Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   20   21   22   23   24   25   26   27   28

52 

 

verәnin götürülәn aktivlәri öz mülkiyyәtinә çevirmәsinin mümkünlüyü hazırda 



mövcud deyil. 

 

Mülki Mәcәllә girov vә ipoteka arasında әsas fәrqi müәyyәn edir. Mәcәllәyә әsasәn, 



girovlar müxtәlif növdә ola bilәr: Girov qoyulmuş aktivlәr kreditorun mülkiyyәtinә 

verilә (lakin bu mәcburi deyil) vә qeyri-maddi aktivlәri (mәs. debitor borcları) әhatә 

edә bilәr. Girovlar әsasәn qeydә alınmır.  İpotekalar müvafiq rәsmi qurumda 

qeydiyyatdan keçmәlidir. Daşınar  әmlaklar üzrә bu, mövcud aktiv reyestrlәri, 

avtomaşınların qeydiyyatı, gәmi qeydiyyatı, vә s.-ә aid olunur. 

 

Tәminatlı kreditorların hüquqlarının hәyata keçirilmәsinin yaxşılaşdırılması, mövcud 



tәminatlı әqdlәr sisteminin (xüsusilә daşınar әmlak üzrә girov) mәhdudiyyәtlәrinin vә 

qeyri-müәyyәnliklәrinin aradan qaldırılması  vә kredit bürosu әmәliyyatlarını 

asanlaşdıracaq hüquqi әsaslandırılması Azәrbaycanda maliyyә vasitәlәrinin  әldә 

olunmasının güclәndirilmәsinә töhfә verәcәk. 

 

BMK hazırda USAİD vә Mәrkәzi Bankla әmәkdaşlıqda tәminatlı әqdlәrә dair qanun 



layihәsi üzәrindә işlәyir. 4 dekabr 2012-ci ildә potensial istifadәçilәr vә mәnfәәt әldә 

edәnlәr arasında hazırkı  iş  vә  tәminatlı  әqd islahatının vacibliyi ilә bağlı 

maariflәndirmәnin artırılmasına dair Bakıda konfrans keçirilmişdir. 

 

Müflislәşmә 

 

Müflislәşmә vә Bankrotluq üzrә 1997-ci il Qanunu (Müflislәşmә haqqında Qanunu) 



yalnız bank olmayan şirkәtlәrin vә fәrdi sahibkarların müflislәşmәsinә şamil olunur

bankların müflislәşmәsi 2004-cü il üzrә banklar haqqında qanunla tәnzimlәnir. AYİB-

in 2009-cu il üzrә müflislәşmә sektorunu qiymәtlәndirmәsindә bildirilmişdir ki, 

ölkәnin Müflislәşmә Qanunu beynәlxalq müflislәşmә qanununun standartlarına cavab 

vermir vә müvafiq qanunvericilik bir sıra sahәlәrdә problemlidir. 

 

Azәrbaycanın Müflislәşmә haqqında Qanununa genişmiqyaslı düzәlişlәr edilmәlidir. 



Likvidasiya müddәaları nisbәtәn adekvat olsa da qanunda iflasda yenidәn tәşkil 

prosesinin  әhatә dairәsi mәhduddur. Bu, müstәsna hallarda qeyri-arbitraj 

bankrotluğunu  әhatә edir, lakin bu sistem düzgün işlәmir vә  mәhkәmә  nәzarәtinin 

lazım olduğu yerlәrdә bir sıra kreditoru cәlb edәn hallarda müvafiq olmaya bilәr. 

Qanunun  әsas iştirakçılarının rolu, xüsusilә, müflislәşmә üzrә inzibatçı yoxlama vә 

inkişafdan mәnfәәt әldә edә bilәr. 

 

Müqavilәnin qüvvәyә minmәsi 

 

AYİB 2012-ci il üzrә Mәhkәmә Qәrarlarını Qiymәtlәndirmәsi zamanı Azәrbaycanda 



kommersiya hüququ ilә bağlı mәsәlәlәrdә mәhkәmә qәrarlarının keyfiyyәtinin qeyri-

bәrabәr olmasını aşkar etmişdir. President hüququ ziddiyyәtlilik tәşkil edir; bir-birinә 

bәnzәr mәhkәmә işlәri fәrqli nәticәlәr ortaya qoyur. Ölkәnin kommersiya üzrә hüquqi 

çәrçivәsi hәlә dә inkişaf etmәkdәdir vә şirkәt әmәliyyatları vә sәhmdarların hüquqları 

üzrә boşluqlar qeyri-ardıcıllığın yaranmasına gәtirib çıxarır. Ali Mәhkәmәnin 

müxtәlif hüquqi mәsәlәlәr üzrә tәlimat vermәsi kommersiya hüququnun daha bәrabәr 

şәkildә tәtbiq olunmasına şәrait yaradan amil hesab olunur. Hakimlәrin kommersiya 

hüququ vә tәcrübәlәri ilә bağlı sәriştәsizliyi mәhkәmә hökmlәrinin keyfiyyәti üzrә әn 

böyük problem hesab olunur. Mәhkәmә  tәlimlәri Mәhkәmә-Hüquq  Şurasının Tәlim 



53 

 

Şöbәsi tәrәfindәn hәyata keçirilir. Peşәkar tәlimlәrin davam etdirilmәsi könüllüdür vә 



bununla bağlı kurslar hakimlәrin istәklәri  әsasında keçirilir; yeni tәyin olunmuş 

hakimlәrin ilkin treninqi daha ekstensivdir vә son zamanlar mәcburi xarakter daşıyır. 

Әdalәt mühakimәsinin sürәti digәr narahatlıq doğuran mәsәlәdir ki, bu da mәhkәmә 

prosedurlarının tәxirә salınması vә hakimlәrin hәddindәn artıq iş yükünün mәhkәmә 

proseslәrinin keyfiyyәtinә vә sürәtinә mәnfi tәsir göstәrmәsi ilә müşayiәt olunur. 

 

Mәhkәmә qәrarlarının icrası ölkәnin mәhkәmә sektorunun әsas çәtinliyi olaraq qalır 



ki, bu, regionun digәr ölkәlәrindә  dә belәdir. Vәziyyәtin yaxşılaşdırılması üzrә son 

tәdbirlәr icra prosedurları üzrә xüsusi vaxt müddәtlәrinin, elәcә  dә  mәhkәmә 

qәrarlarına riayәt etmәyәn tәqsirkarlarla bağlı  cәzaların artırılmasını  әhatә edir. İcra 

sistemi üzrә bu tәkmillәşdirmәlәrin tәsirlәri hәlә  dә görülәcәk. Sәmәrәsiz icra 

sisteminin  әsas sәbәbi dövlәt rәsmilәri olan mәhkәmә icraçılarının motivasiya 

çatışmazlığı hesab olunur. 

 

Ölkәdә xüsusilә fiziki infrastruktur baxımından müasir mәhkәmә fәaliyyәt sisteminin 



inkişaf etdirilmәsindә irәlilәyişlәr etmişdir, lakin buna baxmayaraq bu sahәdә daha 

çox işlәr görülmәlidir.  Әsas prioritetlәrdәn biri xüsusilә dövlәtin üzvü olduğu vә ya 

әsaslı marağı olduğu mәsәlәlәrlә bağlı mәhkәmәnin qәrәzsizliyinin artırılmasıdır. Bu 

baxımdan, mәhkәmә qәrarları vә materiallarının daha asan әldә olunması lazımi tәdbir 

hesab oluna bilәr. Digәr bir mәsәlә kommersiya vә inzibati qanunlara daha böyük 

diqqәt göstәrilmәsi ilә  tәdris proqramının güclәndirilmәsindәn ibarәtdir.  İcraçı 

qurumların potensialının güclәndirilmәsi islahat sәylәri üzrә digәr tövsiyә olunan 

sahәdir vә burada xüsusi diqqәt bu qurumların icra proseslәrini effektiv yolla hәyata 

keçirmәsi mәqsәdilә onlar üçün lazımi stimulların yaradılmasına yönәldilmәlidir. 

Dövlәt rәsmilәri ilә birgә özәl qurumların tәqdim olunması nәzәrә alınmalıdır. 

 

Enerjinin effektivliyi 

 

2005-2015-ci illәr üzrә Yanacaq vә Enerji Sektorunun İnkişafına dair Dövlәt 



Proqramı ölkәnin enerjinin effektivliyi sektorunda siyasi çәrçivәsinin  әsas hissәsi 

hesab olunur ki, burada da әsas hәdәf elektrik enerjisi vә  tәbii qaz tәlәbatlarının 

ödәnilmәsi üçün itkilәrin azaldılması  vә enerjinin oğurlanması  vә  sәmәrәsiz 

istifadәsinin qarşısının alınmasına yönәldilir. Qeyd olunur ki, istehlak olunan tәbii qaz 

vә  işığın tam ödәnmәsi bu resurslardan effektiv istifadәyә  tәminat yaradacaq 

amillәrdәn biridir. 

 

Enerjinin effektivliyi sektorunda hökumәt iqtisadiyyatda enerji gәrginliyini azaltmaq 



üçün sabit siyasi öhdәlik yaratmalı vә enerji resurslarından effektiv istifadә olunması 

üzrә lazımi sәviyyәdә stimullaşdırıcı amillәr ortaya qoymalıdır. Hökumәt beynәlxalq 

dәrәcәdә sübut olunmuş tәcrübәlәri әks etdirәn sektor boyunca enerjinin effektivliyi 

tәdbirlәrinin sәmәrәli şәkildә yerinә yetirilmәsinә imkan verәn hüquqi vә tәnzimlәyici 

çәrçivәni tәkmillәşdirmәyi nәzәrә almalıdır. Layihәnin icra mexanizmlәri, o 

cümlәdәn, investorlar vә maliyyә institutları üçün müvafiq stimulların yaradılması 

diqqәtli  şәkildә  nәzәrә alınmalıdır. Müvafiq tәşkilati güc artırılmalı  vә bazar 

iştirakçıları vә ev tәsәrrüfatı üzrә tәdris proqramları işlәnib hazırlanmalıdır. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə