Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

8

siyası  sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası 



sədrinin, Azərbaycan Respublikası insan hüquqları üzrə müvək-

kilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin

Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar 

Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Res-

publikasının mərkəzi icra hakimiyyəti orqanları  rəhbərlərinin, 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və 

konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.  

3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikası prezidentinin, dövlət nümayəndə heyəti rəh-

bərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nü-

mayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasi-

tələri üzərində yerləşdirilir. 

3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunveri-

ciliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə  məra-

simi keçirilən yerlərdə yerləşdirilir. 

 

 

Maddə 4. Azərbaycan Respublikası Dövlət bayrağının təsvi-

rinin istifadəsi. 

4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri bey-

nəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki 

hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından 

kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gə-

milərinin üzərində vurulur.  

4.2.Azərbaycan Respublikası Dövlət bayrağının təsviri 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmi-

lərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur. 

4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri 

Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qa-

nunvericiliklə  nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının 

elementi kimi istifadə edilir. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

9

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər 



yerlərdə istifadəsi. 

Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özü-

nüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələ-

rin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla 

(asıla) bilər.  

5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özü-

nüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, 

müəssisə  və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qal-

dırıla (asıla) və ya yerləşdirilə bilər.  

5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbay-

can Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yer-

ləşdirilir. 

 

 

Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi 



tədbirlər zamanı istifadəsi.  

6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət 

hakimiyyət orqanları  tərəfindən keçirilən rəsmi tədbirlər və 

mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir. 



 

 

Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının ma-

təm günlərində  və matəm mərasimlərində istifa-

dəsi. 

7.1. Azərbaycan Respublikasının qanunvericiliyində  nəzər-

də tutulmuş  və ya müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Döv-

lət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 

santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı 

bayraq dirəyinin yarısına qədər endirilir. 

7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) 

vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

10

Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

 



Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər 

bayraqlarla birgə qaldırılması (asılması) və ya yer-

ləşdirilməsi.  

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hö-

kumət təşkilatlarının, siyasi partiyaların, müəssisə  və idarələrin 

bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, hə-

min bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayra-

ğının ölçüsündən böyük ola bilməz.  

8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər döv-

lətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi 

partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə  və idarələ-

rin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, 

qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayra-

ğı həmin bayraqlardan solda olmalıdır. 



 

 

Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifa-

dəsinə dair tələblər. 

9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı  və onun 

təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Res-

publikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun 

olmalıdır.  

9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye 

üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zama-

nı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C 

rənginə, qırmızı rənginin - Red 185 C rənginə, yaşıl rənginin - 

Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.  

9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv ol-



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə