Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

 
68
Məsələn, XIII – XIV əsr Azərbaycan memarları Cəmaləddin 
və Əһməd ibn-Eyyubun yaratdıqları abidələr, o dövrdə bir sıra Ya-
xın və Orta Şərq ölkələrindən gələnlərin diqqətini cəlb edir. Onlar 
həmin memarlardan dərs alıb, öz vətənlərinə gayıdır, oxşar abidə və 
məqbərələr ucaldıblar. Memarlıq məktəblərində riyaziyyat, һəndəsə, 
coğrafiya, rəsm nəqqaşlıq dərsləri də  tədris edilirdi. Sonralar me-
marlıq məktəbi nəqqaşlıqla birləşərək “Memarlıq-nəqqaşlıq məktə-
bi” kimi fəaliyyətə başlayır. Belə məktəblər Təbriz, Naxçıvan, Ma-
rağa, Gəncə, Nişapur və Şirvanda çox geniş fəaliyyət göstərmişdir. 
XIII – XIV əsrlərdə Azərbaycanda ən çox yayılmış tədris mü-
əssisələrindən biri də rəssamlıq məktəbləri idi. İlk dəfə belə məktəb 
Təbriz şəhərində yaranmışdı. Sonralar bu tipli məktəblər Şəki, Nax-
çıvan, Gəncə  və  Qəbələdə  təsis edilmişdir. Memarlıq-nəqqaşlıq 
məktəbləri də bütün dünyada məşһur olmuşdur. Azərbaycanda rəs-
samlıq məktəblərinin inkişafına qədim Hindistan və  qədim Çin 
məktəblərinin də böyük təsiri olmuşdur. 
Nizaminin “Xəmsə”sinə çəkilmiş miniatürlər bunu daha aydın 
göstərir. Əsrlərdən əsrlərə gəlib çatan Nizami “Xəmsə”sinin minia-
türləri XII – XVII əsrlərdə çox yayılmış və Azərbaycanda rəssamlı-
ğın yayılıb inkişaf etməsinə təsir göstərmişdir. 
Rəsm sənəti yalnız müxtəlif kitablara çəkilmiş miniatürlərlə 
məhdudlaşmırdı, onlardan parça, xalça, ümumiyyətlə,  əmtəə isteһ-
salında da geniş istifadə olunurdu. 
Şamaxı, Naxçıvan, Gəncə, Təbviz, Nişapur və s. kimi yerlərdə 
tədris müəssisələrinin, xüsusən sənətkarlıq məktəblərinin fəaliyyəti 
Kastilaya elçisi Ryu Qonzales de Klavixo tərəfindən də qeyd edil-
mişdir. O, “Дневник путешествия к двору Тимура в Самаркан-
де” əsərində belə yazmışdır: “Şamaxı el sənəti Qərb, Şərq, һətta Ve-
nesiya və Genuyada da məşһurdur”. 
Azərbaycanda olmuş  Əvliya Cələbi, Jan Şarden, Adam Ole-
ari, Marko Polo və başqa xarici ölkə səyyaһlarının, İskəndər Münşi-
nin “Tarixi-aləm-araye Abbasi”, Qazi Əһmədin “Rəssamlıq və xət-
tatlıq  һaqqında risalə”, Sadıq bəy  Əfşarın “Qanunus-Səvər” kimi 
yol qeydləri və tarixi əsərlərində XIII – XIV əsrə dair Azərbaycan 


 
69
məktəbləri, eləcə də rəssamlıq məktəbləri һaqqında çox maraqlı mə-
lumatlar verilmişdir. 
XIII – XIV əsrlərdə  fəaliyyət göstərən tədris müəssələrindən 
biri də xəttatlıq məktəbidir. Xəttatlıq tədris müəssisələrinin meyda-
na gəlməsində böyük rol oynamışdır. Kitabın meydana çıxması, xət-
tatlar və şagirdlər tərəfindən üzünün köçürülüb yayılması, bir tərəf-
dən, elm və  mədəniyyətin inkişafına, digər tərəfdən isə, maarif və 
məktəbin tərəqqisinə müstəsna xidmət göstərmişdir. 
Qazi Əһmədin «Rəssamlıq və xəttatlıq һaqqında” risaləsi Azər-
baycanda xəttatlığın inkişafına dair çox maraqlı məlumatlar verir. 
Yaqut Həməvi «Mocəm ol-boldan» adlı kitabında Marağa şə-
hərində «mədrəsə, xanegah, ədib, şair, mühəddis və fəqihlər»in ol-
masını qeyd edir. Yəqin ki, Azərbaycan şəhərlərində olan mədrəsə-
lər sırasında Marağa mədrəsələrinin sayı və mövqeyi üstünlüyə ma-
lik olduğendan Yaqut Həməvi onları Marağa  şəhərinin  əlamətdar 
cəhətlərindən biri kimi ayrıca qeyd etməyə məcbur olmuşdur. 
Yaqut Həməvi Azərbaycanın ayrı-ayrı  şəhərlərindən danışar-
kən bu yerlərə  mənsub olan yalnız bir neçə görkəmli  şəxsin adını 
çəkməklə kifayətlənmişdir. Ancaq o, Marağa şəhəri alimlərinin tək-
tək adlarını, görünür, sayca çox olması üzündən, coğrafi lüğət tipin-
də yazdığı «Mocəm ol-boldan» əsərində sadalamağı məqsədəuyğun 
hesab etməmişdir. Buna görə  də Y.Həməvi Marağanın görkəmli 
alim və şəxslərini ixtisasa görə qruplaşdıraraq şəhərin ədəbi-elmi si-
masını onun ədiblərə,  şairlərə, mühəddislərə, fəqihlərə, eləcə  də 
mədrəsələrə malik olması ilə izah etmişdir. 
Bunu da qeyd etmək lazımdır ki, Y.Həməvinin xəbər verdiyi 
Marağa mədrəsələri haqqında «Mocəm ol-boldan» əsərindən sonra 
yazılan məxəzlərdə geniş bir məlumata rast gəlmirik. Buna görə də 
istər-istəməz belə bir sual meydana gəlir: Y.Həməvinin qeydə aldığı 
Marağa şəhərindəki mədrəsələr XIII əsrin hansı illərinə aiddir? On-
ların taleyi necə olmuşdur? 
Y.Həməvinin tərcümeyi-halında deyilir ki, o, «…Xorasanda 
olması vaxtdan (1215-ci il) beş il sonra, …İrana basqın edən monqol 
qoşunlarının qarşısından qaçaraq Musel şəhərində gizlənmişdir». 


 
70
Məlum olduğu kimi, monqollar 1220-ci ildə İrana, 1221-ci il-
də isə qəflətən Marağaya hücum etmişlər. 
Deyilənlərdən bu nəticəyə  gəlmək olur ki, Yaqut Həməvi 
monqol qoşunlarının 1221-ci ildə Marağa üzərinə yürüşü zamanı bu 
şəhərdə olmuş  və  həmin ildə buradan Muselə qaçmışdır. Demək, 
Y.Həməvinin Marağa mədrəsələri haqqında verdiyi məlumat XIII 
əsrin 20-ci illərinə aiddir. 
Bəzi məlumatlara görə,  ərəb işğalından sonra Azərbaycanda 
mədrəsə şəbəkəsinin inkişaf etməyə başlaması əsasən XII əsrin sonu 
– XIII əsrin  əvvəllərinə  təsadüf edilir. Ancaq Azərbaycanda yük-
sələn bu mədəniyyət və elm mərkəzləri monqolların basqınları nəti-
cəsində  məhv edilmiş,  ədəbiyyat, incəsənət və ümumiyyətlə elmi-
ictimai düşüncənin inkişafı və maarifin irəliləməsi bir müddət ləngi-
mişdir. 
K.Marks monqol hücumlarından bəhs edərək yazır: «…incə-
sənət, zəngin kitabxanalar, mükəmməl kənd təsərrüfatı, saraylar və 
məscidlər, hər şey yerlə yeksan edilirdi». Lakin bütün bu ağır şərai-
tə baxmayaraq, xalqımızın mübarizəsi nəticəsində Azərbaycan qısa 
bir müddət ərzində özünün tədris ocaqlarını bərpa edərək milli mək-
təb və maarif uğrunda daha iri addımlarla tərəqqiyə doğru hərəkət 
etmişdir. 1233-cü ildə Qul Əlinin Azərbaycan dilində yazdığı “Qisse-
yi-Yusif”  əsərini, görkəmli  şair  İzzəddin Həsənoğlunun

Azərbaycan 
dilində tərtib etdiyi divanını bu baxımdan önəmli hesab etmək olar. 
Azərbaycan məktəb və maarif tarixində əhəmiyyət kəsb edən 
«Sihah  əl-əcəm» adlı lüğətin bu dövrdə  tərtib edilməsi daha artıq 
diqqət çəkir. «Sihah əl-əcəm» əsəri fars dilinin öyrənilməsində azər-
baycanlıları müvafiq tədris vəsaiti ilə təmin etmək məqsədi ilə ya-
zılmışdır. Bu barədə  tərtibçi Hinduşah Naxçivani
2
 müqəddəmədə 
                                                 
1
   
XV  əsr müəllifi olan Dövlətşah Səmərqəndi Təzkirət-ül-şüəra adlı  əsərində 
yazdığına görə Həsənoğlunun divanı vaxtı ilə Azərbaycanda və Türkiyədə böyük 
şöhrət qazanmışdır. 
2
   
Hinduşah Naxçivani XIII əsrin ikinci yarısı-XIV  əsrin  əvvəllərində yaşamış, 
1330-cu ildə  vəfat etmişdir. Onun «Sihah əl-əcəm» adlı  əsəri haqqında ilk dəfə 
olaraq Həsən Zərrinəzadə geniş məlumat vermişdir. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə