Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   ...   4   5   6   7   8   9   10   11   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

36

8.  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  verilən 



təsviri  bu əsasnaməyə  əlavə  edilən  rəngli  və  ya ağ-qara  təsvirə 

ölçüsündən  asılı  olmayaraq,  həmişə  dəqiq  surətdə  uyğun 

gəlməlidir. 

 

*      * 

 * 

 

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

37

Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri 



dəyərlərə  əsaslanır.  Çoxguşəli,  o  cümlədən  səkkizguşəli  ulduz 

Azərbaycanın  memarlıq,  zərgərlik,  şəbəkə  sənətində  geniş 

yayılmış  ornament  növlərindəndir.  Böyük  memar  Əcəmi 

Naxçıvaninin  yaratdığı  mavzoleylərin,  Bakı  Şirvanşahlar 

sarayındakı  divanxananın  plan  quruluşu  və  ornamentlərində, 

Pirsaat  çayı  üstündəki  Xanəgahın  mayolika  naxışlarında, 

zərgərlik bəzəklərində və s. səkkizguşəli ulduz motivlərinə tez-

tez təsadüf olunur. 

Dünya

 

heraldika sənətində qalxan məmləkətin hərbi qüd-



rətini, xalqın qəhrəmanlıq əzmini təmsil edir. 

Palıd  yarpaqları  və  sünbüllər  şöhrət  çələngini,  qüvvəti, 

bolluğu,  məhsuldarlığı  ifadə 

edən ənənəvi simvollardandır. 

Gerbimizin  mərkəzin-

də  şölə  saçan  alovun - 

«Allah»  sözünün  mahiyyətini 

aşkarlamaq  üçün  M.Ə.Rə-

sulzadənin Milli Cümhuriyyət 

Parlamentinin  ilk  açılışında 

söylədiyi 

müdrik 


sözləri 

xatırlayaq: 

 

Azərbaycan  bir  atəş 



mənbəyidir.  Vətənimiz  hər 

zaman  kəndi  sinəsində  bir 

atəşi-müqəddəs  bəsləmişdir. 

Bu atəş əski zamanlardan bəri 

həqiqətpərəstlərə  rəhbər,  bir 

şöleyi-ümid  və  inam  təşkil  eyləmişdir...  Qəvi  bir  atəş, 

Azərbaycan  övladının  sinələrinə  düşən  milyonlar  ilə  bürkü 

yağan  bu  atəş  əbədiyyən  sönməz  bir  məşələ    təşkil    edib    də 

hürriyyət    və    istiqlalə  doğru  getdiyimiz  maneəli  yolları 

Азярбайъан Республикасы  

Дювлят эербинин тясвири 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

38

işıqlandırsın”.

1

 

 



 

Qeyd: Gerbin ortasındakı qırmızı rəngli məş‘əl – alov 

şöləsi  sadə  və  gözəl  şəkildə  ərəb  əlifbası  ilə 

yazılmış  bütün  aləmdə  əbədi,  əzəli var olan 

«Allah»

 – «

ﻪﻠﻟا

» – 


«ﷲا»

 

sözündən  ibarətdir, 



ancaq  bir  sıra  adamlar  ərəb  əlifbasını 

bilmədiklərindən  yanlış  olaraq  bunu  yalnız 

alov – məş‘əl kimi qəbul edirlər – (müəlliflər). 

 

 



 

 

                                                 



1

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I 

cild, Bakı, «Azərbaycan» nəşriyyatı, 1998, s. 36; Azərbaycan, 1919, 28 may

.

 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

39

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



DÖVLƏT  HİMNİ 

 

 1918-ci  il 28 may  tarixdə  Azərbaycanın  istiqlaliyyəti 



elan  olunduqdan  sonra  Azərbaycan  Xalq  Cümhuriyyətini 

beynəlxalq aləmdə təmsil edən Dövlət bayrağı  Dövlət gerbi 

ilə  bərabər  Dövlət  himninin  yaradılması  və  qəbul  edilməsi  də 

günün ən vacib tələblərinə çevrilmişdir. 

 

Himn”  yunanca  “təntənəli  nəğmə”  deməkdir  və 



müxtəlif  mərasimlər  üçün  nəzərdə  tutulur.  Siyasi  təbliğatda 

mühüm  vasitə  olmaqla,  müəyyən  mütəşəkkillik  və  səfərbərlik 

rolu da oynayır. Himnin ifa olunması əsasən bayram şənlikləri, 

siyasi  nümayişlər,  rəsmi  dövlət  qəbulları,  hərbi  paradlarla 

bağlıdır.  Himn  bir  qayda  olaraq,  mətnin  obrazlılığı,  əhatəliyi, 

asan yadda qalan melodiyası, aydın, ahəngli ritm və əzəməti ilə 

fərqlənir. 

 

Məlumdur  ki,  dövlət  himninin  mətni  və  melodiyası 



xalqın  bütün  sosial  təbəqələrinə  asan  anlaşılmalıdır.  Himnin 

musiqisi  asan  qavranmalı  və  ölkənin  vətəndaşları  tərəfindən 

çətinlik  çəkmədən  sərbəst  ifa  olunmalıdır.  Adətən  dövlət 

himninin musiqisi təntənəli major ladında yazılır. 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  dahi 



bəstəkarımız  Üzeyir  bəy  Hacıbəyov  tərəfindən  iki  marş 

yazılmışdır.  Onların  hər  ikisi  ilk  dəfə 1966-cı  ildə  türk 

musiqişünası  Etem  Üngörükün  Ankarada  nəşr  etdirdiyi  “Türk 

marşları”  kitabında  çap  olunmuşdur.  Bu  əsərlərin  əlyazmasını 

bəstəkarın  qardaşı  Ceyhunbəy  Hacıbəyov  vaxtilə  Türkiyəyə 

çatdırmışdır.  Bunlardan  biri  “Azərbaycan  milli  marşı”  adlanır. 

Həmin  əsər 1919-cu  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

40

elan  etdiyi  müsabiqədə  birinci  mükafata  layiq  görülmüşdür.



1

 

Marşın  musiqisi  Üzeyir  bəy  Hacıbəyova  məxsusdur  ki,  bunu 



təsdiqləyən sənəd, yəni müəllifin əlyazması onun adını daşıyan 

ev-muzeyində saxlanılır. 

 

İkinci  marş - “Azərbaycan  marşı”  haqqında  türk  naşiri 



belə  bir  məlumat  vermişdir: “Azərbaycan  istiqlalı  qeyb 

etməzdən  öncəki  illərdə  (yəni 28 aprel 1920-ci  ilə  qədərki  illər 

nəzərdə  tutulur)  bu  marş  hər  səhər  hərbi  okullarda 

(məktəblərdə, hissələrdə) dərs başlanmazdan əvvəl oxunardı”.

2

 



 

Aydın  Əzimov  tərəfindən  böyük  xor  və  orkestr  üçün 

aranjeman edilmiş bu marş Azərbaycan Respublikasının Dövlət 

himni  kimi  qəbul  edilmişdir.  Üzeyir  bəy  Hacıbəyovun  ev-

muzeyində  saxlanılan  sənədlərdən  bəlli  olur  ki,  bu  marşın 

vaxtilə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  rəsmi  dövlət  himni 

olması ehtimalı əsassızdır. Bunu əsərin musiqisi də təsdiqləyir. 

Melodiya minor ladında yazılmış, ona təntənəli və eyni zamanda 

mürəkkəb  musiqi  dili  xasdır.  Himn  ilə  marş  arasındakı  janr 

müxtəlifliyini  dərindən  duyan,  artıq  o  dövrdə  geniş  şöhrət 

qazanmış “Leyli və Məcnun” kimi dahi əsərin müəllifi görkəmli 

bəstəkar, “Azərbaycan  marşında”  məhz  marş  janrına  məxsus 

ifadə  və  forma  xüsusiyyətlərindən  istifadə  etmişdir.  Əsərin 

musiqi  intonasiyalarında  bəstəkarın  yaradıcılığına  və  fərdi 

üslubuna xas olan parlaq milli kolorit, ahəngdarlıq, nikbinlik və 

əsil xəlqilik ruhu üstünlük təşkil edir. 

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin 1993-cü  il 2 



mart  tarixli  qərarı  ilə  Azərbaycan  Respublikası  Dövlət  himni 

haqqında Əsasnamə təsdiq edilmişdir. 

 

Milli  Məclisin 1992-ci  il 27 may  tarixli  qərarı  ilə 



musiqisi  Üzeyir  bəy  Hacıbəyovun, mətni  Əhməd  Cavadın  olan 

                                                 

1

 Азербайджан, 1919, 14 ноября. 



2

 Üzeyir bəy Hacıbəyov ensiklopediyası. Bakı, 1996, səh. 21. 




Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə