Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 
64
nür, heç kəs heç kəsdən artıq deyil, heç kəs ağlayana gülmür, heç 
kim oğurluq etmir, qapılara qıfıl vurulmur, mal-davar gözətçisiz ot-
layır. Bu ölkədə kimsə xəbərçilik etmir, özgənin eybinə göz yumu-
lur, qəzəbli, acıqlı insan gördükdə ona məsləhətlə kömək edilir, heç 
kəs pis yola çəkilmir, fitnə-fəsad axtarılmır, qan tökülmür, dərdlinin 
dərdinə şərik çıxılır, qızıla, gümüşə heç kəs aldanmır, heç kəs xəsis-
liyin nə olduğunu bilmir, heç kəsdən zorla bir şey alınmır, heç bir 
vəhşi heyvana əziyyət verilmir, ov heyvanları ehtiyac olduğu qədər 
ovlanır. Bu ölkədə insanlar cavan yaşlarında ölmür, ölüm haqq ol-
duğundan ölüyə yas saxlanılmır. Üzə deyilməyən heç bir söz dal-
dada deyilmir, kimsə kimsənin işinə qarışmır, naşükürlük edilmir. 
Kimsə bu qaydaları pozsa, kimliyindən asılı olmayaraq, ölkədən qo-
vulur. Dahi mütəfəkkir ideal qəhrəmanı, peyğəmbərlik rütbəsinə 
yüksəlmiş  İskəndəri belə mat vəziyyətinə salır. Bu ölkəni və onun 
insanlarını görən İskəndər çaşbaş qalır və öz-özünə belə söyləyir: 
 
Bütün bildiklərim qalsın bir yana, 
Bunların söhbəti bəs edər mənə. 
Elə bil, dünyanı o Pərvərdigar 
Bu mərd isanlarçın etmiş bərqərar. 
 
Nizami öz ideal qəhrəmanını belə utandıracaq bir şəklə sal-
maqla gələcək cəmiyyət quruluşunun ən yaxşı formasını xalq haki-
miyyətində görür, ən müqəddəs dinin də xalq dini olduğunu təsdiq-
ləyir. Bununla da dahi şair maarifçi monarx ideyalarından uzaqlaşa-
raq, humanizm, bərabərlik və azadlıq prinsiplərinə əsaslanan tama-
milə yeni dövlət, yeni cəmiyyət qurulması ideyasını irəli sürməklə 
əsl ədalətli cəmiyyət axtarışlarında çoxillik və gərgin ictimai-siyasi 
və fəlsəfi fəaliyyətinə yekun vurur. Onun təsvir etdiyi ideal cəmiy-
yətdə zalımlar və məzlumlar, varlılar və yoxsullar yoxdur, hamı ey-
ni hüquqa malikdir. Bu əfsanəvi ölkənin sakinləri əmlak bərabərsiz-
liyini ləğv edərək əsl həqiqətə nail olmuş, ədalətli bir cəmiyyət qur-
muşdur. Bu cəmiyyəti şair belə təsvir edir: 
 


 
65
Bizdə bərabərdir hamının varı, 
Bərabər bölərik bütün malları. 
Bizdə artıq deyil, heç kəsdən heç kəs 
Bizdə ağlayana heç kimsə gülməz. 
 
Nizaminin kamil cəmiyyət nəzəriyyəsi fantastik uzaqgörənli-
yin məhsulu,  şair dühasının qeyri-adi tapıntısı deyil. Bu nəzəriyyə 
Şərq və dünya ictimai-fəlsəfi fikir tarixinin ideal cəmiyyət haqqın-
dakı  nəzəriyyələr zəncirində bir halqadır – XII əsrə  qədər tarixən 
mövcud olan bu və ya digər dərəcədə utopik ideala yaxınlaşan, mü-
vəqqəti də olsa, ömür sürmüş demokratik dövlətlərin qanunauyğun 
davamıdır”. Nizaminin irəli sürdüyü ideal cəmiyyət haqqındakı fi-
kirləri, ondan qabaq da mövcud idi. İdeal şəhər və cəmiyyət haqqın-
da həm qədim dövr, həm də orta əsr Şərqinin abidələrində müxtəlif 
təsəvvürlərə təsadüf edilir. Yaxın və Orta Şərqdə böyük şöhrət tap-
mış IX əsr alim və filosofu Fərabinin (Farabi ət-Türki) “Xeyirxah 
şəhər”  əsərində  hətta ideal şəhərlərin müəyyən təsnifat verilir. Ta-
rixdən məlumdur ki, kəskin sinfi mübarizə nəticəsində xalq kütlələ-
rinin gücünə əsaslanaraq, Şərqdə ideal dövlətlər bu və ya digər də-
rəcədə özünü xatırladan – demokratik Qərmətilər, İsmaililər dövlət-
ləri mövcud olmuşdu. Bu dövlətlər və xüsusən Beyləqanda, XI əsr-
də müvəqqəti də olsa, yaranan xalq hakimiyyəti, sözsüz ki, Nizami-
nin ideal cəmiyyət nəzəriyyəsini qidalandıran real zəmin idi. 
Nizami bütün yaradıcılığında olduğu kimi, “İskəndərnamə” 
əsərində  də  Vətəni Azərbaycanı  və  mənsub olduğu Türk millətini 
unutmamış, böyük imperiyaları diz çökdürən İskəndəri Şimali Azər-
baycanın qadın hökmdarı Nüşabə qarşısında aciz vəziyyətə salmış-
dır. Nüşabə mütəfəkkirin “Xosrov və  Şirin” poemasındakı  Məhin-
banu və Şirin surətlərinin davamıdır. Burada da “Nizami İskəndəri 
öz doğma yurdu Azərbaycana gətirmək üçün bilərəkdən tarixi anax-
ronizmə yol verir”. 
Şairin qələmə aldığı Bərdə hakimi Nüşabə həm də onun “əda-
lətli hökmdar” haqqındakı görüşlərinin ifadəçisidir.  Şair öz milli 
hökmdarını dünya fatehi İskəndərə belə təqdim edir: 


 
66
Erkək tinətliyəm, olsam da qadın, 
Hər işi bəllidir mənə dünyaının. 
Mən də bir aslanam düşünsən bir az
Aslanını erkəyi, dişisi olmaz. 
 
Öz türklük qürurunu hər yerdə canlandıran  şair, Firdovsidən 
fərqli olaraq, İskəndəri etnik cəhətdən fars deyil, yunan hesab edir, 
lakin mənəvi cəhətdən onu türk kimi qələmə verir: 
 
Özünə düzlüyü eyləyib şüar, 
O, yeddi ölkəyə oldu hökmdar. 
Yoxsa rum papaqlı bir türk nə sayaq 
Çinə, Hindistana basardı ayaq 
Tədbir soruşardı iş bilənlərdən 
Odur ki, olmuşdu özü işbilən. 
 
Gördüyümüz kimi, N.Gəncəvi öz yaradıcılığında türk dövlət-
çilik təfəkkürünü:  ədaləti, humanizmi, insanın maddi və  mənəvi 
azadlığını  əsas prinsip hesab edərək həmişə alqışlamışdır. Hökm-
darları ilə fəxr edərək onlara müdrik məsləhətlərini verməyi əsirgə-
məmişdir. Eyni zamanda bu prinsipləri pozan vəzifə sahiblərini tən-
qid etməkdən qəti çəkinməmişdir. 
 
 
 
 


 
67
XIII – XIV ƏSRLƏRDƏ MƏKTƏBLƏRİN  
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI 
 
XII  əsrin axırlarından başlayaraq, Azərbaycanda məktəb və 
mədrəsə təhsili keçmiş əsrlərə nisbətən sürətlə inkişaf etməyə başla-
mış, XIII əsrin axırları  və XIV əsrin  əvvəllərində nisbətən yüksək 
səviyyəyə çatmışdır. Azərbaycanın keçmiş məktəbləri haqqında ilk 
dəqiq və geniş məlumat da həmin dövrə aiddir. 
Əldə olan məxəzlərdə XII – XIII əsrlərdə Azərbaycanda yeti-
şən alim və şairlərdən çoxlarının öz doğma şəhərlərində məktəb və 
mükəmməl mədrəsə təhsili almaları qeyd edilmişdir. 
XIII  əsrin birinci iyirmi ilində Azərbaycanda nisbətən geniş 
məktəb və mədrəsə şəbəkəsinin mövcud olmasını təsdiq edən fakt-
lar da az deyildir. Bu cəhətdən  ərəb səyyahı Yaqut Həməvinin 
(1179 – 1229) Azərbaycan şəhərləri haqqında verdiyi bir sıra məlu-
matlar mühüm əhəmiyyət kəsb edir. 
XIII – XIV əsrlərdə Azərbaycanda fəlsəfə, məntiq, riyaziyyat
astronomiya, tarix, ədəbiyyat, musiqi, rəssamlıq və memarlıq sahə-
lərində yetişən bir çox şirvanlı, gəncəli, bərdəli, beyləqanlı, naxçı-
vanlı, təbrizli, xalxallı, marağalı, urmiyalı şair, ədib, alim və müdrik 
qocaların adlarına həmin dövrün ərəb və fars səyyahlarının, bioqraf 
və tarixçilərinin əsərlərində və bir sıra təzkirələrdə rast gəlirik. Mə-
sələn, məşһur tarixçilərdən Məһəmməd Hinduşaһ Naxçıvaninin, 
İbn-Əl-Əsirin, Rəşidəddinin tarixi əsərərindən məlum olur ki, XIII 
əsrdə Azərbaycanın Gəncə,  Şamaxı, Nişapur, Ürgənc, Beyləqan, 
Naxçıvan, Bərdə, Təbriz, Tus, Rey, Marağa və s. kimi mədəniyyət 
mərkəzlərində xanəgaһlar, iri məscidlər, kitabxanalar, mədrəsələr
memarlıq, xəttatlıq, musiqi məktəbləri də fəaliyyət göstərmişdir. 
Memarlıq məktəblərinin təşəkkülü XI – XII əsrlərdən başlasa 
da, onların inkişafı XIII – XIV əsrlərə aiddir. Naxçıvanda, Abşero-
nun Nardaran və Ramana kəndlərində, Marağa, Ağsu, Zəngilan, 
Təbriz, Bərdə, Qarabağda və  s.  kimi  yerlərdə incə, zərif nəqşlərlə, 
dəqiq һesablamalarla yüksəldilmiş məqbərələr və abidələr «Memar-
lıq məktəbləri»nin əyani sübutudur. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə