Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   ...   4   5   6   7   8   9   10   11   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

28

3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı 



yerlərdə qaldırılır: 

a) Azərbaycan Respublikası Ali Sovetinin,

1

 Naxçıvan  



Muxtar  Respublikası  Ali  Sovetinin,

2

  Dağlıq  Qarabağ  Muxtar 



Vilayəti  Xalq  Deputatları  Sovetinin,  Azərbaycan  Respublikası 

rayon,  şəhər,  şəhərdə  rayon,  qəsəbə  və  kənd  xalq  deputatları 

Sovetinin

3

  sessiyalarının  keçirildiyi  binaların  üzərində – bütün 



sessiya dövründə; 

b)  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan 

Respublikası  Ali  Sovetinin,

4

  Azərbaycan  Respublikası  Nazirlər 



Sovetinin,

5

  Naxçıvan  Muxtar  Respublikası  Ali  Sovetinin  və 



Nazirlər  Sovetinin,

6

  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xalq 



Deputatları  Sovetinin  və  Azərbaycan  Respublikası  yerli  xalq 

deputatları Sovetləri icraiyyə komitələrinin

7

 binaları üzərində – 



daim asılır; 

v)  dövlət  orqanlarının  və  ictimai  orqanların, 

müəssisələrin, idarələrin və təşkilatların binaları, habelə yaşayış 

evləri  üzərində – martın 8-də,  martın 21-də,  aprelin 28-də, 

mayın 1-də və 2-də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də.

8

 



Yuxarıda  göstərilən  binalar  üzərində  Azərbaycan 

Respublikasının  Dövlət  bayrağını  başqa  bayram  və  xatirə 

günlərində də qaldırmağa icazə verilir. 

q)  rəsmi  şəxs  sifəti  ilə  Azərbaycan  Respublikası 

Prezidentinin,  Azərbaycan  Respublikası  Milli  Məclisinin, 

Azərbaycan Respublikası Baş Nazirinin və ya digər rəsmi (vəkil  

                                                 

1

 Azərbaycan Respublikası Milli Məclisinin – müəlliflər. 



2

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin – müəlliflər. 

3

 İcra hakimiyyəti və bələdiyyə orqanlarının – müəlliflər. 



4

 Azərbaycan Respublikası Milli Məclisinin – müəlliflər. 

5

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin – müəlliflər. 



6

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin – müəlliflər. 

7

 İcra hakimiyyəti və bələdiyyə orqanlarının – müəlliflər. 



8

 Azərbaycan Respublikasının bayramlarına aidiyyəti olmayan günlərdə Dövlət 

bayrağının ucaldılmasına son qoyulmuşdur – müəlliflər. 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

29

 



 

Bayrağın ümumi ölçülərini  

göstərən qrafik təsviri 

 

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

30

edilmiş)  şəxslərin  mindikləri  hava  gəmilərində  (Dövlət 



bayrağının  gəmidə  təsvirləri),  dəniz  gəmilərində,  daxili  su 

yollarında  üzən  gəmilərdə  və  başqa  nəqliyyat  vasitələrində – 

göstərilən şəxslərin razılığı ilə; 

d)  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan 

Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası 

Baş Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət 

bayrağı  dövlət  orqanlarının,  ictimai  və  dini  orqanların, 

müəssisələrin, idarələrin və təşkilatların keçirdikləri mərasimlər 

zamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla 

bilər. 


4.  Naxçıvan  Muxtar    Respublikasının  Dövlət  bayrağı 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  ilə  bir  vaxtda 

qaldırılarkən  Naxçıvan  Muxtar  Respublikasının  Dövlət 

bayrağının  ölçüsü  Azərbaycan  Respublikasının  Dövlət 

bayrağının ölçüsündən iri ola bilməz. 

5.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  onun 

təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən 

rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğğun gəlməlidir. 

6.  Azərbaycan  Respublikasının  gerbi  və  himni  kimi, 

Azərbaycan  dövlətinin  suverenliyi  rəmzi  olan  Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  da  müqəddəs  rəmzdir  və  onun 

hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır. 

7.  Bu  Əsasnamənin  tətbiqi  qaydalarını  Azərbaycan 

Respublikanın Nazirlər Kabineti qəbul edir. 

 

*      *  

 * 

 

Sonralar  Əsasnaməyə  qeyri-rəsmi  qaydada  müəyyən 



düzəlişlər edilmiş və Azərbaycana aidiyyəti olmayan “bayram” 

günləri – 7 noyabr, 28 aprel  və 1-2 may  Dövlət  bayrağının 

ucaldılması günləri siyahısından çıxarılmışdı. 

 

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

31

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT GERBİ 

 

 



Dövlət  gerbi  dövlətin  möhürlərdə,  pul  nişanlarında, 

blank  və  digər  rəsmi  sənədlərində  təsvir  olunan  fərqləndirici 

nişanıdır. 

 

Dövlət  bayrağından  fərqli  olaraq  Azərbaycan  Xalq 



Cümhuriyyəti  dövründə  digər  dövlət  rəmzləri  rəsmi  qaydada 

qəbul olunmamış, yalnız onların qəbul edilməsi haqqında 1920-

ci  il  yanvarın 30-da  hökumət  tərəfindən  müsabiqə  elan  edilmiş 

və  Maarif  nazirliyinə  tapşırılmışdır  ki,  milli  himnin,  Dövlət 

gerbinin və möhürün I layihələri üçün 50 min, II layihələri üçün 

25  min  manat  həvəsləndirici  mükafatlar  müəyyənləşdirsin.

1

 

Müsabiqənin müddəti 1920-ci il mayın 1-də başa çatmalı idi. 



 

Müsabiqə 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin 

rəmzlərinin,  orden  və  medallarının,  poçt  markalarının  ilk 

nümunələrinin  meydana  çıxmasına  təkan  vermişdir.  Həmin 

rəmzlərin  bədii  həllində  zamanın  nəfəsi,  əsrin  əvvəllərində 

yaşayıb 

yaratmış 

“Molla 

Nəsrəddin”çi 



rəssamlardan 

Ə.Əzimzadənin,  O.Şmerlinqin,  İ.Rotterin,  R.Telinqarterin 

(Beno) yaradıcılığına xas olan üslub xüsusiyyətləri gözə çarpır. 

 

Təəssüflə  qeyd  etməliyik  ki,  müsabiqənin  nəticələri 



haqqında  dəqiq  məlumat  əldə  edə  bilməmişik.  Lakin  gerbin 

layihəsi  o  zaman  Bakıda  yaşayan  gürcü  rəssamı  knyaz 

Şerşavidzeyə  sifariş  verilmiş  və  onun  hazırladığı  layihə  bizə 

gəlib çatmışdır. 

                                                 

1

 Вестник правительства Азербайджанской Республики, 1920, №10, 11 февраля; 



Azərbaycan, 1920, 19 fevral və s. 


Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə