Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 



 

kəşviyyat  işlərinin  genişləndirilməsi  ilə  əlaqədar  Azərbaycanda  bir  sıra  yeni  neft 

yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft 

hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır. 

SSR   dağıldıqdan  sonra  Azərbaycanda  Neft  hasilatı  sahəsi  yeni  mərhələyə 

qədəm  qoyur.  Respublikada  baş  verən  gərgin  ictimai-siyasi  proseslər  ərəfəsində 

hökümət bir çox xarci investrorların Azərbaycana cəlb eilməsinə nail olur. 1994-cü il 

sentyavrın  20-də  Bakıda  Gülüstan  sarayında  Xəzərin  Azərbaycan  sektorundakı 

"Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi 

haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi 

və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə 

həcmində və 4 dildə öz əksini tapmışdıır. 

Ə

srin  müqaviləsində  dünyanın  8  ölkəsinin  (Azərbaycan,  ABŞ,  Böyük 



Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur 

neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, 

Türkiyə petrolları, Penzoyl,  toçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni 

neft  strategiyası"  və  doktrinası  uğurla  həyata  keçirilməyə  başlandı.  "Əsrin 

müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 

dekabr  1994-cü  ildə  qüvvəyə  mindi.  Hal-hazırda  bu  müqaviləyə  əsasən  çalışan 

müəssisəslərlə  bilrikdə  əldə  edilən  neftin  hesabına  Azərbaycan  bir  dövlət  kimi 

dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur. 

Bütün  bu  yuxarıda  göstərilənlər  Respublikamızda  neft  emalı  sənayesinin  ən 

qabaqcıl  sahələrdən  biri  olmasını  sübut  edir.  Məhz  bu  baxımdan  da  neft  emalı 

nəticəsində  alınan  avtomobil  yanacaqlarının  keyfiyyətinin  ekspertizası  mövzusunda 

yazılmış dissertasiya işi öz aktuallığı ilə heç bir şübhə doğurmur. 



Dissertasiya  işinin  məqsədi  Respublikamızda  neftin  emalı  nəticəsində  əldə 

edilən  avtomobil  yanacaqlarının  ekspertizasından  ibarətdir.  Bu  məqsədə  nail  olmaq 

üçün  Respublikada  istehsal  olunan  əsas  neft  məhsullarının  bəzi  fiziki-kimyəvi 

xassələrinə  görə  ekpertizası,  Respublikada  istehsal  olunan  neft  məhsullarının 

itkilərinin  azaldılması  və  işlənmiş  yağların  keyfiyyətinin  ekspertizası,  Respublikada 



 

 



 

istehsal  olunan  texniki  mayelərin  keyfiyyətinin  ekspertizası,  neft  məhsullarının 

göndərilmə, saxlanma və daşınma şərtlərinə görə ekspertizası aparılmışdır. 

Dissertasiya  işinin  obyekt  və  metodları.  Dissertasiya  işində  Respublikada 

istehsal  olunan  müxtəlif  növlü  dizel  və  benzin  yanacaqlarının,  mazut  və  sürtkü 

materiallarının  xassə  göstəricilərinin  qiymətləndirilməsi  üçün  müvafiq  standart 

metodlardan istifadə edilmişdir. Tədqiqatın nəticələri riyazi statistik metodlarla təhlil 

edilmişdir. 

Elmi  yenilik.  Dissertasiya  işində  geniş  çeşiddə  neft  məhsullarının  texniki-

iqtisadi  göstəriciləri  sistemli  şəkildə  təhlil  edilmiş,  onların  xassə  göstəricilərinin  və 

keyfiyyətinin  qiymətləndirilməsi  metodları  işlənilmiş,  neft  yanacaqlarının  keyfiyyət 

göstəricilərinin standart tələblərinə uyğunluğu təhlil edilmişdir. 



Təcrübi  əhəmiyyəti.  Dissertasiya  işində  aparılan  təhlillər  neft  xammalının 

emalı  nəticəsində  alınan  məhsulların  xassə  göstəricilərinin  texniki  parametrlərinin 

araşdırılması və təhlil edilməsi nəticəsində onların düzgün ekspertizasının aparılması 

təmin  edilir,  bu  da  istehlak  bazarının  yüksək  keyfiyyətli  neft  məhsulları  ilə  dolğun 

şə

kildə təmin olunmasına imkan verir. 



Dissertasiya  işinin  həcmi.  Dissertasiya  işi  girişdən,  nəzəri  icmaldan,  üç 

fəsindən,  nəticə  və  təkliflərdən,  habelə  istifadə  olunmuş  ədəbiyyat  siyahısından 

ibarətdir. Dissertasiya işi ümumilikdə 88 səhifə təşkil edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

I.

 NƏZƏR   CMAL 

 

1.1. Neft sənayesinin inkişafının müasir vəziyyəti və gələcək inkişaf 

perspektivləri 

 

Neft qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir, əsasən 



karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik 

iyə malik yanar mayedir.  

O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft elektrik 

enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi geniş istifadə edilir. 

Bundan  əlavə  neft  kimya  sənayesində  süni  materialların  və  başqa  məhsulların 

alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. 

Neft-qaz  sıralı  karbohidrogen  yataqlarına  yerin  min,  2  min  metrdən  5-6  min 

metrə  qədər  dərinliklərində  rast  gəlinir.  Adətən,  bu  dərinlik  1000-3000  metr  təşkil 

edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft 

deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft 

təbii  qaza  və  asfalta  yaxındır.  Bu  səbəbdən  də  çox  vaxt  bu  maddələr  ümumilikdə 

petrolitlər də adlanırlar. 

Neft  açıq  şabalıdı  rəngə  malikdir.  Orta  molekul  çəkisi  220-330  q/mol 

həddindəir. Sıxlığı 0,65-1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 

0,831-0,860  arasında  olanlara  orta,  0,860-dan  yuxarı  olanlara  isə  ağır  neft  deyilir. 

Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə 

yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə 

səciyyələndirilir. 

Neft  təxminən  1000-dən  çox  komponentin  qarışığından  ibarətdir.  Onların  bir 

çoxunu  maye  karbohidrogenlər  (80-90  %)  və  azotlu,  oksigenli  və  kükürdlü 

heteroatomlu  üzvü  birləşmələr  (4-5  %)  təşkil  edir.  Buraya  həmçinin  metallar 

(vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə 

qədər), su (maksiumum 10 %ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1-4000 mq/l 

və daha artıq), üzvü turşuların duzlarının məhlulu və s. də daxildir. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə