Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
  1   2   3   4   5   6   7   8   9   ...   12


Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutu 

Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu   

 

İqrar Əliyev, Elmar Məhərrəmov 

 

Dövlət rəmzlərinə hörmət 

Hər  bir  vətəndaş  Azərbaycan  Respublikasının 

dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə 

hörmət etməlidir. 

 

Azərbaycan Respublikasının 

Konstitusiyası, maddə 75 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN

  

RESPUBLIKASININ

 

DÖVLƏT 

RƏMZLƏRI

 

 

 

 

 

 

Bakı – Nurlan – 2008

 


AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

Elmi Şurasının qərarı ilə çap olunur 

 

Redaktor:  

AMEA-nın müxbir üzvü,  

tarix elmləri doktoru, professor Y.M.Mahmudov 

 

 

 



Akademik Əliyev İ.H., Məhərrəmov E.Ə. 

Azərbaycan Respublikasının dövlət rəmzləri. 

Yenidən işlənilmiş nəşriBakı, Nurlan, 2008. – 56 s. 



 

 

Kitabçada  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən 1918-1920-ci 



illərdə qəbul edilmiş Dövlət bayrağı və qəbulu nəzərdə tutulan Dövlət gerbi 

ilə  Dövlət  himni  haqqında  məlumat  verilir.  Həmin  rəmzlər  Azərbaycan 

Respublikası  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  müxtəlif  vaxtlarda 

rəsmi dövlət rəmzləri kimi təsdiq edilmişdir. 

2000-ci ildə kiril qrafikası ilə məhdud tirajla nəşr olunan «Azərbaycan 

Respublikasının  dövlət  rəmzləri»  kitabçası  oxucular  tərəfindən  böyük 

maraqla qarşılanmışdır. Hazırda o nadir tapılan kitablardandır. Bunlar nəzərə 

alınaraq  kitabça  yenidən  işlənilərək,  latın  qrafikası  ilə  təkrar  nəşr  edilib 

hörmətli oxucuların sərəncamına verilir. 

Kitabça geniş oxucu kütləsi, müəllimlər,  tələbələr və  məktəblilər  üçün 

nəzərdə tutulmuşdur. 

 

 

 

 



4702000000

Qrifli nəşr 

N–098–2008 

 

 

 

 

 

© 

«Nurlan», 2008.  

Yenidən işlənilmiş nəşri.

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

3

 



 

 

Azərbaycan Respublikası Prezidentinin 

 

S Ə R Ə N C A M I

 

 

 

 

Azərbaycan Respublikasının  

dövlət atributlarının təbliği işinin gücləndirilməsi  

haqqında 

 

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni 

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəd-

dəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət 

atributlarına dərin ehtiram hisslərinin aşılanması  cəmiyyətdə 

vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə 

xidmət edir. 

Dövlət atributlarının mahiyyətinin və  əhəmiyyətinin 

əhali arasında geniş  təbliğ olunması, gənc nəslin Azərbaycan 

bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi 

vətəndaş  cəmiyyətinin yaradılmasının mühüm amillərindən 

biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət 

atributlarına həsr edilən normativ aktlardakı  tələblərə  əməl 

edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə 

olunur. Bu sahədəki tədbirlərin məqsədyönlü şəkildə qurulması, 

tənzimlənməsi və gücləndirilməsi məqsədilə qərara alıram: 

Azərbaycan Respublikasının Mətbuat və  İnformasiya 

Nazirliyi, Təhsil Nazirliyi və Elmlər Akademiyası ilə 

birlikdə «Azərbaycanın dövlət rəmzləri» adlı  məlumat 

kitabının hazırlanıb çap olunmasını, dərslik, plakat, 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

4

təqvim və digər çap məmulatlarında dövlət 



atributlarının təbliğ olunmasını təmin etsin. 

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, 

orta ixtisas məktəblərində, ali məktəblərdə  və başqa 

tədris müəssisələrində dövlət atributlarının öyrənilməsi 

işini gücləndirmək məqsədilə ciddi tədbirlər görsün. 

Dövlət Radio və Televiziya Verilişləri  Şirkəti 

Azərbaycanın dövlət atributlarına həsr olunmuş silsilə 

verilişlər hazırlayıb təqdim etsin. 

Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların 

və ictimai qurumlarının rəhbərləri dövlət atributlarına 

həsr edilən normativ aktlarda müəyyən edilmiş 

tələblərə ciddi əməl olunmasına nəzarəti 

gücləndirsinlər. 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər 

məsələləri həll etsin. 

 

 

HEYDƏR ƏLIYEV 

Azərbaycan Respublikasının 

Prezidenti 

 

 



Bakı şəhəri, 13 mart 1998-ci il 

№ 759 



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə