Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universiteti SƏRBƏst iŞ



Yüklə 46,51 Kb.
tarix19.12.2023
ölçüsü46,51 Kb.
#150577
cemiyyet heytainin siyasi sferasi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Bakı Dövlət Universiteti


SƏRBƏST İŞ
İxtisas : Dövlət və ictimai münasibətlər
Fənn : İctimai elmin əsasları
Müəllim : Afaq Sadıqova
Tələbə : İlkin Vəlizadə
Mövzu : Cəmiyyət həyatının siyasi sferası
Bakı-2023
Mövzu : Cəmiyyət həyatının siyasi sferası
Siyasi sistem heç də həmişə mövcud olmamışdır. Siyasi sistemin meydana gəlməsi dövlətin yaranması ilə bilavasitə bağlıdır. Cəmiyyətin siyasi sferasına dövlətlə yanaşı, siyasi və ictimai təşkilatlar da daxildir. Məlumdur ki, tarix boyu mülkiyyətin tipləri və formaları dəyişmiş və bununla birlikdə sinfi sturukturların tipləri də dəyişmişdir. Təbii ki, buna uyğun olaraq siyasi münasibətlər, baxışlar və iradələr bir sözlə, cəmiyyətin bütün siyasi təşkili və siyasi həyatı dəyişmişdir. Deməli, cəmiyyətin siyasi təşkilinin tarixən bir sıra rəngarəng formalar olmuşdur. Lakin, siyasi təşkilin hər bir tipinin müxtəlif təzahür formaları, bu və ya digər ölkənin konkret şəraiti, sinfi qüvvələrin nisbət və hakim təbəqələrlə hökümət koalisiyasında iştirak edən siyasi partiyalar arasında bağlanmış ittifaqların və bolkların xarakteri ilə bağlı olan növləri vardır. Hazırki suveren dövlətlərin siyasi təşkilində mühüm ünsürlər bunlardır: dövlət hakimiyyəti, onun bu və ya digər formaya malik atributları və qanunverici təşkilatları, siyasi partiyalar, kütləvi ictimai-siyasi və digər təşkilatlar.
Siyasi sfera – hakimiyyəti həyata keçirən, cəmiyyətin işlərini idarə edən, siyasi proseslər, dövlətlər, millətlər, sosial qruplar arasındakı qarşılıqlı münasibətləri nizamlayan, siyasi sabitliyi, sülh və tərəqqini təmin edən dövlət və qeyri-dövlət sosial-siyasi təsisatların məcmusudur. Cəmiyyətin siyasi sistemi tarixi hadisədir və onun meydana gəlməsi cəmiyyətin inkişafı ilə bilavasitə bağlıdır. Belə ki, ibtidai icma quruluşunda heç bir siyasi qurum, siyasi münasibətlər olmadığından, qəbilə və tayfa şəraitində daxili münasibətləri tənzim edən hər hansı bir dövlət, qanun və ya digər siyasi təşkilat mövcud ola bilməzdi və buna ehtiyac da yox idi. Siyasi sfreanın meydana gəlməsi cəmiyyətin təbəqələrə bölünməsi və ictimai münasibətlərin tənzimlənməsi üçün istifadə edilən siyasi metodların zəruriliyi ilə bağlıdır.
Siyasi sistem cəmiyyət həyatının bütün sahələrinə təsir edir. Bu təsir onun strukturu və funksiyaları vasitəsilə həyata keçirilir. Siyasi sistemin aşağıdakı funksiyaları vardır:
1.Cəmiyyətin məqsəd və vəzifələrinin müəyyən edilməsi, onun fəaliyyət proqramının hazırlanması;
2.Qarşıda duran məqsədə və vəzifələrə nail olmaq yolunda cəmiyyətin fəaliyyətini (əsasən siyasi) təşkil etmək;
3. Sinfi, milli və digər sosial-siyasi münasibətlərin nizamlanması yolunda siyasətin həyata keçirilməsi;
4. Kütlənin ictimai şüurunun formalaşdırılması
Bu funksiyaları yerinə yetirmək məqsədilə cəmiyətin ayrı-ayrı siyasi təsisatlar yaradır ki, bu təsisatları da ümumi, obyektiv maraq birləşdirir. Belə məqsədsiz cəmiyyət nə yarana, nə də inkişaf edə bilməz. Bu maraq və məqsəd isə insanları cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında birləşdirməkdir.
Dövlət cəmiyyətdən ayrılaraq, onun əsas hakim siyasi təşkilatına çevrilir. Dövlət hakimiyyəti-cəmiyyəti birləşdirən, təşkil edən və məcbur edən başlığa qüvvədir. İctimai birləşmələr sistemində dövlətin xüsusi yeri aşağıdakı amillərlə şərtlənir:
1.Dövlət bütün ölkə miqyasında yeganə tam hakimiyyətli təşkilatdır;
2.Dövlət cəmiyyətin əsas inkişaf istiqamətlərini hamının və hər kəsin mənafeyinə uyğun olaraq müəyyən edir;
3.Dövlət ölkə daxilində və beynəlxalq aləmdə yeganə rəsmi təşkilatdır.
Qeyri-dövlət təşkilatlarına belə əlamət və xüsusiyyətlər məxsus deyil. Onlar ictimai həyatın dəqiq müəyyən olunmuş sahəsində öz məzmunu və həcminə görə məhdud vəzifələri yerinə yetirir, müəyyən məsələləri həll edirlər. Dövlətdən başqa digər siyasi təsisatlar müəyyən məqsədlə yaradılır və bir qrup insanların mənafeyinə xidmət edir. Belə məqsəd və funksiyalarına görə siyasi sisteminin digər elementləri (dövlət istisna olmaqla) 3 əsas qrupa bölünür.

  1. Sırf siyasi təşkilatlar-insanların siyasi mənafelərini qorumaq üçün yaradılan təşkilatlardır

  2. məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yayır;

  3. könüllülük əsasında birləşib, siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaradır;

  4. seçkilərdə demokratik yolla iştirak edir;

  5. dövlət orqanlarının qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir;

Qeyri-hökumət təşkilatları qanunlarla qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Qeyri-hökumət təşkilatları seçkilərdə iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz.
Dini təşkilatlar hərbir cəmiyyətdə özünəməxsus rola malikdir. Bu rol müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, İngiltərədə kilsənin rolu böyükdür, Fransada isə azdır. Vətəndaşlar arasında dinin nüfuzu nə qədər çoxdursa, dini təşkilatlar da hökumətə daha çox təsir edə bilər.
Cəmiyyətin siyasi sisteminin bütün tərkib hissələri sıx üzvi vəhdətdə olur. Bu onunla şərtləmişdir ki, onların qarşısında ümumi, vahid məqsəd insanların rifahı durur. Bu məqsəd ictimai inkişafın müxtəlif vəzifələrini daha səmərəli və məqsədyönlü həll etməyə, siyasi sistemin hər bir həlqəsinin imkanlarını daha tam açmağa imkan verir. Bununla belə, bu sistemin elementləri bir-birini əvəz etmədən öz konkret vəzifələrini yerinə yetirirlər. Dövlət və digər qurumlar siyasi sistemin müstəqil hissələridir. Onların hər biri öz quruluşuna, təşkilat və fəaliyyət prinsiplərinə malikdir. Onlar həmçinin, öz daxili və xarici işlərinə dair məsələlərin həllində daxili müstəqilliyə və sərbəstliyə malikdir.
Cəmiyyətin siyasi sisteminin öz funksiyalarını həyata keçirməsi hüquq normaları çərçivəsində baş verir. Siyasi sistemin bütün təşkilati qurumları-dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri-dövlət həyatının və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət cəmiyyətinin başlıca hakimiyyət daşıyıcısı və təşkiledici qüvvəsi kimi bütün qeyri-dövlət təşkilatlarının öz nizamnaməsi vəzifələri çərçivəsində normal fəaliyyətini təmin etməyi, onların inkişaf və təkmilləşməsinə yardım göstərməyi öz üzərinə götürür. Bu, konkret olaraq aşağıdakılarda əks olunur:

  1. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir və onların uğurlu fəaliyyəti üçün lazımi şərait yaradır. Qeyri-dövlət təşkilatları geniş siyasi azadlıqlardan, söz, mətbuat, yığıncaq, mitinq, küçə yürüşləri və nümayişlər keçirmək azadlıqlarından istifadə edirlər. Dövlət lazım olduqda onlara maddi yardım göstərir, onların mülkiyyətini qoruyur;

  2. Dövlət bəzi qeyri-dövlət təşkilatlarının hüquqi vəziyyətini müəyyən edir. İctimaitəşkilatların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi yalnız onların Nizamnamələrinin təsdiqi ilə məhdudlaşır. Təşkilat üzvlərinin daxili münasibətləri isə hüquqla deyil, ictimai təşkilatın normaları ilə tənzimlənir;

  3. Qeyri-dövlət orqanlarının fəaliyyəti dövlət tərəfindən mühafizə edilir. İctimai təşkilatların hüquq və mənafelərini məhkəmə, prokurorluq və baş hüquqmühafizə orqanları qoruyur ki, bunlar da dövlət orqanlarıdır. Dövlətə və ictimai təşkilatların arasında belə əməkdaşlıq və qarşılıqlı əlaqə ictimai həyatın sabitliyinə, cəmiyyətdə həqiqi recminin müəyyən olunmasına xidmət edir.

Cəmiyyətin siyasi sisteminin öz funksiyalarını həyata keçirməsi hüquq normaları çərçivəsində baş verir. Siyasi sistemin bütün təşkilati qurumları-dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri-dövlət həyatının və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər.
Yüklə 46,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə