Buluddan məlhəm qoy yarğan ağzına, Dağların qar tutmuş başını dirilt



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü5,31 Kb.
#39350
növüYazı

background image
Dirilt 

 

Buluddan məlhəm qoy yarğan ağzına, 



Dağların qar tutmuş başını dirilt. 

Kəklik dırnağının boyağı solub, 

Qayanın xınalı daşını dirilt. 

 

Bükülməz qolların dəryazını ver, 



Donmuş şeşmələrin avazını ver, 

Vurğun igidlərin murazını ver, 

Qızların çatılmış qaşını dirilt. 

 

Quzunu toğludan ayır, yerisin! 



Evlərə bərəkət, xeyir yetirsin, 

Güllü cığırında cüyür yerisin, 

Yamacın laləli döşünü dirilt. 

 

Sonsuz beşiklərə gül çağa cala, 



Qurbanlıq toğlunu bıçağa cala, 

Qara qazanları ocağa cala, 

Buğlanan südünü, aşını dirilt. 

 

Paxıl ürəklərin sök gözəyini, 



Sil namərd evinin bər-bəzəyini, 

Nənə barmağında toy üzüyünün 

Qaralıb kor olmuş qaşını dirilt. 

 

Yol azan yolçunun bağrını çıxart, 



Heysiz ayaqların cığırını çıxart, 

Babamın canından ağrını çıxart, 

Səksəni adlayan yaşını dirilt!.. 

 

Dirilt : şeir // Azərbaycan xalq bayramı Novruz. – Bakı : Təhsil, 2011. – S.75. 



 

Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə