İdentifikasiya anlayışı
Obyektin identifikasiyası dedikdə onun modelinin (bu kitabda, riyazi modelinin) strukturunun (quruluşunun) və parametrlərinin təyin olunması başa düşülür. İdentifikasiya çoxmərhələli əməliyyatdır. Onun əsas mərhələləri aşağıdakılardan ibarətdır:
Eksperimental (təcrübi) tədqiqatların əvvəlində modelə daxil etmək üçün obyektin əsas giriş və çıxış dəyişənləri təyin edilir.
Eksperementin təşkil olunması, müşahidələrin toplanma qaydası, qiymətləndirmə üsullarının seçilməsi
Ikinci mərhələdə, struktur identifikasiya nəzəri mülahizələr əsasında riyazi modelin strukturunun təyin olunması
Parametrik identifikasiya müşahidələr əsasında modelin parametrlərinin qiymətləndirilməsi
Adekvatlığın yoxlanılması- modelin və real obyektin çıxışlarının seçilmiş yaxınlıq kriterisi (meyyar) əsasında qurulmuş modelin keyfiyyətinin yoxlanılması
Həmçinin İdentifikasiya məsələləri obyektin tipinə (xətti, qeyri-xətti, diskret), modelin tipinə (diferensial tənliklər,tezlik xarakteristikaları) informasiyanın emal üsuluna (statistik, qeyri-statistik) və təcrübənin tipinə (aktiv, passiv) görə təsnif olunur.
Dostları ilə paylaş: |