Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   20   21   22   23   24   25   26   27   28

48 

 

Aktivlәr/ÜDM 2011-ci ildә aşağı düşdükdәn sonra bәrpa oldu, lakin әmanәtlәr aşağı 



sәviyyәdә qalmaqdadır vә 10 faiz vә daha yüksәk tariflә bahalı sayılır. Maliyyә 

vasitәçiliyi nәticәdә  mәhdudlaşmışdır vә qeyri-әmanәt vәsaitlәrindәn asılıdır.  

Әmanәtlәrin 45 %-i xarici valyutada denominasiya edilir ki, bu da yerli valyutanı 

qiymәti müәyyәn olunmamış riskli hadisәdәn asılı edәn valyuta mәzәnnәsinә yönәlәn 

makroiqtisadi siyasәtlәrin bir hissәsi hesab olunur. Yüksәk valyuta mәzәnnәsi 

çevikliyi vә faiz dәrәcәsinә  әsaslanan pul siyasәti çәrçivәsinә doğru irәlilәyiş 

mәhdudlaşmışdır. 

 

Banklara rәhbәrlik son on illik әrzindә yaxşılaşmışdır vә inkişafı davam edir. Banklar 



vә Bankçılıq Fәaliyyәti haqqında Qanun vә Azәrbaycanın Mәrkәzi Bankı haqqında 

Qanun - hәr ikisi BMK kömәyi ilә hazırlanmışdır - müvafiq olaraq 2004 vә 2005-ci 

illәrdә  qәbul edilmişdir. Sektor inkişaf etdikcә, mәrkәzi bank özünün prudensial 

qaydalarını  sәrtlәşdirir. AMB mümkün sistemli tәhlükәlәri müәyyәn etmәk üçün 

makro-prudensial şәbәkә tәşkil etmişdir. AMB makroprudensial qaydalar, o cümlәdәn 

maliyyә vasitәsi vә xarici valyuta әmanәtlәri üzrә ehtiyat tәlәblәrinin artırılması 

qaydalarını  tәtbiq etmişdir. 2012-ci il sentyabr ayında minimum kapital tәlәbi 10 

milyon AZN-dan 50 milyon AZN-a artırıldı. 2009-cu ildә Azәrbaycanda Mәrkәzi 

Bankın dәstәyi ilә Azәrbaycanda Risk Peşәkarları Assosiasiyası yaradılmışdır. 

 

Sığorta vә digәr maliyyә xidmәtlәri 

Bazar strukturu: Böyük 

Bazar institutları: Orta 

 

Әsas problemlәr: (i) sığorta sektorunda dövlәtin rolunun azaldılması; (ii) sığorta 

sәnayesindә mәhsul çeşidi vә bacarıqların artırılması; (iii) lizinq vә ipotekaların 

verilmәsinin artırılması 

 

Azәrbaycanın sığorta sektoru kiçik hesab olunur vә 2012-ci ildә sığortaçıların ümumi 



sığorta mükafatı ÜDM-nin 0,46 %-i ilә müqayisәdә 0,6% tәşkil etmişdir ki, bu da 

sığorta mükafatının 213 milyon AZN-dan 343 milyon AZN-a qәdәr artırmışdır (61 

faiz artım). Onların әksәriyyәti (89%) qeyri-hәyat sığortası hesab olunur vә ancaq 3 

şirkәt hәyat sığortası  tәklif edir. 2012-ci ildә  sığortanın sürәtlә artması 2011-ci ildә 

qüvvәyә minmiş  mәcburi avtomobil sığortası  vә daşınmaz  әmlakın mәsuliyyәt 

sığortası üzrә qanunlarla әlaqәli idi. Belә sürәtli artım 2013-cü ilin birinci yarısına 

qәdәr davam edәrәk yarım il әrzindә 17 faiz tәşkil etdi.  

 

Ölkәdә 28 rәqabәt aparan şirkәt olsa da bu şirkәtlәrin әksәriyyәti kiçikdir vә üç әsas 



şirkәt bazarın 38 faizini tәmsil edir. Dövlәt  şirkәtlәri ancaq bazarın 14 faizini tәşkil 

edir; dövlәtlә әlaqәdar şirkәtlәr (dövlәtә, nazirliklәrә vә әlaqәdar tәrәflәrә mәxsus) 77 

faiz tәşkil edir. Sektor bir xarici strategiya cәlb etmişdir:  2010-cu ilin payızında AXA 

AYİB-dәn (30%) vә  әsas sәhmdardan (21%) yerli sığortaçının nәzarәt paketini 

almışdır. AXA bazar payı 5 faizdir. 2013-cü ilin әvvәlindә yerli sığortaçıların 

birlәşmiş kapitalında xarici sahiblik hәddi 10 faizdәn 30 faizә qaldırıldı ki, bu da 

xarici iştirakçılar üçün bazarı aça bilәr.  

 

Sığorta qanunvericiliyi vә tәnzimlәnmәsi tәtbiq olunur vә qüvvәdәdir ki, bu da özünü 



tәlәb olunan minimum standartlara cavab vermәyәn  şirkәtlәrin lisenziyalarının lәğv 

olunması ilә göstәrmişdir. Buna baxmayaraq, onlar qeyri-adekvatdır.  

 



49 

 

Ölkәdә özәl pensiya fondları  fәaliyyәt göstәrmir vә lizinq sektoru hәm bazara daxil 



olma, hәm dә nizamlayıcı  çәrçivә baxımından öz inkişafının lap ilkin 

mәrhәlәsindәdir. Lizinq portfeli ÜDM-nin faiz göstәricisi ilә 0,4% tәşkil edir (2011-ci 

ilin sonuna olan mәlumat).  İpoteka verilmәsi çox aşağı  sәviyyәdәdir. ÜDM-in 0.4 

faizini tәşkil etmәklә bölgәdә әn aşağı dәrәcә hesab olunur. 

 

Mikro, Kiçik vә Orta müәssisәlәr 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) lizinq vә  mәhsul inkişafı üzrә hüquqi çәrçivәnin 

tәkmillәşdirilmәsi ilә banklar vә digәr maliyyә institutları  tәrәfindәn KOM-lәr üzrә 

maliyyә alәtlәrinin mümkünlüyünün genişlәndirilmәsi; (ii) sәhm kapitalının 

tәkmillәşdirilmәsi üçün korporativ idarәetmәnin inkişaf etdirilmәsi, inzibati 

prosedurların vә qaydaların azaldılması; (iii) mәrkәzi girov reyestri vә özәl qurumun 

yaradılması  vә kreditor hüquqlarının hәyata keçirilmәsi ilә hüquqi vә nizamlayıcı 

çәrçivәnin inkişaf etdirilmәsi 

 

2012-ci ilin sonunda özәl sektora ayrılan kreditin ümumi mәblәğinin yalnız ÜDM-nin 



21,1 %-dәn ibarәt olması KOM-ların maliyyә vasitәlәrini  әldә etmәsini 

mәhdudlaşdırır. KOM-a ayrılan kreditlәrin sayı artırılsa da 2012-ci ilin sonuna bu 

rәqәmin 30 faiz hüdudlarında olması ehtimal edilirdi. Son illәr  әrzindә KOM-un 

maliyyә vәsaitlәrindәn istifadә etmә imkanı ilә bağlı regional ayrı-seçkilik azaldılmış, 

paytaxtdan kәnar bölgәlәrdә KOM kredit portfeli hәm iri, hәm dә kiçik banklarda 

artmışdır (2012-ci ilin sonuna iri bankların portfelinin 20 faizi, kiçik vә orta sәviyyәli 

bankların 20-30 faizi). Bununla belә, MKOM sektorunda әsas problemlәr MKOM-un 

maliyyәlәşdirilmәsinin cәlbediciliyinin nümayiş etdirilmәsi vә yerli kredit 

mütәxәssislәrinin bacarığının artırılmasıdır. Mikromaliyyәlәşdirmәnin inkişafı 

Azәrbaycanda MKOM-ların önә çәkilmәsinin әsas komponenti hesab olunur. Qeyri-

neft sektorunda biznes mühiti aşağı  sәviyyәdәdir vә xüsusәn dә MKOM-lar 

bürokratik  әngәllәr vә korrupsiyanın yüksәk hәddindәn  әziyyәt çәkir. Sәviyyә  aşağı 

(16%) olsa belә hüquqi çәrçivә daşınmaz  әmlakın kadastrı  vә torpağın qeydiyyatı, 

elәcә  dә dövlәt kreditlәri üzrә informasiya sistemi baxımından inkişaf etmişdir. 

Girovun asan izah olunmasının hәyata keçirilmәsi, daşınar  әmlak üzrә qeydiyyat 

sistemi vә kreditorların hüquqlarının tәmin olunması MKOM-lar üçün maliyyә 

vasitәlәrinin әldә olunmasının yaxşılaşmasına töhfә verәcәk. 

 

Özәl kapital 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 



 

Әsas mәsәlә Regional fondlarla daxili özәl kapital sәrmayәsi üzrә daha cәlbedici 

olması üçün biznes mühiti vә korporativ idarәetmәnin tәkmillәşdirilmәsi vә davamlı 

yerli özәl kapital fondlarının yaradılması 

 

Kommersiya özәl aktiv sektoru hәlә dә yaradılma mәrhәlәsindәdir vә bu günә qәdәr 

ölkәyә mühüm beynәlxalq özәl aktiv fondlarının marağı cәlb olunmamışdır. Yalnız üç 

regional fond meneceri Azәrbaycanı siyahıya daxil etmişdir vә onlardan ancaq ikisi 

Azәrbaycanı  nәzәrdә tutulmuş ölkә kimi deyil, daha geniş bölgә  hәcmi kimi tәyin 

etmişlәr. Bunlar inkişaf kapitalını vә problemlәri әhatә edir, aralıq maliyyәlәşdirmә, 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə