Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   ...   4   5   6   7   8   9   10   11   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

41

Azərbaycan  marşı”  Azərbaycan  Respublikasının  Dövlət  himni 



kimi təsdiq edilmişdir. 

 

Geniş  ictimaiyyətin  rəğbətini  qazanmış  indiki  Dövlət 



himni  haqqında  Azərbaycan  Respublikasının  Prezidenti,  ulu 

öndərimiz Heydər Əliyev iftixarla demişdir: 

 

Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə 



sevinclə  dinlədiyimiz  “İstiqlal  marşını” – müstəqil  Azərbaycan 

Respublikasının Dövlət Himnini yaratmışdır. Üzeyir Hacıbəyov 

o  vaxt  dərk  edirdi,  anlayırdı  ki,  bu  xalqa  lazımdır.  Bu  gün  bu 

fürsətdən  istifadə  edərək  demək  istəyirəm  ki,  o  dövrün 

çətinliklərinə,  Üzeyir  Hacıbəyovun  da  nisbətən  gənc  olmasına 

baxmayaraq, o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır”.

1

 



 

                                                 

1

 Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə  həsr olunmuş  təntənəli 



mərasimdə Azərbaycan Prezidenti Heydər  Əliyevin nitqi // Azərbaycan, 1998, 28 

may. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

42

 



 

 

Azərbaycan Respublikasının Dövlət himni haqqında  

Əsasnamənin təsdiq edilməsi barədə 

 

AZƏRBAYCAN RESPUBLIKASININ  



QANUNU 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi qərara alır: 

1.  Azərbaycan  Respublikasının  Dövlət  himni  haqqında 

Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Hey'ətinin 1984-

cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin 

Məlumatı, 1984-cü  il,  №17,  maddə 152) ilə  təsdiq  edilmiş 

Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  himni 

haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın. 

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir. 

 

 

Azərbaycan Respublikası Prezidenti 

Əbülfəz Elçibəy. 

 

Bakı şəhəri, 2 mart 1993-cü il. 

№ 525. 

 

Azərbaycan Respublikasının Milli Məclisinin 



1993-cü il 2 mart tarixli qərarı ilə 

t ə s d i q   e d i l m i ş d i r .  

 

*     * 

*

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

43

 



Azərbaycan Respublikasının 

Dövlət himni haqqında 

 

ƏSASNAMƏ 

 

1. 


Azərbaycan 

Respublikasının 

Dövlət 

himni 


Azərbaycan  dövlətinin,  onun  müstəqilliyinin  və  birliyinin 

müqəddəs rəmzidir. 

Azərbaycan  Respublikasının  Dövlət  himninə  dərin  ehti-

ram  bəsləmək  onun  hər  bir  vətəndaşının  vətənpərvərlik 

borcudur. 

2.  Azərbaycan  Respublikasının  Dövlət  himni  aşağıdakı 

hallarda ifa olunur: 

a)  dövlət  bayramlarına  həsr  olunmuş  təntənəli 

yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı; 

b)  hər  gün  Azərbaycan  Respublikası  milli  televiziya  və 

radio verilişlərinin əvvəlində və axırında; 

v)  Azərbaycan  xalqının  və  dövlətinin  həyatında  çox 

mühüm  tarixi  hadisələr  münasibətilə,  Azərbaycanın  görkəmli 

siyasi,  dövlət,  hərbi  xadimlərinin,  milli  qəhrəmanlarının,  elm, 

ədəbiyyat  və  incəsənət  xadimlərinin  şərəfinə  abidələrin  və 

lövhələrin açılışı zamanı; 

q)  dövlət  və  ictimai  orqanlar,  müəssisələr,  idarələr  və 

təşkilatlar  tərəfindən  keçirilən  mərasimlər  və  digər  təntənəli 

tədbirlər  zamanı  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

qaldırılarkən; 

ğ) Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici 

ölkələrin  dövlət  və  hökumət  başçıları  qarşılanarkən  və  yola 

salınarkən – müvafiq  ölkənin  Dövlət  himni  ifa  olunduqdan 

sonra. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

44

3. 



 

Azərbaycan  Respublikasının  Dövlət  himni  orkestr, 

xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər 

vasitəsilə  ifa  olunur.  Bunun  üçün  səsyazma  vasitələrindən  də 

istifadə edilə bilər. 

Bütün  hallarda  Azərbaycan  Respublikasının  Dövlət 

himni tam ifa olunur. 

4. 


Azərbaycan 

Respublikasının 

Dövlət 

himni 


“Azərbaycan  Respublikasının  Dövlət  himni  haqqında” 

Azərbaycan  Respublikasının 1992-ci  il 27 may  tarixli  Qanunu 

ilə  təsdiq  edilmiş  mətnə  və  musiqi  redaksiyasına  tam  müvafiq 

surətdə ifa olunmalıdır. 

5.  Azərbaycan  Respublikasının  Dövlət  himni  camaat 

qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və 

ya oxumalıdırlar. 

6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər və milli 

təhlükəsizlik  orqanlarında  Azərbaycan  Respublikasının  Dövlət 

himninin  ifa  olunması,  habelə  himn  ifa  edilərkən  hərbi 

qulluqçuların,  daxili  işlər  və  milli  təhlükəsizlik  orqanlarının 

sıravi  və  rəis  heyətinə  aid  şəxslərin  əsgəri  rəsm-təzim  etməsi 

hərbi  nizamnamələrlə  və  Azərbaycan  Respublikasının  müdafiə 

naziri, daxili işlər naziri və  milli təhlükəsizlik naziri tərəfindən 

müəyyən edilən qaydalarla tənzimlənir. 

7. Azərbaycan Respublikasının Dövlət himninin musiqisi 

və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur. 

Ümumtəhsil  məktəblərində,  texniki-peşə,  orta-ixtisas 

məktəblərində,  ali  məktəblərdə  və  başqa  tədris  müəssisələrində 

yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət 

himninin öyrənilməsinə və ifasına həsr edilir. 

8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən 

Azərbaycan  Respublikasının  Dövlət  himninin  ifa  olunması 

qaydası  respublika  və  beynəlxalq  idman  təşkilatlarının  mövcud 

praktikası nəzərə alınmaqla müəyyən edilir. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

45

9.  Respublika  idarələri  və  təşkilatları  xarici  dövlətlərin 



ərazisində 

təntənəli 

tədbirlər 

keçirərkən 

Azərbaycan 

Respublikasının  Dövlət  himni  Azərbaycan  Respublikası  Xarici 

İşlər  Nazirliyinin  müəyyən  etdiyi  qaydalara  müvafiq  surətdə, 

onların


  olduqları  ölkənin  praktikası  və  yerli  adətləri  nəzərə 

alınmaqla ifa edilir. 

10.  Azərbaycan  Respublikasının  Dövlət  himninin  daxili 

işlər və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, 

idman  yarışları  zamanı,  habelə  Azərbaycan  Respublikasının 

idarələri  və  təşkilatları  tərəfindən  xarici  dövlətlərin  ərazisində 

tədbirlər  keçirilərkən  ifa  olunması  qaydaları  bu  Əsasnamənin 

tələbləri əsas götürülməklə müəyyən edilir. 

11.  Bu  Əsasnamənin  dəqiq  yerinə  yetirilməsinə  nəzarət 

etmək 


dövlət 

orqanlarının, 

müəssisələrin, 

idarələrin, 

təşkilatların,  siyasi  partiyaların,  ictimai  birliklərin,  həmkarlar 

ittifaqlarının  və  digər  ictimai  qurumların  rəhbərlərinə  həvalə 

olunur. 

 

*        * 



*


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

46

 



AZƏRBAYCAN  RESPUBLIKASININ 

DÖVLƏT  HIMNI 

 

 



Musiqisi: Üzeyir Hacıbəyov 

Sözləri: Əhməd Cavad 

 

Azərbaycan! Azərbaycan! 



Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üçrəngli bayrağınla məsud yaşa! 

 

Minlərlə can qurban oldu! 



Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər, 

Hərə bir qəhrəman oldu! 

 

Sən olasan gülüstan, 



Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət 

Sinəmdə tutmuş məkan! 

 

Namusunu hifz etməyə, 



Bayrağını yüksəltməyə 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən! Şanlı Vətən! 

Azərbaycan! Azərbaycan! 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

47

Azərbaycan Respublikası  



Dövlət himninin notu (faksimile) 

Aranjeman Aydın Əzimov 

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

48

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

49

 



 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

50

XX  yüzilliyin  sonu–  XXI  yüzilliyin  əvvəlində  milli 



dövlətçiliyimiz  yenidən  dirçəlmiş,  müstəqil  Azərbaycan 

Respublikası  dünya  dövlətləri  arasında  layiqli  yer  tutmuşdur. 

Müqəddəs  bayrağımız,  şanlı  gerbimiz,  milli  himnimiz  siyasi, 

ictimai və mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, 

Konstitusiya 

qanununun 

tələblərinə 

uyğun 


olaraq 

respublikamızın  bütün  ərazisində  və  beynəlxalq  miqyasda 

bərqərar olmuşdur. 

 

Dövlətçiliyimizdə  mövcud  olan  varislik  ənənələrinə 



sadiq  olan  prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi  ilə  milli 

istiqlaliyyətimiz  kimi  Vətənin  dövlət  rəmzləri  də  ürəkləri 

fərəhləndirir,  arzu  və  əməllərimizi  qanadlandırır.  Bayrağımızın 

həyat  nəfəsli  rənglərində  günəşli  diyarımızın  əsrarəngiz 

gözəlliyi,  gerbimizin  şölə  saçan  simvolik  naxışlarında, 

himnimizin  əzəmətli  və  ahəngdar  sədalarında  xalqımızın 

istiqlaliyyəti,  mübarizə  və  yaratmaq  eşqi,  qəlbimizin  hərarəti 

əbədiləşmişdir.  

 

*     *  

 * 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

51

 



  

 

 



Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-

ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

da 


müəyyənləşdirilmişdir: 

 

 



 

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri    

  

I.  Azərbaycan  Respublikasının  dövlət  rəmzləri 



Azərbaycan  Respublikasının  Dövlət  bayrağı,  Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının 

Dövlət himnidir. 

II.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  bərabər 

enli  üç  üfqi  zolaqdan  ibarətdir.  Yuxarı  zolaq  mavi,  orta  zolaq 

qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında 

bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz 

təsvir edilmişdir. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. 

III.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və 

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri,  Azərbaycan 

Respublikası  Dövlət  himninin  musiqisi  və  mətni  Konstitusiya 

qanunu ilə müəyyən edilir. 

 

 

Maddə 75. Dövlət rəmzlərinə hörmət 



 

Hər  bir  vətəndaş  Azərbaycan  Respublikasının  dövlət 

rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. 

 

Azərbaycan Respublikasının  



Konstitusiyası.  


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

52

 



 

ГОСУДАРСТВЕННЫЙ  ГИМН 

АЗЕРБАЙДЖАНСКОЙ  РЕСПУБЛИКИ 

 

Музыка Узеира Гаджибекова 

Слова Ахмеда Джавада 

Перевод  Сиявуша Мамедзаде

  

 



Азербайджан, Азербайджан! 

О, колыбель святая славных сынов! 

Нет земли милей Отчизны, 

Нет её родней 

От истока нашей жизни 

До скончанья дней! 

Под знаменем свободы верши свой путь! 

 

Тысячи нас, павших в бою, 



Защищавших землю свою, 

В час роковой встанем стеной, 

В нерушимом ратном строю! 

 

Пусть цветут сады твои! 



Созидай, мечтай, твори! 

Сердце, полное любви, 

Посвятили мы тебе. 

 

Славься, славься гордой судьбой, 



Край наш древний, край наш святой! 

Каждый сын твой движим мечтой 

Видеть мирный свет над тобой. 

О, светлый край, заветный край, 

Азербайджан, Азербайджан! 

 

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

53

 



 

THE ANTHEM OF THE  

AZERBAIJAN REPUBLIC 

 

Muzic: Uzeir Hajibeyov 



Text: Ahmed Javad 

Translate: ?? 

 

Azerbaijan, Azerbaijan! 



The heroic patriots glorious land! 

To die for you we are glad and we are ready. 

If there iz need to shed blood, we are too ready. 

With three-coloured banner live happily! 

 

Sacrifices too many done. 



Every soldier to fronts done. 

When your chest was field of battle. 

Come back as a heroic son. 

 

Let me see you flourish! 



Let your enemies perish! 

I love you, my dear land 

Be mighter, we do wish 

To safeguard your sacred land 

 

To hold high your honoured land, 



All the youngsters are too glad! 

Glorious land! Glorious land! 

Azerbaijan, Azerbaijan! 

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

54

 



MÜNDƏRICAT

 

Azərbaycan Respublikasının dövlət atributlarının təbliği 

işinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı………………………. 

3

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi 



qaydaları haqqında Azərbaycan Respublikasının  Qanu-

nu…… 

5

İstiqlal Bəyannaməsi.................................………………



13

Ön söz............................................…………..........……

15

Azərbaycan Respublikasının Dövlət bayrağı…………... 



19

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 

Azərbaycan Respublikasının Qanunu......……………… 

26

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında  



Əsasnamə.........................……………………..……….... 27

Azərbaycan Respublikasının Dövlət Gerbi....………….. 

31

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında  



Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan  

Respublikasının Qanunu..........…….......……................ 

33

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında  



Əsasnamə.....................………...………………..............

34

Azərbaycan Respublikasının Dövlət Himni.………....... 



39

Azərbaycan Respublikasının Dövlət himni haqqında  

Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan  

Respublikasının Qanunu..........……........…….............. 

42

Azərbaycan Respublikasının Dövlət himni haqqında  



Əsasnamə......................……………………..…….......... 43

Azərbaycan Respublikasının Dövlət himni…………..... 

46

Azərbaycan Respublikası Dövlət himninin notu.……… 



47

Azərbaycan Respublikası Konstitusiyasından…………. 

51

Государственный гимн Азербайджанской  Республики 52



The Anthem of The Azerbaijan Republic………………… 53


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

55

 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İqrar Həbib oğlu Əliyev, 

Elmar Əli oğlu Məhərrəmov 

 

Azərbaycan Respublikasının Dövlət rəmzləri 

Yenidən işlənilmiş nəşri  

Bakı, Nurlan, 2008 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kompüter yığımı: Ruqiyyə Talıbova 



Kompüter dizaynı: Elnur Məhərrəmli 

 

Yığılmağa verilmişdir: - 11 avqust 2007-ci ildə 



Çapa imzalanmışdır:    - 21 iyun 2008-ci ildə 

Sifariş: №098 

Formatı: 60/84 

1

/



16

. Həcmi: 3,5 ç.v. Tirajı 500 nüsxə 

 

Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində  



hazır diapozitivlərdən çap edilmişdir. 

Müəssisənin direktoru N.B.Məmmədli

Tel. 497-16-32; 427-44-61; 050-311-41-89. 

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küç., 8-ci döngə, ev 4 




 

 

 



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə