Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   2   3   4   5   6   7   8   9   ...   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

19

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT BAYRAĞI 

 

 



Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və 

onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit 

edilir.  O  bir  tərəfi  ağac  dəstəklə  bərkidilmiş,  adətən  müəyyən 

emblemli  qumaş  parçadan  ibarət  olur.  Dövlət  bayrağı  məxsus 

olduğu dövlətin suverenliyinin rəmzidir. 

 

 



 

Azərbaycan Cümhuriyyətinin 1918-ci ilin iyununda 

qəbul etdiyi birinci bayrağın rəngli təsviri 

 

Məlum  olduğu  kimi  Azərbaycan  Xalq  Cümhuriyyəti 



hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra bir müddət Milli 

Şuranın qanunvericilik səlahiyyətlərini də icra etməli olmuşdur. 

Onun  həyata  keçirdiyi  ilk  mühüm  tədbirlərdən  biri  də  hələ 

Gəncədə  olduğu  zaman 1918-ci  il  iyunun 21-də

1

  (bəzi 


                                                 

1

 Bax: Azərbaycan  Respublikası  Mərkəzi Dövlət Arxivi, fond 2898, siyahı 1, iş 1, 



vərəq 3; Айдын Балаев. Азербайджанское национально-демократическое дви-


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

20

məlumatlara  görə 24 və  ya 27-də)  Osmanlı  Türkiyəsinin 



bayrağından  cüzi  fərqlənən,  üzərində  ağ  rəngli  aypara  və 

səkkizguşəli  ulduz  təsvirləri  olan  qırmızı  rəngli  Dövlət  bayrağı 

haqqında  qərar  qəbul  etməsidir.  Bayrağın  qırmızı  rəngi  qərb 

demokratiyasına,  Avropa  hürriyyətinə  etimad  əlamətini 

bildirirdi. 

Məlum olduğu kimi, “Aypara” vaxtilə Bizans imperiya-

sının rəmzi olmuşdur. 

Güman edildiyinə görə 1453-cü il mayın 29-da qədimdə 

yunanların

  Vizanti  adlanan  koloniyası  yerində  salınmış 

Konstantinopol  (indiki  İstanbul)  şəhəri  Osmanlı  sultanı II 

Mehmed Fateh tərəfindən fəth edildikdən sonra aypara simvolu 

tədricən  Osmanlıların  rəmzinə  çevrilir.  Eyni  proses  sultan I 

Səlim  Yavuz  tərəfindən XVI əsrdə  Suriya,  Fələstin  və  Misirin 

fəthi və onun xəlifə elan edilməsi ilə əlaqədar da baş vermişdir. 

Osmanlı  türkləri  bütün  dünyada  islamın  təmsilçisinə  çevrilmiş 

və  İstanbul  xəlifənin  oturduğu  şəhər  olduğundan  aypara  da 

bütün müsəlman aləmində tədricən qəbul olunmuş və həmrəylik, 

hürriyyət, yardım rəmzinə çevrilmişdir.

1

 

 



Səkkizguşəli  ulduzun  mənaları  haqqında  müxtəlif  rəylər 

mövcuddur. 

 

Bayrağın təsdiq edildiyi gün Baş Nazir Fətəli xan Xoyski 



çıxış  edərək  bildirmişdir  ki,  ulduzun  guşələrinin  sayı  dövlətin 

əski  əlifba  ilə  yazılmış  adında  oxunan  hərflərin  sayına 

bərabərdir.  Eyni  fikri  görkəmli  şairimiz  Cəfər  Cabbarlı  da 

üçrəngli  bayrağa  həsr  etdiyi  “Azərbaycan  bayrağı”

2

  adlı 


şeirlərindən birində söyləmişdir:

 

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım, 

                                                                                                         

жение 1917-1920 гг. Баку, 1990, с. 33; Н.Агамалиева, Р.Худиев. Азербайджан-

ская  Республика.  Страницы  политической  истории. 1918-1920 гг.  Баку, 1994, 

с.

 22.



 

1

 Bax: Еремеев Д.Э. Этногенез турок. М., 1971, с. 156 və s.  



2

 Bax: Cəfər Cabbarlı. Ədirnə fəthi.  Bakı, 1996, s. 151-152. 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

21

Şu sevimli üç boyalı, üç mənalı bayrağı 



Mələklərin qanadımı üzərimə kölgə salan? 

Nə imiş bu, aman Allah?! Od yurdunun yaprağı! 

Göy yapraqlı, al çiçəkli, yaşıl otlar topasımı? 

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır. 

Fəqət bizim bayrağımız ucaları pək seviyor 

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 

Kölgəsində ay əyilib bir gözəli qucmada. 

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 

Şu görünüş bir ananın şəfqətinə oxşayır. 

Düşündükcə zövqlərimi, vicdanımı oxşayır. 

Bu ay, yıldız, boyaların qurultayı nə demək? 

Bizcə boylə  sevilmək! 

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 

Bir türk oğlu olmalı! 

Yaşıl boya islamlığın sarsılmayan imanı, 

Ürəklərə dolmalı! 

Şu al boya azadlığın, təcəddüdün fərmanı, 

Mədəniyyət bulmalı. 

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU 

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, 

Səhərlərə uçmuşdur 

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 

Yurdumuzu qucmuşdur! 

Allah, əməllərim edib şu bayrağı intiqal, 

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin, 

O gün olsun bir göy bayraq Turan üstə açılsın. 

 

Məlum  olduğu  kimi,  xalqımızın  əvvəllər  istifadə  etdiyi 



ərəb  əlifbasının  özünəməxsus  xüsusiyyətləri  vardır.  Məsələn,  

«be» – «ب»  və  «cim» – «ج»  hərflərinin  adlarında  səslənən  sait 

səs  incə  olduğundan,  burada  həmin  hərflərdən  sonra,  bizim 

deyilişinə  adət  etdiyimiz  qalın  «a» – «ا»  səsi  tələffüz  edilmir. 




Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə