Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİl problemləRİ İnstiTUTU azərbaycan döVLƏT İQTİsad universiteti bakalavr hazırlığı üçün



Yüklə 110 Kb.
tarix17.11.2018
ölçüsü110 Kb.
#80960


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

bakalavr hazırlığı üçün
BİZNESİN ETİKASI”

fənninin

TƏDRİS PROQRAMI

BAKI – 2008

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Bakalavr hazırlığı üçün
BİZNESİN ETİKASI”

fənninin

TƏDRİS PROQRAMI
Azərbaycan Respublikası Təhsil

Nazirliyi tərəfindən təsdiq edilmişdir

(əmr _________ 2008-ci il).

BAKI – 2008

Tərtib edən: i.e.n., baş müəllim Qarayev Natiq Ənvər oğlu

Redaktor: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu

Giriş
Azərbaycanda biznesin səmərəli təşkili və perspektiv inkişafının təmin edilməsində, xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsində, sivil bazar münasibətlərinin formalaşdırılmasında biznesin etikası mühüm əhəmiyyətə malikdir. Perspektiv və uzunmüddətli işgüzar əlaqələrin yaradılması, onların səmərəli formada həyata keçirilməsi, beynəlxalq standartlara uyğun işgüzar görüşlərin, danışıqların təşkili və keçirilməsi, korporativ mədəniyyətin formalaşdırılması, heyətin səmərəli idarə olunmasının təşkili, biznesdə baş verə biləcək münaqişələrin aradan qaldırılması və s. biznes sferasında qəbul olunmuş etik prinsiplərin, normaların və qaydaların gözlənilməsini zəruri şərt kimi meydana çıxartmışdır.

Biznes etikasının inkişafı qədim və zəngin tarixə malikdir. Ticarət əlaqələrinin həyata keçirilməsində davranış qaydalarına ciddi əməl olunmasının zəruriliyinə hələ antik mütəfəkkirlərinin, qədim Şərq və Azərbaycan mütəfəkkirlərinin baxışlarında, eləcə də müxtəlif dinlərdə rast gəlməl mümkündür.

Bununla yanaşı, cəmiyyətin inkişafının bütün mərhələlərində biznes insan fəaliyyətinin sferalarından biri kimi təfsir edilmiş və biznesin ən əsas elementi olan biznesmenə, onun təşkil etdiyi biznesin etik təməllərinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycanda biznesin etikası çoxəsrli inkişaf yolunu keçmişdir. Ölkəmizdə biznesin etikasının formalaşmasının əsasını cəmiyyətimizin milli, mədəni, tarixi və dini dəyərləri və milli mentalitet təşkil edir. Bununla yanaşı biznesin etikasının inkişafına cəmiyyətimizdə baş verən siyasi, ictimai, hüquqi, iqtisadi, mədəni və sosial proseslər də öz təsirini göstərmişdir. Məhz bunların məntiqi nəticəsidir ki, biznesin etikası müstəqil tədris və tədqiqat obyektinə çevrilmişdir.

Biznesin etikası dedikdə biznes sferasında düzlüyə, səmimiyyətə, verilən vədlərə tam dəqiqliyi ilə əməl olunmasına və bazarda mövcud qanunauyğunluğa, qəbul edilmiş qayda və ənənələrə uyğun səmərəli fəaliyyət göstərmək qabiliyyətinə əsaslanan işgüzar etika, davranış prinsipləri, normaları və qaydaların məcmusu başa düşülür.

Biznes fəaliyyətində qəbul edilmiş etik prinsiplərin, normaların və qaydaların gözlənilməsi, biznesin etikasına əməl edilməsi biznesmenlərin sosial məsuliyyətinin gücləndirilməsinə, onların sosial proqramlarda iştirakının təmin olunmasına, etik normativlərin müəyyənləşdirilməsinə, sosial təftişlərin təşkili və keçirilməsinə böyük zəmin yaradır.

Müəlliflər belə hesab edirlər ki, proqramda nəzərdə tutulan müvzuların səmərəli tədrisi bakalavr səviyyəsində iqtisadçı kadrların biznesin etikası haqqında zəruri bilikləri mənimsəmələrinə imkan verəcəkdir.

Mövzu 1. “Biznesin etikası” kursunun predmeti və vəzifələri
İşgüzar həyatın etik problemləri. Biznesin etikası peşəkar etikanın növlərindən biri kimi. Biznesin etikasının elmi fənn kimi formalaşması. Biznesin etikası biznes ilə məşğul olan mənəviyyatlı insanın qarşısında duran problemlərin təhlili və həll edilməsi aləti kimi.

Etik biznesə diqqətin artırılması səbəbləri. Biznesin etikasında daha çox işlənən suallar. Biznesin etikası ilə digər elm sahələri arasındakı qarşılıqlı münasibətlər. İqtisadiyyatın fəaliyyəti prosesində etik infrastrukturun rolu. Mikro və makro etikanın təyin edilməsi.


Mövzu 2. Etikanın təbiəti və mahiyyəti
Mənəviyyat və etika. Mənəviyyat ictimai şüurun və ictimai münasibətlərin növünün xüsusi forması kimi. Mənəviyyat və hüquq. Mənəviyyatın öyrənilməsində müxtəlif yanaşmalar. Etikada əsaslandırma problemi.

Mənəviyyat və mədəniyyət. Mənəviyyatın strukturu və funksiyaları. Fərdi mənəvi şüurun baza komponentləri. Mənəvi şüur – fərziyyələrin və hissiyyatların xüsusi sintezi kimi. Əxlaqi münasibətlərin xüsusiyyətləri.


Mövzu 3. Biznesin etikasının inkişaf mərhələləri və istiqamətləri
Biznesin etikasının inkişaf mərhələləri. Antik dövrün etikası və inkişaf istiqamətləri. Biznesin etikası haqqında antik mütəfəkkirlərin baxışları. Biznesin etikası haqqında qədim Şərq (Misir, Babilistan, Hindistan, Çin) və Azərbaycan mütəfəkkirlərinin baxışları. Zərdüştilik və biznesin etikası.

Orta əsrlər dövrünün etikası və inkişaf istiqamətləri. Teosentrizm, providensializm, kreasionizm, tradisionalizm. Biznesin etikası haqqında orta əsrlər Avropa mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında orta əsrlər bizans və ərəb dilli Şərq ölkələri mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında orta

əsrlər Azərbaycan mütəfəkkirlərinin baxışları.

Intibah, yeni dövrün etikası və inkişaf istiqamətləri. Antroposentrizm və humanizm. Mexaniki materializm və dualizm. Maarifçilik və metafizik materializm. Biznesin etikası haqqında intibah, yeni dövr Avropa mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında klassik alman fəlsəfəsi nümayəndələrinin baxışları. Biznesin etikası haqqında XIX əsrin Azərbaycan fəlsəfi fikrinin nümayəndələrinin (A.A. Bakıxanovun və M.F. Axundovun) baxışları. Müasir şəraitdə biznesin etikasının inkişaf xüsusiyyətləri. Azərbaycanda biznesin inkişafında etik prinsiplərin, normaların və qaydaların rolu. Biznesin etikasının inkişafında xarici ölkələrin təcrübəsi.


Mövzu 4. Biznesin etikasında əsas konsepsiyalar
Din və biznes. Utilitar nəzəriyyənin xüsusiyyətləri. Utilitarizmin əsas prinsipləri. Utilitarizm ideyaların inkişafı. Diontik etika.

Utilitar yanaşma və mənəvi hüquq mövqeyindən yanaşma arasındakı əsas fərq. Ədalət etikası haqqında təsəvvürlərə əsas yanaşmalar. Ənənəvi bərqərar olmuş müxtəlif etik sistemlərin aktuallığı. Ədalət nəzəriyyəsinin əsas qaydaları.


Mövzu 5. Mənəvi davranışın formalaşması
Insan davranışının determinasiyası. Ümumi qəbul edilmiş baxışların, dəyərlə-rin və davranışın qarşılıqlı təsiri. Rəsmi və idarəetmə ideologiyası arasındakı fərq.

Mənəvi inkişafın mərhələlərinin xüsusiyyətləri. Koxlberqin tipologiyasına əsasən mənəvi inkişaf səviyyələri. Şəxsiyyətin mənəvi inkişaf nəzəriyyəsinin biznesin etikasına təsiri. Fərdlərarası münasibətlərin mahiyyəti və onların davranışa təsiri. Mənəvi zəiflik haqqında anlayış.


Mövzu 6. Peşəkar etika
Peşəkar etika haqqında anlayış. Peşəkar etika özünün müxtəlif peşəkar rolla-

rında qərar qəbul edilməsinə rəhbərlik edən davranış kodeksləri və normalarının cəmi kimi. Peşəkar etikanın müxtəlif növləri ilə birləşmiş etik dilemaların əhəmiyyəti.

Universal etikanın prinsipləri: fərdi etika, peşəkar etika, ümumdünya etikası, prinsiplərin mövcudluğu, universallıq, peşəkar etikanın sosial funksiyaları. Peşəkar etikanın konkret nümunələri.
Mövzu 7. Biznesin etikasının mikro və makromühit amilləri
Menecerlərin təşkilatlardakı rolu. Rəhbərlərin və tabe olanların etik vəzifələri. Rəhbərliklə bağlı olan əsas mənəvi problemlər. Xidmət pozuntuları problemi. Əlverişli əlaqələr etikasının mahiyyəti.

Biznesin dövlət tənzimlənməsinin prinsipləri. Biznes və istehlakçılar arasında əlaqələr sistemi. Korporasiyalar və lokal birliklərin mənəvi əlaqələrinin xüsusiyyəti. Insanın onu əhatə edən təbii mühitlə birgə münasibətləri müasir dövrün ən vacib problemlərindən biri kimi. Sosial azlıqların problemi – işgüzar həyatın xüsusi bir problemi kimi.


Mövzu 8. Korporativ mədəniyyət və korporativ etika
Korporativ mədəiyyətin tipologiyası: ticarət mədəniyyəti: əlverişli müqavilə-lər mədəniyyəti (spekulyativ mədəniyyət); inzibati mədəniyyət; investisiya mədəniyyəti. Firma və mənəvi standartlar. Iş yerinə etik standartların prinsipləri.

Təşkilatın etik səviyyəsinin artırılması üsulları. Rəhbərlərin və sıravi əmək-daşların etik davranışını artıran tədbirlərin və metodların vəhdəti. Işçilərin yaradı-cılıq potensialının istifadə olunmasına yönəlmiş korporativ etikanın prinsipləri.


Mövzu 9. İşgüzar münasibətlər etikası
Işgüzar münasibətlərin formalaşdırılıması etikası. Işgüzar görüşlərin və danışıqların təşkili və keçirilməsi etikası. Tərəf müqabillərinin qəbul edilməsi proqramının hazırlanması. Danışıqların iştirakçılar qrupunun formalaşdırılması. Danışıqların vaxtının və yerinin müəyyən edilməsi. Iclasların gündəliyinin hazırlanması və tərəflərlə razılaşdırılması. Danışıqların probleminin mahiyyətinin təhlili. Problemin həll edilməsində danışıqların tərəflərinin maraqlarının nəzərə alınması. Danışıqlar prosesində şəxsi mövqeyin müəyyən edilməsi. Danışıqların nəticələrinin mümkün variantlarının qiymətləndirilməsi. Danışıqların gedişində zəruri əhəmiyyətə malik olan sənədlərin hazırlanması. Müzakirə olunan problemlər üzrə dosyelərin hazırlanması. Problemin hüquqi aspektlərinin öyrənilməsi.

Danışıqlarda taktiki mövqeyin müəyyən edilməsi. Danışıqların gedişinə tətbiq edilən üsullar: “mübarizədən yayınma”; “paketləşdirmə”, “tələblərin artırılması”; “şəxsi mövqeydə alladıcı məqamların yerləşdirilməsi”; “son məqamda tələblərin irəli sürülməsi”. Danışıqların səmərəli keçirilməsində nitq mədəniyyətinin rolu. Danışıqların gedişində tətbiq edilən digər ünsiyyət vasitələri: sifətin ifadəsi; yeriş; əlsıxmaq; pozalar; jestlər. Prinsipial danışıqlar metodu. Danışıqların strukturu. Danışıqların strukturunun əsas elementləri: insanlar; maraqlar; variantlar; amillər. Danışıqların mərhələləti: maraqların dəqiqləşdirilməsi; təkliflərin müzakirəsi, arqumentləşdirilməsi və əsaslandırılması; mövqelərin yaxınlaşdırılması, razılaşdırılması və ümumi razılığın əldə edilməsi. Sövdələşmələrin və müqavilələrin baölanılması və reallaşdırılması etikası.


Mövzu 10. Biznesin etikası və sosial məsuliyyət
Sosial proqramların mahiyyəti və Azərbaycanın iqtisadi inkişafının təmin olunmasında onların rolu. Sosial proqramların fəaliyyət sferaları: yaşayış mühitinin mühafizəsi; səhiyyə və ictimai təhlükəsizlik; insan hüquqları; istehlakçıların hüquqlarının mühafizəsi; əlillərə yardım; milli azlıqların məşğulluğunun təmin edilməsi; mədəniyyətlərin inkişafı. Biznesmenlərdə sosial məsuliyyətin formalaş-masına təsir göstərən amillər. Biznes üçün münasib uzunmüddətli perspektivlər. geniş ictimaiyyətin tələbatının və ümidlərinin dəyişməsi. Sosial problemlərin həllinə yardım etmək üçün sanballı resursların mövcudluğu. Sosial məsuliyyətli davranışın mənəvi öhdəliyi. Sosial proqramların həyata keçirilməsində xarici ölkələrin təcrübəsi. Sosial proqramların həyata keçirilməsində ABŞ-ın, eləcə də Avropa, MDB və Şərq ölkələrinin aparıcı şirkətlərinin təcrübəsi.

Iqtisadi etika anlayışı. Iqtisadi etika xalqın rifah halının və ictimai əmək məhsuldarlığının yüksəldilməsinə istiqamətlənən iqtisadi məqsədləri, istehsalın forma və metodlarını tədqiq edən elmi sahə kimi. H.Ford iqtisadi etikanın yaradıcısı kimi. H.Fordun iqtisadi etika prinsipləri. Işçilər üçün yüksək əmək haqqı və istehsal olunan məhsullara aşağı qiymətlər səviyyəsinin müəyyən edilməsi. Işçilərin iş, məişət şəraitinin yaxşılaşdırılması və səhiyyə xidmətinin təşkili. Pensi-yaçıların pensiyalarla və müəyyən kreditlərlə təmin edilməsi. Şirkətin aksiyalarının işçilərə satılmasının təşkili. Sosial məsuliyyətli davranışın formalaşdırılması. Etik normativlərin mahiyyəti. Sosial təftişlərin təşkili və keçirilməsi.


Mövzu 11. Biznesdə münaqişələr və onların həlli etikası
Münaqişə anlayışı. Münaqişə iki və daha çox tərəflər arasında narazılığın ifadəsi kimi. Münaqişələrin əmələ gəlməsi səbəbləri: məqsədlərin müxtəlifliyi; tərəf müqabillərin psixoloji uyğunsuzluğu; danışıqların təşkilində mövcud olan çatışmamazlıqlar; qeyri-qənaətbəxş kommunikqasiyalar; tərəflərdən birinin səlahiyyətsizliyi; səriştəsizlik.

Münaqişələrin qruplaşdırılması. Funksional və disfunksional münaqişələr. Münaqişəli situasiya. Münaqişəli situasiyanın səviyyələri: mübahisə; rəqabət mübarizəsi; münaqişə. Münaqişələrin tipləri: məqsədlərin münaqişəsi; idrak münaqişəsi; hissiyatlı münaqişə. Münaqişənin növləri: şəxsiyyətdaxili; şəxsiyyətlərarası; qrupdaxili; qruplararası və təşkilatdaxili münaqişələr. Münaqişəli situasiyaların həlli və idarə edilməsi metodlarının mahiyyəti. Münaqişədən yayınma: güc metodları; əməkdaşlıq stili; digər tərəfin vəziyyətini anlamağa can atmaq; kompromisə səy göstərmək. Münaqişəli situasiyaların idarə edilməsi metodları: şəxsiyyətlərarası və struktur metodlar. Münaqişələrin həll olunmasında ümumbəşəri etik normaları və qaydaları. Fikir ayrılığının qarşısının alınması metodikası. Münaqişənin hər bir tərəfinin razı salınması və münaqişənin konstruktiv istiqamətə yönəldilməsi konsepsiyası. Danışıqların əvvəlində dəqiq yanaşmaların tətbiqi. Azmünaqişəli davranış texnologiyası.


Mövzu 12. İnzibati etika
Biznesin etikasının inzibati etika ilə əlaqəsi. Onların əlaqələrinin əsas məqamları. Təşkilatlarda vəzifəli şəxslərin mənəvi davranış prinsipləri. Neytral etikanın mahiyyəti. Neytral etika nöqteyi-nəzərindən ideal idarəçi təşkilatlarda məqsədə çatmağın etibarlı aləti kimi.

Struktur etikasının tərkibi. Inzibati etikanın mövcud olması üçün nəzərdə tutulmuş arqumentlər. İnzibatçıların mənəvi davranış kodeksinin xarakteristikası. Inzibati etikanın mövcudluğu yalnız onun təcrübədə istifadə olunması deyil, həmçinin bu təcrübədə ona vacib rolun verilməsidir.


Mövzu 13. Mənəviyyat biznesin etikasının əsası kimi
Azərbaycan cəmiyyətinin mənəvi dəyərləri və biznesin inkişafının təmin edilməsində onların rolu. Milli, mədəni, tarixi və dini dəyərlər. Milli mentalitet.

Ölkənin qanunvericilik bazası. Biznesmenlərin mövcud qanunlara ciddi əməl edilməsinin zəruriliyi. Qanunların icra olunmasına nəzarət.


Mövzu 14. Biznesdə etiket
Etiket haqqında anlayış. Etiket ictimai yerlərdə və digər insanlarla ünsiyyətdə davranış qaydalarının sistemi kimi. Biznes sferasında etiketin əsas tələbləri: nəzakətlilik; korrektlilik; taktiklilik; delikatlılıq; təvazökarlılıq; davranışın təbiiliyi; dəqiqlilik; mütləqlilik.

Biznesmenlərin işgüzar davranışının mənəvi-etik qaydaları. Söhbətlərin aparılması, danışıq, dinləmək və dinlənilənlərin mənimsənilməsi qaydaları. Biznesmenlərin işgüzar etiket qaydaları. Rəsmi qəbulların mahiyyəti və təşkili qaydaları. Səhər yeməyi (lunch) və nahar (dinner). Qəbullar üçün müddətin ayrılması. Dəvət olunanların siyahısının müəyyən edilməsi. Qonaqların masa arxasında yerləşdirilməsi xüsusiyyətləri. Qəbulların gedişində işgüzar mühitin təmin edilməsi. Qəbullarda geyim və davranış qaydaları.


Mövzu 15. Azərbaycanda işgüzar etika
Biznesdə etik prinsiplərin həyata keçirilməsi mexanizmləri. Təşkilatlarda işgüzar etik standartların istifadə olunması təcrübəsi. Sahibkarların tərəfdaşları ilə münasibəti. Qeyri-formal iqtisadi münasibətlərin rolu və əhəmiyyəti. Müqavilə-lərin yerinə yetirilməsində məsuliyyətsizlik – bugünkü işgüzar münasibətlərin problemlərindən biri kimi.

Rəhbər strukturlar və onların nümayəndələri ilə münasibətlərin xarakteri. Azərbaycan sahibkarlarının “etik səviyyəsinin yüksəldilməsi” problemi. Sahibkar-lar və xeyriyyəçilik. Sahibkarların işgüzar davranışının mühüm etik əhəmiyyəti. Biznes aləmində mənəvi əsasların formalaşması.



Biznesin etikası” fənninin

mövzular üzrə ayrılmış tədris saatları




Mövzuların adları

Cəmi

o cümlədən

mühazirə

seminar

1

“Biznesin etikası” kursunun predmeti və vəzifələri

4

2

2

2

Etikanın təbiəti və mahiyyəti

4

2

2

3

Biznesin etikasının inkişaf mərhələləri və istiqamətləri

4

2

2

4

Biznesin etikasında əsas konsepsiyalar

4

2

2

5

Mənəvi davranışın formalaşması

4

2

2

6

Peşəkar etika

4

2

2

7

Biznesin etikasının mikro və makromühit amilləri

4

2

2

8

Korporativ mədəniyyət və korporativ etika

4

2

2

9

İşgüzar münasibətlər etikası

4

2

2

10

Biznesin etikası və sosial məsuliyyət

4

2

2

11

Biznesdə münaqişələr və onların həlli etikası

4

2

2

12

İnzibati etika

4

2

2

13

Mənəviyyat biznesin etikasının əsası kimi

4

2

2

14

Biznesdə etiket

4

2

2

15

Azərbaycanda işgüzar etika

4

2

2




Cəmi

60

30

30


Ədəbiyyat


  1. Biznesin əsasları. Dərslik. Prof. A.B. Abbasovun ümumi elmi redaktəsi ilə. Bakı, 2005

  2. İşgüzar etika. Azərbaycan biznesmenləri üçün vəsait. Bakı, 2004

  3. Бусыгин А.В. Предпринимательство. М., 2002

  4. Власова В.М. и др. Основы предпринимательской деятельности. М., 1999

  5. Глущенко Е.В., Капцов А.И., Тихонравов Ю.В. Основы предпринимательства. М., 2004

  6. Грибов В.Д. Основы бизнеса. М., 2001

  7. Джон Д. Дэниелс, Ли Х.Радеба. Международный бизнес. М., 2003

  8. Круглова Н.Ю. Основы бизнеса. М., 2002

  9. Львов Ю.А. Основы экономики и организации бизнеса. М., 1992

  10. Мескон М.Х., Альберт М., Хедоури Ф. – Основы менеджмента. М., 1998

  11. Райзберг Б.А. Основы бизнеса. М., 1995

  12. Ричмен Д. и др. Современный бизнес. М., 1995. Ч.I, II

  13. Петрунин Ю.Ю., Борисов В.К. – Этика бизнеса. М., 2001

  14. Савченко В.Е. Современное предпринимательство. М., 1997

  15. Самоуткин А.И., Шишов А.Л. Теория и практика бизнеса. М., 1997

  16. Хоскинг А. Курс предпринимательства. М., 1995

  17. Уткин Э.А. Этика бизнеса. М., 2001




Yüklə 110 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə