışması apardığım, bütün təşkilati, texniki, yaradıcı proseslərdə əziyyətinə qatlaşdığım və nəhayət, ilıq bir yaz axşamı “Azərbaycan” nəşriyyatının mətbəəsində ilk nömrəsini əlləri mazutlu-mazutlu çap maşınından götürüb sinəmə sıxdığım vaxtdan çox yazıma həyat verən “Vətən səsi” qəzetinin 20 yaşa çatdığını eşitdikdə açığı, qarışıq hisslər keçirdim: sevinc, qürur, nostalji... Və yaradılmasında bilavasitə iştirak etdiyim, əvvəlcə məsul katib, 1991-1993-cü illərdə isə Baş redaktoru olduğum o sevimli qəzetdə çalışdığım illər kinolent kimi gözlərimin önündən gəlib keçdi.

...İmperiya ideologiyasından asılı olmayan “balaca qəzetlərin” seyrək vaxtında yaranıb da çağdaş demokratik mətbuatımızın ilk qaranquşlarından olan “Vətən səsi” qəzetinin 1-ci sayı 1990-cı il aprelin 18-də işıq üzü gördü. İctimai qurum olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı kimi əsas etibarilə erməni quldurlarının silahlı təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə oğuz türkünün müsibətlərini yazmaq və yaymaq məqsədi daşıyan qəzet indiki “Ermənistan” adlanan ərazilərdə əsrlər boyu yaşamış soydaşlarımızın həyatı, məişəti, mübarizəsini əks etdirmək məqsədi daşıyırdı. Hallüsinasiyalar içində hansısa xəyali “Böyük” dövlətin varisləriymiş kimi özlərini “qədim mədəni xalq” adlandıran vəhşi qövmün əsil saxtakar siması və sadist əməlləri barədə həqiqətlər ilk dəfə məhz “Vətən səsi”ndə strateji xətt olaraq sistematik dərcə başladı.

Həm xəstə qonşularımızın hiylə maskasını, həm də ilana ağı verənlərin şər xislətini yüz minlərlə qaçqının timsalında konkret faktlarla açan “Vətən səsi” müsəlman türksoylulara qarşı məkrli oyunları ifşa edir, bəlalarımızın səbəbkarı kimi qarı imperiyadan qurtulmaq yolunu dəstəkləyirdi. Sovet ideologiyasına alternativ olaraq demokratik dəyərlərin, söz, mətbuat azadlığının genişləndirilməsi, soykökümüzə, milli adət-ənənələrimizə qayıdış, dilimizin, dinimizin qorunması, tarixi ədalətin bərpası kimi mütərəqqi ideyalar qəzetin əsas istinad motivləri idi. Hazırlıq prosesində uzun bir siyahı tutaraq arasından seçib götürdüyümüz “Vətən səsi” adı və “Öncə - Vətəndir” devizi altında vətənə təmənnasız xidməti hər şeydən üstün tutan redaksiya kollektivi bu yolda qeyrətlə çalışırdı.

Öz imkanları çərçivəsində vicdanla mübarizəsini yürüdən “Vətən səsi” yurdun ən ağır günlərində xalqa yol göstərəcək qüdrətli sərkərdələrin, qəhrəman insanların, müdrik şəxsiyyətlərin təbliğinə də xüsusi diqqət yetirirdi. Bu baxımdan manşetinə “Vətənə Atatürk gərəkdir” çağırışını çıxardığımız qəzetdə ictimai fikirə belə bir ideya təlqin edilirdi ki, torpaqları düşmən tapdağı altında qalan, dövlətçiliyi təhlükədə olan, əhalisinin böyük bir hissəsi didərgin düşən bu zavallı Vətəni xilas etmək üçün idarəçilik sükanı arxasına qardaş Türkiyəni oxşar situasiyalardan çıxarmış uca Atatürk timsallı bir şəxsiyyətin keçməsi labüddür. Çağdaş Azərbaycanda isı belə bir şəxsiyyət yalnız və yalnız zəngin siyasi təcrübəyə, dəmir iradəyə və böyük nüfuza malik Heydər Əliyevdir.

1990-93-cü illər arasında gəldi-gedər iqtidarlar nə qədər qızsa da, biz bu fikirləri birmənalı şəkildə, ardıcıl prinsipiallıq və qətiyyətlə təbliğ edir, məsələni gündəmdə saxlayırdıq (sonralar mən bu ideya üzərində yaradıcılıq axtarışlarını genişləndirərək Mustafa Kamal Atatürkün və Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” adlı fəlsəfi-publisistik kitab yazdım. Türk dünyasının iki dahi oğlunun, görkəmli dövlət xadimlərinin Vətən uğrunda mübarizələrini, xalq naminə fədakar zəhmətlərini, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini həm müvafiq sitatlar, aforizmlər, müdrik deyimlər, həm də onların bir-birinə çox oxşar foto-şəkilləri ilə parallel montaj edərək dahilərin xatirəsinə layiq bir töhfə hazırladım. Forma və məzmun etibarilə anoloqu olmayan həmin illüstrasiyalı kitab həm Azərbaycanda, həm də Tükiyədə oxucular arasında böyük maraqla qarşılandı).


...O illəri görənlər bilir ki, Azərbaycan necə dəhşətli problemlərlə üz-üzə qalmışdı: ictimai, siyasi, hərbi, iqtisadi, sosial böhran ölkəni didib-dağıdırdı. İttifaq rəhbərlərinin “yenidən qurulmuş” xəyanəti sayəsində türk torpaqlarında yaradılan marionet “Ermənistan” yenə nankorcasına ərazi iddiaları qaldırmış, sovet ordusunun köməkliyi ilə kəndlər, şəhərlər işğal edilərək erməniyə verilmiş, yüz minlərlə soydaşımız əzəli dədə-baba torpaqlarından didərgin düşmüşdü. Əhalinin yaşayış səviyyəsi təhlükəli həddə idi. Kremlin davamlı siyasi-iqtisadi-hərbi-ideoloji təzyiqləri xalqı psixoloji cəhətdən bədbinliyə düçar edib sabaha inamını, ümidini öldürür, mübarizə əzmini qırırdı... Ölkədə vətəndaş müharibəsinin simptomları müşahidə olunmaqdaydı. Bu isə düşmənlərimizin arzuladığı ən pis sonluğa, ən ağır fəlakətə doğru sürükləyirdi: dövlətçiliyimiz itirilə bilər, Azərbaycan adlı respublika yer üzündən silinər, xalq sərgərdan və zəlil günə düşərdi...

İndiki sakit, dinc həyatımızdan baxanda dəhşət dolu o dövrləri unutmamaq gərək.

O cür ağır dþnəmdə ùÿр áèр âÿòÿíäàøäàí, õöñóñяn ömrü boyu yağ-bal içində bəslənən, propaqanda maşınının məşhurlaşdırdığı öndə gedən alimlərdən, yazıçılardan, ictimai xadimlərdən ãÿòè ìþâãå gözlənirdi. Âÿòÿí öz övladëàрûíäàí èìäàä äèëÿéèр, ìèëëÿò, õàëã ñûíàüà ÷ÿêèëирäè. İlk növbədə məhz ziyalılar qeyrət göstərərək sadə zəhmətkeşlərə ìÿãàìûí àá-ùàâàñû êèìè êÿñêèí, ñÿрò, à÷ûã sþç deməli, həqiqəti xalqa bildirib çıxış yolu göstərməliydilər. Zåùíèí éàрàòäûüû, ãÿëÿìèí éàçäûüû, dilin dediyi hər kəlmə indi éàëíûç áир ùaqqa tuş эялмяли èäè: dara düşdüyümü bu məqamda hər şeydən юнжя – Вятяндир, Vətənin taleyidir!

Adətən ekstremal мягамlarда simalar açılır, xarakterlər bəlli olur. Nə yazıq ki, o ağır dövrlərdə Azərbaycandan qaçıb gedən, xarici rahat hotellərdə daldalanıb qorxudan susan, genində satqınlıq daşıyan “ziyalılar” da tapılırdı. Təbii, hÿрÿ юз ãåéрÿòини ýþñòÿрiräè: ölkədən uzaqlarda gizlənən də, "yaradıcılıq åçàìèééÿòinдÿ" йашамаьа öñòöíëöê âåрən də, isti кабинетinдя щяйяжанла вар-эял едən də, çarəsiz qaçqınları kobudcasına qapısından qovan da, xəstəlik bəhanəsilə bağda-bağçada gəzərək ùаäèñÿëÿрèn sonunu ýþçëÿéən də... Fəqət bu xalqın əksəri əlbəttə, özünü, öz rifahını düşünmədən îäóí-àëîâóí è÷èíÿ atılıb qeyrətlə виждан áîрæóíó ödəìÿkdəydi.

Bax elə bir zamanda “Vətən səsi”nin əməkdaşları da mərd-mərdanə millət meydanındaydı. Onlar özlərinin mübarizə əxlaqını, mücadilə amalını həqiqəti açıq-aşkar yazmaqda, bəlaların kökünü göstərib çarəsini axtarmaqda, Vətəni xilas edəcək qüvvələrin, qəhrəman oğulların təqdimatında görür, ən azından əhalinin dərdini, kədərini ovudacaq xoş bir kəlmə, ümidverici bir söz deməklə, insanlara mənəvi dəstək, təsəlli verməklə ümumi işə xidmət göstərirdilər. Bizim hər nömrədə manşetə çıxartdığımız mətnlər - “Vətən təhlükədədir”, “Vətənə Atatürk gərəkdir”, “Şuşa əldən gedir”, “İran erməniyə silah satır”, “Xalq – Qalx”, “Yenə də: hər şey cəbhə üçün, hər şey qələbə üçün” və s. çağırışlar – redaksiyada xalqla, millətlə həmahəng yaşanan ab-havanın təzahürü idi. Yazdığımız, yazdırdığımız və çapa imzaladığımız məqalələrin ideya istiqaməti yalnız Vətən, Xalq, Azadlıq naminə idi. Qarabağda törədilən erməni vəhşiliyinin ifşası, didərgin soydaşlarımızın ürək acısının ovudulması əsas mövzularımızdan idi.

Bu çərçivələrdən kənarda nə biz vardıq, nə bizim qəzetimiz. İndiki ölçülərlə müqayisədə çox böyük tirajla (30-60 min arası) çıxan, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini dünyaya car çəkən “Vətən səsi” xalqa asi olanlarla, vətəni satan yaltaq, ikiüzlü adamlarla, naşı idarəçilərlə, iki cəbhəyə işləyən konyukturaçı işbazlarla bir yolu gedə bilməzdi. Və getmirdi. Vətəni, torpağı, xalqı təmənnasız sevib ona xidmət etmək qətiyyətli redaksiya əməkdaşlarının prinsipial həyat amalı idi. Yuxarıda qeyd etdiyim kimi, 1991-93-cü illərdə Baş redaktor kimi əl-ələ, çiyin-çiyinə çalışdığım həmfikirlərim, kollektivimizin dəyərli üzvləri – Sabir Tarverdiyev, Bəxtiyar Səttaroğlu, Nəsib Qaramanlı, Rafiq Fərəcov, Əhməd Vedili, Salman Vilayətoğlu, Kazım Qaraçanta, Bilal Ənsər, Miraslan Bəkirli və b. dostları bu gün də minnətdarlıqla xatırlayıram. Biz hamımız bir yerdə bütün məhrumiyyətlərə, hədə və təzyiqlərə baxmayaraq məhz bu əqidə ilə yaşayır, bu əqidə ilə yazıb yaradırdıq. Haçansa ədalətin zəfər çalacağına inanırdıq. Gün-gündən dramatikləşən hadisələr içindəki fəaliyyətimiz bizim müqəddəs Vətən mücadiləmiz idi...
Bu məqamda mən qəzetimizin tarixində yaşanan ən şərəfli olayları qürurla xatırlayıram. Hərənin bir məzhəbə qulluq etdiyi o qarma-qarışıq dövrlərdə bizim redaksiya əməkdaşları getdiyimiz prinsipial yolda xilasın ümid işığını, xilaskarın yeganə ünvanını – Naxçıvanda yaşayan dahi Heydər Əliyevin timsalında görürdü, deyirdi, yazırdı. Tədricən bu yolun alternativsizliyinə hamı əmin olurdu.

İlk vaxtlar Kremlin qorxusundan Bakıdakı kölə hakimiyyətin və onun kölə jurnalistikasının yaxına buraxmadığı, adını çəkməyi belə yasaq etdiyi, mətbuatda ünvanına haqsız tənqidlər, hətta təhqiramiz yazılar dərc edildiyi bir zamanda, biz etiraz əlaməti olaraq nəinki Heydər Əliyev barəsində pozitiv xarakterli məqalələr, intervyülər hazırlayır, haqqında müsbət rəylər dərc edirdik, hətta o böyük şəxsiyyətlə əlaqə saxlayaraq müxtəlif məsləhətlərini, tövsiyyələrini alırdıq, informasiya blokadasında qalan Naxçıvandan redaksiyamıza göndərdiyi Ali Məclisin rəsmi materiallarını nöqtəsinə-vergülünə toxunmadan dərhal çapa verirdik (qorxaq hakimiyyətin Heydər Əliyevə qarşı yaratdığı süni “yaş senzi” maneəsinə etiraz olaraq “Vətən səsi”nin 24.04.1992-ci il tarixli 15-ci sayında yazdığım “Ağıl hardadır?” yazısını, qəzetimizin bu mövqeyini tənqid edən rəsmi dövlət qəzetinə cavab olaraq isə 1.05.1992-ci il tarixli 16-cı sayımızda çap etdirdiyim “Həyat”ın gopgopuna cavab” adlı yazılarımı da xatırlayıram).

Ümumiyyətlə, o dövrlərdə Azərbaycan xalqının ən yetgin, qabaqcıl mübariz qüvvələri qaragüruhla mücadilədə üzünü əfsanəvi şəxsiyyətin yaşadığı Naxçıvana doğru çevirirdi. Beləcə “91-lər”in məlum Müraciəti meydana çıxanda da “Səs” qəzeti ilə yanaşı, hörmətli həmkarımız Ağabəy Əsgərovun redaksiyamıza təqdim etdiyi Müraciətin mətnini biz də parallel olaraq eyni vaxtda “Vətən səsi”ndə çap etdik. Bir neçə gün sonra isə möhtərəm Heydər Əliyevin Naxçıvandan göndərdiyi Cavab mətnini alıb qəzetimizin səhifələrində yerləşdirdik. Azadlıq, müstəqillik uğrunda mübarizələrin ən fəal qüvvələri olan, eyni zamanda Qarabağ problemindən ən çox əziyyət çəkib məhrumiyyətlərə düçar olan qaçqın soydaşlarımız arasında qəzetin bu sayları əl-əl gəzirdi. Az sonra “Heydər baba, gəl bu xalqı fəlakətdən qurtar” mövzulu plakatlarla Binə aeroportuna axışacaq sadə adamlar sevimli rəhbərin cavabından ruhlanaraq qayıdacağı günü səbrsizliklə gözləyirdilər.

Ulu öndər ən çətin anlarda tərəddüd etmədən xalqın səsinə səs vermişdi, Azərbaycanın azadlığı uğrunda, müstəqil dövlətçiliyimizin xilası naminə mübarizələri dəstəklədiyini bildirmişdi. Ömrünün qalan hissəsini də xalqına bağışlayan dahi lider vətənpərvər insanların çağırışını mətanətlə qəbul edib köməyə gəlirdi! Vaxtilə qurub yaratdığı ölkəni, canından artıq sevdiyi xalqını xilas etmək üçün qayıdırdı...

Və həqiqətən də yenidən hakimiyyətə qayıdan xilaskar ona ümid bəsləyənlərin gözləntilərini doğrultdu, ölkəni uçurumdan, xalqı fəlakətdən, dövləti yox olmaqdan xilas etdi. Bütün dünya dahi şəxsiyyətin fövqəladə qəhrəmanlığının, tarixi xilaskarlıq missiyasının şahidi oldu. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanda qurtuluş anı başlandı! 1993-cü il iyunun 15-i tarixə Qurtuluş günü kimi yazıldı. Xaosdan, hərc-mərcilikdən, özbaşnalıqdan qurtuluş...

Tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı müdrik xalqdır və o öz dahi oğluna inamında yanılmayıb. Hələ 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Kremlin anti-Azərbaycan siyasətinə qətiyyətlə etiraz edən Heydər Əliyev həmişəki kimi yenə də xalqın yanında idi. Səhhətindəki problemlərə baxmayaraq təkrarən böyük siyasətə qayıtmağa razı olan ümummilli lider vəhşi təcavüzə məruz qalan doğma yurda özü ilə ümid işığı gətirdi, əhalidə yaşamaq, işləmək, sabaha inam hissləri oyatdı. Ən ümdəsi ölkə vətəndaşlarını Vətən uğrunda mübarizələrə səfərbər etdi... O böyük İnsan məhz belə fövqəladə qüdrətə malik şəxsiyyət idi!

...Xilaskarın qayıdışı ilə xalqın azadlıq hərəkatı dalğasında siyasi səhnəyə çıxmış, hətta müvəqqəti siyasi olimpə qalxa bilmiş tribuna aşiqləri savadsız, səriştəsiz davranışları ilə özlərindən sonra total dağıntılar və viranəliklər qoyaraq qaçdılar. Milli xəyanətkarlar Ə.Vəzirov və A.Mütəllibovdan sonra fəndlə hakimiyyəti ələ kecirən “bəy”lər adi bir həqiqəti nəzərə almamışdılar ki, dövlət idarəciliyi çox ciddi elmdir, o naşılıq sevməz, sistemsiz, pərakəndə özfəaliyyət üsulu ilə ölkə yönləndirilməz (hələ qəzetimizin 1992-ci il 10 iyul tarixli 26-cı sayında çap etdiyim “Belə zarafat olmaz, bəylər” başlıqlı tənqidi məqaləmdə mən məhz bu məqamlara toxunmuşdum).

Qəribədir ki, bütün işləri ildırım sürətilə həyata keçirərək əhali üçün misli görünməmiş firavanlıq yaradacağını vəd edib sadəlövh kütlənin çiyinləri üstündə hakimiyyət taxtına qalxan populistlərin əsil siması zamanı yetişincə ifşa olunsa da, onlar yenə sakitləşmək bilmədən hələ uzun müddət siyasi sabotajlarını davam etdirdilər. Əlikərimovkimilər qaçıb daldalandıqları xarici ölkələrdən Azərbaycanın, onun müdrik rəhbərinin əleyhinə hərzə-hərzə hədyanlar, iftiralar yağdırdılar... Ancaq xalq artıq öz sözünü demişdi. Seçim edilmiş, saxta “bəy”lərdən alınan hakimiyyət bacarıqlı əllərə etibar olunmuşdu. (Bu münasibətlə “Vətən səsi”nin 2.07.1993-cü il sayında dərc edilmiş “Ədalət zəfər çaldı” adlı yazımı xatırlayıram).

Həmin gündən etibarən Heydər Əliyev gecəli-gündüzlü gərgin zəhməti, yuxusuz gecələri, böyük təcrübə, bacarıq və iradəsi hesabına dağıdılmış, parçalanmış respublikanı yenidən qurmağa başladı. Bədnam “Talış-Muğan provokasiyasına” son qoyuldu, “Sadval”çılar öz yuvalarına çəkildilər, dövlət çevrilişi cəhdlərinin, az qala ənənəyə çevrilən terror aktlarının qarşısı alındı. Dahi siyasətçi qısa vaxt ərzində ölkədə ictimai-siyasi vəziyyəti stabilləşdirdi, həyat öz axarına düşdü, “Ermənistan”la qanlı müharibə dayandırıldı. Totalitar rejimdən qurtulan müstəqil respublikada köklü siyasi, iqtisadi, hüquqi islahatlar aparılmaqla yeni demokratik sistem quruculuğu sürətlə davam etdirildi.
...Bəli, o ağır, amma şanlı keçmişdən soraqlar indi arxivlərdə qalıb. O illərin sədası çox sonralar çap etdirdiyim “Öncə Vətəndir” adlı kitabımda, həmçinin “Vətən səsi”nin vərəqləri saralmış səhifələrində yaşayır. Vətənə məhəbbət, xalqa sevgi, dövlətə rəğbət hissləri ilə dopdolu... Hər sayı xaosun, hərc-mərcliyin ölkəni dağıtmaması üçün bir daha naşıların, səriştəsizlərin, satqınların hakimiyyət olimpinə qalxmasına imkan verməməyin vacibliyini xatırladaraq...

Etiraf edim ki, tariximizin o mürəkkəb, məsuliyyətli dönəmlərində redaksiyada zamanın nəbzini dəqiq tuta bildiyimiz, həqiqət sözünü ucadan deməkdən çəkinmədiyimiz, xalqın iradəsini doğru-düzgün ifadə etdiyimiz üçün “Vətən səsi”nin sabiq Baş redaktoru kimi çox qürur duyur, böyük məmnunluq hissi yaşayıram. Əminəm ki, bu gün Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun xüsusi diqqət və qayğısı sayəsində Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin rəsmi orqanı kimi fəaliyyətini davam etdirən “Vətən səsi”ndə çalışan qələm dostlarım da eyni hissləri yaşamaqdadırlar...


***
Bəli, Ulu Öndər Heydər Əliyevin təkrar-təkrar xalqı əmin etdiyi kimi, artıq Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin olunub. Doğma Vətənimizin inkişafı məhz Ulu Öndərin arzuladığı səviyyədə müvəffəqiyyətlə gedir. Onun layiqli yetirməsi və davamçısı olan hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş Azərbaycan Respublikası tam müstəqil siyasət yürüdərək dövlətimizin daha da möhkəmlənməsi, Vətənin müdafiə qabiliyyətinin artması, xalqın rifah halının yaxşılaşması yolunda ilbəil daha böyük uğurlarla irəliləməkdədir.

Belə irəliləyiş əlbəttə, təsadüfi deyil. Çünki inamla gedilən bu uğur yolu - mübariz Vətən oğullarının, xalqın qabaqcıl nümayəndələrinin sevib seçdiyi, bir zamanlar “Vətən səsi” kollektivinin də arzuladığı və uğrunda mücadilə verdiyi yeganə düzgün, alternativsiz - Heydər Əliyev yoludur.



------------------------------


Yüklə 41,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə