Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

 

46 



 

miqdarına görə dizel yanacağı iki növə bölünür. I-0,2%-dən çox olmayan və II 0,5%-

dən çox olmayan (A markası üçün 0,4%-dən çox olmayan). L  yanacağının markalan-

masına  (nişanlanmasına)  kükürdün  miqdarı  və  alışma  temperaturu,  Z  yanacağının 

markalanmasına  –  kükürdün  miqdarı  və  bərkimə  temperaturu,  A  yanacağının 

markalanmasına – kükürdün miqdarı daxil edilir.  



 

 

2.2.2. Mazutun xassə göstəricilərinin qiymətləndirilməsi 

 

Mazut  qazanxana  yanacağı  kimi  geniş  tətbiq  olunur  və  kimya  sənayesi  üçün 



qiymətli  xammaldır.  Neftin  yüksəkmolekullu  fraksiyası  olan  mazut  tünd  rəngli  qatı 

mayedir.  Mazutun  markalanması  zamanı  əsas  keyfiyyət  göstəricisi  kimi  çənlərə, 

sisternlərə,  tankerlərə  və  digər  tutumlara  doldurulması  və  oradan  boşaldılması, 

borulara  mazutun  daşınması,  onun  sobalara  verilməsi  şərtlərini  müəyən  edən 

özlülüyüdür.  Mazutun  özlülüyü  şərti  özlülük  vahidləri  ilə  (°VU)  qiymətləndirilir  və 

verilmiş temperaturd 200 ml mazutun axıb qurtarma müddətinin həmin həcmdə olan 

distillə  suyunun  20°S  temperaturda  axıb  qurtarma  müddətinə  olan  nisbəti  ilə 

müəyyən olunur. Sınaqlar distillə suunun kapilyardan standart axma müddətinə (51±1 

s)  malik  viskozimetrdə  aparılır.  Mazutun  özlülüyü  temperaturdan,  sıxlıqdan  və  nə 

qədər  qatranlı  olmasından  asılıdır.  Aşağı  temperaturlarda  mazutun  özlülüyü  kəskin 

artır,  ona  görə  də  mazutun  tutumlardan  boşaldılması  və  boru  xətləri  ilə  örtülməsi 

yalnız onun əvvəlcədən qızdırlmasından sonra həyata keçirilə bilər. 

Mazutun  bərkimə  temperaturu  xammalın  kimyəvi  tərkibindən  və  neft  məhsu-

lunun  alınma  üsulundan  asılıdır.  Birbaşa  distillə  yolu  ilə  parafinli  neftdən  alınmış 

mazutların  bərkimə  temperaturu  25°S,  krekinq  üsulu  ilə  alınmış  mazutların  isə  25-

34°S-dir. 

Yanacağın  saxlanması  və  daşınması  üçün  tutumların  həcminin  hesablanması, 

suyun  duruldulması,  mexaniki  qarışıqların  çökməsi  şərtlərini  müəyyən  edən  zaman 

mazutun  sıxlığı  anlayışından  istifadə  edilir.  Mazut  nə  qədər  yüngül  olsa,  o  qədər 



 

 

47 



 

asanlıqla  su  və  mexaniki  qarışıqlar  mazutdan  ayrılırlar.  Mazutun  sıxlığı  0,94-1,02 

q/sm

3

 arasında dəyişir və özlülük artdıqca artır. 



Alışma  temperaturu  yanacağın  yanğın  təhlükəsizliyini  və  daşıma,  saxlama  və 

istifadə proseslərində onunla davranış şərtlərin səciyyələndirir. Yanacağın maksimum 

qızdırlmas  temperaturu  onun  alışma  temperaturundan  azı  10°S  aşağı  olmalıdır. 

Ə

mtəə mazutlarının qapalı və açıq putalarda məlum metodlarla təyin edilmiş alışma 



alışma temperaturu 80-90°S təşkil edir. 

Mazutun  küllülüyü  xammalın  hazırlanmasından  və  emalından  asılıdır  və 

tərkibində  duzların,  qeyri-üzvi  qatışıqların,  istifadə  olunan  aşqarların,  eləcə  də  neft 

aparatlarının  korroziyasının  məhsullarının  olması  müəyyən  edilir.  Hazırki  dövrdə 

sənayedə  neftin  hazırlanması  və  emalı  proseslərinin  təkmilləşdirilməsi  nəticəsində 

ə

mtəə mazutlarında külün miqdarı xeyli azaldılmışdır.  



Qazanxana  yanacağında  kükürdün  miqdarı  ilkin  neftin  kimyəvi  tərkibindən 

asılıdır və yüksək kükürdlü mazutlarda 3,5%-ə qədər, kükürdlü mazutlarda 2,0% və 

az  kükürdlü  mazutlarda  0,6%-ə  qədər  təşkil  edir.  Kükürdlü  mazutların  yandırılması 

sobaların  və  aparatların  detallarının  güclü  korroziyasına  gətirən  turşu  oksidlərinin 

yaranmasına  səbəb  olur  və  ətarf  mühiti  çirkləndirir.  Xüsusilə  korroziya  aktivliyinə 

hidrogen  sulfid  və  adi  kükürd  malikdirlər.  Ona  görə  də  az  kükürdlü  mazutlar  ilk 

növbədə texnoloji qızdırıcı qurğularda–metallurgiya sənayesinin marten sobalarında, 

tökmə, prokat və digər müəssisələrinin qızdırıcılarında tətbiq olunurlar. 

Su  və  mexaniki  qatışıqlar  mazutun  tərkibinə  istehsal  prosesində  və  əmtəə 

daşınması zamanı düşürlər və daşınma zamanı ballast rolunu oynayırlar. Tərkibində 

su olan mazutun yandırılması zamanı qazanxanaların faydalı iş əmsalı aşağı düşür və 

aparatların korroziyası üçün şərait yaranır, mexaniki qatışıqların qeyri-üzvi hissəsi isə 

yandırılma  prosesində  yanmır  və  mazutun  küllülüyünü  artırır.  Mazutun  tərkibində 

suyun və mexaniki qatışıqların miqdarı minimal olmalıdır. Zərərli qatışıqların təsirini 

azaltmaq  və  mazutun  yanığa  və  korroziyaya  qarşı  xassələrini  yaxşılaşdırmaq  üçün 

ona aşqarlar əlavə olunur. 

 

 



 

 

48 



 

Cədvəl 2.3 



Mazutların xarakteristikaları  

 

 Neft əmsalı sənayesi tərəfindən yanacaq kimi istifadə olunan mazutun bir neçə 



markası  istehsal  olunur:  donanma  üçün  F-5  və  F-12,  qızdırmaq  üçün  40  və  100. 

Markalara  daxil  olan  rəqəmlər  (5,  12,  40  və  100)  şərti  özlülük  vahidlərində  50°S 

temperaturda maksimal özlülüyü göstərirlər. F-5 və F-12 mazutları (yüngül yanacaq) 

gəmi qazanxana qurğularında, 40 (orta yanacaq) və 100 (ağır yanacaq) markaları isə 

ümumi  təyinatlı  bütün  qazanxana  və  qızdırıcı  qurğularda  tətbiqolunurtlar.  (cədvə2). 

40  və  100  markalı  mazutlar  tərkibində  kükürdün  miqdarına  görə  az  kükürdlü, 

kükürdlü və yüksək növlərə bölünürlər. 

      Marten  sobaları  üçün  yanacağın  MP  –  az  kükürdlü  və  MPS  –  kükürdlü 

markaları  buraxılır.  Qazturbin  yanacağının  TQ  –  adi  və  TQVK  –  yüksək  keyfiyyət 

kateqoriyası markaları, məişət sobaları üçün anacağın TPB markası istehsal olunur. 

 

 

 



2.2.3.  Sürtgü materiallarının əsas xassə göstəricilərinin qiymətləndirilməsi 

 

 



Sürtkü  materialları  iki  əsas  qrupa  bölünürlər:  maye  (yağlar)  və  mazşəkilli 

məhsullar  (plastik  sürtkülər).  Mineral  mənşəli  sürtkü  materiallarının  əsas  hissəsi 

neftin emalı nəticəsində alınır: üvzi yağlar (bitki və heyvan mənşəli) yaxşı yağlama 

keyfiyyətlərinə  malik  olsalar  da,  yüksək  temperaturun  təsirinə  dayanıqsızdırlar,  ona 

görə  də  əsasən  mineral  yağlara  əlavə  kimi  istifadə  olunurlar.  Sürtkü  materiallarının 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə