Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 

13 



 

Sürtkü  yağlarına  -  motor  yağları,  avtomatik  transmissiya  mayeləri,  aviasiya 

yağları  və  başqa  maşın  sürtkü  yağı  növləri  daxildir.  Xüsusi  qatqıların  köməyi  ilə 

yağlar  maşın  hissələrinin  davamlılığını  və  paslanmaya  qarşı  müqavimətini  artırır. 

Emal  yağları bəzi metalların (məsələn: rezin, dəri və s.) emalı üçün istifadə olunur, 

yaxud da avadanlığın  müxtəlif hissələrində sürtkü yağı kimi deyil, başqa məqsədlər 

üçün istifadə olunur (transformator yağı, başqa qızdırıcı yağlar kimi ). 

Ağ  yağlar  qida  avadanlığında  sürtkü  üçün,  əczaçılıqda  və  başqa  yağın 

təmizliyinin  əsas  şərt  olduğu  sahələrdə  istifadə  edilən  yüksək  rafinə  olunmuş 

yağlardır (məsələn, mineral yağları). 

Həlledicilər-ağ neft, yenidən qurulmuş karbohidrogen atomları və sürtkü yağı 

xammalından əmələ gələn maddələrdir. Onların tərkibindəki benzol və ya toluol neft-

kimya  müəssisələrində  xammal  və  yarımfabrikat  materialları  kimi,  yaxud  tam  hazır 

məhsul kimi-rəng həlledicilər və quru təmizləmə mayeləri kimi istifadə olunur. 

Sürtkü-səanye  və  maşın  sürtkülərinin  saysız-hesabsız  növləri,  maşın  yağı  ilə 

yağla qarışmaan maddələrin (bəzən sabun) qarışığıdır. Sürtkü böyük çənlərdə neft və 

yağlı turşuların qələvilərlə qarışığından alınır. 

Ümumiyyətlə,  emal  müəssisələrində  istehsal  edilən  karbohidrogenlərin  6%-ə 

qədəri kimya zavodlarına xammal kimi istifadə olunmaq üçün göndərilir. 

Ötən  əsrin  son  on  illiklərində  emal  edilmiş neft  məhsullarına  tələbat ildən-ilə 

artır. Belə ki, 1960-cı ildə, 877,9 mnl. Ton, 1970-ci ildə 1849,1 mln. ton,1975-ci ildə 

2050,1  mln.ton  neft  emal  olunmuşdursa,  XXI  əsrin  əvvəllərində  bu  göstərici  4 

mlrd.ton civarındadır. Neft məhsullarına tələbat hər il orta hesabla 2-3% artır. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra da neft və neft məhsullarını artıq 

özü üçün istehsal etməyə başlamışdır. XX əsrin 50-ci illərində istifadəyə verilən yəni 

Bakı  Neft  emalı  zavodu  neft  məhsullarının  həcminin  və  keyfiyyətinin  yüksəldilmə-

sində mühüm rol oynamışdır. Keçən əsrin 70-ci illərində emal zavodları yenidən qu-

rulmuş,  kiçik  qurğular  və  zavodlar  ləğv  edilmiş,  idarəetmə  sistemi  təkmilləşmiş  və 

90-cı  illərin  əvvəllərində  onların  bazasında  illik  istehsal  gücü  25  mln.ton  neft  emal 

edə bilən ağır və yüngül neft məhsulları üzrə ixtisaslaşan «Azərneftyağı» və «Azər-




 

 

14 



 

neftyanacaq»  B-ləri  yaradılmışdır.  Orada  müxtəlif  markalı  avtomobil  benzinləri, 

dizel  yanacağı,  çoxsaylı  sürtkü  yağları,  bitum,  koks,  xalq  istehlak  malları  istehsal 

edilir. 


1992-ci  ildə  neftçıxarma  və  neftemalı  müəssələri  «hasilat-emal-satışı»  sxemi 

üzrə vahid idarəetmə orqanında – Dövlət Neft Şirkətində cəmləşərək idarə edilir. Ona 

görə  də  ölkəmizin  neft  sənayesinin  əsas  müəssisəsi  Azərbaycan  Respublikasının 

Dövlət Neft Şirkətidir. 

1993-cü  ildən  başlayaraq  ölkədə  idxal-ixrac  əməliyyatı  xeyli  genişlənmişdir. 

1993-2000-ci  illərdə  idxal  edilən  məhsulların  həcmi  626,8  mln.  ABŞ  dollarından-

117,2  mln.  dollar;  ixracın  həcmi  isə  200,5  mln  dollardan  1744,9  mln.  dollara 

çatmışdır  ki,  sonuncunun  da  83,9%-i  neft  və  neft  məhsullarının  payına  düşmüşdür. 

Həmin göstəriciləri xarakterizə edən məlumatlar aşağıdakı cədvəl 1.3-də verilmişdir. 

Cədvəl 1.3 



1993-2000-ci illərdə Azərbaycan Respublikası üzrə idxal və ixrac əməliyyatlarının həcmini 

xarakterizə edən göstəricilərin dinamikası 

 

llər 


xrac 

min 


dol. 

Neft və neft 

məhsullarının 

ixracındakı 

xüsusi çəkisi, 

%-lə 


Bir tonun qiyməti (ABŞ dolları) 

Avtobenzin  Kerosin 

Dizel 

yanacağı 



Mazut 

Bütün 


növ 

yağlar 


Neft 

koks 


Neft 

bitunu 


neft 

koks 


1993 

200,5 


27,7 





1994 



206,9 

32,5 


165,3 

97,3 


115,6 

35,1 


169,2 

44,2 


16,7 

1995 


637,2 

54,4 


150,2 

114,2 


115,6 

30,6 


360,0 

85,9 


67,7 

1996 


631,2 

62,6 


193,1 

141,8 


150,8 

48,4 


339,1 

55,3 


84,6 

1997 


781,3 

57,8 


194,2 

134,0 


139,7 

83,4 


319,3 

46,6 


95,0 

1998 


606,2 

64,4 


153,4 

90,5 


101,3 

38,5 


358,9 

55,4 


95,0 

1999 


929,2 

75,4 


167,2 

132,4 


115,2 

87,5 


330,4 

59,2 


96,3 

2000 


1744,9 

83,9 


262,4 

232,2 


99,5 

75,0 


163,1 

56,7 


 

Cədvəldəki  məlumatlardan  göründüyü  kimi,  qeyd  edilən  dövrdə  ixracın 



tərkibində  neft  və  neft  məhsullarının  xüsusi  çəkisi  27,7%-dən  83,9%-ə  çatmış  və 

yaxud 2,9 dəfə yüksəlmişdir. 

  Ölkə  iqtisadiyyatında  əhəmiyyətli  irəliləyişlərin baş  verməsi  nəticəsində  idxal 

olunan neft məhsullarının miqdarı da azalır. Əgər 1997-ci ildə idxal edilən bütün neft 

məhsullarının  məbləği  33,6  mln  dollar  olmuşsa,  1998-ci  ildə  bu  rəqəm  27,9  mln. 

dollar,  2000-ci  ildə  isə  21,9  mln  dollar  olmuşdur.  1999-2000-ci  il  ərzində  ümumi 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə