Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

 

31 



 

C

11



H

10

)  tərkibində  setanın  faizlə  miqdarını  göstərir.  Müasir  dizel  mühərriklərində 



istifadə edilən yanacaqların setan ədədi 40...60 arasında dəyişir. 

Məlumdur  ki,  dizellərdə  yanacaq  püskürülən  kimi  yanmır.  Silindr  daxilindəki 

təzyiq və temperaturdan asılı olaraq yanacaq əvvəlcə buxarlanır, sonra müəyyən tem-

peratura  qədər  qızdıqdan  sonra  özü  alışır.  Yanacağın  püskürülməsindən  özüalışma-

sına qədər olan müddət özüalışmanın gecikmə periodu adlanır. Gecikmə periodunun 

kiçik  olması  həmin  şəraitdə  yanacağın  özüalışma  temperaturunun  aşağı  olduğunu 

göstərir. Bu zaman mühərrikin işə salınması asanlaşır və dizel “yumşaq” işləyir. 

Yanacağın özüalışma temperaturu artdıqca gecikmə periodu böyüyür, mühər-rik 

çətin işə düşür və “sərt” işləyir. 

Maye  yanacaqların  özüalışma  temperaturu  250...650

o

S  hüdudunda  dəyişir. 



Mühitin  temperaturu  t=15

o

S  və  təzyiqi  P



0

=760mm  civə  sütunu  olduqda  dizel  yana-

cağının  özüalışma  temperaturu  250...360

o

S  olur.  Havanın  təzyiqi  və  sıxlığı  yanaca-



ğ

ın özüalışma temperaturuna çox böyük təsir göstərir. Təcrübə ilə sübut edilmişdir ki, 

oksigen mühitində özüalışma temperaturu hava mühitinə nisbətən kiçik alınır. 

Yanacağın  fraksiya  tərkibi

  mühüm  keyfiyyət  göstəricisi  olmaqla  mühərrikin  iş 

prosesi  göstəricilərinə  ciddi  təsir  göstərir.  Fraksiya  tərkibi  yanacağın  müxtəlif  tem-

peraturda  buxarlanma  keyfiyyəti  ilə  xarakterizə  edilir.  Yanacağın  10%  və  50%  bu-

xarlanma temperaturları aşağı olduqda mühərrikin işə düşməsi asanlaşır. 50% və 90% 

buxarlanma  temperaturları  isə  orta  və  böyük  güclərdə  mühərrikin  işi  zamanı 

yanacağın buxarlanma keyfiyyətini səciyyələndirir. 

Buxarlanma  temperaturları  yüksək  olduqca  yanacaq  pis  buxarlanır,  qatışığın 

keyfiyyəti  pisləşir,  yanacaq  tam  yana  bilmir.  Nəticədə  mühərrikin  gücü  azalır,  ya-

nacaq  sərfi  isə  artır.  Buna  görə  də  yüksək  sürətli  dizellərdə  işlədilən  yanacaqların 

buxarlanıb  qurtarması  fraksiya  tərkibinə  görə  240...350

o

S  –dən  yuxarı  olmamalıdır. 



Soyuq  şəraitdə  işlədilən  yanacaqlar  fraksiya  tərkibinə  görə  yüngül  olmalıdır,  yəni 

onların buxarlanıb qurtarma temperaturları nisbətən aşağıdır. 



Məcburi  alışdırmalı  mühərriklərin  yanacaqları.  Məlumdur  ki,  məcburi 

alışdırmalı  mühərriklərdə  benzin,  liqroin,  ağ  neft  və  s.  yüngül  yanacaqlar  işlədilir. 




 

 

32 



 

Hal-hazırda  karbüratorlu  traktor  və  avtomobil  mühər-riklərində  ancaq  benzindən 

istifadə edilir. 

Benzinlərin  keyfiyyəti  buxarlanma  qabiliyyəti,  sıxlıq,  qurum,  qatran  və  korro-

ziya törətmə, səthi gərilmə, doymuş buxarların təzyiqi, detonasiyaya davamlılıq və s. 

göstəricilərlə xarakterizə olunur. 



Buxarlanma  qabiliyyəti

  benzinin  fraksiya  tərkibinə  görə  araşdırılır.  Yanacaq-

ların  fraksiya  tərkibi  müxtəlif  olduğundan  onların  buxarlanma  qabiliyyətləri  də 

müxtəlif  olur.  Standart  benzinlərdə  buxarlanmanın  başlanğıc  temperaturu  30...50

o

S, 


son  temperaturu  isə  170...205

o

S  hüdudunda  dəyişə  bilir.  Ümumiyyətlə,  maye  yana-



caqların  buxarlanma  qabiliyyəti  fraksiya  tərkibinə  görə  aşağıdakı  kimi  qiymətlən-

dirilir (cədvəl 2.1). 

Cədvəl 2.1.  

Yüngül yanacaqların fraksiya distillə temperaturları, 

o

S                   

 

Buxarlanma temperaturu 



Benzin  

Liqroin 


Ağ neft 

Başlanğıc 



30...50 

80...110 

120...180 

10% buxarlanma 



60...80 

130...150 

180...200 

50% buxarlanma 



125...145 

150...270 

190...250 

90% buxarlanma 



175...195 

180...200 

240...275 

Son  



190...205 

210...230 

290...300 

 

Cədvəl 2.1-dən göründüyü kimi liqroin və ağ neftin buxarlanma temperatur-ları 



benzinə nisbətən yüksəkdir. Bu onunla izah edilir ki, liqroin və ağ neftin tərki-bində 

yüksək  molekullu  ağır  karbohidrogenlər  daha  çoxdur.  Yanacağın  fraksiya  tərkibi 

mühərrikin iş prosesinə böyük təsir göstərir. Başlanğıc və 10% buxarlanma tempera-

turları  mühərriki işə  salma  xassəsini göstərir.  Həmin  temperaturlar  yüksək  olduqda, 

benzin çətin buxarlanır və mühərrikin işə salınması çətinləşir. Bu zaman mühərrikin 

silindrlərinə artıq miqdarda buxarlanmamış benzin daxil olur və silind-rin divarındakı 

yağ  təbəqəsini  yuyur.  Nəticədə  mühərrik  hissələri  intensiv  yeyilir,  həm  də  artıq 

benzin itkisinə yol verilir. Ətrafmühit temperaturu aşağı olduqda bu proseslərin təsiri 

daha da qüvvətlənir. 



 

 

33 



 

Mühərrik üçün yanacağın 50%, 90% və son buxarlanma temperaturları da çox 

ə

həmiyyətlidir.  Həmin  temperaturların  aşağı  olması  mühərrikin  istismar  göstərici-



lərini yaxşılaşdırır. 

Təcrübələr göstərir ki, benzinin asan buxarlanması üçün onun fraksiya tərkibi-

nin həddindən artıq yüngülləşdirilməsi də məqsədə uyğun deyil. Çünki belə benzinin 

buxarlanma  itkisi  də  yüksək  olur  və  buxarlanma  sürətlə  getdiyindən  yanacaq  bo-

rularında  buxar  tıxacı  yarana  bilər.  Buna  görə  də  qışda  nisbətən  yüngül,  tez  bu-

xarlanan, yayda isə ağır və gec buxarlanan benzindən istifadə edilməsi tövsiyə edi-lir. 



Yanacağın  sıxlığı  və özlülüyü

 onun qida sistemində hərəkətinə, buxarlanması-

na və s. böyük təsir göstərir. Sıxlıq artdıqca karbüratorun üzgəc kamerasında səviy-yə 

yuxarı qalxır və nisbətən artıq yanacaq sərfinə səbəb olur. 

Sıxlıq aerometrlə ölçülür. Hazırda işlədilən benzinlərin sıxlığı 0,69...0,75 q/sm

3

 



hüdudunda dəyişir. Yanacağın özlülüyü onun daxili sürtünməsini xarakterizə edir və 

dinamiki  özlülük  vahidi  puaz  (1  puaz=1q/sm.san),  yaxud  kinematik  özlülük  stoks 

(S

T

) və santistoksla (sS



T

) ölçülür (1S

T

=1 sm


2

/san, 1sS

T

 =0,01 sm



2

/san). Ben-zinlərin 

kinematik özlülüyü 0,6...1,0 sS

T

 olur. 



Təcrübə göstərir ki, yanacağın sıxlığı və özlülüyü ətraf mühitin temperaturun-

dan asılı olaraq dəyişir. Temperaturun artması onların hər ikisinin azalmasına səbəb 

olur. Bu zaman özlülük daha sürətlə azalır. Özlülüyün bu cür dəyişməsi karbüratorun 

jiklyorundan  keçən  yanacağın  miqdarının  da  dəyişməsinə  səbəb  olur.  Buna  görə  də 

karbüratorun  hesabatı  zamanı  sıxlıq  və  özlülüyün  temperaturdan  asılılığı  nəzərə 

alınmalıdır. 



Səthi gərilmə

 benzinin karbürasiya xassəsinə ciddi təsir göstərir. Səthi gərilmə 

qüvvəsinin  (bina/sm

2

;  H/m



2

)  az  olması  arzu  olunur.  Çünki  bu  halda  benzin  karbü-

ratorda asan tozlandırılır, adi şəraitdə yaxşı buxarlanır və hava ilə yaxşı qarışa bilir. 

Benzinlərin  normal  şəraitdə  (20

o

S)  səthi  gərilmə  qüvvəsi  20...23,5  bina/sm



2

,  yaxud 

2,0...2,35  H/m

2

  olur.  Temperaturun  artması  səthi  gərilmənin  azalmasına  səbəb  olur. 



Buna  görə  də  səthi  gərilməsi  yüksək  olan  yanacaqları  sürətlə  buxarlandırmaq  məq-

sədilə ya yanacağın özü, ya da yanıcı qatışıq qızdırılır. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə