Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

22

Eyni  zamanda,  ərəb  əlifbasına  görə  sözdə  iki  uzun  sait  səs 



gələrsə, birinci uzun sait, indiki halda «b» – «ب»dən sonra gələn 

«a» – «ا» səsi itir. Bundan əlavə, ərəb əlifbasında yazılmış sözdə 

sükun – «

º

»dan  əvvəl  gələn  sait  də  itir.  Ona  görə  də  

«Azərbaycan» – 

«

ﺎﺠﻳﺎﺑرزﺁ



ن

»

 sözündə «b» – «ب»dən sonrakı «a» – 



«ا»  səsi  itir.  Ərəblərin  özləri  isə  «Azərbaycan» – 

«

نﺎﺠﻳﺎﺑرزﺁ

»

 

sözünü  bizim  öyrəndiyimizdən  fərqli  yazırlar:  onlar  bu  sözü 



«Azərbeycan» - 

«

نﺎﺠﻴﺑرزﺁ

»

,  əksər  hallarda  isə  «Əzərbeycan» – 



«ُنَﺎﺠْﻴَﺑْرَزَأ»  şəklində  yazırlar.  Göründüyü  kimi,  hər  iki  halda 

hərflərin  sayı  səkkizə,  yəni  ulduzun  guşələrinin  sayına 

bərabərdir  və  ərəb  əlifbasını  bilməyənlər  də  bunu  asanlıqla 

müəyyənləşdirə bilərlər. Eyni sözləri «Od  yurdu» – «ﻮﺪﺮوﻳ  ﺪﻮا» 

kəlmələri  haqqında  da  söyləmək  olar.  Burada  da  hərflərin  sayı 

səkkizə,  yəni  yuxarıdakı  şeirdə  göstərildiyi  kimi,  guşələrin 

sayına bərabərdir.     

Ulduzdakı guşələrin sayını dini fikirlərlə, cənnətin səkkiz 

qapısı olması fikri ilə bağlayanlar da var. Bunu, qədim türklərdə 

olmuş  küləyə  davamlı  səkkizguşəli  yurtlarla  (alaçıqlarla) 

əlaqələndirənlər də az deyil. 

 

Göründüyü  kimi,  bayraq  Osmanlı  Türkiyəsinin  Dövlət 



bayrağı formasında olmuş, eyni simvollar miqyas fərqi ilə təkrar 

olunmuşdur. 

 

Türkiyə  ilə  Antanta  dövlətləri  arasında  Birinci  Dünya 



müharibəsinin  sonuna  yaxın – 1918-ci  il  oktyabrın 30-da 

imzalanan  Mudros  (Mondros)  müqaviləsinə  əsasən  türk 

qoşunları  Azərbaycanı  tərk  etməli  və  müttəfiq  qüvvələri 

tərəfindən Bakının tutulmasına mane olmamalı idilər. 

 

Azərbaycan  ərazisi  üzərində  səlahiyyət  mandatı  almış 



ingilislər  isə  ilk  bəyanatlarında  Azərbaycan  hökumətini 

tanımadıqlarını  bildirmiş  və  bu  hökuməti  Türkiyənin 

intriqasından  yaranmış  bir  qurum  kimi  qiymətləndirmişlər.  Bu 

bəhanələrin qarşısını almaq və milli hökumətin tanınmasına nail 

olmaq  üçün  Dövlət  bayrağının  dəyişdirilməsi  qərara  alındı. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

23

1918-ci  il  noyabrın 9-da  Bakı  şəhərində  Fətəli  xan  Xoyskinin 



sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi və burada onun 

milli  bayraq  haqqında  məruzəsi  dinlənildi.  Həmin  iclasda  milli 

Dövlət bayrağının dəyişdirilməsi haqqında aşağıdakı qərar qəbul 

edildi: 


 

Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz-



guşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.

1

 



Bayraqda

kı 


mavi 

rəng  türk-

çülüyü, 

qırmızı – 

müasirliyi, 

qərb demo-

kratiyasını, 

yaşıl – 

islam 

ideologiyas

ını 

ifadə 


edir. 

Bu

 



barədə

 

"Азер-



байджан" 

qəzetinin 

1918-ci  il 

noyabr 


nömrələrin

dən  birində  çap  edilmiş  “Azərbaycan  bayrağı”  adlı  maraqlı 

məlumatda deyilir: 

   “Hökumət    tərəfindən    yaşıl,  qırmızı  və  mavi  rəngdə  olan 



üçrəngli  Azərbaycan  bayrağının  layihəsi  təsdiq  olunmuşdur. 

Qırmızı  rəngin  fonunda  aypara  və  səkkizguşəli  ulduzun  təsviri 

olacaqdır. Aypara və ulduz ağ rəngdə nəzərdə tutulmuşdur”.

2

 



 1919-cu  ilin  aprel  ayında  Parlament  binası  üzərində 

                                                 

1

 Azərbaycan Respublikası  Mərkəzi Dövlət Arxivi, fond 894, siyahı 1, iş 25, vərəq 



142 və s. 

2

 Азербайджан, 1918, 11 ноября. 



 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

24

dalğalanan  üçrəngli  bayrağa  həsr  etdiyi  “Azərbaycan 



bayrağına” adlı şeirində görkəmli şair Əhməd Cavad yazmışdır: 

Allahın yıldızı, o gözəl pəri

Sığınmış qoynunda Aya bayrağım!

1

 



 XIX 

əsrin  sonları  və XX əsrin  əvvəllərində  Bakının 

sürətlə  inkişaf  etməsi  burada  eyni  sürətlə  Azərbaycan  ziyalı 

elitasının  yaranmasına  səbəb  olmuş  və  hətta  onlar  bir  sıra 

məsələlərdə  osmanlılar  üçün  nümunəyə  çevrilmişlər.  Ziya 

Göyalpın  “üçlü  ideologiyası”  ilə  yaxından  tanış  olan  həmin 

ziyalıların 

bir 


qrupu 

“türkləşmək, 

müasirləşmək 

və 

islamlaşmaq” ideologiyasını daha da inkişaf etdirmiş, yuxarıda 

deyildiyi  kimi,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Dövlət 

bayrağında onu tam dolğunluğu ilə əks etdirə bilmişlər. 

 

Sevimli  şairimiz  Cəfər  Cabbarlı  Azərbaycanın  Dövlət 



bayrağının  çoxmə‘nalı  rənglərini  “Sevdiyim”  şeirindən 

gətirdiyimiz bir parçada belə təsvir edir: 



Altun köksün hilal-yıldız, işıqları öpüncə, 

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. 

Altaylardan, Altun dağdan

2

 doğma səslər gəliyor

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. 

Qollarilə türk ellərin bütün qucmaq istiyor

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

3

 

 1918-ci  il  dekabrın 7-də  Azərbaycan  Parlamentinin 

açılışı  mərasimində  nitq  söyləyən  M.Ə.Rəsulzadə  bayrağın 

rəngləri  haqqında  konkret  olaraq  söyləmişdir:  “...müstəqil 



Azərbaycanı  təmsil  o  üç  boyalı  bayrağı  Şurayi-Milli  qaldırmış, 

türk hürriyyəti, islam mədəniyyəti və müasir əfkari-əhraranəsini  

təmsil  edən  bu  üç  boyalı  bayraq  daimən başlarımızın  

üstündən ehtizaz edəcəkdir…”.

1

 



                                                 

1

 Əhməd Cavad. Əsərləri. I cild. Bakı, 1992, s. 138. 



2

 Altun dağdan – Tyan-Şan dağlarından – müəlliflər

3

 Cabbarlı C. Ədirnə fəthi, s. 151. 




Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə