Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

 

23 



 

ə

dədi  azalmış  olur.  Sulfidlərin  disulfidlərin,  tiofanların  və  tiofenlərin  metala  təsiri 



eyni deyildir. Bunlar da benzinlərin antidetoinasiya xassəsinə pis təsir göstərir. 

Traktor  yanacaqları.  Neftdən  alınan  liqroin  və  kerosin  fraksiyalarından 

karbüratorlu  mühərriklə  işləyən  traktorlarda  yanacaq  kimi  istifadə  olunur.  Bu 

yanacaqlarda  benzinlərin  keyfiyyət  göstəriciləri  (oktan  ədədi,  fraksiya  tərkibi, 

doymuş buxarların təzyiqi, kimyəvi sabitlik və s.) ilə xarakterızə olunur. 



Dizel  yanacağı.  Dizel  mühərriklərində  yanacaq  kimi  neftin  ilk  distilləsindən 

alınan  kerosin  solyar,  qazol  fraksiyalarından  və  mazutdan  istfadə  edilir.  Qed  etmək 

lazımdır ki, dizel yanacaqları mühərriklərin işləmə sürətindən aslı olaraq iki çeşiddə: 

itisürətli  mühərriklər  üçün  dizel  yanacağı  və  yavaşsürətli  mühərriklər  üçün  dizel 

yanacağı  buraxılır.  tisürətli  mühərriklər  üçün  yanacaq  kimi  neftin  200-350°S 

temperatur hədlərində qaynayan fraksiyası,  yavaşsürətli dizel mühərriklərdə isə ağır 

fraksiyası, mazut və yarım neft götürülür. 

Dizel yanacaqları üçün DÜ ST 305-82 və 1667-68 standartına əsasən aşağıdakı 

kimi tələblər müəyyənləşdirilmişdir (cədvəl 1.8). 

Cədvəl 1.8 



Dizel yanacağına verilən standart tələblə

Göstəricilər 

DÜ ST 305-82 

DÜ ST 1667-68 

tisürətli mühərriklər üçün 

Yavaşsürətli 

mühərriklər üçün 



DT 


DM 

Setan ədədi 

45 

45 


45 



20ºS-də sıxlığı kq/m

3

, çoxu 



830 

840 


860 

930 


970 

Distillə temperaturu, ºS, 50%, çoxu 

255 

280 


280 



96%, çoxu 

360 


360 

360 


Özlülüyü mm



2

/san 


 

 

 



 

 

20ºS-də 



1,5-4 

1,8-5 


3-6 



50ºS-də 



36,0 


150 

Koks ədədi, % (kütlə) çoxu 

0,05 





3,0 

10,0 


Kükürdün miqdarı % (kütlə) çoxu 

0,2 


0,2 

0,2 


0,5*/1,5** 

30** 


Temperatur, ºS 

 

 



 

 

 



Donma, çoxu 

-55 


-35 

-10 


-5 

10 


Qapalı qabda alışma: azı 

30 


35 

40 


65 

85 


 

Qeyd:

 *   – az kükürdlü yanacaqda 

           ** – kükürdlü yanacaqda  

 



 

 

24 



 

Dizel  yanacaqlarının  mühərrikdə  tam  yanması  və  iqtisadi  cəhətdən  əlverişli 

olması  onun  fraksiya  tərkibindən  aslıdır.  Fraksiya  tərkibi  və  lazımi  qaynama 

temperatur hədləri isə mühərrikin dövrlər sayından aslıdır. 

tisürətli dizel mühərrikləri üçün daha yüngül yanacaq tələb olunur. Çünki bu 

mühərriklərdə  yanıcı  qatışıq  tez  yanır.  Buna  görə  də  böyük  dövrlər  sayı  olan 

mühərriklər  üçün  müəyyən  qaynama  temperaturlu  alçaq  molekullu  parafin  əsaslı 

yanacaqlar  tələb  olunur.  Dövrlərin  sayı  az  olan  yavaşsürətli  mühərriklərdə  yüksək 

temperaturda qaynayan ağır neft fraksiyaları işlədilir. 

Dizel  mühərriklərinə  yanacaq,  kiçik  diametrli  boru  kəmərləri  ilə  verilir. 

Bunların yaxşı işləməsi yanacağın özlülüyündən də aslıdır. 

Lakin yanacağın özlülüyü az olduqda forsunka və nasos tez sıradan çıxa bilər. 

Yüksək  özlülük  yanacağın  süzgəcdən  keçməsini  və  yanacaq  nasoslarının  işini 

çətinləşdirir.  Dizel  yanacaqları  nasos  və  forsunkaları  yağlamaqla  bərabər  onların 

kipliyinə  də  kömək  edir.  Sistem  kip  olmadıqda  yanacaq  axıb  yanaraq  səpələyici 

forsunkalar  üzərində  yanıq  əmələ  gətirir.  Ona  görə  də  yanacaqların  özlülüyü 

standartlaşdırılır. 

Qeyd  etmək  lazımdır  ki,  dizel  yanacağının  keyfiyyətini  xarakterizə  edən 

parametrlərdən  biri  də  donma  temperatururdur.  Yanacağın  donma  temperaturu  ilin 

fəsillərindən  aslı  olaraq  məhdudlaşdırılır.  Arktika  və  qış  dizel  yanacaqlarının  doma 

temperaturuna verilən tələblər daha sərtdir (A-nın donma temperaturu -55°S, Z (qış) 

markalı dizel yanacağının isə -35°S-dir). 

Yay  dizel  yanacağının  (L)  donma  temperaturu  -10°S-dir.  Dizel  yanacaqları 

üçün yanacağın içərisində həll olunmuş halda olan karbohidrogenlərin kristallaşması 

temperaturu  da  əsas  parametrlərdən  biridir.  Dizel  yanacaqlarında  qatran  birləşmələr 

nə  qədər  çox  olarsa,  qurum  əmələgətirmə  də  bir  o  qədər  artar  və  yanacaq  tam 

yanmaz.  Bu  da  onun  keyfiyyətinə  təsir  edən  əsas  amillərdən  biridir.  Bərk  qurum 

yanacağı  səpələyən  forsunkaların  ucluğuna  və  mühərrikin  çıxış  sisteminə  çökərək 

yanacağın yanma kamerinə səpələnmə prosesini pisləşdirir. 



 

 

25 



 

Yanacağın  qurum  əmələ  gətirmə  koks  ədədi  ilə  xarakterizə  olunur.  Bu  da 

Konratson  cihazında  təyin  edilir.  tisürətli  dizel  mühərrikləri  tərkibində  koksun 

miqdarı kütlə faizi ilə kükürdün miqdarı 0,2-dən yavaşsürətli mühərriklərdə isə 0,5%-

dən çox olmamalıdır. 

Neft  yağları.  Neft  yağları  kimyəvi  tərkibinə  görə  yüksək  molekullu  parafin, 

naften  və  aromatik  karbohidrogenlərin  bir  qədər  də  qatran  və  asfaltenlərə  oxşar 

maddələrin  qarışığıdır.  Yüksək  temperaturlarda  qaynayan  neft  fraksiyalarının 

müxtəlif üsullarla sürtkü yağları alınır. Xassəsinə, tərkibinə və tətbiq sahələrinə görə 

neft yağları aşağıdakı qruplara ayrılır: 

1. Motor yağları (daxili yanma mühərrikləri üçün). 

2. Sənaye yağları (sənaye avadanlığı və silindrləri yağlamaq üçün). 

3. Xüsusi yağlar (turbin, kompressor, transformator, elektroizolyasiya, hidrav-

lik, ağ yağ və s). 

Daxili yanma mühərriklərdə işlədilən yağlar (motor yağları). Daxili yanma 

mühərriklərində işlədilən yağlar, təyyarə, avtomobil və dizel yağlarına ayrılır. 

Təyyarə  yağları  seçici  həlledicilərlə  təmizləmə  və  parafinsizləşdirmə  prosesi 

apardıqdan  sonra  yüksək  keyfiyyətli  yağlı  neftlərin  distillat  və  qalıqlarından  alınır. 

Bəzən bu  məqsədlə  turşu  kontakt  təmizləməsindən  də  istifadə  edilir.  Bu  yağlar  sərt 

temperatur  şəraitində  işləyən  iti  sürətli  porşenli  və  reaktiv  təyyarə  mühərriklərini 

yağlamaq üçün işlədilir. 

Bu yağlar donma temperaturuna və özlülüyünə görə bir-birindən fərqlənən qış 

və yay yağları şəklində buraxılır. 

Reaktiv  mühərriklərdə  işlədilən  MK-8  (naftin  əsaslı  neftdən  alınır)  və  MS-8 

(kükürdlü  neftdən  alınır),  reaktiv  mühərriklərdə  işlədilən  MS-6,  MS-8p  və  MK-8p 

markalı  yağlar  hazırlanır.  Təyyarə  yağlarının  əsas  keyfiyyət  göstəriciləri  aşağıdakı 

cədvəl 1.9-da verilmişdir. 

 

 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə