Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

16

orqanları  yaradılmış,  türk  dili  rəsmi  dövlət  dili  elan  edilmiş, 



siyasi,  iqtisadi,  hərbi  və  mədəni  quruculuq  sahələrində  bir  sıra 

sosial  islahatlar  həyata  keçirilmişdir.  O  zaman  hakimiyyətin 

əsasını vətəndaşların şəxsi azadlığı, əmək,  söz,  vicdan azadlığı, 

yığıncaq  və  siyasi  cəmiyyətlər  qurmaq  azadlığı  və  s.  təşkil 

edirdi. 

 

Məlum  olduğu  kimi,  Azərbaycan  Xalq  Cümhuriyyəti 



dövründə  maarif,  mədəniyyət  və  incəsənətin  inkişafı  üçün  bir 

sıra  əməli  tədbirlər  görülmüşdür.  Dini  etiqadlara  müstəqillik 

verilmiş,  ümumi  və  icbari  təhsil  haqqında  qanun  qəbul  olun-

muşdur.  1918-1920-ci    illərdə    Bakıda    Azərbaycan    Dövlət 

teatrı fəaliyyətə başlamış, sabiq Mayılov teatrının binası həmin 

teatrın  sərəncamına  verilmiş,  Bakı  Dövlət  Universiteti,  Dövlət 

konservatoriyası,  Dövlət  kitabxanası,  Dövlət  mətbəəsi, “İstiq-

lal”  muzeyi,  Maarif  nazirliyi  nəzdində  arxeoloji  şöbə  və  digər 

mədəniyyət ocaqları təşkil olunmuş, Bakıda, Şəkidə və Qazaxda 

müəllimlər  seminariyaları  açılmış,  milli  ziyalı  kadrların,  ali 

təhsilli  mütəxəssislərin  hazırlanılmasına  başlanılmış,  onların 

mütərəqqi  dünya  sivilizasiyasına  qovuşması  məqsədilə 100-ə 

qədər  tələbə  Qərbi  Avropa  ölkələrinin  ali  məktəblərinə  dövlət 

hesabına oxumağa göndərilmişdir. Azərbaycanın müstəqilliyinin 

möhkəmləndirilməsi  proqramında  milli  dövlətçiliyin  atributları 

olan  milli  bayrağın,  gerbin    himnin  yaradılmasına  xüsusi 

əhəmiyyət verilmişdir. 

 

M.Ə.Rəsulzadənin  göstərdiyi  kimi  “Milli  kültür  əsasına 



dayanması  və  milli  demokratik  türk  dövlətçiliyi  təməli  üzərinə 

qurulması etibarilə, Azərbaycan ilk türk dövləti və ilk müsəlman 

Cümhuriyyəti idi”.

1

 



 

Hələ  qədim  zamanlardan  başlayaraq  bütün  nüfuzlu 

dövlətlərin  özünəməxsus  fərqləndirici  əlamətləri – simvol  və 

rəmzləri  olmuşdur.  Bunlar  müxtəlif  emblem,  bayraq,  gerb, 

                                                 

1

 M.Ə.Rəsulzadənin bəyanatından // Azərbaycan, 1919, 28 may. 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

17

medal  və  s.-dən  ibarət  olur.  Azərbaycanın  dövlətçiliyi  təsdiq 



olunan  kimi  onun  yaradıcıları  dövlətin  milli  əlamətlərini  əks 

etdirəcək  özünəməxsus  rəmzlərinin  təxirə  salınmadan  yaradıl-

ması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə 

gözəl  təsvirli  və  çoxmənalı  bayrağın  qəbul  edilməsini  xüsusilə 

qeyd  etmək  lazımdır.  Dövlətin  mühüm  atributlarından  sayılan 

himnin  və  gerbin  layihələri  də  hazırlanmış,  lakin  rus  işğalçıla-

rının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olma-

mışdır.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  möhürü  və  bir  çox 

medallarının  eskizləri  də  işlənilib  hazırlanmışdır.  Arxivlərdə 

təxminən  yüzədək  müxtəlif  medal  eskizləri  qorunub  saxlanılır. 

Təəssüflər  olsun  ki,  həmin  sözləri  bayraq,  gerb  və  himn 

haqqında  söyləmək  mümkün  deyil.  Bu  barədəki  sənədlər  sovet 

hakimiyyəti illərində məhv edildiyindən onların haqqındakı cüzi 

məlumatlar müxtəlif dolayı mənbələrdən əldə edilir. 

 

Məlumdur  ki,  bayraq,  gerb,  himn  kimi  atributlar  milli 



dövlətçiliyin  istiqlaliyyətini,  varlığını,  xalqın  ən  ali  amallarını 

lakonik,  obrazlı,  bədii  dildə  ifadə  edən  mühüm  amillərdəndir. 

Hər  bir  ölkənin  dünya  dövlətləri  sistemində  mövqeyi,  onun 

tarixi və milli dəyərləri, dövlətçilik ənənələri onun heraldika və 

rəmzlərində öz əksini tapır. 

 

Keçmişdə  bizim  maddi,  mənəvi  və  bədii  mədəniyyəti-



mizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmz-

lər  sistemi  mövcud  olmuşdur.  Məsələn,  folklor  və  ədəbiyyatda, 

arxeoloji,  etnoqrafik,  dekorativ  və  təsviri  sənət  abidələrində  at, 

maral,  qurd,  şir,  əjdaha,  qartal,  simurq,  tovuz  və  s.  bu  kimi 

heyvan  və  quşların,  sərv,  palıd,  nar,  lalə,  nərgiz,  qızılgül  və  s. 

kimi  ağac  və  çiçəklərin  təsvirləri,  həndəsi  və  nəbati  naxışlarda 

həkk  olunmuş  obrazları  simvolik  məna  kəsb  etmiş,  milli 

təfəkkürü,  xalqın  bədii  zövqünü,  estetik  və  əxlaqi  təsəvvürlərini 

əks  etdirən  rəmzi  mahiyyət  daşımışdır.  Təsadüfi  deyildir  ki, 

Azərbaycan  xalqının  qəhrəmanlıq  tarixi,  azadlıq  və  istiqlaliyyət 

naminə mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

18

qədim  mifoloji  təsəvvürlərdə,  folklor  qaynaqlarında,  feodalizm 



dövrü  dövlət  qurumlarının  bayraq,  nişan,  emblem  və  digər 

rəmzlərində ifadə olunmuşdur.  

 

Tarixi  mənbələr,  maddi  mədəniyyət  və  incəsənət  abidə-



ləri

  sübut  edir  ki,  keçmişdə  Azərbaycan  ərazisində  yerləşən 

dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, 

quş  və  heyvan  təsvirlərindən  ibarət  nişan  və  emblemləri,  ərəb 

hərfləri  ilə yazılmış  xəttatlıq  nişanələri – “tuğra”ları  olmuşdur. 

Məsələn, görkəmli dövlət xadimi, sərkərdə və istedadlı şair Şah 

İsmayıl  Xətainin  yaratdığı  qüdrətli  Azərbaycan  Səfəvilər 

dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı 

kimi  qəbul  olunmuşdur.  Bununla  yanaşı, “Qırmızı  taclı” 

“qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş – “Simurq quşu 

ilə  əjdahanın  döyüşünü”  təsvir  edən  “tuğra”sı  dövlətin  rəsmi 

rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır. 

 

Hökmdarlara  məxsus  belə  rəmzlər  Azərbaycanda  müs-



təqil  və  yarımmüstəqil  kiçik  dövlət  qurumları  sayılan  xanlıqlar 

dövründə də geniş yayılmışdı. 

 XIX 

əsrdə  Azərbaycanda  Rusiya  imperiyasının  hökm-



ranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və 

digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar 

maddi  mədəniyyət  abidələrində,  rəsmi  sənədlərdə  müəyyən  iz 

qoymuşlar. 

 

Bakıda  İçərişəhərin  qala  divarlarında,  Şamaxı  darvazası 



üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirlərin 

təsviri  də  Şirvanşahlar  dövlətinin  qüdrətinə  işarə  edən  monu-

mental emblemdir. 

Bir  sıra  sənədlərin  əldə  edilməsinə  yardım  göstərdiyinə 

görə  sabiq  millət  vəkili  Tofiq  Hüseynova  öz  minnətdarlığımızı 

bildiririk. 




Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə