Microsoft Word Azerbaycan Respublikasinin Dovlet Remzleri doc



Yüklə 332,47 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix14.02.2018
ölçüsü332,47 Kb.
#27072
1   ...   4   5   6   7   8   9   10   11   12

Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

32

 1991-ci  ildə  öz  müstəqilliyini  bərpa  edən  Azərbaycan 



Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə 

elan  olunmuşdur.  Bu  məqsədlə  xüsusi  komissiya  tərəfindən 

müəyyən  konsepsiya  hazırlanmış,  müsabiqəyə  yüzlərlə  eskiz 

təqdim


  edilmişdi.  Təqdim  olunan  eskizlər  Milli  Məclisin 

üzvlərini qane etməmiş və məhz bu səbəbdən də vaxtilə mövcud 

olmuş gerb layihəsini bərpa etmək münasib hesab edilmişdir. 

 

Qəbul  olunmuş  Azərbaycan  Respublikasının  gerbi 



Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün 1920-ci  ildə 

yaradılmış  gerbi  layihəsinin  təkrarıdır.  Onun  kompozisiyası  ilk 

orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar – alovun 

– «Allah»  sözünün,  palıd  yarpaqları  və  sünbüllərin  təsviri 

rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 

 

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 



yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası 

Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il 

fevralın 23-də  isə  Azərbaycan  Respublikası  Dövlət  gerbi 

haqqında əsasnamə təsdiq edildi: 

 

*      * 

 * 

 



Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

33

 



 

Azərbaycan Respublikasının  

Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi 

barəsində 

 

AZƏRBAYCAN RESPUBLIKASININ 

QANUNU 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi qərara alır: 

1.  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında 

Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Hey'ətinin 1981-

ci  il 16 mart  tarixli  Fərmanı  (Azərbaycan  SSR  Ali  Sovetinin 

Məlumatı, 1981-ci  il,  №5-6,  maddə 70) ilə  təsdiq  edilmiş 

Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini 

itirmiş hesab edilsin. 

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir. 

 

Azərbaycan Respublikası Prezidenti  

Əbülfəz Elçibəy. 

 

Bakı şəhəri, 23 fevral 1993-cü il. 

№ 516. 

 

Azərbaycan Respublikasının 1993-cü il 

23 fevral tarixli Qanunu ilə  

 

t ə s d i q   e d i l m i ş d i r .  



 

*      * 




Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

34

 



Azərbaycan Respublikasının 

Dövlət gerbi haqqında 

 

Ə S A S N A M Ə 

 

 1. 


Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan 

dövlətinin müstəqilliyi rəmzidir. 

 2. 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  palıd 



budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində  yerləşən 

şərq  qalxanının  təsvirindən  ibarətdir.  Qalxanın  üstündə 

Azərbaycan  Respublikası  Dövlət  bayrağının  rəngləri  fonunda 

səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. 

 

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  rəngli 



təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər 

sarı  rəngdədir.  Qalxanın  və  ulduzun  sağanaqları,  habelə 

qalxanın düymələri və palıd qozaları qızılıdır”. 

 3. 


Azərbaycan  Respublikası  Dövlət  gerbinin  qabarıq 

təsviri vurulur: 

 

a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas 



salonuna və parlament sədrinin xidməti kabinetinə; 

 

b)  Azərbaycan  Respublikası  prezidentinin  iqamətgahına 



və xidməti kabinetinə; 

 

v)  Azərbaycan  Respublikasının  bütün  məhkəmələrinin, 



hərbi 

tribunallarının 

binalarına, 

məhkəmə 


iclaslarının 

salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, 

Ali  Məhkəməsi  və  Ali  Arbitraj  Məhkəməsi  sədrlərinin  xidməti 

kabinetlərinə; 

 

q)  yerli  nümayəndəli  dövlət  orqanlarının  binalarına  və 



iclas salonlarına; 


Азярбайъан  Республикасынын  Дювлят  рямзляри 

 

 



 

35

 



d)  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 

tutulmuş hallarda dövlət orqanlarının binalarına; 

 

e)  Azərbaycan  Respublikasının  diplomatik  və  ticarət 



nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına; 

 4. 


Azərbaycan  Respublikası  Dövlət gerbinin  təsvirindən 

istifadə olunur: 

a)  Azərbaycan  Respublikası  Dövlət  möhüründə,  bütün 

dövlət orqanlarının möhürlərində; 

b)  Azərbaycan  Respublikası  qanunlarının,  parlamentin 

qərarlarının, 

prezidentin 

fərman 


və 

sərəncamlarının 

blanklarında; 

v)  bu  əsasnamənin 3-cü  maddəsində  göstərilən  dövlət 

orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində); 

q)  Azərbaycan  Respublikası  Milli  Bankının  biletlərində 

və milli pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli 

kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində; 

d)  Azərbaycan  Respublikası  vətəndaşının  pasportunda, 

Azərbaycan  Respublikası  vətəndaşına  verilən  diplomatik  və 

başqa xarici pasportlarda; 

e)  Azərbaycan  Respublikası  parlamentinin  rəsmi 

nəşrlərində; 

ə)  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında; 

5.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsvirinin  mütləq 

vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər. 

6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan 

Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ 

Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər. 

7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan 

möhürlərin  və  sənəd  blanklarının  hazırlanması,  istifadə 

olunması,  saxlanılması  və  məhv  edilməsi  qaydası  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 



Yüklə 332,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə