Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   20   21   22   23   24   25   26   27   28

54 

 

Konsessiyalar/İÖӘ 

 

Azәrbaycanın İÖӘ vә ya konsessiyalardan bәhs edәn xüsusi bir qanunu mövcud deyil. 



Mülki Mәcәllә  vә Xarici İnvestisiyaların Qorunması haqqında Qanun imtiyazları 

tanısa da onlardan heç biri İÖӘ/İmtiyaz anlayışını şamil etmir. Xarici İnvestisiyaların 

Qorunması haqqında Qanunda imtiyazlarla bağlı yalnız bir maddә öz әksini tapır. 

Buna baxmayaraq, bu qanun tәbii sәrvәtlәr sektoru üzrә konsessiyalara qәdәr vә xarici 

investorlara tәtbiq olunmasında mәhdudlaşdırılır. Bundan başqa, konsessiyalar 

icazәlәr kimi başa düşülür,  әsasәn mәdәnçilik sahәsindә inzibati prosedurlara aid 

olunur vә ictimai işlәr vә ya xidmәtlәr üzrә müasir imtiyazlar anlayışını özündә әks 

etdirmir. Özәllәşdirmәni әhatә edәn sektor qanunları vә digәr aktlar dә konsessiyaları 

tәnzimlәmir. Dövlәt Satınalmaları üzrә 2001-ci il Qanunu ictimai satınalma, ictimai 

satınalma prosedurlarının tәşkili vә qaydaları, elәcә  dә podratçının seçilmәsi vә 

şikayәt prosedurları üzrә әsas yaradır. Bu qanun hәlә dә İÖӘ üzrә sakitdir. 

 

Dövlәt müәssisәlәrinin (obyektlәrin) müqavilә  әsasında idarәetmәyә ötürülmәsindәn 



bәhs edәn 1996-cı il әsasnamәlәri gәlәcәk özәllәşdirmәnin hazırlanması kimi 

idarәetmә müqavilәlәri  әsasında müәyyәn dövlәt müәssisәlәrindәn (infrastruktur) 

istifadә hüququnun ötürülmәsini tәnzimlәyir. Bu müqavilәlәr rәqabәt  әsasında 

bağlanır. 

 

Ölkәnin hazırkı qanunları xarici sәrmayә formasında istehsal bölgüsü razılaşmalarına 



yönәlir, yerli investorlara qarşı ayrı-seçkilik edir, әslindә köhnәlmiş hesab olunur vә 

Respublikanın dinamik inkişaf edәn iqtisadiyyatına xidmәt etmir. 

 

Yekun olaraq, Azәrbaycan AYİB regionunda hәlә dә İÖӘ üzrә hüquqi çәrçivәsi vә ya 



müasir növ imtiyazları olmayan әn az ölkәlәrdәndir. 

 



55 

 

ӘLAVӘ 4 – KİÇİK BİZNESӘ DӘSTӘK 

 

Bank dayanıqlı mikro, kiçik vә orta müәssisәlәrdә (MKOM) dәyişikliyin  әldә 



olunması  vә yerli biznes mәslәhәt xidmәtlәrinin davamlı infrastrukturunun inkişaf 

etdirilmәsinә töhfә verilmәsinә yönәldilәn Kiçik Biznesә  Dәstәk  әmәliyyatları ilә 

iqtisadi keçidә  dәstәk göstәrir. KBX әmәliyyatları iki tamamlayıcı proqramdan – 

әvvәllәr Müәssisәlәrin Yaxşılaşdırılması Proqramı kimi tanınan Müәssisәlәrin İnkişafı 

Proqramı (MİP) vә Biznes Mәslәhәt Xidmәtlәrindәn ibarәtdir. 

 

Azәrbaycanda әvvәlki KBX tәcrübәsi 

 

1998-ci ildә başlanmasından bәri  Azәrbaycanda MİP-nin icrası üzrә donorlar 



tәrәfindәn 2,68 milyon Avro maliyyәlәşdirmә  hәyata keçirilmişdir. Bu vәsaitin 39 

min avro mәblәği müәssisәlәrin xәrc bölgüsü üzrә reallaşmışdır MİP әmәliyyatlarının 

әn böyük donorları AYİB Sәhmdarlarının Xüsusi Fondu vә  Aİ olmuşdur. MİP 42 

layihә yerinә yetirmişdir ki, onlardan da 12-si hәlә  dә icradadır, 8-i isә  lәğv 

olunmuşdur. Satış  vә marketinq sistemlәrinin, elәcә  dә  tәşkilat vә idarәetmәnin 

yaxşılaşdırılmasına yönәldilәn layihәlәr hәyata keçirilәn layihәlәr arasında  әn geniş 

yayılanı olmuşdur. Bu layihәlәr müxtәlif sәnaye sektorları üzrә  hәyata keçirilmiş, 

onlardan әn çox yayılanı aqrobiznes, RİT vә inşaat sektorları olmuşdur. Bugünә qәdәr 

hәyata keçirilәn layihәlәrdәn 26-sı  dәyәrlәndirilmiş, onların 50%-i “çox uğurlu”, 

yerdә qalanı isә “uğurlu” layihә kimi qiymәtlәndirilmişdir. Yardım göstәrilәn 

müәssisәlәrdәn 59%-i dövriyyәdә, 82%-i vergidәn  әvvәlki mәnfәәtdә, 58%-i isә 

mәşğulluqda artım olduğunu bildirmişdir. Bu müәssisәlәrin 59%-i MİP-dәn sonra 

mәhsuldarlığın artımı, 78%-i isә  gәlir marjasında artım olduğu ilә bağlı  mәlumat 

vermişdir. MİP orta hesabla 375 işçini özündә birlәşdirәn orta ölçülü müәssisәlәrә 

yardım edir. 

 

Başlandıqdan bu yana BMX Azәrbaycan donor maliyyәlәşdirilmәsindәn ümumilikdә 



5 milyon Avro vәsait  әldә etmişdir. Bunun 2,7 milyon Avro mәblәği korporativ 

müştәrilәr tәrәfindәn hәyata keçirilmişdir. 2013-cü ilin may ayının sonuna BMX 116 

mәslәhәtçi ilә MKOM-lәrlә birlikdә ümumilikdә 712 layihә öhdәliyә götürmüşdür 

BMX kiçik müәssisәlәrә  dәstәk göstәrir vә layihәlәrin 84%-i 50-dәn az işçisi olan 

müәssisәlәrdә  hәyata keçirilir. Bazar göstәricilәrinin yaxşılaşdırılması, idarәetmәnin 

effektivliyi vә keyfiyyәtli idarәetmәyә yönәlәn layihәlәr Azәrbaycanda hәyata 

keçirilәn layihәlәr arasında әn çox yayılan layihәlәr olmuşdur. Müәssisәlәrin sәnaye 

üzrә yayılması geniş olmuş, aqrobiznes, topdan vә pәrakәndә satış bölgüsü vә inşaat 

әn çox yayılmış sektorlar arasında olmuşdur. Azәrbaycanda 619 layihә 

dәyәrlәndirilmiş, onların 74%-i uğurlu vә ya çox uğurlu layihә kimi 

qiymәtlәndirilmişdir. BMX isә dәstәklәnәn müәssisәlәrin 77 %-i dövriyyәdә, 63 %-i 

isә işçi qüvvәlәrindә artımla bağlı mәlumat vermişdir. BMX bununla 2200-dәn artıq 

iş yerinin açılmasına şәrait yaratmış oldu. Bundan әlavә, BMX-nin sifarişçi şirkәtlәri 

orta hesabla 1 milyon Avro mәblәğindә maliyyәlәşdirmә әldә etmişdir. Layihәlәrdәn 

başqa, BMX mәslәhәt xidmәtlәri üzrә tәlәblәrin artırılmasına yönәlәn bazarın inkişafı 

üzrә xidmәtlәr (görünüş  vә yayılma tәdbirlәri ilә), elәcә  dә  mәslәhәt xidmәtlәrinin 

keyfiyyәtinin artırılması  işlәrini görmüşdür (yerli mәslәhәtçilәrin treninq proqramı 

ilә) ki, bu da yardım edilәn müәssisәlәrin 68 %-nin öz hesablarına mәslәhәtçilәrdәn 

istifadә etmәsi ilә nәticәlәnmişdir. 

 



56 

 

Sektorlararası  mәsәlәlәrә  gәldikdә BMX әsas diqqәti gender mәsәlәlәri vә  kәnd 



yerlәrinin inkişafının yaxşılaşdırılmasına yönәltmişdir. Bu layihәlәrin 32%-dәn çoxu 

Bakıdan kәnarda yerlәşmişdir. 2011-ci ildә Erkәn Keçid Dövrü Yaşayan Ölkәlәr 

(ETC) üzrә potensial AYİB investisiyalarının yatırılması  mәqsәdilә müәssisәlәrin 

maliyyә idarәçiliyi tәcrübәlәrinin vә standartlarının artırılması üçün BMX son illәrdә 

tәqdim olunmuş ETC-dә Mühasibat Uçotunun İnkişafı Proqramını icra etmәyә 

başlamış  vә indiyә kimi 5 layihә  hәyata keçirilmişdir. BMX eyni zamanda KBİA 

tәrәfindәn maliyyәlәşdirilәn xüsusi Qadın Biznes Proqramı hәyata keçirmiş vә burada 

mәqsәd qadın sahibkarların mәslәhәt xidmәtlәri vә treninqlәr yolu ilә öz bizneslәrini 

inkişaf etdirmәlәrinә yardım edilmәsindәn ibarәt olmuşdur. 

 

Azәrbaycanda MKOM vә Konsultasiya sektoru 

 

MKOM sektoru vә biznes mühiti 

 

Son onillikdә Azәrbaycan iqtisadiyyatı sürәtlә inkişaf etmiş, o cümlәdәn, MKOM 



sektoru da genişlәnmişdir.  İqtisadi inkişafın  әksәr hissәsi neft vә qaz sektorunun 

hesabına mümkün olmuş vә qeyri-neft sektoru yalnız son zamanlar iqtisadiyyatın әsas 

hәrәkәtverici qüvvәsi ola bilmişdir.  

MKOM sektoru Azәrbaycanda hәlә dә yaxşı inkişaf etmәmişdir. 2011-ci ildә qeydә 

alınmış  fәrdi sahibkarların sayı 364581, qeydә alınmış kiçik müәssisәlәrin sayı isә 

60223 olmuşdur, lakin fәrdi sahibkarların yalnız 50 %-i, kiçik şirkәtlәrin isә 60 %-dәn 

bir qәdәr artıq hissәsi aktiv sahibkarlar kimi qiymәtlәndirilmişdir.

21

 MKOM-lәrin sayı 



Azәrbaycanda fәaliyyәt göstәrәn hüquqi şәxslәrin ümumi sayının 80%-dәn artıq 

olmasına baxmayaraq ümumi dәyәrdә  vә  mәşğulluqda onların payı  hәlә  dә çox 

kiçikdir. Rәsmi rәqәmlәr göstәrir ki, kiçik müәssisәlәr ÜDM-nin 2 %-dәn az hissәsini 

ianә verir vә ölkәnin işçi qüvvәsinin yalnız 6%-i işә götürür ki, bu da digәr keçid 

iqtisadiyyatlarından çox aşağıdır.

22

 MKOM-lәrin  әksәriyyәti aşağı  әlavә  dәyәrli 



fәaliyyәtlәrә, mәs. ticarәt, kәnd tәsәrrüfatı, tikinti vә xidmәtә  cәlb olunur vә qeydә 

alınmış şirkәtlәrin tәqribәn yarısı Bakıda yerlәşir. 

 

MKOM sektoru üzrә biznes mühiti daha da inkişaf etdirilmәlidir. Sektor satış artımı, 



ixrac, istehsalın keyfiyyәti vә biznes tәcrübәsi baxımından problemlәrlә üzlәşir. 

Dünya bankının 2013-cü il üzrә biznes hesabatında ölkә 185 ölkә arasında 67-ci yerdә 

qәrarlaşır. Azәrbaycan biznesin başlanması  vә  әmlakın qeydiyyatı üzrә nisbәtәn 

yüksәk göstәriciyә malikdir vә vergi ödәnişi vә müflis olma problemlәrinin hәll 

olunmasında bir sıra irәlilәyişlәr özünü göstәrir. Buna baxmayaraq, tikintiyә icazә 

verilmәsi vә  sәrhәd ticarәti özәl sektorun inkişafında  әsas problemlәr hesab olunur. 

2012-2013-cü illәr üzrә Qlobal Rәqabәtlilik Hesabatında - 4.41 әsasında Azәrbaycan 

bazarın effektivlik göstәricisinә görә 144 ölkә arasında 46-cı yer tutur. 

 

Digәr bir mәsәlә maliyyә vasitәlәrinin әldә olunmasının qeyri-qәnaәtbәxş olmasıdır. 



MKOM-lәrin  әksәriyyәti xüsusәn ilk mәrhәlәlәrdә maliyyә vasitәlәrini  әldә edә 

bilmir. Azәrbaycanda MKOM sektoruna xidmәt üçün istifadә olunan müxtәlif 

maliyyә vasitәlәrinin sayı çox mәhduddur vә kredit bürosunun olmaması bankların 

kiçik müәssisәlәri kreditlәşdirmәsinә imkan vermir 

                                                 

21

İӘİT vә s. (2012), “Kiçik Sahibkarlıq Haqqında Qanun üzrә ölkә profili: Azәrbaycan” SME Siyasi 



İndeksi  Şәrq Tәrәfdaşlığı Ölkәlәri 2012: Avropada Kiçik Sahibkarlıq Haqqında Qanunun Hәyata 

Keçirilmәsinin Gedişi, İӘİT-nin Nәşriyyatı.

 

22

Dövlәt Statistika Komitәsi vә İqtisadi İnkişaf Nazirliyi



 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə