Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

39 

 

etirazların mәcburi şәkildә dağıdılması ilә bağlı mәlumatlar verilmişdir. Hakimiyyәt 



strukturlarına Bakı  şәhәrinin mәrkәzindә  tәhlükәsizlik tәlәblәrinә uyğun vә  hәm 

tәşkilatçılar, hәm dә hakimiyyәt strukturları tәrәfindәn qarşılıqlı şәkildә qәbul edilәn 

etiraz aksiyalarının güzәştli hәllinin tapılması ilә bağlı tәkliflәr irәli sürülmüşdür.

15

 



 

Qanunvericiliyә edilәn sonuncu dәyişikliklәrin konstitusiyanın tәminat verdiyi söz 

azadlığını mәhdudlaşdırmaq potensialı vardır. Böhtan vә tәhqir terminlәrinin izahının 

genişlәndirilmәsi mәqsәdilә 2013-cü ilin iyun ayında Cinayәt Mәcәllәsinin 147-ci vә 

148-ci maddәlәrinә düzәliş edilmişdir. Düzәlişә  әsasәn internetdә böhtan xarakterli 

fikirlәr irәli sürәn internet fәalçılarının üzәrinә cinayәt öhdәliyi qoymaq mümkün 

olmuşdur. 

 

Qanun Azәrbaycanın diffamasiyanın dekriminallaşdırılmasına dair öhdәliklәri vә 



tәәhhüdlәrinә zidd çıxır. Azәrbaycanın 2011-ci ildә tәsdiq edilәn insan hüquqları üzrә 

Milli Fәaliyyәt Planı böhtanın dekriminallaşdırılmasını  nәzәrdә tuturdu vә 2012-ci 

ildә hakimiyyәt strukturları diffamasiyaya qarşı müdafiә üzrә yeni qanunun tәrtib 

olunmasına dәstәk göstәrilmәsi ilә bağlı Avropa Şurasının Venesiya Komissiyasına 

müraciәt etmişdir. 

 

Buna baxmayaraq, tәhqir vә ya böhtan hallarında mülki hüquqi müdafiә vasitәlәrinin 



tәtbiqi istiqamәtindә getmәk әvәzinә qanun cinayәt öhdәliyi vә diffamasiyanın әhatә 

dairәsini genişlәndirmişdir. Aİ, Avropa Şurası  vә ATӘT son dәyişikliklәrlә bağlı 

üzüldüyünü vә ciddi narahatlığını ifadә etmişdir.

16

 



 

Әvvәllәr әksәr dini qruplar hökumәt müdaxilәsi olmadan ictimai şәkildә dini ibadәtlә 

mәşğul ola bilirdilәr. Dini azadlıqla bağlı UDİ-nin tövsiyәlәrini qәbul etmәsinә 

baxmayaraq, dini icmaların yenidәn qeydiyyatdan keçmәsini tәlәb etmәklә vә icazәsiz 

fәaliyyәtlәr üzrә cәrimәlәrin artırılması ilә dini fәaliyyәtlәrlә bağlı sәrt qaydalar irәli 

sürülmüşdür.

17

 

 



Azәrbaycanda  şәxsi  әmlaka hörmәt edilsә  dә torpaq vә ev mәnzil kimi mülklәrin 

satışı, qeydiyyatı  vә istifadәsindә  hәlә  dә  әngәllәr vardır. Dövlәt rәsmilәri tez-tez 

әmlak hüquqlarına dair hüquqi proseslәrә müdaxilә edir. Bakıda müsadirә  vә 

yenidәnqurma prosedurları zamanı qanunauyğunsuzluqların olması ilә bağlı 

mәlumatlar verilmişdir. Hakimiyyәt strukturları müvafiq kompensasiya vermәyә  vә 

qanunu pozanları mәhkәmәyә vermәyә mәcbur edilmişdir.

18

 

 



Qadınlar, etnik vә digәr azlıqlarla bağlı siyasi fәrdilik 

 

Qanun irqi, cinsi, yararsızlıq, dil vә ictimai status әsasında irqçiliyi lәğv edir. Buna 



baxmayaraq, qanun sistemli şәkildә  tәtbiq edilmәdiyi ehtimalını verәn hesabatlar 

vardır. 


                                                 

15

Avropa Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan Tәrәfindәn öhdәliklәrin 



vә tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh. 4

 

16



Avropa Şurasının İnsan Hüquqları üzrә Ali Komissarlığı vә ATӘT-in media azadlığı nümayәndәlәri 

Azәrbaycanda söz azadlığının mәhdudlaşdırılmasından narahatdır, Press-Reliz, 6 iyun, 2013

 

17

Birlәşmiş Millәtlәrin Universal Dövri İcmalı,  İcmal Avropa Şurasının  İnsan Hüquqları üzrә Ali 



Komissarlığı tәrәfindәn hazırlanmışdır, İşçi Qrup UDİ haqqında, 29 yanvar, 2013 sәh.6

 

18



Avropa  Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan tәrәfindәn öhdәliklәrin 

vә tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh.2

 



40 

 

 



2010-cu il parlament seçkilәrindә qadın namizәdlәrin, elәcә dә seçilәn qadınların sayı 

әvvәlki illә müqayisәdә artmışdır (14-dәn 20-yә). Buna baxmayaraq, hüquq-mühafizә, 

o cümlәdәn polis orqanlarında qadınların sayı çox aşağıdır. 

 

Milli azlıqlarla bağlı mәsәlәlәr seçkilәrdә әhәmiyyәtli amil kimi nәzәrә alınmamışdır. 



Milli azlıqların nümayәndәlәri bütün әsas siyasi partiyaların namizәdlәri arasında 

tәmsil olunur. Hakimiyyәt strukturlarına xüsusi ehtiyaclarının daha çox nәzәrә 

alınması üçün azlıqların nümayәndәlәrindәn ibarәt olan milli mәslәhәtverici qurum 

yaratmaqla bağlı tәklif irәli sürülmüşdür. 

 

Tәqib, tәhdid vә işgәncәdәn azad olma 

 

Azәrbaycan işgәncә vә digәr qәddar, qeyri-insani vә ya lәyaqәti alçaldan rәftar vә ya 



cәzaya qarşı BMT Konvensiyasının imzalayan tәrәfidir. Konstitusiya vә Cinayәt 

Mәcәllәsi bu tәcrübәlәri qadağan edir vә buna görә on ilә  qәdәr azadlıqdan 

mәhrumetmә  cәzası  tәtbiq edir. 2012-ci ilin may ayında parlament konstitusiya 

müddәalarının icrası  vә  mәhbusların etik davranışının tәmin olunması üzrә qanun 

qәbul etdi. Buna baxmayaraq, insan hüquqları üzrә aparılan yoxlamalarda 

mәhbusların işgәncә  vә  tәhqirlәrә  mәruz qalması nümunәlәrinә dair hesabatlar yer 

tapmaqda davam edir..

19

 



                                                 

19

Avropa  Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan tәrәfindәn öhdәliklәrin 



vә  tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh.4.  İnsan hüquqları üzrә Ali Komissiya Ofisi, Hesabat İnsan 

hüquqları üzrә  Şuranın 16/21 Qәrarına  Әlavәnin 5-ci paraqrafına uyğun hazırlanmışdır, Universal 

Müntәzәm Nәzәrdәn keçirmә üzrә BMT İş Qrupu, 11 fevral 2013, sәh. 6

 



41 

 

ӘLAVӘ 2 – KEÇİD PROBLEMLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aqrobiznes 

Bazar strukturu: Orta 

Bazar tәşkilatları: Orta 

 

Әsas problemlәr: (i) fermaçılıq vә emalda mәhsuldarlığın artırılması üçün dәyәr 



zәnciri ilә birgә daşınma vә istehsal infrastrukturunun yaxşılaşdırılması; (ii) sektorun 

rәqabәtliliyinin artırılması üçün beynәlxalq ticarәt üzәrindә bürokratik yükün 

azaldılması 

 

ÜTT-ә qoşulmaq üçün artırılan sәylәrlә hökumәt qiymәtin liberallaşdırılması, ticarәtә 



nәzarәt vә fermerlәrә  vә  kәnd tәsәrrüfatına ayrılan subsidiyaların azaldılması üzrә 

irәlilәyişlәr etmişdir. Buna baxmayaraq, ölkәdә ixrac vә idxal regionun digәr ölkәlәri 

ilә müqayisәdә bürokratik şәkildә  çәtin vә bahadır vә müәyyәn malların idxalı üzrә 

inhisarçı davranış davam etmәkdәdir. Özәllәşdirmә faktiki olaraq kiçik әmәliyyatçılar 

üçün başa çatdırılsa da bir neçә böyük müәssisә dövlәtin nәzarәtindә  vә ya 

islahedilmәz olmaqla ümumi biznes mühiti problemli olaraq qalır.  Әksәr kәnd 

tәsәrrüfatı mallarının mәhsuldarlığı nisbәtәn aşağıdır vә fermaçılıq texnikalarının 

inkişafı üçün bacarıqların daha çox köçürülmәsinә ehtiyac duyulur. Yalnız kiçik sayda 

müәssisәlәr beynәlxalq keyfiyyәt vә gigiyena standartlarını  hәyata keçirmişdir. 

Südçülük vә әtçilik sektorunda kiçik miqyaslı (yaşayış üçün zәruri olan) istehsal baş 

rol oynayır vә mәhsuldarlıq potensialdan aşağı sәviyyәdә durur. İstehsal aktivlәri üzrә 

infrastruktur (avadanlıq vә suvarma), daşınma vә emal proseslәri zәif inkişaf etmişdir. 

Kәnd tәsәrrüfatı sektoruna kredit ayırmaları son illәrdә inkişaf etsә  dә maliyyә 

mәhsullarının vә dövriyyә kapitalının maliyyәlәşdirilmәsinin mәhdud olması 

sәbәbindәn aşağı sәviyyәdәdir. 

 

Azәrbaycan:Sektorlar üzrә keçid göstәricilәri 

Mәnbә:Keçid Hesabatı2012

 

 



Bazar strukturu

Korporativ sektorlar

 

 



 

Daşınmaz әmlak

 

 

 



Tәbii sәrvәtlәr

 

Davamlı enerji



 

Elektrik enerjisi

 

 

Su vә tullantı suyu



 

Şәhәr nәqliyyatı

 

 

 



Maliyyә sektoru

 

 



Sığorta vә maliyyә xidmәtlәri

 

MKOM maliyyәlәşdirilmәsi



 

Özәl kapital

 

Kapital bazarları 



Geniş

Geniş



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə