Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

5

 



 

 

Azərbaycan Respublikası Dövlət bayrağının  

istifadəsi qaydaları haqqında 

Azərbaycan Respublikasının  

 

QANUNU 

 

 



Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına 

hörmət göstərilməsi ilə bağlı vəzifələr. 

1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azər-

baycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı 

olmayan  şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına 

hörmətlə yanaşmalıdırlar. 

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda 

Azərbaycan Respublikasının Dövlət bayrağı barədə  təhqiredici 

hərəkətlərin qarşısının alınması  məqsədilə beynəlxalq hüquq 

normalarına uyğun olaraq tədbirlər görür. 

1.3. Azərbaycan Respublikası  əhali arasında Azərbaycan 

Respublikası Dövlət bayrağının mahiyyətinin və  əhəmiyyətinin 

geniş  təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının 

Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə 

tədbirlər görür. 

 

 

Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldı-



rılmalı olduğu yerlər. 

2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikasının Prezident sarayının və dövlət iqamətgah-

larının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

6

Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respub-



likası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq  Şurasının, mərkəzi 

icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Proku-

rorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azər-

baycan Respublikası  Mərkəzi Seçki Komissiyasının, Azərbay-

can Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazir-

lər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə-

sinin, Naxçıvan Muxtar Respublikası  mərkəzi icra hakimiyyəti 

orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azər-

baycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yer-

ləşdiyi binanın üzərində daimi qaldırılır. 

2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikasının diplomatik nümayəndəlikləri və konsulluq-

larının binaları üzərində, habelə Azərbaycan Respublikasının 

diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının 

iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və dip-

lomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. 

2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun ola-

raq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində 

qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır. 

2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikasının sərhəd nəzarət-buraxılış  məntəqələrinin və 

sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır. 

2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləş-

mələrinin hərbi hissə  və  hərbi gəmilərində  aşağıdakı hallarda 

qaldırılır:  

2.5.1. Azərbaycan Respublikasının bayram günlərində; 

2.5.2. hərbi andiçmə mərasimində; 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

7

2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafat-



ları təqdim edildikdə; 

2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici 

dövlətin ərazisində (ərazi sularında) olduqda. 

2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləş-

mələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, 

hərbi gəmilərində isə  Hərbi Dəniz Qüvvələrinin gəmi nizam-

namələrinə uyğun olaraq qaldırılır. 

2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan 

Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Res-

publikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, bey-

nəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublika-

sının Dövlət bayrağını da qaldırmalıdır. 

 

 

Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yer-

ləşdirilməli olduğu yerlər. 

3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbay-

can Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan 

Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Res-

publikası prezidentinin iştirakı ilə  rəsmi tədbirlərin keçirilməsi 

üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Res-

publikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respub-

likası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazi-

rinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədri-

nin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkə-

mə-Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası baş proku-

rorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azər-

baycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul-

luqları başçılarının, Azərbaycan Respublikası Milli Bankı idarə 

heyəti sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komis-



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə