№1 2011 İslam sadiq şumer tanri adlarinin türk diLİNDƏ semantik açimi



Yüklə 246,2 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü246,2 Kb.
#54081


№ 1 

2011

İSLAM SADIQ

ŞUMER TANRI ADLARININ TÜRK DİLİNDƏ SEMANTİK AÇIMI

X ü  l  a  s  ə.  Avropa və rus  şumeroloqlarının  əsərlərində belə bir fikir 

tez-tez vurğulanır ki,  şumer tanrı  adlarının mənası  heç bir dildə  açılmır.  Bu 

məqalədə  müəllif həmin tann  adlarından 20-yə  qədərini  ilk dəfə türk dilində 

açmışdır.  O,  öz  araşdırmaları  nəticəsində  belə  nəticəyə  gəlmişdir  ki,  şumer 

tanrı adları türk sözləridir və öz ilkin mənalarını bu günə qədər saxlamışlar.

Açar sözlər:  şumer, tanrı, ad, türk dilləri, məna, açım

İndiyə  qədər  şumer  xalqından  danışan  alimlərin  çoxu  bu  fikirdə 

olmuşlar  ki,  şumerlər  yer  üzündəki  xalqlardan  heç  biri  ilə  qohum  deyillər. 

Onların dilləri  də  mövcud  dillərə  oxşamır.  Əslində bu  alimlər şumer və türk 

dillərinin  qohumluğunu,  eyni  etnogenetik  kökə  bağlılığını  görmək 

istəməyiblər.  Hazırda  bu  iki  dilin  genetik  qohumluğunu  təsdiqləyən  çoxlu 

arqumentlər var.  Onlardan biri də  şumer tanrı adlarının türk dilində asanlıqla 

mənalandırılmasıdır.

Şumer  qaynaqlarından  bəlli  olur  ki,  tanrılar  yerə  gəlməzdən  qabaq 

Nabur  planetində  yaşamışlar.  Onların  çoxlarının  adları  da Nabur  planetində 

qoyulmuşdur.  Sonra  tanrılar  yerə  gəlmişlər.  Burada  evlənmiş,  uşaqlar 

doğmuşlar.  Yerdə  doğulan  uşaqlara  da  burada  adlar  verilib.  Bütün  bunlar 

insanların doğulduğu vaxtdan çox-çox əvvəlki dövrlərə aiddir. Deməli,  şumer 

tanrı  adlarının  tarixi  insanın  yaranmasından  daha  qədimdir.  Ona  görə  də 

şumer  tanrı  adlarının  semantik  təhlili  böyük  maraq  doğurur  və  şumer-türk 

dillərinin genetik qohumluğunu təsdiqləyən ən tutarlı arqumentlər kimi böyük 

elmi əhəmiyyətə malikdir.

Ab  -   şumerə  qədərki  tanrılardan  birinin  adıdır.  Mənası  ‘səma’,  ‘göy’ 

deməkdir.  Xəzər dənizinin ilk adı Absu olub  [1.  S.  124].  Onun da açımı  ‘Göy 

dənizi’,  ‘Səma dənizi’  mənalarına uyğun gəlir [2.  S.  89].  O zaman çay, göl və 

s.  terminləri  olmadığına  görə  yalnız  su  sözü  işlənmişdir.  Bunu Absu  adında 

aydın  görürük.  Ab(ı)  və  su  sözlərinin  hər  ikisi  türk  dilində  bu  gün  də 

saxlanmışdır.  Türk  dilində  ab  kökündən  yaranmış  çoxlu  toponimlər  və 

etnonimlər  var.  Ab  sözü  hazırda  dilimizdə  rəng  bildirən  abı  şəklində



mövcuddur. Ab  göy mavi  rəngin bir  çalarıdır.  Ata və baba demək olan aba, 

abba, ada sözləri ab kökündən törəmişdir.

An -   şumer panteonunda baş tanrıdır,  bütün tanrıların atası,  panteonun 

böyüyüdür.  An  göyü  təmsil  edir.  Adın  mənası  da  ‘göy’,  ‘səma’  deməkdir. 

Türk  dilində  də  bu  söz  eyni  anlamda  işlənmişdir.  Göy  əvvəlcə  ana 

funksiyasını  yerinə yetirmişdir.  O zaman yer kişini təmsil  etmişdir. Ana sözü 



An adından onun fUnksiyasına uyğun olaraq yaranmışdır. Dilimizdə bu gün də 

yaşayan günəş doğur, ay doğur, ulduz doğur  ifadələri Göyün doğduğunu, ana 

başlanğıc  olduğunu  göstərən  ən yaxşı  dəlillərdir.  Kişi  sözü  də  Yerin -  Kinin 

adından  törənmişdir.  Sonralar Yerlə Göyün funksiyaları dəyişmiş, birinci ana, 

ikinci ata olmuşdur.

Enki  -   Anın  böyük  oğludur.  Adının  mənası  ‘yerin  ağası’,  ‘böyüyü’ 

deməkdir:  en  ‘ağa’,  ‘yiyə’,  ‘böyük’,  ki  ‘yer’  [3.  S.  199].  ‘Yer’,  ‘torpaq’ 

mənasında işlənən kir,  kirli,  kirəc kimi  sözlər ki-dən törəmişdir. En isə  ‘ağa’, 

‘böyük’,  ‘yiyə’,  ‘himayəçi’  anlamlarında  qədim  türk  dilində  enzi,  ezzi 

şəkillərində  işlənmişdir.  En  kimi  yazılmasına  baxmayaraq  bu  söz  şumer 

dilində də ensi olmuşdur. Ensi, enzi eyni sözün fonetik variantlarıdır.



Ninki  -   Enkinin  arvadıdır.  Onun  da  adındakı  ki  morfemi  ‘yer’ 

deməkdir.  ‘Ər-arvad’  hər  ikisinin  adı  eyni  mənanı  daşıyır.  En  kişiyə,  Nin 

qadına  aiddir.  Ninki  də  ‘yerin  qadını’,  ‘yerin  qadın  ağası,  yiyəsi’  deməkdir. 

Nin ‘ağa’,  ‘yiyə’, ki ‘yer’  [4.  S.  149].

Enlil -  Anın kiçik oğludur.  Əslində  onun adı Enyel olmalıdır.  Mənası 

‘havanın,  yelin  ağası,  yiyəsi’  deməkdir.  Özü  də  hava,  yel  tanrısıdır.  S.  N. 

Kramer Enlilin  adındakı lil morfemi  ilə  camaşırçılıqda  işlənən lil maddəsini 

eyniləşdirib  hər  ikisinin  ‘hava  rəngi’  mənasında  işləndiyini  söyləmişdir.  Lil 

də, yel də türk sözləridir.

Ninlil -  Enlilin arvadıdır.  Onun da adı Enlillə eyni mənalıdır. Fərq bircə 

kişiyə  və  qadına  aidlik  bildirən  en  və  nin  morfemlərindədir.  Ninlilin  adı  da 

‘havanın, yelin qadın ağası, qadın yiyəsi’  deməkdir.

Burada bir incə məqama da diqqət yetirməyə dəyər ki,  qız-oğlan, ər-arvad 

adlarımn şumer tanrılarında olduğu kimi Enlil -  Ninlil, Enki -  Ninki şəklində bir- 

birinə yaraşdırılmasına hazırda Azərbaycanda geniş rast gəlinir: Rasim -  Rasimə, 

Nazim  Nazimə, Mahir  Mahirə, Tahir  Tahirə və  s.



Araz -   şumerin tikinti  tanrısıdır.  Ar /  ər və  az  morfemlərindən  əmələ 

gəlmiş bu ad  ‘az igid’,  ‘az ər’  mənalarına uyğundur.  Azərbaycan adının Azər 

hissəsi Araz tanrı adıyla bağlıdır.

İnanna  -   şumerin  sevgi,  məhəbbət,  məhsuldarlıq  və  doğub-törəmə 

tanrısıdır  [5.  S.  162].  Onun  adına İrnini və  s.  şəkillərində  də  rast gəlinir.  Bu 

adın  mənası  ‘anaların  yiyəsi,  hamisi’  anlamına  uyğun  gəlir:  in  (en)  ‘yiyə’, 

‘hami’,  ‘anna -  ana’.  Onun  sevgi,  məhəbbət,  uşaq  doğumu tanrısı  olması  da 

bu fikrin doğruluğuna əsas verir.

İştar. Bəzi alimlər İştar adını şumer mənşəli saymırlar. Lakin onun türk 

sözü  olduğunu  da  danmaq  mümkün  deyil.  Adın  əsli  İştardır.  İş  kökü  işıq 

deməkdir.  7-ın i-yə cevrilməsi sonra baş vermişdir.  Adın ikinci hecası olan tar 

‘yaymaq’,  ‘dağıtmaq’,  ‘səpələmək’  mənalarında  şumer  dilində  işlənmişdir. 

Dilimizdəki tar -  mar sözü də həmin mənanı  saxlamışdır.  Taran  sözünün də 

eyni  kökdən  yaranıb  ‘havadan  (an)  dağıtmaq  (tar)’  mənaları  verdiyi  şübhə 

doğurmur.

İşkur -  işıq kökündən yaranmış ikinci tanrı adıdır. Adın ikinci morfemi 

kur  şumer  dilində  çoxmənalı  söz  olub,  ‘dağ’,  ‘ölkə’  və  ‘yeraltı  dünya’ 

deməkdir.  İşkur  şimşək,  ildırım  tanrısı  olduğuna  görə  onun  adı  ‘dağ  işığı’ 

mənasına uyğun gəlir.

Baba / Bau -  tanrı Anın Qatumduqdan olan qızıdır. Enlilin böyük oğlu 

Ninurta / Ningirsunun arvadıdır.  Söz türk dilindədir.  Qadına Baba deyilməsi 

heç bir dolaşıqlıq yaratmamalıdır. Baba bu gün  türklərdə kişi adıdır. Kökü də 

həmin  tanrı  adından  gəlir.  Həsən-nənə,  Həsən-baba  dağ  adlarındakı  Həsən- 

nənə də kişi adına nənə sözü qoşulmaqla alınmışdır. Belə hallar türk dillərində 

olmuşdur.



Xıdır -   Enkinin  böyük  oğludur.  Daha  çox Marduk kimi  tanınmışdır. 

Bəzi qaynaqlarda isə Asallahı adlandırılmışdır. Xıdır türk folklorunda mifoloji 

obraz  kimi  geniş  yayılmışdır.  Hazırda  türklərdə  Xıdır  şəxs  adları  da  var. 

Asallahı -  Xıdırın başqa adıdır. Bu adın mənasını açmaq üçün Xıdırın həyatını 

yaxşı bilmək lazımdır.  Şumer miflərindən bəlli  olur ki, Xıdır (Marduk) uzun 

müddət  panteonda  tanınmamış,  şöhrət  qazanmamışdır.  Sonralar  bütün 

tanrılara    hətta  atası  Enkiyə  də,  panteonun  rəhbəri  Enlilə  də  ası  çıxaraq 

böyüklüyü zorla öz əlinə keçirmişdir.  Bu adın mənası  ‘ası allah’  demək olub, 

Xıdırın həmin hərəkətinə uyğundur.



Utu -  günəş tanrısıdır.  Odu,  işığı və istini təmsil  edir.  Adın yazılışı  da, 

mənası da ‘od’  deməkdir.  Şumer dilində o hərfi olmadığına görə,  ad Utu kimi 

oxunmuşdur.  Türklərdə  oda  sitayişin  kökü  günəşlə  bağlıdır.  Dörd  həyat 

ünsüründən  birinin  mənbəyi  günəşdir.  Ona  görə  günəşin  adının  Utu  ‘od’ 

olması çox təbiidir.

Ayya -  Utunun arvadıdır.  Sözün ay kökündən yarandığı aydın görünür. 

Miflərdə Utu  ay tannsı Nannarın oğludur. Türk mifik düşüncəsində Ayın həm 

kişi,  həm də qadın kimi təsəvvür olunduğunu bilirik.  Həmin ikiliyi burada da 

görmək mümkündür.



Nannar -   ay tanrısıdır,  Enlilin  oğludur.  Adının  mənası  ‘işıqlı’,  ‘odlu’, 

‘isti’  deməkdir.  Onun nar morfemi indi də dilimizdə eyni mənada işlənir.  Bu 

sözün fars dilindən türk dilinə keçdiyi haqqında fikirlərin əsassızlığını Nannar 

tanrı  adı  aydın  göstərir.  Deməli,  nar  şumer-türk  sözü  olub,  sonradan  fars 

dilinə keçmişdir.

Dumuzu  /  Tammuz -  Enkinin  oğludur.  Hətta onunla Xıdırı  (Marduk) 

eyniləşdirənlər  də  var.  Dumuzu  İnanna /  İştarın  əridir.  Məhsuldarlıq,  bolluq 

tanrısıdır.  Ləqəbi  Çobandır.  T.  Hacıyev  bu  adı  Tomirislə  eyniləşdirmiş, 

onların eyni kökdən yarandığını,  hətta «Kitabi-Dədə Qorqud»dakı Domrulun 

da  onlarla  bağlılığını  söyləmişdir  [6.  S.  130].  P.  Xəlilov  bu  adın  Dəmirüz 

olduğu fikrindədir [7.  S. 96].



Dumuzu  bolluq,  bərəkət  tanrısı  olduğuna  görə,  bizə  elə  gəlir ki,  onun 

adı  da  vəzifəsinə,  funksiyasına  uyğun gəlməlidir.  Bu hal  şumer tanrılarından 

əksəriyyətinin adında özünü göstərir.  Onda Dumuzu adının dumu-uzu kimi iki 

morfemdən yarandığını, dumu ‘toxum’,  ‘nəsil’,  uzu (ruzu)  ‘artım’,  ‘çoxalma’, 

‘bolluq’  mənaları verdiyini söyləmək olar.

Uttu  -  Enkinin  öz  nəvəsindən  doğulmuş  qızıdır.  Toxuculuq tanrısıdır. 

Adın  kökü  odla  bağlıdır.  Çox  güman  ki,  Uttu  ‘odlu’  deməkdir.  -lu 

sözdüzəldici şəkilçisi ut ‘od’ kökünə qoşularkən t samitinin güclülüyü l-nı t-ya 

çevirmişdir.  Bu  hala  şumer  dilində  çox  rast  gəlinir.  Həmin  xüsusiyyət  türk 

dilində də mövcuddur.

Yerdə  doğulmuş  tanrıların  adlarında  yer  morfeminin  durduğunu 

görürük, məs.: ErraEreşkiqalNerqal və s.

Nerqal -  yeraltı  dünyanın tanrısı,  Ereşkiqalın  əridir.  Onun  adı  əslində 

Yerqal  kimi  oxunmalıdır.  Lakin  bəzi  miflərdə  bu  ada  İrkallı  şəklində  rast 

gəlinir.  Buradakı    sözdüzəldici  şəkilçisinin  türk  dilinə  məxsusluğu




şübhəsizdir. İr də yer sözünün başqa tələffüz formasıdır.  Qal sözü də buradan 

yaranmışdır.  Qul sözünün  şumer  ideoqramlarında Kal şəklində  yazılması  da 

bunu təsdiqləyir.  Onda Nerqal Yerqal yaxud İrkallı ‘yer oğlu’  deməkdir.

Ereşkiqal  -   İrkallınrn  arvadıdır.  Yeraltı  dünyanın  qadın  tanrısı, 

İnannanın  bacısıdır.  Onun  da  adı  funksiyasına  və  ərinin  adına  uyğun  gəlir. 

Adın kökü -  yer sözüdür.

Erra  -   müharibə  və  taun  xəstəliyi  törədən  tanndır.  Erra  sözünün 

mənası ‘dağıdan’,  ‘yerlə yeksan edən’  deməkdir.



Ninti / Ninmah / Ninqursaq -  eyni tanrının  müxtəlif adlarıdır. Bu tanrı 

Nabur planetində Ninqursaq adlanmışdır.  Anın qızı,  Enlillə Enkinin bacısıdır. 



Ninqursaq adının  mənası bizə  qaranlıqdır.  Enki ilk insanı  yaradandan  sonra 

Ninqursaq  Ninti  adlanmışdır.  Bu  adın  mənası  ‘həyat  verən’  deməkdir.  Ti 

şumer dilində  ‘diri’  və  ‘qabırğa’  mənalarında işlənir.  Daha doğrusu,  ti dirilik 

sözünün  köküdür.  Şumerlər  həyat  deyəndə  yalnız  diri  olmağı  nəzərdə 

tutmuşlar.  Ti sözünə ‘yaşamaq’,  ‘həyat’  mənalarında bu gün də türk dillərində 

rast gəlinir. Bu tannnm  üçüncü adının mənası ‘böyük qadın’  deməkdir. Mah 

maq  şumer  dilində  ‘böyük’  mənası  bildirmişdir.  Həmin  söz  türk  dillərində 

həm ‘böyük’, həm də ‘ay’ mənalarında işlənmişdir.



Nammu -  Anın arvadı, Enkinin  anasıdır.  Sözün mənası dəqiq bilinmir. 

Namus sözünün ondan yarandığı düşünülə bilər.

Şumer tanrı  adları  çoxdur.  Onların  hamısının  adlarını  açıqlamaq  üçün 

geniş  araşdırmalara  ehtiyac  var.  Lakin  şumer  və  türk  dillərinin  genetik 

qohumluğu haqqında təsəvvür yaratmaq üçün deyilənlər də  kifayətdir.

Bir  məsələyə  də toxunmaq  lazımdır.  Şumer  dilində  ahəng  qanununun 

əksər hallarda gözləndiyi  müşahidə  edilir.  Tanrı  adlarından  da bunu  izləmək 

mümkündür.  Hətta  bir  çox  tanrı  adları  eyni  saitlərin  iştirakı  ilə  yaranmışdır. 

Araz,  Xıdır, Baba, Utu, Uttu,  Ayya, Nannar, Dumuzu, Ninti, Ninlil, Ninki və 

s.  belə  adlardır.  Tanrı  adlarının  bir  qismində  müxtəlif saitlər  olsa  da,  ahəng 

qanunu gözlənmişdir.  Antu,  Enlil,  Enki,  Iştar,  Işkur,  Asallahı,  Tammuz və  s. 

ahəng  qanununun  gözlənmədiyi  tanrı  adları  da  var.  Ninqursaq,  Ereşkiqal, 

Nerqal, İrkallı, Erra və s. adlarda bu qanun pozulmuşdur.

Bir  çox  şumer  tanrı  adlarının  interpretasiya  zamanı  təhrif  olunduğu 

şübhəsizdir  və  bu  da  onların  mənalarını  açmaqda  çətinlik  yaradır.  Şumer 

dilinin  ən yaxşı  biliciləri  də bu  fikri  həmişə vurğulayırdılar ki,  interpretasiya 

olunan  mətnlərin  orijinalla  tamamilə  üst-üstə  düşdüyünə  heç  bir  zəmanət




yoxdur və gələçəkdə bir  çox mətnlərin  dəyişməyəcəyini  düşünmək yanlışdır. 

Biz  də  bu  fikirdəyik  ki,  şumer  mətnlərini  daha  dərindən  öyrəndikcə  bu  gün 

bizə qaranlıq qalan səhifələrin üstünə işıq düşəcək. Bu işıqda digər şumer tanrı 

adlarının açıqlanması da asanlaşacaq.

Beləliklə,  şumer tanrı  adları  türk  dilində  asanlıqla  açıqlanır.  Bizim  şu- 

mer və türk dillərindən topladığımız  1000-ə yaxın eyni yaxud çox oxşar sözlərin 

təhlili də şumer və türk dillərinin genetik qohumluğunu təsdiqləyir.

Məqalənin  elmi yeniliyi və tətbiqi  əhəmiyyəti.  Şumer tanrı  adlarının 

mənalarını  müxtəlif  dillərdə  açmağa  cəhdlər  göstərilsə  də,  heç  bir  müsbət 

nəticə  alınmamışdır.  Bu  məqalədəki  əsas  elmi  yenilik  ondan  ibarətdir  ki, 

şumer  tanrı  adlarının  mənaları  ilk  dəfə  olaraq  türk  dilində  açılmışdır.  Eyni 

zamanda  həmin  adların  türk  mənşəli  olduğu  üzə  çıxarılmışdır.  Şumer  tanrı 

adlarının mənalarının türk dilində  açılması bu iki  dilin genetik qohumluğunu 

təsdiqləyən fakt kimi dəyərləndirilməlidir.  Türk dilinin tarixinin öyrənilməsin- 

də də bu fakt nəzərə alına bilər.



Ə D Ə B İ Y Y A T

1.  Церен  Эрих.  Лунный  бог  /  Сокр.  пер.  с  нем.  Б.  Д.  Каллистова; 

предисл. А. А. Нейхардт. М.: Наука,  1976.

2. Ситчин Захария. Космический код. М., 2007.

3. Sadıq İslam.  Şumer tanrılar panteonunda Enkinin yeri // Elmi axtarışlar 

/ AMEA Folklor İnstitutu, 2008. № 5.

4.  Бертман  Стивен.  Месопотамия  /  Пер.  с  англ.  А.  А.  Помогайбо. 

М.: Вече, 2007.

5.  Sadıq İslam.  Şumer  panteonunda  sevgi-məhəbbət  tanrısı  -   İnanna  // 

Elmi axtarışlar / AMEA Folklor İnstitutu, 2009. 

№2 5.

6. Hacıyev Tofiq.  Azərbaycanın qədim onomastikasına dair // Azərbaycan 



filologiyası məsələləri. Bakı: Elm,  1984. Kitab 2.

7. Xəlilov Pənah.  Türk xalqlarının və  şərqi  slavyanlann ədəbiyyatı.  Bakı: 

Maarif,  1994.



ИСЛАМ  САДЫГ

СЕМАНТИЧЕСКОЕ ОБЪЯСНЕНИЕ ЗНАЧЕНИЙ 

ИМЁН ШУМЕРСКИХ БОГОВ 

ТЮРКСКОГО ПРОИСХОЖДЕНИЯ

Р е з ю м е

В  трудах  европейских  и  русских  шумерологов  утверждается,  что 

значения  имён  некоторых  шумерских  богов  семантически  не 

объясняются  ни  в  одном  языке.  В  данной  статье  автор  раскрывает 

семантическое  значение  около  20-ти  имён  шумерских  богов.  На 

основании  своих  исследований  он  делает  вывод,  что  имена  этих 

шумерских  богов  являются  тюркскими  по  происхождению  и  что  они 

сохранили своё первоначальное значение до наших дней.



Ключевые  слова:  шумер,  бог,  имя,  тюркские  языки,  значение, 

объяснение

İSLAM  SADIG

SEMANTIC EXPLANATION OF  THE MEANINGS  THE  SHUMER 

GODS’ NAMES OF TURKIC ORIGIN 

S u m m a r y

In the works of European and Russian shumerologists is stated that the 

Shumer  Gods’  names  are  not  explained  in  any  language.  In this  article  the 

author,  for the  first  time  explain  semantic  meaning  near  about 

20

Shumer  Gods’  names.  From  investigations,  it  seems  clearly  that,  names  of 



Shumer Gods are turkic origin and keeps their meanings for todays.

Key  words:  shumer,  gods,  name,  turkic  languages,  meaning, 

explanation

Ünvan:  1001.  Bakı-1,  Mehdi  Hüseyn  küç.,  61.  Azərbaycan  Dövlət 

Nəşriyyatı



E-mail: islam sadiqli@rambler.ru

Yüklə 246,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə