HidrosferiN ÇİrkləNMƏSİ VƏ İnsan sağlamliğI



Yüklə 34,09 Kb.
səhifə1/6
tarix24.12.2022
ölçüsü34,09 Kb.
#97849
növüYazı
  1   2   3   4   5   6
Hidrosfer cirkl#U0259nm#U0259si


HİDROSFERİN ÇİRKLƏNMƏSİ VƏ
İNSAN SAĞLAMLIĞI

Akademik V.İ.Vernadski yazmışdır: «Su planetimizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstərə bilsin». Su – Yer üzrində canlı orqanizmlərin mövcudluğunu (yaşayışını) təmin edən özünəməxsus mineraldır.


Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır»».
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazımdır». Hidrosfer Yerin su örtüyü olub planetin bütün su obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmusudur. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir.
Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar) və qaz (buxar).
Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən 2,5 dəfə artıqdır. Qurunun əsas sahəsi Şimal yarımkürəsində, suyun əsas sahəsi isə Cənub yarımkürəsindədir. Okean və dənizlər Yerin ümumi sahəsinin 71%-ni tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları, bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya okeanı hidrosferin həcminin 96,4%-i qədərdir.
Su kütləsinin Yerin hidrosferində paylanması Hidrosfer Suyun həcmi, min km3 Suyun ümumi həcmində payı, %
Dünya okeanı 1370000 94,1
Yeraltı sular 60000 4,1
Buzlaqlar 24000 1,7
Göllər 280 0,02
Torpaqdakı su 80 0,01
Atmosfer buxarı 14 0,001
Çaylar 1,2 0,0001
Qurunun suları. Bura çaylarla gətirilən materik suları, göllərdə, bataqlıqlarda, buzlaqlarda, qar örtüyündə toplanan sular daxildir. Qurudakı suyun əsas kütləsi Antarktida, Qrenlandiya, qütb adaları və dağlarda olan ümumi su ehtiyatının 1,86%-ni, şirin suyun isə 70,3%-ni təşkil edərək yüksək əks etdirmə qabiliyyəti ilə
(albedo) Yer üzərində atmosferin qlobal istilik balansının formalaşmasına böyük təsir göstərir.
Yeraltı suları (yeraltı hidrosfer). Bura Yer qabığının müxtəlif dərinliklərində yerləşən şirin, duzlu və geotermal (temperaturu 300-dən yüksək) sular aiddir. Yeraltı şirin suların həcmi göl, çay, bataqlıq və s.-nin şirin sularından təxminən 100 dəfə artıqdır. yeraltı suların ümumi həcmi hidrosferin 1,68%-ni təşkil edir, onların təxminən yarısı şirin sulardır.
Atmosferdəki su. Əsasən su buxarından və onun kondensatından ibartədir; su buxarının demək olar ki, hamısı (90%) troposferdə yerləşir. Atmosfer havası müəyyən temperaturda yalnız müəyyən miqdarda su buxarı saxlayır. Bu miqdara çatdıqda su buxarı kondensasiya olunub dumana və buluda çevrilir. Havanın temperature yüksək olduqca özündə daha çox su buxarı saxlayır. Yağışlar atmosfer havasının təbii təmizləyicisi sayılır, lakin litosferi çirkləndirən səbəb də ola bilər (turşulu yağışlar). Atmosferdəki bütün rütubətlik kondensasiya olunub
Yerə düşərsə, Yer səthində 25 m qalınlığında su qatı yaranardı.
Bioloji su. Canlı maddələri təşkil edən su olub canlıların orta hesabla 80%-nə bərabərdir. Bioloji suyun ümumi həcmi təxminən 1000 km3 təşkil edir. Orqanizm üçün suyun zəruriliyi çox böyükdür. Məsələn, insan il ərzində 10 ton su tələb edir, 1 kq bioloji kütlənin yaranması üçün isə 500 kq-a qədər su sərf edilir. Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer suyunun 99,94%-ni təşkil edir. Çaylar hidrosferin əsas komponenti olub dünyada onların suyunun həcmi ümumi su ehtiyatının yalnız 0,0001-0,0002%-i, şirin su ehtiyatının isə 0,006%-i qədərdir.

Yüklə 34,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə