Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   ...   4   5   6   7   8   9   10   11   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

25

 



Azərbaycan”  qəzetinin  baş  redaktoru  vəzifəsində 

işləyən  dahi  jurnalist-bəstəkarımız  Üzeyir  bəy  Hacıbəyli  bu 

barədə belə yazırdı:  

 

“Məmməd  Əmin  nitqi-iftitahiyyəsində  bu  üç  rəngin: 



türkləşmək

,  islamlaşmaq  və  müasirləşmək  amalı  əlamətindən 

ibarət  olduğuna  işarə  ilə    bu  bayraq  endiriləməz!  dedikdə 

bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən 

təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

2

 

 

Göründüyü    kimi,  burada    kainat,  ənginlik,  böyüklük, 



əzəmət  bildirən  mavi  rəng  türk  hürriyyətini,  azadlığını  və 

ucalığını  təmsil  edir.  Yaşıl  rəng  islam  sivilizasiyasını  və  ondan 

bəhrələnməyi əks etdirir. Yuxarıda işlədilən “əhraranə” (“əhrar” 

ərəbcə  “hürr”  sözünün  cəmidir)  ifadəsi  “azadlıqlara  xas” 

deməkdir; XVIII əsrin  sonlarından  Avropada  demokratiya   

hürriyyət uğrunda qaldırılan qırmızı bayraqlara işarədir. 

 

Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  çox  gözəl 



təsvirdə  olan  Dövlət  bayrağı  həm  də  çox  böyük  mənalar  kəsb 

edir. 


 1990-cı  il  noyabrın 29-da  Azərbaycanda  müstəqilliyin 

bərpası  uğrunda  xalq  hərəkatının  gücləndiyi  bir  dövrdə 

respublika  Prezidenti  tərəfindən  “Azərbaycan  SSR-in  adının  və 

Dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verilmişdir. 

Həmin fərman 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası 

Ali  Sovetinin  növbəti  çağırışının  ilk  sessiyasında  təsdiq 

olunmuşdur. 

 

Fərmana  müvafiq  olaraq  “Azərbaycan  Respublikasının 



Dövlət bayrağı haqqında Əsasnamə” də tərtib və təsdiq olundu. 

Bayrağın  ölçüləri  dəqiqləşdirildi,  ucaldılması  nəzərdə  tutulan 

yerlər müəyyən edildi.

3

 



                                                                                                         

1

 Azərbaycan, 1918, 9 dekabr. 



2

 Yenə orada. 

3

 Xalq qəzeti, 1991, 8 fevral. 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

26

 



 

Azərbaycan Respublikasının  

Dövlət bayrağı haqqında 

 

 

AZƏRBAYCAN RESPUBLIKASININ 

 

QANUNU 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 

1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri 

təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 

Əsasnamə təsdiq edilsin. 

3. “Azərbaycan  SSR-in  Dövlət  bayrağı  haqqında 

Əsasnamənin  təsdiq  edilməsi  barəsində”  Azərbaycan  SSR  Ali 

Soveti  Rəyasət  Heyətinin 1966-cı  il 5 may  tarixli  Fərmanı 

(Azərbaycan  SSR  qanunları  toplusu. 1938-1966-cı  illər,  c. I, 

səh. 221; Azərbaycan  SSR  Ali  Sovetinin  Məlumatı, 1981-ci  il, 

№5-6,  maddə 71, №12,  maddə 161) qüvvəsini  itirmiş  hesab 

edilsin. 

 

Azərbaycan Respublikası Prezidenti  



A.Mütəllibov. 

 

 

Bakı şəhəri, 5 fevral 1991-ci il. 



№ 17-XII. 

 

*      * 



*

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

27

  



Azərbaycan Respublikasının 

Dövlət bayrağı haqqında  

 

ƏSASNAMƏ



 



 

1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 

2.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  eni 

bərabər  olan  rəngli  üç  üfqi  zolaqdan  ibarət  düzbucaqlı  parça 

şəklindədir;  üst  zolaq  mavi  rəngdə,  orta  zolaq  qırmızı  rəngdə, 

aşağı  zolaq  yaşıl  rəngdədir.  Bayrağın  hər  iki  üzündə  qırmızı 

zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri 

vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. 

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin 

nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının 

diaqonalı bayrağın eninin 

1

/

2



-nə bərabərdir. 

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki 

dairənin  hissələri  şəklindədir;  böyük  dairənin  diametri  xarici 

düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 

1

/

4



-ə  bərabərdir.  Kiçik  dairənin  mərkəzi  bayrağın  həndəsi 

mərkəzindən  sol  tərəfdə,  bayrağın  eninin 

1

/

60



-nə  bərabər  olan 

məsafədə yerləşir. 

Səkkizguşəli  ulduzun  təsviri  ayparadan  sağda  yerləşir, 

ulduzun  xarici  dairəsinin  diametri  bayrağın  eninin 

1

/

6



-ni,  daxili 

dairəsinin diametri isə 

1

/

12



-ni təşkil edir. 

                                                 



Qeyd:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyun 2004-cü il 



tarixdə imzaladığı Qanuna (683-IIQ) əsasən bu Əsasnamənin 3, 4, 6 və 7-ci 

bəndləri qüvvədən düşmüşdür. Yalnız mövzu ilə bağlı  gələcək tədqiqatların 

asanlaşdırılması  məqsədilə  həmin bəndlərin mətnini burada saxlamağı lazım 

bildik – müəllif.

 



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə