Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

20 

 

 



Mikro, Kiçik vә Orta Müәssisәlәrin (MKOM) rәqabәt qabiliyyәtini artırmaq üçün 

Bank Kiçik Biznesә  Dәstәk (KBD) әmәliyyatları hesabına bazar sәviyyәsindә 

MKOM-in davamlı infrastruktur tәminatını inkişaf etdirmәklә müәssisә sәviyyәsindә 

tövsiyә vә mәslәhәtlәri kombinә edәcәk. Planlaşdırılmış әmәliyyatlar tәşkilati inkişaf, 

informasiya vә kommunikasiya texnologiyaları, marketinq vә keyfiyyәtin idarә 

olunması kimi sahәlәrdә müәssisәlәrin fәaliyyәtini tәkmillәşdirәcәk.  Әsas prioritet 

sahәlәr isә aqrobiznes vә qeyri-neft sektorunda digәr lokal istehsal sahәlәridir. Bank 

hәmçinin, regionların inkişafını, enerji effektivliyini vә qadın sahibkarlığını da tәşviq 

edәcәk.  

 

Bank, hәmçinin neft sektorundan kәnarda yerli istehsala vә emala, anbarların inşasına, 



logistikaya vә İT-yә dәstәk göstәrilmәsi üçün daha çox imkanlar yaradacaq. KBD real 

sektorda MKOM-ә tövsiyә xarakterli dәstәk vermәyә davam edәcәk. KBD-nin birgә 

yerlәşmәsi vә eyni ofisdә bank filiallarının olması  әmәkdaşlıq üçün imkanları 

artıracaq vә müştәrilәrә göstәrilәn xidmәtlәrә vahid yanaşmada aidiyyәti nәticәlәrin 

qarşısını alacaq. 

 

Növbәti strategiya mәrhәlәsindә hәyata keçirilәcәk regional yollar layihәsinin növbәti 



iki mәrhәlәsi dayanıqlı  kәnd tәsәrrüfatı sektorunun inkişaf etdirilmәsini 

asanlaşdıracaq, eyni zamanda kiçik cәmiyyәtlәrin iqtisadiyyata inteqrasiyasına şәrait 

yaradacaq, belәliklә  dә iqtisadiyyatın  şaxәlәndirilmәsini daha da tәşviq edәcәk. 

Bankın regional yolların inkişafı proqramının tәsiri şәhәr nәqliyyatına, paylaşdırma vә 

logistika sektorlarına investisiya yatırılması hesabına, bununla yanaşı, bәlәdiyyә 

xidmәtlәrinin tәmin edilmәsindә kommersiya intizamının tәqdim edilmәsi üçün 

imkanların axtarılması  vә  bәlәdiyyә kreditlәşmәsi qabiliyyәtinin tәşviqi vasitәsilә 

daha da yüksәlә bilәr. 

 

Bank enerji tәhlükәsizliyinin tәmin olunmasını yaxşılaşdıra bilәcәk enerji layihәlәrinә 



investisiyaların yatırılmasına tәkan verәrәk, enerji istehsalını güclәndirәrәk, 

rәqabәtliliyi stimullaşdıraraq, enerji mәnbәlәrini şaxәlәndirәrәk, effektivliyi artıraraq 

vә regional inteqrasiya vasitәsilә daha geniş  vә daha böyük bazarlar yaradaraq 

Davamlı Enerji Tәşәbbüsü (DET) adı altında investisiya yatırımlarını davam 

etdirәcәk.  

 

Enerji effektivliyinә yönәlmiş  fәaliyyәtinә  әlavә olaraq AYİB Davamlı Resurs 



Tәşәbbüsünü (DRT) yaradır. Bu tәşәbbüs ölkәyә resurs ilә bağlı mәsәlәlәrә (mәsәlәn, 

su vә materialların effektivliyi vә s.) istiqamәtlәnmәyә yardım göstәrәcәk. Bu istehsal 

zәncirindә әlavә dәyәr yaradacaq vә mәhsuldarlığı yüksәldәcәk, elәcә dә tullantıların 

azaldılmasını  vә belәliklә  dә  xәrclәrin vә resursların optimallaşdırılmasını  tәmin 

edәcәkdir. Ehtimal olunur ki, maliyyәlәşdirmәnin EXŞ modeli bu sektorda daha 

böyük inkişaf meyli yarada bilәr. 

 

Bu baxımdan, AYİB inkişaf üçün tәlәb olunan texniki dәstәyin tәmin edilmәsini, 



bununla yanaşı, enerji effektivliyi, resurs effektivliyi vә bәrpa olunan enerji sahәlәrinә 

gәlәcәkdә  dә investisiyaların yatırılmasına yol aça bilәcәk siyasi dialoq kanallarının 

yaradılmasını tәhlil edәcәk. 

 

AYİB 2013-cü ilin sonuna qәdәr yerli banklar vasitәsilә yenidәn kreditlәşmә hesabına 



ölkәdә Enerji Effektivliyi layihәlәrinә  dәstәk göstәrmәk mәqsәdilә Azәrbaycanda 


21 

 

Davamlı Enerji Maliyyәlәşdirilmәsi Mexanizminә başlayacaq. Enerji Effektivliyi 



kredit xәttinә artıq “Qafqaz Regionunda Enerji Effektivliyi Proqramı” çәrçivәsindә 

fәaliyyәt göstәrәn beynәlxalq vә yerli konsultantlar tәrәfindәn tәmin olunacaq pulsuz 

texniki yardım daxildir. Enerji auditlәri, treninq vә marketinq kredit paketinin bir 

hissәsini tәşkil edir; Texniki dәstәk hәmçinin ölkәdә potensialın artırılmasına dәstәk 

göstәrәcәk.  

 

Bank hәmçinin,  әsas sahәlәrdә Biznes Konsultasiya Xidmәtlәri (BKX) vә 



Müәssisәlәrin  İnkişafı Proqramı (MİP) vasitәsilә mikro, kiçik vә orta müәssisәlәrә 

dәstәk göstәrmәk üçün fәaliyyәtini güclәndirәcәk.  

 

Siyasi dialoq vә texniki әmәkdaşlıq (TӘ) 

 

Azәrbaycan hökumәti ilә siyasi dialoq bankın investisiya proqramının hәyata 



keçirilmәsi, xüsusilә  dә bank sektorunun konsolidasiyası  vә yol sahәsindәki islahat 

kontekstindә davam edәcәk. Ümumiyyәtlә Bank Bakı  vә Abşeron yarımadasının 

hüdudlarından kәnarda - regionlarda biznes mühitini yaxşılaşdırmaq üçün hökumәt, 

BMİ-lәr vә donor ilә işlәyәcәk.  

 

Bank  İqtisadiyyat vә  Sәnaye Nazirliyi vә  Mәrkәzi Bank kimi tәrәfdaşlarla birgә 



investisiya mühitinin yaxşılaşdırılması istiqamәtindә hökumәtlә konkret mәsәlәlәr 

qaldırmaq üçün investisiya layihәlәrinin cәlb olunmasına, Biznes Konsultasiya 

Xidmәtlәri (BKX) vә Müәssisәlәrin  İnkişafı Proqramı (MİP) tәcrübәlәrinә davam 

edәcәk. Bank Kiçik Biznesә  Dәstәk (KBD) vasitәsi ilә dövlәt/özәl dialoqun 

asanlaşdırılması  vә yerli tәşkilati inkişafın dәstәklәnmәsi ilә kiçik vә orta ölçülü 

müәssisәlәr üçün dayanıqlı vә әlverişli ekologiyanın inkişafına töhfә vermәyә davam 

edәcәk.  

 

İqtisadiyyat vә  Sәnaye Nazirliyi yüksәk korporativ idarәetmә  vә  şәffaflıq 



standartlarını  tәqdim etmәklә AYİB-in dәstәyini xahiş etmişdir. Regiondakı digәr 

dövlәtlәrin tәcrübәsini cәlb etmәklә Bank investisiya mühitinin yaxşılaşdırılması 

proqramının hazırlanması ilә bağlı Azәrbaycanın hakimiyyәt strukturları, yerli vә 

beynәlxalq investorlar vә digәr tәrәfdaşlarla birgә  işlәyәcәk. Proqram real sektorda 

şәffaflığın vә BKX, MİP, BİM, BKM vә OBMM-in benefisiarlarının da daxil olduğu 

müştәri qruplarının artırılması üçün praktiki, layihә yönümlü müdaxilәlәrә 

istiqamәtlәnәcәk. Bank BMİ-lәr vә hökumәt tәşәbbüslәrinә imkan yaradaraq müәyyәn 

bizneslәrә 

dәstәk göstәrәcәk. Siyasi dialoq korporativ idarәetmәnin 

tәkmillәşdirilmәsinә, hökumәt vә korporativ sektor arasında dialoqun yüksәldilmәsinә 

vә biznes mühitinin imkan verdiyi halda kiçik vә orta müәssisәlәrin müştәrilәrinin 

maliyyә auditindәn keçmәsinә yönәlәcәk. 

 

Biznes mühitindә davamlı  vә gözlә görülә bilәn, real inkişafa  әsaslanaraq Bank 



birbaşa xarici investisiyaların cәlb edilmәsindә hökumәt tәrәfdaşlarına kömәklik 

göstәrәcәk. Bu iqtisadiyyatın yeni sektorlarında texnoloji transfer, sәmәrәlilik vә 

mәhsuldarlıq, idarәçiliyin tәkmillәşdirilmәsi vә şәffaflığın genişlәndirilmәsi mәqsәdi 

ilә aqrobiznes, istehsal vә qeyri-bank maliyyә xidmәtlәri dә daxil olmaqla әsas 

sektorlara yönәldilәcәk. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə