Tədris ILI: 2022-2023 İxtisas adi: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Kurs: I



Yüklə 53,8 Kb.
səhifə1/3
tarix07.06.2023
ölçüsü53,8 Kb.
#115890
  1   2   3
Movzu 5


Tədris edən müəllim: Məsimova Nübar Rasim q.
Təhsil müəssisəsi: ADPU-nun Şəki filialı
Tədris ili: 2022-2023
İxtisas adi: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Kurs: I
Fənn adi: Müasir Azərbaycan dili-1

Mövzu № 5. Azərbaycan dilində sait səslər və onların təsnifi


Plan:
1.Saitlər, onların xarakterik xüsusiyyətləri;
2.Saitlərin təsnifi prinsipləri. Dilin üfuqi vəziyyətinə görə saitlərin növləri;
3.Saitlərin dilin şaquli vəziyyətinə görə bölgüsü;
4.Saitlərin dodaqların vəziyyətinə görə təsnifi;
5.Məxrəc sabitliyinə görə saitlərin növləri;
6.Saitlərin kəmiyyətə görə növləri;
7.Gərgin və qeyri-gərgin saitlər. Sait uzanması hadisəsi.
8.Azərbaycan dilində qarşılıqlı saitlər sisteminin quruluşu.


Saitlərin özünəməxsus xüsusiyyətləri. Azərbaycan dilinin səslər sistemində saitlərin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
a) Saitlər avazlıdır, b) Saitlər ünlüdür, c) Saitlər tonludur, ç) Saitlər hecayaradan səslərdir, d) Saitlər dildə ahəng, musiqi yarada bilir, e) Saitlər ahəng qanununun yaranmasında xüsusi rola malikdir, ə) Saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlmədən yaranan səslərdir, f) Saitlərin yaranmasında dil, dodaq, damaq, alt çənə fəal üzvlər kımı çıxış edir, g) Azərbaycan dilinin saitlər sistemində 9 sait səs vardır: a,ı, o, u, e, Ə, i, 6, ü. Müqayisə üçün qeyd edək kı, türk dilində 6,
özbək dilində 6 sait səs vardır. Saitlərin sayı dillərin hər birində müxtəlifdir. £) Saitlərin məxsusi artikulyasiyası vardır. Belə ki, saitləri tələffüz etdikdə ağız açılır. Hətta saitləri nə qədər ucadan tələffüz etməli olsaq, ağız boşluğu bir o qədər daha çox açılmalı olur. Saitlərin bu cür artikulyasiya fərqi samitlərdə yoxdur. Samitləri tələffüz etdikdə ağız boşluğu bağlanır. Və nə qədər ucadan tələffüz etməli olsaq, ağız boşluğunu bir o qədər daha çox bağlamalı oluruq.
Sait səslərin təsnifi. Danışıq səslərinin əmələ gəlməsində danışıq üzvlərinin rolu böyükdür. Bu və ya digər danışıq səsinin əmələ gəlməsində bu və ya digər üzv fəal iştirak edir. Bu mənada sait səslərin əmələ gəlməsində də danışıq üzvlərinin fəal rolu vardır. Danışıq üzvlərinin fəal rolunu nəzərə alaraq saitlər aşağıdakı kimi təsnif olunur:
a) Dilin üfüqi vəziyyətinə görə, b) Dilin şaquli vəziyyətinə görə, c) Dodaqların vəziyyətinə görə,ç) Məxrəc sabitliyinə görə,d) Kəmiyyətə görə,e) Gərginliyə görə.
Qeyd: Azərbaycan dilindəki saitlər müxtəlif prinsiplər əsasında təsnif olunmuşdur. Ə.Dəmirçizadə altı prinsip əsasında: 1) dilin üfüqi vəziyyətinə görə, 2) dilin şaquli vəziyyətinə görə, 3) dodaqların vəziyyətinə görə, 4) məxrəc sabitliyinə görə, 5) kəmiyyətə görə, 6) gərginliyə görə, A.Axundov üç prinsip əsasında: 1) saitlərin əmələgəlmə yerinə, yaxud dilin üfüqı vəziyyətinə görə, 2) əmələgəlmə üsuluna, yaxud dilin şaquli vəziyyətinə görə, 3) dodaqların vəziyyətinə görə, H.Həsənov dörd prinsip əsasında: 1) dilin üfüqi vəziyyətinə görə, 2) dilin şaquli vəziyyətinə görə, 3) dodaqların iştirakına görə, 4) kəmiyyətə görə.
a) Dilin üfüqi vəziyyətinə görə. Dilin üfüqi vəziyyətinə görə saitlər dilönü, dilarxası, dilortası olmaqla təsnif olunur. Saitlərin dilin üfüqi vəziyyətinə görə təsnifində dilin üfüqi istiqamətdəkı mövqeyi əsas götürülür. Dil üfüqi vəziyyətə görə ağız boşluğunu iki bərabər olmayan hissəyə bölür. Ağız boşluğunun böyük hissəsi arxada, kiçik hissəsi isə öndə qalır. Bu zaman hava axını süzülərək, incələşərək ağız boşluğunun ön hissəsindən çıxır. Nəticədə dilönü saitlər yaranır: ə, i, ö, ü. Dilönü saitlərə incə saitlər də deyilir. Ona görə incə saitlər deyilir ki, hava axını süzülərək, incələşərək ağız boşluğundan çıxır. Hava axınının süzülərək, incələşərək çıxmasına səbəb ağız boşluğunun ön hissəsinin kiçik olmasıdır.
Dilarxası saitlər əmələ gəldikdə dil üfüqi vəziyyətə görə ağız boşluğunu yenə də iki bərabər olmayan hissəyə bölür. Bu zaman ağız boşluğunun kiçik hissəsi arxada, böyük hissəsi isə öndə qalır. Hava axını ağız boşluğunun böyük hissəsindən çıxır. Nəticədə dilarxası saitlər yaranır: a, 1, o, u. Dilarxası saitlərə qalın saitlər də deyilir. Ona görə qalın saitlər deyilir ki, hava axını ağız boşluğunun öndə olan böyük, irihəcmli hissəsindən çıxır. Hava axınının qalınlaşaraq çıxmasına səbəb ağız boşluğunun ön hissəsinin böyük, irihəcmli olmasıdır.
Dilortası sait əmələ gəldikdə dil üfüqi vəziyyətə görə ağız boşluğunu iki bərabər hissəyə bölür. Hava axını bərabər şəkildə iki yerə bölünmüş ağız boşluğundan çıxır. Bu zaman dilortası sait əmələ gəlir: e. Orta məktəb dərsliklərində saitlər qalın və incə olmaqla iki yerə ayrılır. Bu, tədris prosesində asan qavranıldığına görə saitlər belə iki qrupa ayrılmışdır.

Qeyd: Dilin üfüqi vəziyyətinə görə bölünən dilönü, dilortası, dilarxası saitlər səs tembrinə görə bir-birindən fərqli olur. Yəni dilönü saitin tembri dilarxasından, dilortası isə hər ikisindən səs tembrinə görə fərqlənir.


b) Dilin şaquli vəziyyətinə görə. Dilin şaquli vəziyyətinə görə saitlərin təsnifində dilin şaquli vəziyyəti ilə yanaşı, alt çənənın də fəal rolu olur. Bu mənada dilin damağa doğru qalxma və alt çənənin aşağı düşmə dərəcəsindən asılı olaraq sait səslər üç növə ayrılır: açıq saitlər, qapalı saitlər, yarımqapalı saitlər.
Açıq saitlər əmələ gəldikdə dil (ön hissəsi) damağa doğru — yuxarı qalxmır, alt çənə isə aşağıya doğru düşür. Azərbaycan dilindəki açıq saitlər bunlardır: a, o, ö, ə. Açıq saitlərə gen saitlər də deyilir.Qapalı saitlər əmələ gəldikdə dil damağa doğru çox qalxır, alt çənə isə aşağıya doğru az düşür. Azərbaycan dilindəki qapa-
lı saitlər bunlardır: , i, u, ü. Qapalı saitlərə dar saitlər də deyilır.
Yarımqapalı sait qapalıya yaxın məxrəcli olduğu üçün belə adlanır. Azərbaycan dilində e yarımqapalı saitdir. Bu sait həm də açıq saitlərə yaxın məxrəclidir. Ona görə də yarımqapalı saitə həm də yarımaçıq sait deyilir. Azərbaycan dilində e saiti açıq və qapalı saitlərə yaxın məxrəcli olduğunu tələffüz zamanı müşahidə etmək olur:
Yazılır : Tələffüz olunur (dialekt və şivələrdə):
qayçı qeyçi
qaysı qeysi
qardaş qərdeş
deyil dəyil
yeyir yıyır
ev əv
pəncərə pencərə və s.
Dilortası e saitinin özünəməxsus tembri vardır. Eyni zamanda özünəməxsus fıztoloyi bazası ilə fərqlənir. Bu barədə Ə.Dəmirçizadə yazır: “Dilortası saitlərin əmələ gəlməsində dilin ön və orta hissəsi bütövlükdə damağa doğru qalxmış olur ki, belə vəziyyətdə ağız boşluğu təqribən iki bərabər hissəyə bölünür.Rezonansın bərabərləşməsi nəticəsində dilortası saitlər əmələ gəlir”.
Beləliklə, dilortası e saitinin əmələ gəlməsində dilin orta hissəsi fiziolofi baza rolunu oynayır. Eyni zamanda dilin üfüqi və şaquli vəziyyətlərinə görə bölgüdə e saitı neytral bir vəziyyətdə özünü göstərir:
Dilarxası saitlər: Dilortası saitlər: Dilönü saitlər:
a e ə
ı i
o ö
u ü
Qapalı saitlər: Yarımqapalı saitlər: Açıq saitlər:
1 е а
i o
u ö
ü ə
c) Dodaqların vəziyyətinə görə. Sait səslərin əmələgəlməsində dodaqların da mühüm rolu vardır. Bəzi saitlərin əmələ gəlməsində dodaqlar fəal, bəzilərində isə qeyri-fəal iştirak edir.Bu mənada dodaqların fəal və qeyri-fəal iştirakından asılı olaraq saitlər iki yerə ayrılır: dodaqlanan saitlər, dodaqlanmayan saitlər.
Dodaqlanan saitlər əmələ gələrkən dodaqlar darrəvi şəkil alır və önə doğru uzanır. Bu zaman hava axını dairəvi şəkil almış dodaqların arasından xaricə çıxır. Dodaqlanan saitlər bunlardır: o, u, ö, ü. Saitlərin bir qismi dodaqların qeyri-fəal iştirakı ilə əmələ gəlir. Demək olar ki, bu qəbildən olan saitlərin əmələ gəlməsində dodaq passiv iştirak edir. Ə.Dəmirçizadə yazır: “Bəzən dodaqlar bitişmə künclərinə tərəf dartılmış halda (gülmə, gülümsəmə zamanında düşdüyü vəziyyətdə) olur və beləliklə də, bir sıra saitlərin formalaşmasında iştirak etmir”..Beləliklə, bir sira saitlərin formalaşmasında dodaqların iştirakı passiv olur. Nəticədə dodaqlanmayan saitlər yaranır. Azərbaycan dilində dodaqlanmayan saitlər bunlardır: а, 1, е, ә, 1. Dodaqlanmayan saitlərə bəzən damaq saitləri də deyllir.
ç) Məxrəc sabitliyinə görə. Bu bölgüyə görə saitlər iki yerə ayrılır: təkavaz saitlər, cütavaz saitlər.
Təkavaz saitlərə monoftonq saitlər də deyilir. Onların əmələgəlməsində iştirak edən danışıq üzvü əvvəldən axıra qədər bir vəziyyətdə olur. Yəni səsin məxrəci əvvəldən axıra qədər dəyişməz, sabit qalır. Bir sözlə, sait səs yaranmağa başlayan zaman danışıq üzvü hansı vəziyyətdə olursa, sait səs tamamlandıqdan sonra da danışıq üzvü həmin vəziyyətdə qalır. Azərbaycan dilindəki saitlərin hamısı təkavaz saitlərdir: a, 1, 0, u, €, Ə, İ,ö, ü.
Cütavaz saitlərə dıftonq saitlər də deyilir. Bu saitlər iki sait səsin məxrəcində yaranır. Lakin bir hecada formalaşaraq tələffüz olunur. Yəni belə sait səslərin əmələ gəlməsi birinci saitin məxrəci ilə başlayır, ikinci saitin məxrəci ilə bitir. Azərbaycan ədəbi dilində cütavaz saitlər yoxdur. Lakın ədəbi tələffüzdə,dialekt və şivələrimizdə cütavaz saitlərin işləndiyi müşahidə olunur. Ə.Dəmirçizadə cütavaz (diftonq) saitlər barəsində yazır: “Azərbaycan ədəbi dilində tam formalaşıb monoftonq saitlərlə qarşılıq təşkil edən diftonq fonemlər yoxdur. Lakın sərbəst üs-
lub normaları üzrə bir sıra sözlərin və ifadələrin səs tərkibində, eləcə də Azərbaycan dilinin bir sira şivələrində, xüsusən, saitlər birləşməsinin, bəzən də əvvəl gələn saitlərlə y, v, f kimi samitlər birləşməsinin diftonqvarı tələffüzünə yol verilir ki, bununla da şivələrdə bir sıra diftonqlar formalaşır. Məsələn, Şəki şivəsində töüx (toyuq ), çüdl (çuval), böüx (böyük), Bakı şivələrinin bəzisində köül (könül), nöüt (neft), qöüm (qohum) və s. —: Deməli, cütavaz tələffüz olunan saitlərin tərkibi əslində birsait və bir samit məxrəcindədir. Bir sait və bir samit məxrəcində olan tərkibin diftonq tələffüzü cütavaz saitləri yaradır.
Azərbaycan dilinin dialekt və şivələrində diftonqların yaranmasında fəal iştirak edən samitlər bunlardır: h, v, f, y, n. Diftonqlaşmış fonemlərə ou, öü diftonqları daxıldır. /HMisa//ara diqqət yetirək: töüx-toyuq, qöürğa-qovurğa, nöüt-neft, qoum-qohum və s.
Yuxarıda göstərilən samitlərin diftonqların yaranmasında iştirakı dilimizin tarixi ilə bağlıdır. Tarixən h, v, f, y, n samitlərı bitişdirici samit rolunu oynamışdır. Müasir dilimizdə isə bunlardan ikisi - “y” və “n” bitişdirici samit kimi öz izini qoruyub saxlamışdır. Doğrudan da, bu bitişdirici samitlərin tələffüzdə düşməsi (xüsusilə, dialekt və şivələrdə) sözün leksik mənasında heç bir fərq yaratmır. Məsələn, qapını - qapıı, dostunu – dostuu və s.Bəzi dillərdə diftonqlar iki yerə ayrılır: enən diftonq, qalxan diftonq. Əgər diftonq səslərdən birincisi heca düzəldirsə (belə diftonqda gərginlik əvvəlcə güclü olur, sonra isə zəifləşir)və güclü tonda tələffüz olunursa, onda enən diftonq yaranır. Məsələn, alman dilində mein (mənim) sözündəki ei hecası enən diftonqdur. Əgər diftonq səslərdən ikincisi heca düzəldirsə (belə diftonqda gərginlik əvvəlcə zəif olur, sonra isə güclənir) və güclü tonda tələffüz olunursa, onda qalxan diftonq yaranır. Məsələn, fransız dilində moi (mən) sözündəki of diftonqu qalxan difionqdur.
d) Kəmiyyətə görə. Azərbaycan dilindəki sait səslər kəmiyyətə görə üç yerə ayrılır: adi saitlər, uzun saitlər, qısa saitlər.
Qeyd: Kəmiyyət dedikdə sait səsin səslənməsinə sərf olunan zaman nəzərdə tutulur. Sait səslərin səslənməsinə sərf olunan zamandan asılı olaraq onlar (saitlər) adi, uzun, qısa tələffüz olunur.
Adi saitlər adı vəziyyətdə tələffüz olunan səslərdir. Yəni adı səslər normal dərəcədə olan kəmiyyətdə tələffüz olunur.Dilimizdəki adı saitlər normal, adi məxrəcdə tələffüz olunmaqla yaranır. Azərbaycan dilindəki doqquz saitin hər biri (a, 1, o, u, e, Ə, 1, Ö, ü) adi, normal vəziyyətdə tələffüz olunur və adi saitlər kimi özünü göstərir. Məsələn, ata, ana, at və s. sözlərdəki a saitləri adi saitlərdir. Ona görə kı, bu sözlərdəki a saitləri adı, normal vəziyyətdə tələffüz olunur.
Uzun saitlər Azərbaycan ədəbi dilində mövcud olmayan,fonem keyfiyyəti kəsb etməyən saitlərdir. Bu saitlər müəyyən dərəcədə dialekt və şivələrdə mövcud olur, həm də ədəbi tələffüz zamanı yaranır, orfoepik norma kəsb edir. Azərbaycan dilində ədəbi tələffüzdə uzun saitləri aşağıdakı hallarda müşahidə etmək olur:
1) Ərəb mənşəli alınma sözlərin bir qisminin yazılışında apostrofdan istifadə olunmuşdur. Belə apostroflu sözlərdə ə, e,ö incə saitləri uzadılaraq tələffüz olunmuşdur. Hazırda apostrof işarəsi (qrafik işarə olmaqla) əlifbamızdan çıxsa da, əƏ,e, ö saitləri vaxtı ilə apostrofla yazılan sözlərdə uzadılaraq tələffüz olunur. Məsələn, əsla, bə:zi, dəvət, tə:rif, e:lan, me:mar, iste:fa,şölə, şöbə, mö-cüzə, mö:təbər və s.
2) Azərbaycan dilində bir sıra alınma sözlərdə heca ayrıcılığı və saiti aydın tələffüz etmək üçün apostrofdan ıstifadə olunmuşdur. Belə sözlərdə apostrof birinci hecanın sonundakı samitin üzərinə düşsə də, saitlə başlayan ikinci hecadakı sait uzun tələffüz olunmuşdur. Hazırda bu sözlər apostrofsuz yazılsa da, onların ikinci hecasındakı ilk sait uzadılaraq tələffüz olunur. Məsələn, Sənan - Səna:n, Kənan - Kəna:n, sürət - sürə:t, cürət -cürə:t, heyət - heyə:t, nəşət - nəşə:t, məsud - məsu:d, vüsət -vüsə:t, ənənə - ənə:nə, məsul - məsuz:l və s.
3) Bəzi sözlərin birinci və ikinci hecası eynicinsli qoşa saitlə yazılır. Belə sözlərin tələffüzü zamanı eynicinsli qoşa saitlərdən bırı düşür, o biri isə uzadılaraq tələffüz olunur. //əsələn,maarif - ma:rif, maaş - ma:sş, camaat - cama:t, bədii - bədi:,əmtəə - əmtəş, təbii - təbi: və s.
4) Bir qrup alınma sözlərdə a saiti uzun, uzadılaraq tələffüz olunur. /Məsələn, alim - a:lim, Arif - Arrif, Akif - A:kif və s.
Yeri gəlmişkən onu da qeyd edək ki, dilimizdə ədəbi tələffüzdə saitlərin uzun, uzadılaraq tələffüz olunması sözlərdə məna fərqının yaranmasına gətirib çıxarmır. Ancaq bəzi türk dillərində (türkmən, qaqauz, qırğız, tofalar, tuva, xakas, altay, şor və s.) saitlərin uzun tələffüzü sözlərin mənaca fərqlənməsinə səbəb olur.
Türkologiyada saitlərin uzanması ilkin və sonrakı uzanma -olmaqla iki qrupa ayrılır. İlkin uzanma köktürkün ilkin dövrləri nə gedib çıxır. Bu mənada türkologiyada mövcud olan ümumi fikrə görə, köktürk dövründə səkkiz uzun sait (adi və qısa saitlə yanaşı) mövcud olmuşdur. Lakin Azərbaycan ədəbi dilində ilkin
uzanma müşahidə olunmur. Bu, yalnız dialekt və şivələrdə mövcud olan bəzi dil faktlarında özünü qoruyub saxlayır. /M:Məsələn, Şəki dialektində (ya:ğı “düşmən”, sa:rı “sarı” qa:rı “qarı”, mo:rux “morux” və s.), Başkeçid şivəsində (qa:rı “qarı” a:nqrı “uzaq, aralı” və s.) ilkin uzanma halları vardır. Ancaq bu tipli nümunələrdə ilkin uzanan saitlər sözlərdə məna fərqi yaratmır.
Sonrakı uzanma sözdəki müxtəlif səslərin düşməsi ilə yaranır. Dil faktları göstərir ki, bu, xüsusilə, alınma sözlərdəki sait səslərin düşməsi 1lə yaranır: saat - sa:t, maaş - ma:ş və s. Sonrakı uzanma da ədəbi dilimizdə deyil, ədəbi tələffüzdə özünü qoruyub saxlayır. Eynı zamanda ilkin uzanmada olduğu kimi, sonrakı uzanma da dilimizdəki sözlərin məna dəyişikliyini yarada bılmır.
Qeyd: Azərbaycan dilində altı uzun sait vardır: a, e, Ə, i,ö, u.
Qısa saitlər adi vəziyyətdə tələffüz olunan səslərdən daha qısa, daha az kəmiyyətdə tələffüz olunan saitlərdir. Belə saitlərə bəzən yarımsaitlər də deylliır.Azərbaycan ədəbi dilində qısa saitlər yoxdur. Qısa saitlər ədəbi tələffüzdə özünü göstərir və orfoepik norma kəsb edir. Eyni zamanda qısa saitlər bəzi sözlərdə orfoqrafik mahiyyətlidır. Buna baxmayaraq, qısa saitlər istər orfoepik, istərsə də orfoqrafik mahiyyət kəsb etsin, bu halların heç birində sözdə məna dəyışıklıyı yarada bilmir. Odur ki, qısa saitlər də uzun saitlər kimi dilimizdə fonem hesab olunmur.
Azərbaycan dilində qısa saitlər aşağıdakı hallarda özünü büruzə verir:
1) Bir qrup sözlərin ikinci hecasındakı sait səslər ədəbi tələffüz zamanı qısa tələffüz olunur. Məsələn, bacısı - bacı.sı,əmisi - əmüsi, bibisi - bibi.si və s.
2) Elə ikihecalı isimlər var ki, onlar saitlə başlayan şəkilçi qəbul etdikdə ikinci hecadakı sait düşür. Məsələn, ağız - ağzı,boyun - boynu, alın-alnı və s. Bu sözlərdə ikinci hecadakı saitlər düşsə də, onlar (saitlər) qısa sait kimi tələffüz olunur. Belə sözləri iki qrupa ayırmaq olar:
a) Dilimizə ərəb (o cümlədən fars) dilindən keçmiş ikihecalı söz köklərinin sonuna saitlə başlayan istənilən şəkilçi artırdıqda söz kökünün ikinci hecasındakı saiti düşür. Məsələn, fikirfükri (fiki.ri), sinif-sinfi (sini.fi) və s. Dilimizdəki ərəb-fars mənşəli səbir, sətir, fəsil, ağıl, isim, abır, cisim, eyib, qədir, nəsil, zehin, ömür, şəkil, ətir və s. sözlər bu qəbildəndir.
b) Əsl Azərbaycan sözlərində (bir qisim) ikihecalı söz kökünün sonuna saitlə başlayan yalnız mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı sait ixtisar olunur: ağız - ağzı (ağı.zı), alın-alnı (alı.nı), burun-burnu (buru.nu), boyun-boynu (boyu.nu),oğul-oğlu (oğu.lu), qarın-qarnı (qarı.nı) və s. Bu sözlərdə ikinci hecadakı sait səs ixtisar olunsa da, ədəbi tələffüzdə qısa sait kimi tələffüz olunur.
3) Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçisi artırdıqda söz kökünün sonundakı a sattı ixtisar olunsa da, ədəbi tələffüzdə qısa sait kimi tələffüz olunur: ora-orda (ora.da) -ordan (ora.dan), bura-burda (bura.da) - burdan (bura.dan), hara-harda (hara.da) - hardan (hara.dan).
4) Bəzi saitlə bitən sözlərə saitlə başlayan başqa bir söz qoşulub mürəkkəb sözləri yaratdıqda birinci sözün sonundakı sait ixtisar olunsa da, ədəbi tələffüzdə qısa sait kimi tələffüz olunur:Əli-Abbas”—əƏlabbas (Əliabbas), Əli-ƏşrəfoƏləşrəf (ƏİL.əş-TƏT) və s.
5) Sonu saitlə bitən miqdar saylarının sonuna -ıncı, -inci,-uncu, -üncü sıra sayını əmələ gətirən şəkilçilər artırıldıqda şəkilçinin əvvəlindəki sait ixtisar olunsa da, ədəbi tələffüzdə qısa sait kimi tələffüz olunur: iki-nci (ikil.nci), altı-nci (altıı.ncı), yeddi-nci (yeddii.nci), əlli-nci (əllii.nci), iyirmi-nci (iyirmil.nc1).
6) Köməkçı sözlərdən üçün, ilə, isə, imiş, idi, ikən sözlərə qoşulduqda bunların əvvəlindəki saitlər ixtisar olunsa da, ədəbi tələffüzdə qısa sait kimi tələffüz olunur: sizin üçün – sizinçün (sizinü.çün), sənin ilə - səninlə (sənini.lə), gəlmiş isə - gəlmişsə (gəlmişi.sə), görmüş idi - görmüşdü (görmüşi.di), oxuyur imiş-oxuyurmuş (oxuyuri.miş), yazar ikən - yazarkən (yazari.kən) və s.
e) Gərginliyə görə. Gərginliyə görə saitlər iki yerə bölünür:gərgin saitlər, qeyri-gərgin saitlər.
Gərgin saitləri tələffüz edərkən danışıq üzvləri çox gərgin,saitlərin məxrəci isə olduqca aydın və səlis olur. Yəni, gərgin saitləri tələffüz etdikdə saitlərin yaranmasında iştirak edən danışıq üzvləri - dil, dodaq, damaq, qırtlaq çox gərginləşmiş bir vəziyyət alır. Azərbaycan ədəbi dilində gərgin saitlər yoxdur.Lakın uzun saitləri və uzadılaraq tələffüz olunan saitləri gərgin saitlər hesab etmək olar.
Qeyri-gərgin saitləri tələffüz edərkən danışıq üzvləri az gərgin, saitlərin məxrəci isə çox da aydın və səlis olmur. Yəni qeyrı-gərgin saitləri tələffüz etdikdə saitlərin yaranmasında iştirak edən danışıq üzvləri - dil, dodaq, damaq, qırtlaq az gərginləşmiş bir vəziyyət alır. Azərbaycan ədəbi dilindəki adı saitlər qeyri-gərgin saitlərdir. Bundan başqa, ədəbi dilimizdə olmasa da, tələffüzdə müşahidə olunan qısa saitlər və qısaldılaraq tələffüz olunan saitlər qeyri-gərgin saitlər hesab olunur. Azərbaycan ədəbi dilindəki saitləri gərgin və qeyri-gərgin olmaqla təsnif etmək olmaz. Ona görə kı, ədəbi dilimizdə gərgin və qeyri-gərgin prinsipinə uyğun gələn saitlər yoxdur. Bu qəbildən olan saitlər yalnız dialekt və şivələrdə, eləcə də tələffüz zamanı özünü göstərir.
Qeyd: Azərbaycan dilindəki saitlər hava axınının ağız boşluğundan çıxması ilə yaranır. Ona görə də ədəbi dilimizdəki saitlərin hamısı ağız saitləri adlanır. Buna baxmayaraq, dialekt və şivələrdə burun saitləri də vardır. Belə ki, dialekt və şivələrdə bəzən saitlər hava axınının burun boşluğundan çıxması ilə yaranır. Bunun səbəbi onunla bağlı olur ki, bəzi sözlərdə “n” burun sonorundan sonra gələn sait həmin burun sonorunun təsiri altına düşür və bu zaman hava axını burun boşluğundan çıxır. Nəticədə burun sonoru tələffüzolunmur, onun məxrəcində satt səs tələffüz olunur və burun saiti yaranır. Məsələn, mənə-ma:,,sənə-sa:, aldınız-aldi:z, gəldiniz-gəldi:z və s.Beləliklə, bu deyilənləri nəzərə alaraq saitlərağız və burun saitləri olmaqla da iki yerə ayrılır.
Beləliklə, saitlərin təsnifindən nəticəyə gəlmək olur ki,Azərbaycan dilində on beş sait fonem vardır: i, i:, ü, ö, öz, Ə, Əz, €, €:, a, az, 0, u, u:, 1. Bunlardan doqquzu Azərbaycan ədəbi diİlnin sait fonemləri kimi çıxış edir: a, 1, 0, u, €, Ə, i, Ö, ü.

Yüklə 53,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə