Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

11

malı və solğun görünməməlidir. 



9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq 

dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qal-

dırılır.  

9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldı-

rılmalıdır ki, onun parçasının aşağı  tərəfi yerdən azı üç metr 

hündürlükdə olsun. 

 

 

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının isti-



fadəsinə dair məhdudiyyətlər. 

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya 

kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq 

basılan yerlərə qoyula bilməz. 

 

 

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haq-



qında qanunvericiliyin pozulmasına görə məsu-

liyyət.  

Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tə-

ləblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının 

Dövlət bayrağı barədə  təhqiredici hərəkətlər Azərbaycan Res-

publikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə  səbəb 

olur. 


 

 

Maddə 12. Yekun müddəaları.  

12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.  

12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral 

tarixli Azərbaycan Respublikasının Qanunu ilə  təsdiq edilmiş 

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasna-



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

12

mənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab 



edilsin.  

12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırıl-

ması (asılması), endirilməsi, saxlanılması  və istehsalı qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

 

İlham ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti 

 

 

 

Bakı şəhəri, 8 iyun 2004-cü il 

683-IIQ 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

13

 



 

İSTİQLAL BƏYANNAMƏSİ 

 

ƏQDNAMƏ

 

 

Böyük  Rusiya  inqi-



labının  cərəyanı  ilə,  döv-

lət  vücudunun  ayrı-ayrı 

hissələrə ayrılması ilə Za-

qafqasiyanın  rus  orduları 

tərəfindən  tərkinə  movcib 

bir 


vəziyyəti-siyasiyyə 

hasil  oldu.  Kəndi  qöv-

meyi-məxsusələrinə  tərk 

olunan  Zaqafqasiya  mil-

lətləri  müqəddəratlarının 

idarəsini  biizzat  kəndi 

əllərinə  alaraq  Zaqafqasi-

ya  Qoşma  Xəlq  Cümhu-

riyyətini  təsis  etdilər.  Va-

qieyi-siyasiyyənin  inkişaf 

etməsi  üzərinə  gürcü  mil-

ləti  Zaqafqasiya  Qoşma 

Xəlq  Cümhuriyyəti  cüzvindən  çıxıb  da  müstəqil  Gürcü  Xəlq 

Cümhuriyyəti təsisini saleh gördü. 

Rusiya  ilə  Osmanlı  imperatorluğu  arasında  zühur  edən 

müharibənin  təsviyyəsi  üzündən  hasil  olan  vəziyyəti-hazireyi-

siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənub-

Şərqi  Zaqafqasiyadan  ibarət  bulunan  Azərbaycana,  dəxi 

bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir 

dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

14

Buna  binaən  arayi-ümumiyyə  ilə  intixab  olunan 



Azərbaycan  Şurayi-Milliyeyi-İslamiyyəsi  bütün  cəmaətə  elan 

ediyor ki: 

 

1-  Bu  gündən  etibarən  Azərbaycan  xəlqi  hakimiyyət 



həqqinə  malik  olduğu  kibi,  Cənub-Şərqi  Zaqafqasi-

yadan  ibarət  Azərbaycan  dəxi  kamil-əl-hüquq 

müstəqil bir dövlətdir. 

2-  Müstəqil  Azərbaycan  dövlətinin  şəkli-idarəsi  Xəlq 

Cümhuriyyəti olaraq təqərrür ediyor. 

3-  Azərbaycan  Xəlq  Cümhuriyyəti  bütün  millətlər  və 

bilxassə  həmcivar  olduğu  millət  və  dövlətlərə  müna-

sibəti-həsənə tə’sisinə əzm edər. 

4- Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, 

silk  və  cins  fərqi  gözləmədən  qələmrəvində  yaşayan 

bütün  vətəndaşlarına  hüquqi-siyasiyyə  və  vətəniyyə 

təmin eylər. 

5-  Azərbaycan  Xəlq  Cümhuriyyəti  ərazisi  daxilində 

yaşayan  bilcümlə  millətlərə  sərbəstanə  inkişafları 

üçün geniş meydan buraxır. 

6-  Məclisi-Müəssisan  toplanıncaya  qadar  Azərbaycan 

idarəsinin  başında  arayi-ümumiyyə  ilə  intixab 

olunmuş  Şurayi-Milli  və  Şurayi-Milliyyəyə  qarşı 

məs’ul Hökuməti-Müvəqqəti durur.

1

 



28 mayıs 1918 sinədə 

Tiflis şəhərində 

Azərbaycan Milli Şurasının Sədarəti: 

Katib: 


İmzalar 

                                                 

1

 Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, fond 894, siyahı 10, iş 192, vərəq 



1. 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

15

 



 

ÖN SÖZ  

 

 1917-ci  il  fevralın 27-də  Rusiyada  çar  mütləqiyyətinin 



devrilməsi  və  oktyabr  çevrilişindən  sonra,  başqa  xalqlarda 

olduğu  kimi,  azərbaycanlılar  arasında  da  milli  özünüdərketmə 

ənənələri  xeyli  güclənmiş,  milli  mənlik  şüuru  artıb  öz  müqəd-

dəratını  müstəqil  həlletmə  səviyyəsinə  çatmışdı.  Azərbaycan 

dövlətçiliyi  ənənələrinin  yenidən  bərpa  olunması  yolunda  qəti 

mövqe  seçilmiş  və  nəhayət,  Zaqafqaziya  seymi  dağıldıqdan 

sonra 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası özünün ilk 

tarixi iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını 

və Azərbaycan dövlətinin müstəqilliyini rəsmən elan etmişdi

 

Bu  mühüm  inqilabi  prosesin  mahiyyətini  şərh  edərək 



Azərbaycan  Respublikasının  Prezidenti,  ümummilli  liderimiz 

Heydər  Əliyev  Azərbaycan  Xalq  Cümhuriyyətinin 80 illik 

yubileyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: 

 

Azərbaycan  Xalq  Cümhüriyyəti  az  bir  müddət  yaşa-



yıbdır. Ancaq o XX əsrdə Azərbaycan xalqının həyatında tarixi 

bir  mərhələ  olub  və  xalqımızın  gələcəyinin,  müstəqilliyinin, 

suverenliyinin təməlini qoyubdur”.

1

 



 

Yaxın  Şərqdə,  bütün  islam  aləmində  və  türk  xalqları 

arasında  ilk  dəfə  ən  qabaqcıl  bəşəri  və  mədəni  əsaslara  istinad 

edən  müstəqil  demokratik  dövlətin  qurulması  xalqımızın  milli 

azadlıq,  milli  qurtuluş  naminə  apardığı  mübarizəsinin  misilsiz 

qələbəsi hesab olunur. 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  qədim  Odlar  Diyarında 



milli  hüquqi  dövlətçiliyimizin  əsasını  qoymuşdur.  Qısa  bir 

müddət ərzində yeni Azərbaycan hökuməti tərəfindən ali dövlət 

                                                 

1

 



Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə 

Heydər Əliyevin nitqi // Azərbaycan, 1998, 28 may. 




Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə