IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət getdikcə
zəiflədi.Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra
müstəqil feodal dövlətləri meydana gəldi.Belə bir şəraitdə xilafətin işğal etdiyi
ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun
qaçırdılar.
Babək üsyanı yatirildiqdan sonra ,IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda
olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca
çox idilər . Onlardan daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər və
Rəvvadilər idi.
Şirvanşahlar dövləti
Şirvanşahlar dövlətinin qurucusu Məzyədilər sülaləsi hesab olunur. ərəb mənşəli Məzyədilər
Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi
Yezid İbn Məzyəd Abbasilər dövründə Cənubi Qafqazın vı Şirvanın hakimi olmuşdu. Abbasilər
xilafətinin zəifləməsindən istifadə edən Yezid İbn Məzyəd paytaxtı Bərdə olan yarımmüstəqil
əmirlik qurdu. O, Aran, Şirvan, Dərbənd və Ermənistan ərazilərinin də idarə edilməsini də öz
əlinə aldı. Yezid İbn Məzyədin varisləri dövründə Məzyədilər öz müstəqilliklərini daha da
qüvvətləndirirlər. 801 – ci ildə Yezid ibn Məzyədin ölümündən sonra varisləri Xalid,
Məhəmməd və Əsəd Cənubi Qafqazın hakiminə çevrildilər. Məzyədilər sülaləsinə mənsub
Məhəmməd ibn Məzyəd;
859 – cu ildə Gəncəni bərpa edərək Məzyədilərin mərkəzini bura köçürdü.
Məzyədilərin müstəqilliyini artırdı.
Məzyədilərin Azərbaycanda daha da möhkəmlənməsinə şərait yaratdı.
Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə
şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.
Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan
qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz
(1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son
qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar
yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II
Mənuçöhr və
I Afridun ölkəni müstəqil idarə edirdilər.
Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar.
Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu
III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü
taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici
siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin
oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə
Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün
Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü.
Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa
səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları
Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini
Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar.
Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə
münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk döyüşçüləri
hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa
girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV
Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu
qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə
Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və
ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121-ci
ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı. Gürcülər, Qıpçaq
türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib
gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.
Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III
Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu
dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun
zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol
oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin
mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini
pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu
imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab olaraq
1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq
türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk
etdi.
Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında
münasibətlərin pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azərbaycan və Şirvan
torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV
David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə
dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm
şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda
beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə
məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən
III Mənuçöhrün əlinə keçdi.
III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan
arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 - 60-cı illərində Şirvanşahlar dövləti özünün
güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli
siyasi amilə çevrilmişdi.