Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   20   21   22   23   24   25   26   27   28

50 

 

müәssisә vә kiçik kapital, infrastruktur vә alış kimi digәr strategiyalar bazarda yoxdur. 



Aktiv kapital vә  sәrmayә üçün hazır kapital 2012-ci ildә müvafiq olaraq ÜDM-in 

0,02% vә 0,02 %-ni tәşkil etmişdir. 

 

Biznes mühiti problemli mәsәlә hesab olunur, çünki ölkәnin investisiya imkanları 



mәhdud, çıxış perspektivlәri isә pisdir. Bundan әlavә, yerli institusional investor 

bazası olmadığına görә institusional çәrçivә Azәrbaycanın sәhm bazarının inkişafı 

üzrә problem olaraq qalır vә ölkә Korporativ İdarәetmә üzrә İӘİT prinsiplәrinә çox az 

uyğunluq nümayiş etdirir. 



 

Kapital bazarları 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) әlavә korporativ mәsәlәlәrlә siyahıya alınan bazarın 

genişlәndirilmәsi; (ii) mövcud bazar qaydalarının icrasının tәkmillәşdirilmәsi vә 

QKBKT prinsiplәrinә uyğunlaşdırılması 

 

Azәrbaycanın pul bazarları infrastrukturun müәyyәn sәviyyәdә inkişaf etmәsini, o 

cümlәdәn mәrkәzi bank repolarının vә  әks repo vә banklararası repoların rәsmi 

mövcudluğunu göstәrir. Bununla belә, fәaliyyәt azdır. 

  

Azәrbaycanda sәhm vә borc bazarları tam inkişaf etmәmişdir. 2013-cü ilin iyun 



ayından Bakı Fond birjası bazara daha çox korporativlәr cәlb etmәk sәylәrini davam 

etdirir vә hazırda siyahıya alınmış aktivlәr vә korporativ istiqrazlar (Azәrbaycan 

İpoteka Fondu tәrәfindәn verilәn ipoteka istiqrazları daxil olmaqla) mövcuddur. 

Sonuncunun tәklifi 2012-ci ilin iyun ayında 100,8167% olmaqla tam şәkildә 

yerlәşmişdir. Çatışmayan korporativ istiqrazların cәmi dәyәri 2011-ci ildә 1,5 %-dәn 

2013-cü ilin iyul ayında 2,88 %-ә artmışdır, lakin ikinci dәrәcәli bazar fәaliyyәti 

azdır.  

 

Bakı Fond Birjasında ancaq iki şirkәt qeydiyyata alınmışdır vә 2012-ci ildә satılmış 



cәmi qiymәtli kağızlar ÜDM-in 3,96 %-ni tәşkil etmişdir. 2012-ci ildә ticarәtin ilk 5 

ayında ticarәt dövriyyәsi üzrә 4,76 milyard AZN mәblәğin 98 %-i hökumәt qiymәtli 

kağızlarını әhatә etmişdir, yerdә qalan hissә isә korporativ sәhmlәr vә istiqrazlardan 

ibarәt olmuşdur. . 

2011-ci ildә beynәlxalq risk tәcrübәlәri tәdqiq vә tәtbiq olunmuşdur vә 2011-2020-ci 

illәr üzrә Qiymәtli Kağızlar Bazarının  İnkişafına dair Dövlәt Proqramının qәbul 

olunması sayәsindә digәrlәri ilә yanaşı qiymәtli kağızların qeydiyyatının 

sadәlәşdirilmәsi, iri dövlәt tәşkilatlarının birjadan kapital qaldırmaları vә Azәrbaycan 

birjası siyahısının tәbliği gözlәnilir. Ölkә QKBKT prinsiplәrinә lazımı  sәviyyәdә 

uyğunluq nümayiş etdirә bilmәmişdir. Bazarın institusional çәrçivәsi lazımi sәviyyәdә 

deyil ki, bu da mövcud qaydaların icra olunması  vә uyğunsuz tәcrübәlәrin 

mәhdudlaşdırılmasında keyfiyyәtin aşağı, effektivliyin isә nisbәtәn pis olmasını 

göstәrir 



51 

 

ӘLAVӘ 3 – HÜQUQİ KEÇİD 

 

Bu әlavәdә AYİB-in Azәrbaycan üzrә yeni ölkә strategiyası ilә birbaşa bağlı olan bir 



neçә hüquqi sektora dair analitik informasiya yer almışdır. Bu, son illәrdә Bankın 

Hüquqi Keçid Proqramı ilә aparılan qiymәtlәndirmәlәrә  әsaslanır. Korporativ 

idarәetmә qanunvericiliyi bazar әsaslı diversifikasiyanın irәli çәkilmәsindә  hәlledici 

rol oynayacaq, tәminatlı  әqdlәr, müflislәşmә, müqavilәnin hәyata keçirilmәsi vә 

enerjinin effektivliyi ilә bağlı qanunlar vә institutlar özәl sektorun inkişafının 

dәstәklәnmәsi üzrә davamlı maliyyә sektorunun inkişafına dair Bankın planlarına 

uyğundur. Son olaraq, ictimai-özәl  әmәkdaşlıqlara dair qanunvericilik yolların 

inkişafı sektoru üzrә BMİ-lәr ilә әmәkdaşlıq kontekstindә vacib rol oynayır. 

 

Korporativ İdarәetmә 

 

Azәrbaycan korporativ idarәetmә  çәrçivәsindә bir sıra irәlilәyişlәrә  gәtirib çıxaran 



әsaslı hüquqi vә nizamlayıcı dәyişikliklәri öhdәsinә götürmüşdür. Buna baxmayaraq, 

çәrçivә xüsusәn açıqlama vә  nәzarәt  şuralarının rolu baxımından daha da inkişaf 

etdirilә bilәr. Bundan başqa, sәhmdarların vә investorların  şirkәtin mәlumatlarının 

әldә olunması nöqteyi-nәzәrindәn problemlәri davam edir. Bütün şirkәtlәrdәn 

mühasibat balansı  vә  gәlir hesabatları  tәqdim etmәk tәlәb olunsa da çoxları bunu 

etmir. Azәrbaycanın Korporativ İdarәetmә Standartları könüllü xarakter daşıyır vә 

şirkәtlәrin tәcrübәlәrinә çox böyük tәsir etmir. Buna rәğmәn, onlar hәmin şirkәtlәrin 

strukturunu inkişaf etdirmәk istәyi ilә onlara yaxşı rәhbәrlik tәklif edir. 

 

Hakimiyyәt strukturları xüsusilә ictimai maraq kәsb edәn  şirkәtlәrlә sağlam 



korporativ idarәetmә  tәcrübәlәrinin monitorinqi vә icrası üzrә müvafiq qurumların 

(mәs. mәhkәmәlәr, Qiymәtli Kağızlar üzrә Dövlәt Komitәsi vә Azәrbaycan Mәrkәzi 

Bankı) gücünü artırmağı  nәzәrә almalıdır. Azәrbaycanın Korporativ İdarәetmә 

Standartlarının icrasının güclәndirilmәsi açıqlama tәcrübәlәrinә  nәzarәt edә bilәn 

müvafiq resurslarla birlikdә  hәyata keçirilә bilәr. Ümumilikdә, açıqlama tәcrübәlәri 

güclәndirilә bilәr. Hüquqi çәrçivәdә inkişafdan xüsusilә  aşağıdakılar baxımından 

faydalanmaq olar: 

 



 

Nәzarәt şurasının strateji vә nәzarәt rolunun müәyyәn olunması; 

 

İri  şirkәtlәrin vә sistematik olaraq vacib olan bankların  şuralarının ixtisaslı 



müstәqil direktorları cәlb etmәsinin tәlәb olunmasının nәzәrә alınması; 

 



Audit komissiyasının hazırkı strukturunun qiymәtlәndirilmәsi vә әsasәn müstәqil 

vә ixtisaslı  nәzarәt  şurasının üzvlәrindәn ibarәt olan audit komitәsinin nәzәrә 

alınması; 

 



Açıq sәhmdar cәmiyyәtlәrindә üstün hüquqların tәtbiq oluna bilmәsinin 

müәyyәnlәşdirilmәsi vә  sәhmdar cәmiyyәtlәrinin kapital artımını  şuraya vermәk 

ehtimalından qaçılması. 

 

Tәminatlı әqdlәr 

 

Azәrbaycanda daşınar vә daşınmaz  әmlak üzrә girov hüquqları başlıca olaraq 1 



sentyabr 2001-ci ildә qüvvәyә minәn Mülki Mәcәllә  vә 2005-ci il üzrә  İpoteka 

Qanunu ilә idarә olunur. 1998-ci ildә  qәbul olunan Girov Qanunu 2006-cı ilin 

sonunda lәğv olunmuş vә onun proqressiv xüsusiyyәtlәri, biznes müәssisәsinin tam vә 

ya bir hissәsi üzrә ipoteka götürülmәsi vә ipoteka götürәnin defoltu hallarında ipoteka 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə