Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

32 

 

AİB 

 

2013-cü ilin avqust ayında Avropa İnvestisiya Bankı Azәrbaycan hökumәti ilә 



investisiya fәaliyyәtlәrinin başlanılması üzrә  Çәrçivә Müqavilәsi imzaladı. AİB 

“Azәrenerji”nin AYİB-in ayırdığı kreditlәr hesabına reabilitasiya olunmuş “Azdres” 

istilik elektrik stansiyasından AYİB-AİB Çoxtәrәfli Karbon Kreditlәri Fondu (ÇKKF) 

vasitәsilә karbon kreditlәri almaqla AYİB vasitәsilә enerji sektoruna aid olan 

layihәlәrdәn birindә iştiraka cәlb olunmuşdur. 

 

 




33 

 

ӘLAVӘ 1 - SİYASİ QİYMӘTLӘNDİRMӘ 

 

Azәrbaycan Bankın tәsis edilmәsi haqqında Sazişin 1-ci Maddәsindә nәzәrdә tutulan 



çoxpartiyalı demokratiya, plüralizm vә bazar iqtisadiyyatı prinsiplәrinә tәrәfdar çıxır. 

Bu prinsiplәrin daha davamlı  şәkildә  tәtbiq olunması siyasi mәsuliyyәtliliyi artıra, 

qanunun aliliyini güclәndirә vә ölkәnin digәr problemlәrini hәll etmәsinә yardım edә 

bilәr. 


 

Strategiya dövründә ölkәnin siyasi sistemi xüsusi diqqәtin prezidentlik üzәrindә 

cәmlәşdirilmәsi ilә  mәrkәzlәşdirilmiş  şәkildә  fәaliyyәt göstәrmәyә davam etdi. 

Müxalifәt partiyaları da daxil olmaqla ölkәdә çoxlu siyasi partiyalar vardır vә ölkә 

mükәmmәl siyasi plüralizm formalaşdırma cәhdlәrini davam etdirir. Mәhkәmә  vә 

qanunverici hakimiyyәt güclü icraedici hakimiyyәti kifayәt qәdәr balanslaşdıra bilmir. 

Hakimiyyәt strukturları tәrәfindәn dә qәbul olunduğu kimi, korrupsiya ciddi problem 

olaraq qalır vә korrupsiya ilә mübarizә onlar üçün әsas mәsәlә olaraq qalır. 

 

ATӘT-in beynәlxalq müşahidәçilәrinә görә, 2010-cu ildә keçirilmiş son parlament 



seçkilәri sakit mühitdә vә müxalifәt partiyalarının iştirakı ilә tәşkil olunsa da ATӘT-

in demokratik seçkilәrlә bağlı bir sıra standartlarına cavab vermәmişdir. Növbәti 

Prezident seçkilәri 2013-cü ilin oktyabr ayında keçirilәcәk vә ATӘT-in Demokratik 

qurumlar vә insan hüquqları idarәsinin müşahidә missiyası  tәrәfindәn müşahidә 

olunacaq. 

 

Ermәnistanla olan Dağlıq Qarabağ münaqişәsi Fransa, Rusiya vә Amerika Birlәşmiş 



Ştatlarının hәmsәdri olduğu ATӘT-in Minsk Qrupu tәrәfindәn beynәlxalq vasitәçilik 

sәylәrinә baxmayaraq hәlә dә hәll olunmamışdır. 

 

BMT-nin, ATӘT-in vә Avropa Şurasının üzvü olan Azәrbaycan ona verilmiş bir sıra 



öhdәliklәrә әmәl etmәyi öz üzәrinә götürmüşdür. Ölkәnin bu öhdәliklәrә әmәl etmәsi 

müvafiq qurumlar tәrәfindәn sistematik şәkildә müşahidә olunur vә 

qiymәtlәndirmәnin әsasını tәşkil edәn inkişaf vә seçki müşahidәçiliyi hesabatlarında 

dәrc olunur. Azәrbaycan qanunlarının Avropa Şurası standartları ilә uyğunluq 

sәviyyәsinin qiymәtlәndirilmәsi üçün Demokratiya üzrә Avropa Komissiyasının 

Qanunla (Venesiya Komissiyası) apardığı hüquqi yoxlamalardan istifadә olunmuşdur. 

 

Azәrbaycanın Avropa Şurasında üzvlüyü Avropa Qonşuluq Siyasәti üzrә  Tәdbirlәr 



Planı ilә ölkә üzәrinә qoyulmuş öhdәliklәr Azәrbaycanı Avropa demokratik 

dәyәrlәrinә olan öhdәliklәrini nümayiş etdirmәyә imkan yaradan platforma ilә tәmin 

edir vә ölkәnin hüquqi çәrçivәsini Avropa standartları ilә uzlaşdırır. 2013-cü il, 20 

mart tarixindә dәrc edilmiş sonuncu AQS inkişaf hesabatında bildirilirdi ki, “keçmişә 

nisbәtәn inkişafın  әldә olunmasına baxmayaraq, Azәrbaycanın mәhkәmә sisteminin 

müstәqilliyi, insan haqları vә fundamental azadlıqlar,seçki proseslәri dә daxil olmaqla 

demokratiya ilә bağlı öhdәliklәri tәmin etmәk üçün cәhdlәrini davam etdirmәsinә 

ehtiyac var”.

4

 

                                                 



İnkişaf ünsürlәri “İnsan Hüquqları üzrә Tәdbirlәr Planı, davamlı mәhkәmә islahatı vә dağıntı vә 

mәcburi köçürmә probleminә ünvanlanan bir sıra tәdbirlәrin icrasına başlanması” kimi 

müәyyәnlәşdirilmişdir, AQS Ölkәlәrinin Әldә Olunmuş Nәticәlәr Barәdә 2012-ci il Hesabatı – 

Azәrbaycan, Brüssel, 20 mart 2013-cü il, Memorandum, Avropa Komissiyası, sәh. 4

 

4



AQS Ölkәlәrinin Әldә Olunmuş Nәticәlәr Barәdә 2012-ci il Hesabatı – Azәrbaycan, Brüssel, 20 mart, 

2013-cü il, Memorandum, Avropa Komissiyası, sәh.1

 



34 

 

 



Bununla yanaşı, digәr müşahidәlәr mülki vә siyasi hüquqlar sahәsindә beynәlxalq 

müqavilәlәrlә götürülmüş öhdәliklәrin davamlı olaraq hәyata keçirilmәsi, mәhkәmә 

hakimiyyәtinin müstәqilliyi, diffamasiyanın dekriminallaşdırılması, fikir azadlığı, 

toplaşmaq azadlığı kimi sahәlәrin inkişaf etdirilmәsinә ehtiyac duyulduğunu 

bildirmişlәr. 

 

Nümayәndәli vә mәsul hökumәt 

 

Azad, әdalәtli vә rәqabәtli seçkilәr 

 

Konstitusiya universal sәsvermә hüququ ilә hökumәtin demokratikliyini tәmin edir. 



Ümumi seçkilәr müntәzәm olaraq keçirilir. 

 

Azәrbaycanın 1991-ci ildә müstәqillik  әldә etmәsindәn indiyә  qәdәr beynәlxalq 



müşahidәçi missiyalar Avropa İnsan Haqları  Mәhkәmәsinin 2005-ci ildә keçirilmiş 

parlament seçkilәri üzrә 35 işdәn 7 iş barәdә verdiyi qәrarlarla da tәsdiq olunduğu 

kimi ölkәnin seçki proseslәrindә qüsurlar aşkarlamışlar. 2010-cu ildә keçirilәn 

parlament sәs vermәsi ilә bağlı qaldırılan mәsәlәlәr hәlә  dә  mәhkәmәdәdir. 

Mәhkәmәnin mühakimәsinә verilmiş qüsurlar seçki komissiyasının tәşkili, 

namizәdlәrin qeydiyyatdan keçmәsi vә  şikayәt vә müraciәt prosedurları ilә bağlı 

olmuşdur.

5

 



 

2010-cu ildә keçirilmiş Parlament seçkilәri ATӘT-in Demokratik qurumlar vә insan 

hüquqları üzrә idarәsi tәrәfindәn müşahidә edilmişdir. ATӘT-in Demokratik qurumlar 

vә insan hüquqları üzrә idarәsinin Seçki Müşahidәsi Missiyasının son hesabatına 

әsasәn, seçkilәr bütün müxalifәt partiyalarının iştirak etmәsi vә sakit atmosferdә 

keçirilmәsi ilә xarakterizә edilsә  dә, “bu seçkilәrin keçirilmәsi ümumilikdә ölkәnin 

demokratik inkişafında mühüm әhәmiyyәt kәsb edәn nәticәlәrin  әldә olunması 

baxımından kifayәt etmirdi” vә “Ümumilikdә bu seçkilәr Azәrbaycanın yerli 

qanunvericiliyinin mühüm elementlәri vә ATӘT-in verdiyi bir sıra öhdәliklәrin 

tәlәblәrinә cavab vermirdi”.

6

 

 



Azәrbaycanda Parlament seçkilәri majoritar sistem әsasında keçirilirdi, Milli Mәclis 

üzvlәri 5 illik dövr üçün 125 tәk mandatlı seçki dairәlәri üzrә seçilirdi. Seçkilәr üçün 

әsas qanunvericilik Konstitusiyadan vә Seçki Mәcәllәsindәn (sonuncu dәfә 2010-cu 

ildә  dәyişikliklәr edilmişdir) ibarәtdir. Bu istiqamәtdә hüquqi çәrçivәyә  hәmçinin, 

Sәrbәst Toplaşmaq haqqında Qanun (2008), Radio vә Televiziya Yayımları haqqında 

Qanun, Mülki Mәcәllә, elәcә  dә Cinayәt Mәcәllәsinin vә  İnzibati Xәtalar 

Mәcәllәsinin uyğun maddәlәri daxildir

7

.  



 

Qәbul edilmәsindәn bu vaxta qәdәr Seçki Mәcәllәsinә bir neçә  dәfә  dәyişikliklәr 

edilmişdir. Seçki Mәcәllәsinә 2010-cu ilin iyun ayında edilmiş son dәyişikliklәrlә 

rәsmi kampaniya müddәti qısaldılmış, belәliklә  dә namizәdlәrin tәşviqat üçün 

                                                 

5

 Azәrbaycan tәrәfindәn öhdәliklәrin vә tәәhhüdlәrin yerinә yetirilmәsi, Avropa Şurası Parlament 



Assambleyasının Qәtnamәsi 1917 (2013), sәh.2

 

6



ATӘT/DTİHB/SMM 2010-cu il Parlament Seçkilәri, Yekun Hesabat, sәh.2

 

7



Beynәlxalq Seçkilәri Müşahidә Missiyası, Azәrbaycan Respublikası – Prezident Seçkilәri, 9 oktyabr 

2013-cü il, İlkin aşkar edilmiş faktlar vә nәticәlәr, sәh.1.

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə