Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

 

20 



 

Avtomobil və təyyarə benzinlərinin əsas keyfiyyət göstəriciləri aşağıdakılardır. 

1. Detonasiyaya davamlılıq; 

2. Fraksiya tərkibi, buxarlanma qabiliyyəti və doymuş buxarların təzyiqi; 

3. Oksidləşməyə qarşı kimyəvi sabitlik, kükürdlü birləşmələrin zərərli təsiri  

Qeyd etmək lazımdır ki, detonasiyaya davamlılığı onların tərkibinə daxil olan 

karbohidrogenlərdən  aslıdır.  Detonasiyaya  ən  çox  meyl  göstərənlər  normal  parafin 

karbohidrogenləri  ən  az  detonasiya  yaradanlar  isə  aromatik  karbohidrogenlərdir, 

naften karbohidrogenləri isə bu iki karbohidrogen arasında orta yer tutur. 

Olefin  karbohidrogenlərinin  antidetonasiya  xassəsi  parafinlərə  nisbətən  daha 

yüksəkdir. 

Hazırda  okton  ədədi  (motor  üsulu  ilə)  72-dən  98-ə  qədər  olan  avtomobil 

benzinləri  buraxılır.  Karbüratorlu    mühərrikdə  sıxılma  dərəcəsi  artırıldığı  üçün, 

görünür gələcəkdə avtomobil benzinlərinin detonasiyaya davamlılığına verilən tələb 

daha da yüksəldiləcəkdir. 

Fraksiya  tərkibi  yanacağın  antidetonasiya  xassəsinə  böyük  təsir  göstərən 

amillərdən  biridir.  Benzin  yüngül  olduqca  onun  detonasiya  xassəsi  də  yüksək  olur. 

Benzinlərin buraxılmasını (fraksiya tərkibini) distillə vasitəsilə müəyyən etmək üçün 

6 nöqtə götürülür. 

1)  qaynama başlanğıcının temperaturu , °S; 

2)  benzinin 10%-lik fraksiyasının qaynama temperaturu; 

3)  50%-lik fraksiyanın qaynama temperaturu; 

4)  90%-lik fraksiyanın qaynama temperaturu; 

5)  97,5%-lik fraksiyanın qaynama temperaturu; 

6)  Qaynama sonunun temperaturu; 

Benzinin  10%-lik  qaynama  temperaturu  mühərrikin  alçaq  temperaturda  isə 

düşmə xassəsini və onun yanacaq verilən boru kəmərlərində qaz tıxacı əmələgətirmə 

qabiliyyətini göstərir. 

10%-lik  qaynama  temperaturu  təyyarə  benzinləri  üçün  75-88°S  və  avtomobil 

benzinləri üçün 70-79°S-yə bərabərdir. Benzinin 50%-lik qaynama temperaturu onun 




 

 

21 



 

orta  buxarlanma  qabiliyyətini  mühərrikin  bir  rejimdən  digər  rejimə  keçməsini  və 

onun  iş  zamanı  davamlılığını  göstərir.  50  %-lik  fraksiya  aşağı  temperaturda 

qaynadıqca, onun buxarlanma qabiliyyəti yüksək olur və mühərrik normal işləyir. Bu 

temperatur  təyyarə  benzinləri  üçün  105°S,  avto  benzinlər  üçün  115°S-dən  yüksək 

olmamalıdır.  Benzinin  90°S-lik  qaynama  temperaturu  onun  tərkibində  çətin 

buxarlanan  fraksiyaların  olduğunu  göstərir.  Bu  temperatur  aşağı  olduqda  benzinin 

tərkibində çətin buxarlanan fraksiyaların miqdarı az olur, yanacaq karbüratorda tam 

buxarlanır və beləliklə də silindrlə bərabər paylanır. Bu temperatur təyyarə benzinləri 

üçün 145°S-dən çox olmamalıdır. 

A-66  köhnə  markalı  avtomobil  benzində  bu  temperatur  195°S,  digər 

benzinlərdə  isə  180°S-dən  çox  olmamalıdır.  97,5%-lik  qaynama  temperaturu 

mühərrikin sorucu sistemində yanacağın tam buxarlanmasını göstərir. Bu temperatur 

təyyarə benzinləri üçün 180°S olmalı, avto benzinlərdə isə 205°S-ni ötməməlidir. 

Qaynama sonunun temperaturu isə benzində ağır fraksiyaların qarışdığını gös-

tərir. Temperatur yüksək olduqda karterdəki yağ durulaşır və natamam yanma getdiyi 

üçün qurum əmələ gəlir. Bu temperatur təyyarə benzinləri üçün 180°S, yayda avto-

mobil benzinləri üçün 195°S, qışda avtomobil benzinləri üçün 185°S-dən çox olma-

malıdır. 

Doymuş buxarların təzyiqi karbüratorlu mühərriklərdə yanacağın buxarlanması 

haqqında  bizə  əlavə  məlumat  verir,  həm  də  mühərrikin  qidalanma  sistemində 

yanacağın  qaz  tıxacı  əmələ  gətirmə  qabiliyyətini  göstərir.  Benzinin  doymuş 

buxarlarının təzyiqi nə qədər çox olarsa bir o qədər asan buxarlanar, yüksəkdə uçan 

təyyarələrin  mühərrikinin  boru  kəmərlərində  qaz  tıxacı  əmələgətirmə  qabiliyyəti 

yüksək  olar.  Buna  görə  də  təyyarə  benzinlərinin  doymuş  buxarlarının  təzyiqi 

məhdudlaşdırılır. (norma üzrə 360mm c.st) 

Karbüratorlu mühərriklərdə işlədilən yanacaqların kimyəvi sabitliyi onların tər-

kibində olan və havanın oksigeni ilə asan oksidləşən olefin karbohidrogenləri ilə xa-

rakterizə  edilir.  Oksidləşmə  nəticəsində  yanacaqların  okton  ədədi  azalır.  Bu  da 



 

 

22 



 

onların  keyfiyyətinə  təsir  göstərir.  Bu  zamanda  onların  yanıq  əmələgətirmə 

qabiliyyəti yüksəlir. 

Oksidləşməyə  qarşı  sabitlik  benzin  fraksiyasında  olan  qatranın  həqiqi  və  po-

tensial miqdarı ilə qimətləndirilir. Qatranın həqiqi miqdarı müəyyən miqdar məhsulu 

hava  axını  vasitəilə  su  hamamında  buxarlandırmaqla  təyin  olunur.  Buxarlanmadan 

sonra  qalığın  miqdarı  100ml  benzinə  hesablanmaqla  qatranın  həqiqi  miqdarı  təyin 

edilir.  Qatranın  həqiqi  miqdarı  təyarə  benzinləri  üçün  (100ml,  avtomobil  benzinləri 

üçün 7mq) 100ml-də  4mq-dan çox olmamalıdır. 

Karbüratorlu mühərriklərdə işlədilən benzinlərin keyfiyyətini xarakterizə edən 

ə

sas  amillərdən  biri  də  onlardakı  kükürdlü  birləşmələrin  miqdarı  və  xassəsidir. 



Benzindəki  kükürdlü  birləşmələr  metalı  korroziyaya  uğradır,  karbohidrogenlərə 

zərərli  təsir  göstərir,  benzinin  antidetonasiya  xassəsini  aşağı  salır,  benzinin  etil 

mayesini qəbuletmə xassəsini pisləşdirir. 

Benzinin  tərkibində  olan  hidrogen-sulfid,  merkaptan  və  sərbəst  kükürd  onun 

keyfiyyətinə  daha  pis  təsir  göstərir.  Hidrogen-sulfid  misi,  bürüncü  və  dəmiri 

korroziyaya uğradır. 

Merkaptanlar  metala  təsir  etdikdə  onu  yeyir  və  merkapditlər  əmələ  gətirir. 

Bunlar  qızdırıldıqda  isə  metal  sulfidinə  və  sulfidlərə  ayrılr.  Metal  sulfidlər  metalın 

kristal  qurluşunu  dağıdır,  mühərrik  silindrinin  səthini  korlayır,  bununla  da  silindr 

divarları  ilə  porşen  halqalarının  kipliyi  pozulur.  Elementar  kükürd  adi 

temperaturlarda  mis,  gümüş  və  civəyə  yüksək  temperaturlarda  isə  dəmirə  təsir 

göstərir.  Qeyd  etmək  lazımdır  ki,  yüksək  temperaturlarda  (150-200°S)  elementar 

kükürd  naftinlə  parafin  karbohidrogenlərini  hidrogensizləşdirərək  hidrogen  sulfid, 

olefinlər, asfaltenlər və karbon əmələ gətirir. 

Tərkibində  kükürdlü  birləşmələr  olan  yanacağı  yandırdıqda  kükürd  qazları 

alınır.  Sistemdə  kiplik  olmadıqda  bu  qazlar  karterə  keçərək  oradakı  nəmliklə 

birləşərək  sulfat  turşusu  əmələ  gətirir.  Aydındır  ki,  bu  turşuda  mühərrikin  metal 

hissələrinə  yeyici,  korroziyaedici  təsir  göstərir.  Kükürdlü  birləşmələr  həm  də 

benzinlərin etil mayesini qəbul etmə xassəsini pisləşdirir və beləliklə də onların okton 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə