Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

22 

 

Bundan  әlavә, Bank texniki yardım vә mümkün olduqda siyasi dialoq vasitәsilә 



dәstәklәnәn sәmәrәli enerji istifadәsini tәmin edә bilәcәk layihәlәrin 

maliyyәlәşdirilmәsi üçün imkanlar axtaracaq. 

 

3.2. Özәl sektorun inkişafına dәstәk göstәrilmәsi üçün davamlı maliyyә 

sektorunun inkişaf etdirilmәsi 

 

Әsas problemlәr 

 

Son illәrdәki sürәtli inkişafa baxmayaraq, maliyyә sektoru aidiyyәti üzrә kiçik olaraq 



qalır vә iqtisadiyyatın müxtәlif seqmentlәri vasitәsilә maliyyәyә çıxış mәhduddur. Bu 

problem Bakıdan kәnarda – regionlarda daha kәskin xarakter daşıyır. Ölkә әrazisindә 

vasitәçiliyi tәşviq etmәk üçün böyük vә kiçik müәssisәlәrin müştәrilәrinә xidmәt 

edәrәk maliyyә institutlarının güclәndirilmәsinә, elәcә dә Azәrbaycanın regionlarında 

özәl sektorun, xüsusilә  dә MKOM-in sәmәrәli maliyyәlәşdirilmәsinin tәmin 

olunmasına ehtiyac var. Hәmçinin zәif inkişaf etmiş yerli kapital bazarlarının vә 

qeyri-bank maliyyә sektorlarının da genişlәnmәk üçün dәstәyә ehtiyacı var. Maliyyә 

sektorunda konkret keçid problemlәrinә daxildir: 

 



 



Maliyyә vasitәçiliyi sәviyyәlәrindә  tәkmillәşdirilmә özәl sektorun sәmәrәli

düzgün istiqamәtlәnmiş  şәkildә maliyyәlәşdirilmәsi baxımından  әhәmiyyәtlidir. 

Maliyyәyә  çıxış imkanın artırılmasına tәlәb bütün ölkә  әrazisindә, xüsusilә  dә, 

orta ölçülü korporativlәr üçün, Azәrbaycanın regionlarında isә kiçik müәssisәlәr 

üçün kәskin xarakter daşıyır. Qadınlara mәxsus vә qadınlar tәrәfindәn idarә 

olunan müәssisәlәrin maliyyәyә çıxış imkanı xüsusilә dә regionlarda çox zәifdir.  

 

Maliyyә vә insan kapitalı Azәrbaycandakı bir çox banklar vә maliyyә institutları 



arasında paylaşdırılmışdır. Bu, bank sektorunda şәffaf konsolidasiyanın tәşviqi 

vasitәsilә ünvanlana bilәr. 

 

Bank sektoruna xarici girişin dәstәklәnmәsi üçün investisiya mühitindә 



tәkmillәşdirilmә  tәlәb olunur. Bu rәqabәti artıracaq, sektor üçün yeni standartlar 

yaradacaq vә daha sonra da Azәrbaycan Beynәlxalq Bankının dominantlığını 

azaldacaq. 

 



Yerli kapital bazarı  vә qeyri-bank maliyyә sektoru zәif inkişaf etmişdir. 

İstiqrazların buraxıcıları bu vaxta qәdәr çox kiçik korporativ buraxılışlarla 

maliyyә institutları  vә ya dövlәtә  mәxsus müәssisәlәr olmuşdur. Hökumәt bu 

sahәni nizamlayıcı islahatlar, treninq vә stimullarla sürәtlә inkişaf etdirmәyә 

çalışır. 

 

Bankların operativ cavabı 

 

Bank investisiya vә texniki dәstәk vasitәsi ilә regionlarda da özәl sektorun, xüsusilә 



dә kiçik vә orta müәssisәlәrin, elәcә  dә mikro vә kiçik müәssisәlәrin sәmәrәli 

maliyyәlәşdirilmәsini tәmin etmәk üçün maliyyә vasitәçiliyinin güclәndirilmәsinә 

istiqamәtlәnәcәk. 

 

Bank digәr BMİ-ları  vә donorlarla birgә  kәnd tәsәrrüfatı, kiçik vә orta ölçülü 



aqrobiznes müәssisәlәri üçün әn çox ehtiyac duyulan maliyyәnin tәmin edilmәsi 

hesabına Azәrbaycanın kәnd tәsәrrüfatı sektorunu inkişaf etdirmәk mәqsәdilә yerli 

banklar vә mikromaliyyә qurumları ilә kәnd tәsәrrüfatı maliyyәlәşdirilmәsinin inkişaf 



23 

 

etdirilmәsinin mümkünlüyünü araşdıracaq. Xüsusilә  dә, Bank Gürcüstan vә 



Tacikistandakı donorlarla hәyata keçirdiyi uğurlu әmәkdaşlığı da tәtbiq edә bilәr.  

 

Bank yerli banklar vasitәsilә Qafqaz Regionunda Enerji Effektivliyi Proqramı ilә yeni 



tәrәfdaş institutlarına tәqdim edilәcәk enerji sәmәrәliliyi üzrә investisiya layihәlәrinin 

işlәnmәsi vә tәşviq edilmәsinә istiqamәtlәnәcәk.  

 

Bank qadınlara mәxsus olan vә qadınlar tәrәfindәn idarә olunan müәssisәlәrin 



maliyyәyә  çıxışının tәkmillәşdirilmәsini hәdәfә alaraq mövcud tәrәfdaş banklarla 

әmәkdaşlığı genişlәndirәcәk vә yeni maliyyә alәtlәrinin işlәnmәsinә  vә  tәşviqinә 

dәstәk göstәrәcәkdir. 

 

Bank korporativ idarәetmәnin vә risklәrin idarә olunmasının yüksәk standartlarını 



tәşviq edәcәk, bunlar isә  rәqabәt qabiliyyәtinin artırılmasına, yeni standartların 

yaradılmasına vә banklar üçün yeni bazarların açılmasına öz töhfәlәrini verәcәk.Bu 

sahәdә konsolidasiya, elәcә dә, xarici birbaşa investisiyalar da eyni mәqsәdә xidmәt 

edәcәk vә Bank tәrәfindәn tәşviq edilmәklә yanaşı, potensial sәhm investisiyaları 

vasitәsilә dә yardım göstәrilәcәk. 

 

Bank hәdәfә alınmış Mühasibat Uçotunun Tәkmillәşdirilmәsi Proqramının hәyata 



keçirilmәsi vә AYİB bank qrupları, tәrәfdaş banklar vә Azәrbaycandakı digәr maliyyә 

institutları ilә olan әlaqәlәr hesabına maliyyәyә artan çıxış ilә KBD vasitәsi ilә 

idarәetmә  vә konsultasiya xidmәtlәrinin çatdırılması  işini tamamlanmasına nail 

olacaq. Yerli kapital bazarlarında Bank korporativ buraxıcıları (qeyri maliyyә 

institutları) korporativ istiqraz bazarına gәtirmәyә, institusional vә pәrakәndә investor 

bazasını genişlәndirmәyә nail olacaq. 

 

Siyasi dialoq vә texniki әmәkdaşlıq (TӘ) 

 

Maliyyә sektorunda siyasi dialoq bankçılıq sahәsi (sahәnin konsolidasiyası  vә 



böhrandan sonrakı ümidsiz kreditlәr barәdә  qәrar da daxil olmaqla), yerli kapital 

bazarlarının tәkmillәşdirilmәsinә istiqamәtlәnmiş siyasәt vә qeyri-bank maliyyә 

sektorunun inkişafı üzrә nizamlayıcı çәrçivәlәrdә mәrkәzlәşәcәk. 

 

Bank enerji sәmәrәliliyinin kreditlәşmәsinә nail olmaq üçün әlverişli mühit yaratmaq, 



eyni zamanda aşağı karbon istehsalı  vә tikinti üçün tәlәblәrә cavab verәcәk 

standartların yaradılması  mәqsәdilә hökumәtlә birgә  işlәyәcәk. Bank qadınların 

maliyyәyә  çıxışına tәsir göstәrәn sistematik mәsәlәlәri öyrәnmәk üçün hökumәtlә, 

QHT-lәrlә, donorlarla vә digәr BMİ-lәr ilә birgә işlәyәcәk. 

 

Bank mühüm әhәmiyyәt kәsb edәn layihәlәrdә  iştirak etmәk mәqsәdilә texniki 



әmәkdaşlıq hesabına yerli kapital bazarlarında normativ vә  әmәliyyat maneәlәrinin 

aradan qaldırılmasına çalışacaq, eyni zamanda qeyri-bank maliyyә xidmәtinin 

inkişafına diqqәtini cәmlәyәcәk. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə